Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz "Doğru yol"-a aid bəzi ayə və hədislər

"Doğru yol"-a aid bəzi ayə və hədislər

◘“(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin) dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et.”[1]

◘“(Ya Məhəmməd!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (heç bir şey) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsin. (İnsanları) Rəbbinə (ibadətə) dəvət et.”[2]
◘“(Xalqı) Alaha tərəf çağıran, yaxşı iş görən və “Mən müsəlmanlardanam.”– deyən kəsdən daha gözəl danışan kim ola bilər?”[3]
◘“Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Alahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar!”[4]
◘(Ya Məhəmməd!) Allah kitab əhlindən “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu ucuz bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!”[5]
◘Alim elmini elm əhlindən gizlətdiyi zaman, savadsız insan ilahi hökmləri öyrənməyə təkəbbür göstərdiyi zaman, dövlətlilər simiclik edən zaman və fəqirlər öz dinlərini dünyaya satdıqları zaman xalqa ilahi əzab və bəla nazil olar.

Həzrət Əli (ə)
◘Camaatın dini elmlərə ehtiyacı olduğu halda bunu onlara öyrətmək müqabilində muzd tələb edən şəxsin yandırılmağa layiqdir.
İmam Cəfər Sadiq (ə)
◘Rəsuli-Əkrəmdən (s) eşitdim ki, buyurdu: “Heç bir qorxu və təqiyyə yeri olmadığı halda dini məlumat almaqdan ötrü soruşulan suala cavab verməyən şəxsin ağzına qiyamət günü oddan yüyən vurular.
Həzrət Əli (ə)
◘Elmini gizlədən alim qiyamət günü pis iyli cəsəd kimi məhşur olar və hər kəs ona nifrin yağdırar.
İmam Cəfər Sadiq (ə)
◘Ümmətim arasında dinə xilaf olan bidətlər zahir olan zaman gərək elm sahibləri öz elmlərini aşkar etməklə bu bidətləri aradan aparsınlar, əks təqdirdə Allahın lənətinə düçar olarlar.
Rəsuli-Əkrəm (s)
◘Elmini aşkar etməli olan alimin sükut etməsində, nadanın danışığında olduğu kimi, heç bir xeyir yoxdur.
Həzrət Əli (ə)
◘Öz imamından uzaq düşən, dini rəhbərinə əli çatmayan və özünə lazım olan hökmlərin öyrənə bilməyən şəxs yetim uşaqdan da artıq yetimdir. Əgər bizim əhkamımıza bələd olan kəslər belə yetimləri öz himayəsinə alıb onlara yol göstərsələr, behiştin yüksək mərtəbələrində bizim yanımızda olacaqlar.
İmam Həsən Əsgəri (ə)
◘Cahil yetimi himayə edən şəxsin atasız yetimi himayəsinə alan şəxsdən üstünlüyü parlaq günəşin nuru az olan ulduzdan üstünlüyü kimidir.
İmam Həsən Əsgəri (ə)
◘Üç şey həqiqi imandan irəli gəlir (imanın həqiqətlərindəndir): Yoxsul olan zaman bəxşiş vermək, camaatla insafla davranmaq, elm tələbində olanlara elm öyrətmək.
Rəsuli-Əkrəm (s)
◘Hər kəs yolunu azan kəsə yol göstərib onu hidayət etsə ona həyat bəxş edib, əksinə, hidayət olmuş şəxsi yoldan çıxarsa, onu öldürüb. Allah-təala buyurur: “Bir nəfəri dirildən şəxs bütün insanları dirildən şəxs kimidir.”
◘Alim və abidin Allah-təalanın qarşısında dayanacaqları gün abidə xitab olunar: “Behiştə daxil ol!” Alimə isə deyilər: “Dayan! O, kəslər ki, sənin xoş tərbiyəndən istifadə ediblər, onlara şəfaət et!”
İmam Cəfər Sadiq (ə)
◘“Onlara verdiklərimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər” ayəsində məqsəd öz dini məlumatlarını elm azuqəsi kimi camaata ehsan edən alimlərdir.
İmam Cəfər Sadiq (ə)
◘Xeyir təbliğ et və xoşxəbər ol! Demə ki, mən də camaat kimi onlardan biriyəm. Rəsuli-Əkrəm (s) buyurub: “Bilin ki, xeyr və şər yolunun hər ikisi sizə məlumdur. Nəyə görə gərək şər yolunu gedəsiniz və yaxud onu təbliğ edəsiniz?
İmam Musa Kazim (ə)
◘Allah-təala savadsızlardan elm-bilik öyrənməkləri barədə əhd-peyman aldığı kimi, elm və bilik əhlindən də savadsızlara təlim-tərbiyə verməkləri barədə əhd-peyman alıb. Bəli, savadsızlardan aldığı əhd-peyman alimlərdən qabaq olub.
Həzrət Əli (ə)
◘Həzrət İsa (ə) buyurub: “Elm və hikməti təkcə onun əhlinə öyrədin, yoxsa elmə zülm etmiş olarsınız. Eyni zamanda onu əhlindən də gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”.
İmam Cəfər Sadiq (ə)
◘Cabir deyir: “İmam Baqirdən (ə) elm öyrənmək istədim. Mənə bir kitab verib buyurdu: “Əgər bunda olan mətləbləri Bəni-Üməyyə hakimiyyəti dövründə camaata bəyan etsən məlunsan və Bəni-Üməyyə hakimiyyətindən sonra isə bəyan etməsən məlunsan.
«Kəşşi» kitabından
◘Hər bir ağıl sahibinə din elmlərini öyrənib onu başqalarına öyrətmək vacibdir.
Əmr be məruf və nəhy əz münkər barəsində olan ayə və hədislər
◘“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.”[6]
◘“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha inanırsınız.”[7]
◘“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”[8]
◘“Özünüzü və ailə-uşaqlarınızı (yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməklə) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.”[9]
◘Əmr be məruf və nəhy əz münkər Allahın yaratdığı iki gözəl şeydir; hər kəs onlarla dostluq etsə (Allah yanında) əziz, hər kəs onları tərk etsə zəlil olar.
İmam Məhəmməd Baqir (ə)
◘Onlar (əmr be məruf və nəhy əz münkər) qüdrət sahibi olub, özünün, dostlarının və yaxınlarının canından qorxmayan hər bir kəsə vacibdir.
İmam Cəfər Sadiq (ə)
◘Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr be məruf və nəhy əz münkərdir. Onlar nə insanın ömrünü qısaldır, nə də ruzini azaldır.
İmam Cəfər Sadiq (ə)
◘Mənim ümmətim əmr be məruf və nəhy əz münkər etdikləri müddətdə xeyr və səadət içində olarlar, əks təqdirdə, əmlaklarında olan bərəkət çəkilər, bəziləri bəzilərinə hökmranlıq edər; belə ki, onlar yerdə və göydə özlərinə kömək edəcək heç bir kəs tapmazlar.
◘Vay olsun o millətə ki, əmr be məruf və nəhy əz münkəri öz dini proqramlarının tərkib hissəsi hesab etməsinlər.
İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə)
◘Əgər onlar (əmr be məruf və nəhy əz münkər) olmasa, sizin ən şər adamlarınız sizə hökmranlıq edər və ən xeyirli adamlarınızın nifrini qəbul olmaz. Rəsuli-Əkrəm (s) buyurub: “Mənim ümmətim bu iki vəzifəni bir-birlərinin öhdəsinə atsa, ilahi əzabın gəlməsinə hazır olsun.”
İmam Rza (ə)
◘Əgər camaat o iki vəzifəni tərk etsə, Allah-təalanın çox çətin əzabı ilə üzləşəcək və Allah yaxşıları da pislərin arasında həlak edəcək. Keçmiş zamanda yaşayanların da əzab və həlakı onların günah arxasınca getməsi ucbatından idi. Alimlər və abidlər isə bunun qarşısını almırdılar.
Həzrət Əli (ə)
◘Bilin və agah olun! Mütləq sizin ağsaqqallarınız və bilikliləriniz (öyüd-nəsihət baxımından) nadan və rəyasət tələb edənlərə diqqət yetirsin, əks təqdirdə mənim nifrinim sizin hamınızı bürüyəcək!
İmam Cəfər Sadiqin (ə) xəbərdarlığı
◘Hər kəs moizə etmək və ilahi əzabla qorxutmaq üçün zalım bir hökmdarın hüzuruna getsə, insanların və cinlərin xeyir əməlləri və gördükləri savab işlər qədər savab ona əta olunar.
İmam Məhəmməd Baqir (ə)
◘Zəif insanların haqqını onların güclülərindən alınmasında süstlük göstərən millət heç vaxt pak və eyblərdən uzaq olmaz.
İmam Cəfər Sadiq (ə)
◘Necə olacaq o millətin halı ki, qadınları fəsad törədən, cavanları fasiq olduqları halda əmr be məruf və nəhy əz münkər etmirlər?
İmam Cəfər Sadiq (ə)
◘Allah-təala dini olmayan, yəni əmr be məruf və nəhy əz münkər etməyən mömini özünə düşmən bilir.
İmam Cəfər Sadiq (ə)
◘Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun.
Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.
Həzrət Əli (ə)
◘Ya əmr be məruf və nəhy əz münkər edin, ya da, Pərvərdigarın əzabı hamını bürüyəcək.
◘İnsanların günahlarını müşahidə edən şəxs qüdrəti çatırsa əli ilə, əgər bacarmırsa dili ilə bunun qarşısını alsın. Əgər bunların heç birinə qüdrəti çatmırsa qəlbən buna razı olmayıb nifrət etsin. Əks təqdirdə, qəlbi devrilib alt-üst olar və bununla da haqq yerinə batili qəbul edər və ona razı olar.
◘Öz cəmiyyəti arasında pislikləri görüb bunu aradan aparmayan millətə Allahın əzabı yaxınlaşar.
◘Günahı müşahidə edib ondan xoşu gəlməyən kəs bu günahdan uzaq və xəbərsiz bir şəxs kimidir, amma o kəs ki, qəbih və pis bir iş barəsində eşidib ona razı olur, həmin günahı yerinə yetirən kəs kimidir.
İmam Cəfər Sadiq (ə)
◘Rəsuli-Əkrəm (s) göstəriş verib ki, günah sahibləri ilə (pis işlərindən əl götürəcəkləri ümidi ilə) qəzəbli tərzdə rəftar edək.
◘Allahın dostları o kəslərdir ki, Allahın haramlarını halal hesab edən şəxsləri müşahidə etdikləri zaman yaralı pələng kimi qəzəblənsinlər.
◘Allah-təala əzab mələklərinə göstəriş verib: “Heç vaxt Allahdan ötrü öz görkəmini dəyişib qəzəblənməyən abidin əzabını artıq etsin.
◘Günahsız insanları da günahkarlarla oturub-durduqlarına və onları günahdan çəkindirmədiklərinə görə məzəmmət edib töhmətləndirəcəyəm.
İmam Cəfər Sadiq (ə)
◘Nadanların günahı biliklilərin boynuna yüklənəcək. Ona görə ki, onlar (biliklilər) günahkarlara doğru getməklə onları bu işdən çəkindirməli, onlara təsir göstərəcək ağıllı sözlər deməli və qəbul etmədikləri təqdirdə onların məclislərindən uzaqlaşmalı idilər.
İmam Cəfər Sadiq (ə)
◘Nəyə görə onlar demirlər: “Ya bizdən uzaq olun, ya da pis işlərinizdən çəkinin!”
İmam Cəfər Sadiq (ə)
◘Allah-təala Cəbrailə göstəriş verdi: “Filan abid və zahid kişini günahkar və kafir camaatdan tez yerə batır. Çünki ona danışmaqdan ötrü qüdrət və bacarıq verdik, amma o, əmr be məruf və nəhy əz münkər etmədi.
İmam Həsən Əsgəri (ə)
◘Allah-təala Bəni-İsrail peyğəmbərlərindən birinə buyurdu: “Bəni-İsrail millətinə öz məskən saldıqları şəhərlərindən bir nəfəri hakim edəcəyəm ki, qanlarını töksün, mal-dövlətlərini qarət etsin; mən onların göz yaşlarına rəhm etməyəcək, dualarını qəbul etməyəcəyəm. Bundan əlavə Beytül-Müqəddəsi xarabaya çevirib yüz il bu vəziyyətdə saxlayacaq, bu əzabı onların günahsız alimlərinə də şamil edəcəyəm. Çünki onlar (alimlər) başqalarının pis və çirkin işlərini gördülər, lakin bunun qabağını almadılar.
Təfsire Əyyaşi
◘Allah-təala Şüeyb peyğəmbərə (ə) vəhy etdi: Sənin camaatından olan yaxşı insanların altmış min nəfərinə əzab verəcəyəm. Ona görə ki, günahkarlarla həmrəy oldular və Mənə görə onlara qəzəblənmədilər.
İmam Məhəmməd Baqir (ə)
Allah-təala İslam dininin bütün ardıcıllarını öz dini və ictimai vəzifələrini müəyyən edib onlara əməl etməkdə müvəffəq etsin, onlara əbədi xoşbəxtlik və səadət inayət buyursun.
 
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə