Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Nəsihətlər- incilər

Nəsihətlər- incilər

Özünlə hesablaş!
Hər gecə öz-özünlə hesablaş!
Ey oğul, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf-çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al.

Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsin ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, “Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin”
Səbr
Ey oğul, səbr etməyi sənə vəsiyyət edirəm. Onun insanın nicat tapmağında çox mühüm rolu vardır. Həqiqətən bəndələr hər iki dünyada ali mərtəbələrə səbr ilə nail olarlar.
“Ruzigarın çətinliklərində səbr paltarını geyin ki, bu gözəl səbrinlə hüsni-aqibətə nail olarsan”.
Ey oğul, nemətlərin şirinliyi kimi bəlaları da özünə xoş bil. Allahın sənin həyatında müqəddər etdiyi sağlamlıq və xəstəliyi, afiyət və bəlanı, cavanlıq və qocalığı, qüvvət və zəifliyi, var-dövlət və kasıblığı səmimi qəlblə qarşıla. Çünki səni bunlara mübtəla edən, hikmət sahibidir ki, hər nəin aqibətini çox gözəl bilir, səni sevir, ata-anandan və özündən çox sənə mehriban odur və bunlar sənin xeyrinədir.
Ey oğul, müsibət gələndə tez təşvişə düşüb canfəşanlıq etmə. Mehriban və həkim Allahın qəza və qədərinə razı ol, şikayətlənib müsibəti dilinə gətirmə. İmam Səccad əleyhissalamdan nəql olunan şerdə Həzrət belə buyurub: “Bəlaya mübtəla olsan kəramət sahiblər tək səbr et ki, bu ən böyük şücaətdir. Rəhimsizlərə belə rəhimli olan Allahın qoyub adi insanların qarşısında şikayətlənməyin”.
Ey oğul, xoş güzaranlıq, var-dövlət və afiyəti sevdiyin kimi çətinlik, yoxsulluq və bəlanı da sevməlisən.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan hədisdə Həzrət belə buyurur: “Hər kəs müsibətə səbr etsə Allah taala onun üçün hər birinin arası yerdən göyə qədər olan üçyüz dərəcə yazar. Hər kəs itaətdə səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşə qədər olan altıyüz dərəcə yazar. Hər kəs günahın müqabilində səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşin sonuna qədər olan doqquzyüz dərəcə yazar”.Əxlaq alimləri səbri neçə mərtəbəyə bölüblər:

Səbirin mərhələləri və növləri

Səbirin mərhələləri və növləri
5-İxtiyarı əlində olmayan bəlaların müqabilindəki səbr. Əziz adamlarını itirməyin, malın tələf olması, səhhətin pisləşməsi, göz işığının getməsi, bədən üzvlərinin gücdən düşməsi, yoxsulluq və fəqirlik kimi müsibətlərə dözmək və səbr etmək əksər hallarda çox çətin olur və çoxda böyük əcri vardır. Allah taala onlar haqqında buyurur:
“O kəslər ki, başlarına müsibət gəldiyi zaman səbr edib dedilər: “Biz Allah tərəfindən gəlmişik və Ona tərəfdə qayıdacağıq” onları pərvərdigarı tərəfindən salavat və xüsusi rəhmət gözləyir və onlar doğru yolda olanlardır.”
Ey oğul, (Allah səbrin bütün qisimlərini sənə əta etsin) səbrin vasitəsilə neçə şey ələ gəlir ki, onlar səbr əhlinə səbrin acısını baldan da şirin edərlər: 1-Axirətdə hesabı məlum olmayan savabın verilməsi hədislərdə var ki, səbr edənlər “Ərəsat”da durmadan, “Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar.
Səbr edən şəxs qiymətdə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc çəkib şəhid olanın dərəcəsinə nail olar.
Yoxsulluğa səbr etmək cihaddır.” İmam Sadiq əleyhissalam deyir ki, İmam Baqir əleyhissalam buyurubdur: “Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”.
Bu mətləbi yuxarıda deyilmiş hədisdən “səbr edən kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar” anlamaq olar.
“Səbr etmək altmış il ibadətdən fəzilətlidir.”
İmam Sadiq əleyhissalam buyurub: “Hər kəs bir gecə öz dərdindən Allaha pənah apara, onun qəbul olmasını istəyə və ona şükr edə altmış illik ibadət kimi olar”.
“Mömin hər hansı bir bəlaya səbr etsə ona min şəhidin savabı verilər.”
2-Təcrübə göstərir ki, insan səbrlə ali mərtəbələrə nail olur. 3-Zaman ötdükcə çətinlik aradan gedir, ömür qısalır, keçən anların sevinci və kədəri qalmır, gələcəkdə isə nə olacağını bilmirsən. İndi bir sənsən bir də yaşadığın saatlar. Yaxşı olar insan, ömrünü faydalı olan səbrə həsr etsin. 4-Narazı olub şikayətlənməyin əcri azaltmaqdan başqa bir nəticəsi olmaz. Olacağa çarə yoxdur və Allahın qəza-qədəri dəyişməz. Bəndənin isə qul kimi hər şey qüdrətindən xaricdir. 5-Bu işdə böyük və çətin imtahanlardan çıxmış insanların həyatına nəzər salmağın böyük əhəmiyyəti var. 6-Bəlaya mübtəla olmaq özü bir səadətdir. Bəla dostluğun nişanəsidir. Ümumiyyətlə bəlanın ən şiddətlisinin möminin başına gəlməsi onun Allaha daha yaxın olduğunu kəşf edir. 7-Başa düşməlisən ki, bəlalar həkim və mehriban olan Allah tərəfindəndir O, bəndəsinin xeyrinə olmayan bir şeyi ona məsləhət görməz, ehtiyacsızdır, hər şeyə də qadirdir. 8-Bilməlisən ki, bu yalnız nəfsin islahı və paklığı üçündür. 9-Ah-nalə etməyin düşmənin sevincini və dostun kədərini artırar. 10-Səbr etməyin aqibəti hətta bu dünyada belə yaxşı nəticə ilə qurtarır. Məsələn, Yusif peyğəmbərin çətin sınaq və töhmətlərin müqabilində səbr etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul, qardaşlarını ona tabe, Züleyxanı isə xar olub onun yolunu gözlədikdən sonra (Yusif peyğəmbərin duası ilə) cavanlığı, gözəlliyi və gözünün nuru yenidən qayıdıb onunla izzətlə evləndi. “Yusif” surəsinin təfsirində gələn hədislərə müraciət edənə bu mətləb gizlin deyildir.
Həmçinin, Allah taala Əyyub peyğəmbərin səbrinə görə, əldən verdiyi səhhətini, övladlarını və əyalını ona qaytardı və ona çoxlu mal-dövlət verdi.
Ey oğul, müsibət gələn zaman Əhli-beytin müsibətlərini yadına sal. Çünki elə bir müsibət yoxdur ki, onlar onun ən kamil fərdinə mübtəla olmasınlar. İnsanların ağası və məxluqatın yaradılışına səbəb olan İmamların böyük Hətta “Yeri, göyü və onda olanları” Əhli-beytə əleyhissalam xatir yaratmaq barədə çoxlu hədislər nəql olmuşdur.
Müsibətlərini xatırladıqda öz müsibətin sənə asanlaşar. Şair nə gözəl deyib:
“Sizin müsibətiniz bizim kiçik müsibətlərimizi unutdurdu və qarşıdan gələn müsibətlərimizi də asanlaşdırdı”.
Ey oğul, məbadə bəzi avamlar kimi çətinliklər müqabilində çarəsizlikdən səbr edəsən. Bu aşkar riadır. Sənin səbrin təqvalı insanların səbrindən olsun ki, onlar axirət əcrinin intizarındadırlar. Ən üstünü ariflərin səbridir ki, mehriban və hər şeyi bilən Allahdan gələn bəlaların ləzzətini duyasan.
Ey oğul, müsibət zamanı səbrin ağlamaq ilə ziddiyyəti yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o əzəmətilə oğlu İbrahimin vəfatında ağlayarkən ondan soruşdular “Sən bizə səbr etməyi əmr edirsən, bəs bu ağlamaq nədir?” Peyğəmbər (s) bunu deyənə acıqla: “Vay olsun sənə! Ürək yanar, göz yaş axıdır, ancaq biz Allahın razı olmadığı və Onu qəzəbləndirdiyi şeyi demərik”
Ey oğul, müsibət zamanı “İnna lillah və inna iləyhi raciun” ibarətini çox təkrar et ki, ayədə qeyd olunan salavat, rəhmət və hidayətdən məhrum olmayasan və dözümlü və səbirli olmağın üçün böyük səbr sahiblərinin başına gələnləri tez-tez yad etməlisən.
Ey oğul, İmam Sadiq əleyhissalam buyurubdur: “Səbr kasası daşdıqda ümid qapısı açılar.”
Təcrübələr də buna şahiddir ki, hər çətinliyin sonunda bir rahatlıq vardı.
Nə gözəl deyilib:
“Allahın nə qədər gizli mehr və lütfü vardır ki, ona hətta zəkalı beyinlər yaxın düşə bilməzlər”.
“Hər bir çətinlikdən sonra hökmən rahatlıq vardır ki, onunla kədərli qəlbinə sevinc bəxş et”.
“Nə çox olub ki, səhərlər əhvalın narahat olduğun halda axşamlar sənə gözəl ruhiyyə üz gətiribdir”.
“Hər vaxt əhvalın dəyişsə təkcə uca, vahid Allaha etimad et”.
“Çətin hadisələrlə üzləşdikdə heç vaxt ah-zar etmə. Allahın nə qədər gizli lütfü var”.
“Dünya sənə dar olsa “ələm nəşrəh” barədə fikirləş ki, hər çətinlikdən sonra iki yüngüllük taparsan. Əgər fikirləşsən fərəhli və şad olarsan”.
Ey oğul, demək olar gözəl əxlaqi sifətlərin çoxunun mahiyyəti səbrlə bağlıdır, lakin hər birinin özünə məxsus adı var” qarın və şəhvətin müqabilindəki səbrə “iffət”, müsibətin müqabilindəki səbrə sadəcə “səbr”, günahın müqabilindəki səbrə “təqva”, özünü cüzi miqdar malla razılaşdırmağa “qənaət”, döyüş və müharibədəki səbrə “şücaət”, qeyz və qəzəbin müqabilindəki səbrə “helm”, dünyəvi bəlaların müqabilindəki səbrə “ürəyi genişlik”, əgər eyş-işrət və firavan yaşamaqdan uzaqlaşarsa “zöhd” və s. deyilir ki, hər biri öz yerində bütün təfsilatı ilə şərh olunmuşdur.
Təvəkkül
Ey oğul, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və etimad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin səyin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda səy etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası səyinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə səy uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini [55] dediyim mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər [56] (Yəni, insanlar adətən öz elm, səy və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər).
Ey oğul, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mənası budur ki, heç bir iş səbəbsiz hasil olmur. Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn təkidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin təkidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir.
Ey oğul, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: “Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bəzən çətinliklər sovuşar, bəzən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna etiraz etmə”.
Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə təsir etməməsinə gətirib çıxara bilər.
Ey oğul, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yəqub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir.
Ey oğul, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”.
Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: “Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”.
Yenə buyurur: “Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqaların-dan ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”.
Hacətlərin ona əyandır. Bu babın rəvayətlərini nəzərdən keçir, bu mənaya dəlalət edən çoxlu rəvayət taparsan.
“Səhifəyi-Səccadiyyə”nin on üçüncü duasını yaddan çıxarma, onun ətrafında yaxşı-yaxşı fikirləş ki, səbəblərə müstəqil surətdə üz gətirməyin bəyənilmədiyi haqqında dediklərim sənə aydın olsun.

"Miratür-rəşad" kitabından

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə