Çr.ax10152024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Pak sülalə Həzrət Əli Əkbər ələyhis-salam haqqında

Həzrət Əli Əkbər ələyhis-salam haqqında

 

  Hz.Əli-Əkbər(Hz imam Hüseynin oğlu),o mübarək insan imamın himayəsində böyümüş və Əhli Beyit məktəbinin layiqli davamçılardan olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur: "ata mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər" Əli Əkbərin (a.s.) həyatı. İslamı dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan kəslərdən biri də həzrət Əli Əkbərdir (ə).Əli Əkbər (ə) İmam Hüseynin (ə) övladlarındandır.İmam Hüseynin (ə) üç oğlunun adı Əli idi.Ərəblərdə belə bir qayda var ki bir neçə övladın adını eyni ad qoyurlar və onların araları bir-biri ilə böyük, orta və kiçik sözləri artırmaqla fərqləndirirlər. Həmçinin qız uşaqlarındada belə bir qayda vardır.Əkbər (böyük), Əvsət (orta), Əsğər (kiçik) oğlan uşaqları üçün və Kubra (böyük),Vusta (orta),Suğra (kiçik) də, qız uşaqlarının adrlaında işlədilən sözlərdir.(Misal üçün:Əli Əkbər, Əli Əvsət , Əli Əsğər və Fatimeyi-Kubra, Fatimeyi-Vusta və Fatimeyi-Suğra) Əli Əkbər (ə) İmam Hüseynin böyük oğlu olduğu üçün ona Əli Əkbər yəni böyük Əli deyilir.İkinci oğlu Əli Əvsət (İmam Zeynul-Abidindir (ə).Üçüncü oğlu isə Əli Əsğərdir ki 6 aylıq idi və Kərbəlada şəhid oldu.Bu yazımızı əsas Əli Əkbər barəsindədir. Əli Əkbərin (a.s.) təvəllüdü Tarixçilər arasında o həzrətin dəqiq anadan olmasının tarixi barəsində böyük ixtilaf mövcuddur.Bütün tarixçilər ən əsası o həzrətin kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə, çoxda, onun təvəllüdü və taxiriniə işarə etməmişlər.Belə ki tarixçilərin bəzisi o həzrətin yaşını 19, digərləri 20 və bəziləri də 38 olduğunu yazmışlar.Amma tarixi araşdırmalardan ələ gəlr ki o həzrət Şaban ayının 11 dünyaya gəlmişdir.Əllamə Əbdur-rəzzaq Musəvi Muqərrəm Ənisusuş-şiə və Hədaiqul-vərdiyyə kitablarıandan nəql etdiyinə əsasən yazır: Həzrt Əli Əkbər (ə) Şaban ayının 11, Üçüncü Xəlifənin vəfatından iki il qabaq anadan olmuşdur.Üçüncü Xəlifə isə hicrətin 31-ci ilində vəfat etdi. Sonra yazır: Böyük alimlərdən olan mərhum İbni idris Hilli Sərair kitabının ziyarət bölməsində belə yazır: Əli Əkbər (ə) Xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Əli Əkbərin (ə) nəsəbi O həzrətin nəsəbi ata tərəfindən hamıya məlimdur və izah etməyə ehtiyac yoxdur.Böyük babası peyğəmbr (s), babası həzrət Əli, atası isə İmam Hüsyndir (ə).Böyün nənəsi həzrət Xədicə, Nənəsi həzrət Fatimə (s), anası isə Əbi Mərvə ibni Urvə ibni Məsud Səqəfinin qızı Leyladır.Anasının anası isə Əbu-sufyan bni Səxr ibni hərb ibni Uməyyənin qızı Meymunədir ki əsil- nəcabətli bir xanımdır.Anasının babası Urvə ibni Məsuddur ki Qureyşin böyük şəxsiyyətlərindən sayılır.Qureyş tayfası onu özləri tərəfindən xüsusi numayəndə olararaq Hüdeybiyyə sülhinin müqaviləsini imazalamaqdan ötrü peyğəmbərin yanına göndərdirlər.Urvə hicrətin 9-cu ilində müsəlman oldu və öz qövmünü islam dininə dəvət etmək üçün yaşadığı məntəqəyə yollandı.Lakin öz tayfası onun azan verdiyi halda şəhid etdilər.Peyğəmbər onun şhadətindən xəbərdar olan kimi buyurdu:Öz qövmündə onun kimisi yox idi məgər Yasin sahibi kimi.Yəni o yasin sahibi (peyğəmbər-s- özü) kimi öz qövmünü tövhidə dəvət edirdi.Urvə ibni Məsud Əli Əkbərin ana tərəfdən olan babasıdır ki ən böyük şəxsiyyətlərdən hesab edilir.Hətta Məkkəd elə bir məqama gəlib çatmışdı ki peyğəmbər peyğəmbərliyə çatmamışdan əvvəl Qüreyş tayfası deyirdiki əgər Məkkədə peyğmbər məbus olacaqsa onun biri Urvə ibni Məsud Səqəfidir. Əli Əkbəri anasının kərbəlada olması barədə isə tarixçilərin çoxu açıq şəkildə bir şey yazmamışlar.Ona görə də bu məsələ bir az ixtilaflı məsələdir. Əli Əkbər (ə) ailəsi Əli Əkbərin (ə) evlilik məsələsi də tarixdə ixtilaflı məsələlərdən biridir.Yəni tarixçilər bu barədə də geniş yazmamışlar.Amma İmam Sadiqdən (ə) o həzrət üçün nəql olunan ziyarətnamədə Əli Əkbərin evli olması və hətta övladları aydın şəkildə qeyd olunmuşdur.İbni Qovləveyh Kamiluz-ziyarat kitabında İmam Sadiqdən (ə) Əli Əkbərin ziyarətnaməsinin bir hissəsində belə nəql edir: Allahın salavatı olsun sənə və sənin, digərlərindən seçilmiş və bütün pisiklərdən uzaq olan analarına əhlibeytinə,atalarına və övladlarına.İmam Sadiqdən nəql olunan ziyarətnaməyə əsasən demək olar ki Əli Əkbər (ə) övladı var idi.

Əli Əkbərin şəxsiyyəti.

1) Əli Əkbər (ə) Peyğəmbərə (s) ən çox oxşayan kəsdir Əli Əkbər (ə) hər cəhətdən peyğəmbərə oxşayırdı.Bu oxşarlıq bir həddə çatmışdı ki Kərbəlada meydana gedəndə qoşun elə hesab etdi ki peyğəmbər (s) özü meydana gəlir.

2) Əli Əkbər şəhadət məqamını arzu edir. İmam Hüseynin (ə) karvanı Məkkədən İraqa yollandığı vaxt, yolda İmam Hüseyn (ə) yuxuda qeybdən gələn bir səs eşitdi ki deyirdi:Bunlar şəhadətə tərəf yola düşmüşlər.İmam Hüseyn (ə) yuxudan ayıldıqdan sonra İnna lillahi və inna iləyhi raciun dedi.Əli Əkbər (ə) onun səbəbini soruşduqda İmam yuxusunu danışdı.Əli Əkbər (ə) soruşdu:Haqq bizimlə deyil? İmam buyurdu: Bizimlədir.Əli Əkbər (ə) buyurdu:Əgər belədirsə əsla ölümdən qorxumuz yox.

3) Əli Əkbər öz qanı ilə islamı dirçəltdi. Kərbəlada kəsilmiş qurbanların içində Əli Əkbərin də adı qeyd olunmuşdur.O da öz qanı və bütün varlığı ilə islamın dirçəlişi üçün qılınc çəkmiş və bütün müsəlmanların imamı olan imam Hüseyndən müdafiə etmişdir və nəhayət İmamın qarşısında şəhid olmuşdur.İmam Hüseynin (ə) vəfalə və qeyrtəli səhabələrindən sayılan Əli Əkbər (ə) kərbəlada qanını axıtmaqla islamın dirçəlişində mühüm rol oynadı.

4) Dünya Əli Əkbərdən sonra ən dəyərsiz bir şey. İmam Hüseyn (ə) Kərbəlada bütün şəhidlərin başı üstə gəldi və onlarla son məqamda vidalaşdı.Əli Əkbərin (ə) də başı üstə hazır oldu amma onun başı üstə hazır olduqdan sonra bir söz demişdir ki heç bir şəhidin başı üstə gələrkən o cümləni işlətməmişdir.İmam buyuyrdu:Səndən sonra kül bu dünyanın başına! Bu söz nəqədər də, Əli Əkbərin (ə) İmam Hüseyn (ə) üçün mühüm olduğunu göstərir. 5) Kərbəlada əhlibeytin himayəsində. Kərbəlada İmam hüseynin (ə) qardaşı Əbəlfəzlil- Əbbas və oğlu Əli Əkbər əhlibeytdən himayət edir və lazım gələndə suyun qarşısın alınmasına baxmayaraq, böyük şücaətlə gedib əhli-hərəmə su gətirirdilər.Həmçinin döyüş meydanında ona vuruşmaqla qələbə çala bilməyəcəyini görən qoşun pusqu qurub onu yaralayaraq şəhid etdilər.. Əli Əkbər (ə) Kərbəlada Aşura günü Yezidin qoşunu tərəfindən qətlə yetirilərək şəhid oldu.İmam Zeynul- Abidin (ə) pak cəsədləri dəfn edərkən Əli Əkbərin (ə) o pak cəsədini İmam Hüseynin ayaq tərəfində dəfn etdi.Hal-hazırda Əli Əkbərin mübarək qəbri Kərbəla şəhərində yerləşir. Nəql olunur ki, bir gün Əli Əkbər (ə), Mədinə valisini yanına gedib atası tərəfindən ona bir sözü çatdırdı. Mədinəni valisi Əli Əkbərdən (ə) soruşdu: Sənin adın nədir: Buyurdu: Əli. -Qardaşının adı nədir? - Əli. O şəxs əsəbləşdi və neçə dəfə "Əli, Əli, Əli" dedi. - Atan nə istəyir, bütün övladlarını Əli adlandır? Əli Əkbər (ə) bu sözü atasına çatıdırır. Həzrət buyurdu: Vallah! Allah mənə onlarla övlad versə, hamını Əli adlandırardım. Əgər onlarla qız versə, hamını Fatimə adlandırardım.

  Əli Əkbər haqqında deyirlər ki, o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından adamlar içində əziz Peyğəmbərə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı. Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır: İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!".... La İlahə illallah,Muhəmmədən Rəsulillah,Əliyən Vəlilullah,Rəsulan Rəsulillah!!!...

https://ok.ru/group/52340345077851/topic/62651563363163

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə