Bz04282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Merac gecəsi qadınlar haqqında maraqlı bir hədis

Merac gecəsi qadınlar haqqında maraqlı bir hədis

Şiə məzhəbinin böyük alimi və elmi simalarından və həzrət Hadinin (ə) buyruğuna əsasən, ziyarətinin savabı imam Hüseyn (ə) ziyarətinin savabı ilə bərabər olan İslamın mötəbər hədisçisi Həzrət Əbdüləzim Həsəni imam Cavaddan (ə), o həzrət də ataları vasitəsi ilə Əlidən (ə) belə nəql edir: «Mən və Fatimə (s.ə) Peyğəmbərin (s) yanına getdik. O həzrət çox möhkəm ağlayırdı. Ərz etdim: «Atam, anam sənə fəda! Ağlamağınızın səbəbi nədir?» Buyurdu: «Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm.
Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu: Başının qabağının tükü ilə cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əli-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular».
Həzrət Zəhra (s.ə) ərz etdi: «Mənim məhbubum, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə». Həzrət (s) buyurdu: «Başının qabağının tükü ilə cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğurmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçün vasitəçilik edər və qadınları cinsi tələblərini doydurmaq üçün kişilərin ixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində xanəndəlik edər və həsəd xəstəliyinə bulaşmış idi».
Hər halda, vəhy məntiqinə əsasən, qadın ən uca mənəvi məqamlara, yüksək dərəcələrə yetişərək Məryəm, eləcə də Haqq dininə diqqətsizlik nəticəsində heyvanlardan da pis ola bilər.
Günah olmasaydı əzab da olmazdı!
Sabahın odu, cəhalətin törətdikləri fəsadın, əxlaqi azğınlıqların alovlandırdığı bir oddur. Allah-təala istədiyi adama məcburi şəkildə əzab vermir. Qarşılaşacağımız əzab od şəklində zühur edən qeyri-insani keyfiyyətlərimiz, əxlaqi azğınlıqlarımızdır. Əgər günah, küfr, Haqqa qarşı inad olmasaydı, bərzəx, qiyamət əzabı da olmayacaqdı.
«Kumeyl duası»nda deyilir: «(İlahi!) Tam əminəm ki, kafirlərə, inadçılara, düşmənlərinə əzab verəcəyini buyurmasaydın, cəhənnəm atəşini tamamilə söndürərdin və heç bir şəxsə əzab verməzdin. Amma Sən and içmisən ki, cəhənnəmi kafirlərlə, naşükürlərlə dolduracaqsan».
Təqva əhli dünyanın hər bir şeyindən axirət üçün istifadə edir. Öz dünyası ilə axirətini abadlaşdırır. Dünyada xoşbəxt yaşayır, axirətdə isə ondan da xoşbəxt bir həyat sürür.
Bənzərsiz İslam şəxsiyyətlərdən olan Abdullah ibni Yəfur deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Biz dünya aşiqiyik». Həzrət buyurdu: «Dünya nəyinizə lazımdır?». Dedim: «Ondan ailə qurmaq, həcc, qadın və uşaqlarımız, mömin qardaşlarımız və sədəqə vermək üçün istifadə edirik». İmam (ə) buyurdu: «Bunlar dünyadan deyil, axirətdən sayılırlar».
Diqqət yetirin, iman əhli ticarətlə, əkinlə gəlir əldə edir, ailə qurur, camaatın problemlərinin həllinə çalışır, gözəl həyat sürür, ziyarət səfərlərinə gedir, sədəqə verir, bir sözlə, əmniyyət dolu, sağlam bir şəraitdə yaşayır. Onun ardınca isə daha gözəl, daha yaxşı axirətdən bəhrələnir.
Kaş bütün ailələr belə əmniyyət dolu, sağlam həyat sürəydilər! Kaş ailələrə əxlaq, iman hakim olaydı!
İmam Sadiq (ə) bir rəvayətdə həqiqi möminin bütün xüsusiyyətlərini açıq şəkildə buyurur. Həmin rəvayətlərin bir hissəsi belədir: «Hamı mömin tərəfdən təhlükəsizlikəddir. Lakin mömin bu təhlükəsizliyi yaratmaq üçün böyük zəhmətə qatlaşır».

Yazının tərtibində tərcümə olunmuş kitablardan istifə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə