Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Dua haqqında heyrətamiz nöqtələr

Dualar - Zikrlər

Dua haqqında heyrətamiz nöqtələr

Duanın qəbul olunmasının amilləri
Dua, bir açardır ki, onunla ilahi bəxşişlər xəzinəsinin qıfılını açmaq olar.
Dua, Allaha yaxınlaşmaq vasitəsi və Ona ibadətin özüldür.
Dua, Allahın rəhmət zəngidir ki, (onu çalmaq) ilahi bərəkətlərin tökülmsinə səbəb olur.
Dua, vüsal yolunun yolçuları üçün yol azuqəsi və dost camalının qibləsinin şüarıdır.
Dua, əhli-kamal üçün "kəşfi-vücud" və "seyri-şühud"dur,  insanın Allahla ən yaxşı rabitəsidir.
Dua, (şüurlu) ruhun vəhdət zirvəsinə ucalması üçün merac uçuşu və izzət aləminə qovuşmasıdır.

Dua, ürəkdə dostu yada salmaq, onun adını dilə gətirmək, onunla xəlvətdə şənlənmək, onunla şirin-şirin söhbət etməkdir.
Duasız ürəyin dəyəri yoxdur və dəyərsiz ürək də dəyərsizdir.
Elə isə duanın bu məqamına görədir ki, dini mətnlərdə o, dönə-dönə tövsiyə olunub. Sübhan Allah buyurub: De, sizin duanıs olmasa, Rəbbim sizə heç bir etina göstərməz.” (Furqan,77)
Bəzi rəvayətlərdə deyilib ki, hər bir əməlin xas ölçüsü var. Məsələn, namaz gecə-gündüz ərzində beş dəfə təyin olunub. Orucluq bir ay, Həcc ömür boyunca bir dəfə, zəkatın da müəyyən nisabı (həddi) var və s. Amma dua üçün ölçü təyin olunmayıb.
Dua haqqıda yazıla biləcək ən mühüm nöqtələrdən biri onun qəbul olmasının (israr etmək) dönə-dönə istəməkdir.
Dua ilə bir xoşagəlməz hadisənin qarşısı necə alınır və bir şəxsin istəyi necə yerinə yetir?
Bunun izahı üçün çoxlu məsələlərə toxunmaq lazım olmasına baxmayaraq bu yazını tutumu səviyyəsində onun bir neçə məqamına işarə edirik:
Birinici nöqtə: İncə düşüncəli həkim Əbu Əli Sina, duanın qəbul olması haqqında bir sir deyib:
“İstəyin dau və yalvarışla müqayisəsi, `bir məsələnin dərk olunması üçün düşünmək` ilə müqayisəsi kimidir.”  Onun sözündən belə məlum olur ki, bir elmi nöqtəni insan əldə etmək üçün düşünür və nəhayət onu əldə edir. Dua da onun kimidir. Onunla insan salamatlıq və ya istəyni əldə edir. Deməli dua, insanınıistəyinin yerinə yetməsi üçün ilahi bir zəmindir. Allah taala “Daimül-feyz”  (daim feyz əta edən və yaxşılıqılara səbəb) və “İləlül-bəriyyə” olsa da, insanda gərək feyzi qəbul etmək qabiliyyəti - hazırlıq.
İkinci nöqtə:  Bəzi böyük şəxsiyyətlər dua haqqında təhqiq edib dəyərli nəticələr əldə etmişlər. O cümlədən:
Dua təkcə insanın zatında deyil, onun zahirində də (xaricində) təsirlərini göstərir. Ardıcıl və daimi dua edən şəxs diqqət və düşüncəsini aləmi-qüdsə və ilahi məqama yönəltdiyi üçün həqiqətin nuru onun üzünə saçmağa başalayır, bu minvalla məlukut aləmi ilə görüşür. Məlukut aləmi ilə görüşən şəxs isə əzm və iradə sahibinə çevrilir. Yaxud da dua və zikr ilə insan mələkuti əxlaqı əldə edir, qüdsi əql üçün vəsf olunmuş sifətlərə sahib olur və beləliklə də təkvini (fitri) olaraq vilayət rütbəsini əldə edir. Beləsi isə hər bir işdə dəyişlik yarada bilər.
Dau, ilahi nizamın və üsulun ziddi deyil, aləmdə dəyişlik yaratmaq üçün vasitə və səbəblərindən sayılır...

www.sibtayn.com/az/

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə