Həyatı
İmam Məhəmməd Təqinin (ə) həyatı barədə qısa məlumat
Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (ə) o xanımı pak,nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (ə) atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur.
[redaktə / تحریر] İmam Cavadın (ə) həməsri olmuş xəlifələr
İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (ə) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.
Xeyir-bərəkətli bir təvəllüd İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (ə) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (ə) bizim yanımıza gəldi. İmam Riza (ə) buyurdu ki,şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”
Deyilənlərə görə İmam Riza (ə) müxtəlif münasibətlərdə, yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki, bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavadı (ə) onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki, bu, həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (ə) onların cavabında buyurur: “Bəli, bu, İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”
Əbu Yəhya Sənani deyir: “Məkkədə olarkən İmam Riza əleyhissəlamın hüzuruna getdim. Gördüm ki, o Həzrət banan soyub oğlu Cavada (ə) verir. O Həzrətə dedim: “Bu, həmin xeyir-bərəkətli uşaqdır?” O Həzrət cavab verdi ki, bəli, bu, həmin uşaqdır ki, İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”
İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki, İmam Cavad (ə) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki, bu hədisdən məqsəd İmam Cavadın (ə) doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki, İmam Riza əleyhissəlamın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazimin (ə) şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Riza əleyhissəlamın İmamətini qəbul etməmiş, digər tərəfdən də, o Həzrətin (İmam Riza əleyhissəlamın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseynin (ə) nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini, həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Riza əleyhissəlamın İmamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə İmam Riza əleyhissəlama etdiyi etiraz və o Həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə İmam Riza əleyhissəlamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Riza (ə) onun cavabında yazır: “Sən haradan bilirsən ki, mənim uşağım olmayacaq? And olsun Allaha, bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.” Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza (ə) da öz növbəsində onların bu sözlərini, bu “sübutlarını” cavabsız qoymurdu. Nəhayət, İmam Cavadın (ə) doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Riza (ə) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir, nəticədə şiəliyin etibarı artır.
Vaqifilər və İmamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki, hətta İmam Cavadın (ə) anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Riza əleyhissəlamın bəzi qohumları (həsəd, paxıllıq və düşmənçilikləri nəticəsində) Həzrət Cavadın (ə) o Həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavadın (ə) rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: “Bizim aramızda rəngi qarabuğdayı olan bir İmam olmamışdır!” İmam Riza (ə) onların cavabında buyurur: “O, mənim oğlumdur.” Onlar dedilər: “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza (ə) (məcbur olub) buyurdu: “Siz onların (fizionomiklərin) ardınca adam göndərin, ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. Mənə qalsa, bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi İmam Riza əleyhissəlamın əmi, qardaş və bacıları bir bağda oturur, o Həzrət özü isə geniş və yun paltar geyərək başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Sanki o Həzrət bağban olub oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavadı (ə) gətirib fizionomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki, onun atası burada yoxdur, ancaq bu oturan onun atasının əmisi, bu, öz əmisi, bu da bibisidir. Əgər atası da buradadırsa, onda mütləq (İmam Riza əleyhissəlama işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də, baldırı eyni cürdür. Bu vaxt İmam Riza (ə) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki, onun atası bu kişidir. Bunun ardınca İmam Riza əleyhissəlamın əmisi Əli ibn Cəfər yerindən qalxıb İmam Cavadın (ə) dodaqlarından öpərək dedi: “Şəhadət verirəm ki, sən Allah dərgahında mənim İmamımsan.”
Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.
Azyaşlı İmam İmam Cavad (ə) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?
Bu sallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən İmamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.
Qurani-Kərim Həzrət Yəhya əleyhissəlamın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət [[[Allah]] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik.”
Bəzi təfsirçilər qeyd etdiyimiz ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər. İkinci versiyanı “Üsuli-kafi” kitabında olan hədislər də təsdiq edir. O hədislərdən biri də, İmam Baqirin (ə) qeyd etdiyimiz ayədəki “hikmət” sözünü Həzrət Yəhya əleyhissəlamın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək bu cür buyurmasıdır: “Həzrət Zəkəriyya əleyhissəlamın vəfatından sonra oğlu Yəhya (ə) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda “Ey Yəhya! Kitabdan bərk yapış! [Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!] Biz uşaq ikən ona hikmət [[[Allah]] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik” - deyərək buyurmasıdır.”
Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, Həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə,hələ beşikdə olarkən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsa əleyhissəlamın sözlərini bu cür açıqlamışdır: “[[[Allah]]dan bir möcüzə olaraq körpə [İsa (ə)] dilə gəlib] dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab [İncil] verdi, özümü də Peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək [həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən] etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar, asi [dikbaş] eləmədi.”
Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, İmamlardan qabaq da, digər mömin insanlar bu İlahi nemətdən bəhrələnmiş və bu, təkcə İmamlara xas bir şey olmamışdır.
Bu barədə İmamların buyurduqları İmamların həyatını mütaliə etdikdə məlum olur ki, bu məsələ İmamların, xüsusən, İmam Cavadın (ə) öz dövründə də, daima müzakirə mərkəzinə çevrilmiş, onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:
1.İmam Riza (ə) və İmam Cavadın (ə) səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavadın (ə) hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt sanki ürəyimdəkini oxumuş İmam Cavad (ə) mənimlə üz-üzə əyləşib mənə diqqət edərək buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın İmamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yəhya (ə) barədə buyurur ki, «Biz uşaq ikən ona hikmət [[[Allah]] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik», Həzrət Yusif (ə) barədə buyurur ki, «Yusif [gəncliyinin] ən yetkin dövrünə çatdıqda, ona hikmət [peyğəmbərlik] və elm verdik,» Həzrət Musa (ə) barədə buyurur ki, «Musa yetkinləşib kamilləşəndə ona hikmət [peyğəmbərlik] və elm verdik.» Deməli, insana qırx yaşında hikmət və elm əta edən Allah onu uşaq yaşlarında da, insana əta edə bilər.”
İmam Riza əleyhissəlamın səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda İmam Riza əleyhissəlamın hüzurunda idik. Orada olanlardan biri İmama (ə) dedi ki, ey mənim ağam, (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə, biz sizdən sonra kimə müraciət edək? O Həzrət buyurdu: “Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs İmam Cavadın (ə) yaşının az olduğunu bildirdi. İmam Riza (ə) buyurdu: “Allah-taala Həzrət İsa əleyhissəlamı Cavaddan da kiçik yaşlarında Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”
İmam Riza (ə) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki, kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”
[redaktə / تحریر] Əqidə çaşqınlığı
Kiçik yaşında ikən İmamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da, İmam Cavadın (ə) yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiələrin, eləcə də, bəzi şiə alimlərinin payı var idi. Buna görə də, İmam Riza əleyhissəlamın şəhadətindən sonra İmamətin İmam Cavadın (ə) öhdəsinə düşdüyü bir dövrdə şiələr (xüsusilə, adi şiələr) çox təhlükəli, o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və İmam Cavadın (ə) yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə dördüncü əsr alimi ibn Rüstəm Təbəri yazır: “O, (İmam Cavad (ə)) altı yaş bir neçə aylıq olarkən, Məmun onun atasını şəhid edir və nəticədə şiələr çaş-baş qaldığı üçün camaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır.” Bu məsələni həll etmək məqsədilə şiələr yığıncaqlar təşkil edib İmam Cavad (ə) ilə görüşlər keçirərək o Həzrətin İmamət üçün lazım olan elmə malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir və o Həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar. Tarixçilər bu barədə yazırlar: “Hicrətin iki yüz ikinci ili İmam Riza (ə) vəfat edərkən, İmam Cavadın (ə) təxminən yeddi yaşı var idi. Buna görə də, Bağdad və digər şəhərlərdə camaat arasında müxtəlif fikirlər yaranmağa başlayır. Rəyyan ibn Silət, Səfvan ibn Yəhya, Məhəmməd ibn Həkim,Əbdürrəhman ibn Həccac və Yunis ibn Əbdürrəhman bəzi şiə başçıları ilə birlikdə Bağdadın “Zəlzəl gölməçəsi” adlı məhəlləsində Əbdürrəhman ibn Həccacın evində toplaşaraq İmam Riza əleyhissəlama əzadarlıq etdilər. Yunis məclisdəkilərə dedi: “Əzadarlıq etməyimiz yetər, gəlin, görək indi İmamət kimin öhdəsinə düşür? Bu uşaq (İmam Cavad (ə)) böyüyənə qədər qarşımıza çıxan məsələlərdə kimə müraciət edək?” Bu vaxt Rəyyan ibn Silət ayağa qalxıb onun boğazından tutaraq möhkəm sıxır və onun baş-gözünə vuraraq qəzəblə deyir: “Sən bizim yanımızda özünü imanlı göstərir, həqiqətdə isə kafir olduğunu gizlədirsən? Əgər onun (İmam Cavadın (ə)) İmaməti Allah tərəfindəndirsə, onda, bir günlük uşaq olsa belə, yüz yaşlı kişi sayılar, yox, əgər İmaməti Allah tərəfindən deyilsə, yüz yaşlı olsa da, adi adam kimi hesab olunar. Bu haqda yaxşı fikirləşin!” Rəyyan ibn Silətin çıxışından sonra məclisdəkilər Yunisi möhkəmcə danladılar.”
O vaxt qarşıdan həcc mövsümü gəlirdi. Bağdad fəqih və alimlərindən səksən nəfəri həcc ziyarətinə çıxıb İmam Cavad (ə) ilə görüşmək məqsədilə Mədinə şəhərinə yola düşürlər. Mədinəyə çatdıqda, İmam Sadiqin (ə) evinə gedirlər. Bu vaxt İmam Cavadın (ə) əmisi Abdullah ibn Musa içəri girib yuxarı başda oturur. Bir nəfər ayağa qalxıb deyir: “Bu, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladıdır, kimin sualı varsa, soruşsun.” Bir neçə nəfər ona suallar verir, o isə onlara düzgün cavab verə bilmədiyi üçün şiələr narahat olur və fəqihlər nigaran halda ayağa qalxaraq deyirlər: “Əgər Əbu Cəfər bizim suallarımıza düzgün cavab verə bilsəydi, Abdullah ibn Musa bura gəlib bizə səhv cavablar verməzdi.” Bu vaxt məclisin yuxarı başındakı qapı açılır və Müvəffəq adlı bir xadim içəri girib deyir: “Əbu Cəfər (İmam Cavad (ə)) gəlir.” Hamı ayağa qalxıb onu qarşılayaraq salam verirlər. İmam daxil olub əyləşdi. Camaat hamısı sakit oturmuşdu. Sonra isə bir-bir hərə öz sualını o Həzrətə verir. İmam Cavad (ə) onlara qəti və qaneedici cavablar verdikdə, onlar sevinib o Həzrətə dua edərək dedilər: “Sizin əminiz Abdullah bizə filan-filan cavabları verdi.” İmam Cavad (ə) (üzünü əmisinə tutub) buyurdu: “Əmi, sabah Allahın hüzurunda dayanıb O, sənə “Ümmətin arasında səndən savadlısı ola-ola, nə üçün bilmədiyin şeylər haqqında camaata hökm verirdin?” – deyə buyurduqda, nə cavab verəcəksən?”1
Həmin il bu dəstənin arasında olmuş İshaq ibn İsmayıl deyir: “Mən də o Həzrətdən sual soruşmaq üçün on məsələ hazırlamışdım. Həmin vaxt həyat yoldaşım hamilə idi. Öz-özlüyümdə dedim: Əgər suallarıma cavab verə bilsə, onda, ondan xahiş edərəm ki, Allah-taaladan həyat yoldaşımın bətnindəki uşağın oğlan olmasını istəsin. Camaat öz suallarını verib qurtardıqdan sonra mən də suallarımı demək üçün ayağa qalxdım. O Həzrət məni görcək buyurdu: “İshaq, onun adını Əhməd qoyarsan!” Bu hadisədən sonra həyat yoldaşım bir oğlan uşağı doğdu. Mən də onun adını Əhməd qoydum.”
Beləliklə, İmam Cavad (ə) ilə olmuş bu cür görüş, bəhs və müzakirələr şiələrə o Həzrətin İmam olduğuna dair arxayınlıq gətirərək onların fikrindəki şəkk-şübhələri aradan qaldırır.
[redaktə / تحریر] İmam Cavadın (ə) elmi müzakirələri
Qeyd etdiyimiz kimi İmam Cavad (ə) uşaq ikən İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlar da həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki, bir tərəfdən o Həzrətin yaşının az olmasına görə onun İmam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki, şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır), buna görə də, arxayınlıq əldə etmək məqsədilə o Həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, İmam Cavadın (ə) yaşadığı dövr Mötəzilə məzhəbinin qol-budaq atıb genişlənərək nüfuz tapdığı bir dövr olmuş, yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək, digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi. Mötəzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mötəzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək ağılları qəbul edənə əməl edir və ağıllarının qəbul etmədiklərini isə inkar edirdilər. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və İmam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində İmam Cavadı (ə) elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində İmam Cavad (ə) (İmamət elmi sayəsində) öz qəti və aydın cavabları ilə özünün İmam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq İmam olduğunu və ümumiyyətlə, İmamət məsələsini isbat edirdi. Buna görə də, daha İmam Hadinin (ə) İmaməti dövründə (o Həzrət də kiçik yaşlarında ikən İmamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki, yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz.
[redaktə / تحریر] Yəhya ibn Əksəmlə elmi mübahisə
Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra İmam Cavada (ə) bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də, İmam Riza əleyhissəlamın Tus (Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü,həqiqətdə isə məcburi bir səfər olmuşdur. İmam Cavad (ə) Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: “Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: “Bəs sizin fikriniz nədir?” Onlar dedilər: “O, uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.” Məmun dedi: “Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.”
Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavadın (ə) elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Məmuna tutub deyir: “İcazə verirsən, bu gəncə bir sual verim?” Məmun deyir: “Onun özündən icazə al!” Yəhya İmam əleyhissəlamdan icazə istədikdə, o Həzrət buyurur ki,nə istəyirsən, soruş!” Yəhya deyir: “Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?” İmam Cavad (ə) buyurur: “Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir bü cür iş görür, yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?”
Bu məsələ barədə İmam Cavadın (ə) müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki, bütün məclisdəkilər onun İmam Cavadın (ə) qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər. Bu vaxt Məmun deyir: “Şükr olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: “Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”
Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü Məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir və təkcə xəlifənin yaxın qohum-əqrəbası qalır. Məmun İmam Cavada (ə) üzünü tutub deyir: “Başına dönüm, yaxşı olar ki, ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz, biz də öyrənək.” İmam Cavad (ə) buyurdu: “Bəli, əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa, bir qoyun kəffarə verməlidir, yox, əgər hərəmin daxilində ovlamışdırsa, kəffarəsi iki bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə, süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir, əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə, onda həm süddən təzəcə ayrılmış bir quzu, həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa, bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə, bir inək,dəvəquşu öldürmüşsə, bir dəvə, ceyran öldürmüşsə, bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki, bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə, onda qeyd etdiklərimizin iki bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki, qurbanlıq (bu qurbanlıq kəffarə ünvanındadır) ona vacib ola, əgər bu vaxt o, təməttö həccindədirsə, qurbanı Minada kəsməlidir, yox əgər ümrə həccindədirsə, onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur, ancaq bilərəkdən öldürmüşsə,(kəffarədən əlavə) günah da etmişdir,bilmədən öldürmüşsə, heç bir günahı yoxdur (və sadəcə olaraq yalnız kəffarə verməlidir). Ehram halında heyvan ovlamış (öldürmüş) şəxs azaddırsa,kəffarəsi öz boynuna, quldursa, kəffarəsi sahibinin boynundadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa, ona heç bir kəffarə düşmür, əgər böyükdürsə, kəffarəsini verməlidir. Gördüyü bu işdən peşiman olan şəxsə (bu işinə görə) Axirət əzabı yoxdur, ancaq işindən peşiman olmayan şəxsə isə bu işinə görə Axirət əzabı var.”
[redaktə / تحریر] Baş qazı heyran qalır
(İmam Cavadın (ə) bu sözündən sonra) Məmun deyir: “Afərin, ey Cavad! Allah sənə xeyir versin! İndi yaxşı olar ki, Yəhya ibn Əksəm sənə sual verdiyi kimi sən də ona bir sual verəsən.” İmam Cavad (ə) Yəhyaya buyurur: “Soruşum?” Yəhya deyir: “Başına dönüm, ixtiyar sahibi sizsiniz, əgər bilsəm, cavabını verərəm, bilməsəm də sizdən öyrənərəm.” İmam Cavad (ə) buyurur: “Mənə de görüm, necə olur ki, bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur, ancaq elə ki, günəş çıxır həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur, günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur, amma axşam olduqda isə yenə halal olur. Gecə yarısı olcaq qadın kişiyə haram olur, dan yeri söküləndə, yenə qadın halal olur? Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur?” Yəhya ibn Əksəm deyir: “Allaha and olsun ki, mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə, onun cavabından bizi xəbərdar edin.” İmam Cavad (ə) buyurdu: “Bu qadın bir kişinin kənizi olub, sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, elə ki, günəş çıxır həmin kişi kənizi sahibindən alır, beləliklə də, kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir, o da artıq, kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar (qanuni nikahlarını özlərinə haram) edir, buna görə də, qadın ona haram olur, axşam vaxtı isə ziharın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olcaq ona təlaq verir (onu boşayır) və qadın ona haram olur, dan yeri söküldükdə isə təlaqını geri götürür və beləliklə də, qadın ona halal olur.”
[redaktə / تحریر] İmam Cavadın (ə) tükənməz elmindən nümunələr
1. İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması İmam Cavad (ə) qeyd etdiyimiz iki elmi mübahisədən əlavə, bəzi vaxtlar öz İmamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək İmamətə əqidə bəsləmək fikrini camaatın fikrində canlandırırdı. Bu baxımdan o Həzrətin, bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan deyir: “Bir gün İbn Əbu Duad xəlifə Mötəsimin məclisindən çox narahat halda geri dönür. Narahatçılığının səbəbini soruşduqda, deyir: Bu gün Allahdan istədim ki, kaş iyirmi il bundan qabaq öləydim. Dedim: Nəyə görə?
— Xəlifə Mötəsimin məclisində İmam Cavad (ə) tərəfindən başıma gələn hadisəyə görə.
— Məgər nə baş vermişdir?
— Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavadı (ə) da çağırtdıraraq bizdən soruşdu: “Oğrunun əli haradan kəsilməlidir?”
Mən dedim ki, biləkdən kəsilməlidir. Xəlifə dedi: “Hansı əsasa görə deyirsən?” Mən dedim: “Çünki təyəmmüm barədə olan ayədə “ondan [torpaqdan] üzünüz və əllərinizə sürtün” deyildikdə, “əlləriniz” sözündən “biləklərə qədər” mənası başa düşülür.” Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər, bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki, oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda, cavab verdilər ki, dəstamaza aid olan ayədə “üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun” deyildikdə, “əlləriniz” sözündən məqsəd “dirsəyə qədər” mənasıdır. Sonra xəlifə Mötəsim üzünü İmam Cavada (ə) tutub dedi: “Bu barədə sənin fikrin nədir?” O dedi: “Bunlar fətva verdilər, məni üzürlü say.” Mötəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd ibn Əli (İmam Cavad (ə)) dedi: “İndi ki, and verirsən, onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mötəsim dedi: “Hansı əsasa görə?” O cavab verdi: “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur ki, səcdə bədənin yeddi üzvü vasitəsi ilə yerinə yetirilir: alın,əllərin iki ovucu, iki dizlər, ayaqların iki baş barmaqları. Buna əsasən, oğrunun əli bilək, yaxud dirsəkdən kəsilərsə, onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin, Allah-taala buyurmuşdur: “Şübhəsiz ki, bütün səcdəgahlar [səcdə üçün lazım olan yeddi bədən üzvü] Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.” Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mötəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.”
2. Hədis uyduranlar rüsvay olurlar Nəql olunur ki, Məmun öz qızını İmam Cavada (ə) verdikdən sonra özünün, İmam Cavadın (ə), Yəhya ibn Əksəmin və bir çoxlarının iştirakı ilə bir məclis təşkil edir. Həmin məclisdə Yəhya, İmam Cavada (ə) deyir: “Belə nəql edirlər ki, Cəbrail (ə) Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib deyir: “Ey Məhəmməd! Allah sənə salam göndərərək buyurur ki, Mən Əbu Bəkrdən razıyam, ondan soruş, gör o da məndən razıdır? Bu hədis barədə sizin fikriniz nədir? ” İmam Cavad (ə) onun cavabında Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bu hədisini buyurur: “Mənim adımdan yalan danışanlar çoxalmış və məndən sonra daha da çoxalacaqlar. Kim mənim adımdan yalan danışırsa, yeri Cəhənnəmdə olacaqdır. Sizin üçün mənim dilimdən bir hədis söylənildikdə, onu Allahın kitabı (Quran) və sünnəmlə tutuşdurun, (bu vaxt) Quran və sünnəmə müvafiq olanı qəbul edin, (ancaq) Quran və sünnəmə müvafiq olmayanı isə qəbul etməyin.” Sonra İmam Cavad (ə) əlavə edib buyurur: “(Əbu Bəkr) barədə söylədiyin bu rəvayət Allahın kitabı (Quran) ilə uyğun gəlmir. Çünki Allah buyurmuşdur ki, “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq.” Məgər Əbu Bəkrin Allahdan razı qalıb-qalmaması Allahın Özünə məlum deyildi ki, onu Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) soruşurdu? Bu, əqli nöqteyi-nəzərdən qeyri-mümkündür!” Yəhya deyir: “Rəvayət edilmişdir ki, Əbu Bəkrlə Ömərin yerdə olmaları Cəbrail (ə) ilə Mikailin asimanda olması kimidir.” İmam Cavad (ə) buyurur: “Bu hədis də, həqiqətlə uyğun gəlmir. Çünki Cəbrail (ə) və Mikail (ə) Allah dərgahında ən üstün mələklər olub əsla günah etməz və bir an da olsa belə, Allahın itaət çərçivəsindən kənara çıxmazlar. Əbu Bəkrlə Ömər isə vaxtilə müşrik olmuş, İslam dini meydana çıxdıqdan sonra müsəlman olmalarına baxmayaraq, ömürlərinin çoxunu müşriklik və bütpərəstliklə keçirmişlər. Deməli, Allahın Əbu Bəkrlə Öməri Cəbrail ilə Mikailə bənzətməsi qeyri-mümkündür!” Yəhya dedi: “Həmçinin, rəvayət edilmişdir ki, Əbu-Bəkrlə Ömər Cənnət qocalarının ağalarıdır. Bu hədis barədə nə deyirsən?” İmam Cavad (ə) buyurdu: “Bu hədisin də doğru olması qeyri-mümkündür! Çünki Cənnət əhlinin hamısı cavan olacaq və onların arasında bir dənə də, qoca olmayacaq. Bu hədisi Bəni-Üməyyə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) “Həsənlə Hüseyn (əleyhimassəlam) Cənnət gənclərinin ağalarıdır” hədisinin qarşısına çıxarmaq üçün uydurmuşlar.” Yəhya dedi: “Rəvayət edilmişdir ki, Ömər ibn Xəttab Cənnət əhlinin çırağıdır.” İmam Cavad (ə) buyurdu: “Bu da mümkün olan şey deyil! Çünki Allahın yaxın mələkləri, Həzrət Adəm (ə), Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və bütün peyğəmbərləri Cənnətdə olacaqlar. Necə ola bilər ki, mələklər, peyğəmbərlər qala-qala Cənnət Ömərin nuru ilə işıqlansın?” Yəhya dedi: “Rəvayətdir ki,Ömər nə deyirsə, mələyin dilindən deyir.” İmam Cavad (ə) buyurdu: “Mən Ömərin fəzilətini inkar etmirəm, lakin Əbu Bəkrin Ömərdən daha fəzilətli olmasına baxmayaraq, o, minbərdə olarkən deyirdi ki, mənim, məni düz yoldan çıxaran bir şeytanım var. Düz yoldan çıxdığımı gördükdə, məni düz yola tərəf cəlb edin.” Yəhya dedi: “Rəvayət edilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Əgər mən Peyğəmbər seçilməzdimsə, onda mütləq Ömər Peyğəmbər seçiləcəkdi.” İmam Cavad (ə) buyurdu: “Daha doğrusunu Quran buyurur. Allah Quranda buyurur ki, “[Ya Rəsulum!] Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da...” Bu ayədən açıq-aşkar başa düşülür ki, Allah peyğəmbərlərdən əhd almışdır. Belə olduğu halda, necə ola bilər ki, Allah Öz əhdinə vəfa etməsin (əhdini dəyişdirsin)? Peyğəmbərlərin heç biri bir göz qırpımı qədər də Allaha şərik qoşmadıqları halda, necə ola bilər ki, Allah ömrünün çoxunu bütpərəstliklə keçirmiş bir şəxsi Peyğəmbər seçsin? Bundan da əlavə, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) özü buyurmuşdur ki, Adəm (ə) hələ yaranmamışdan qabaq mən Peyğəmbər idim.” Yəhya dedi: “Rəvayət edilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: Vəhy məndən kəsildikdə mən belə güman etdim ki, vəhy (Ömərin atası) Xəttabın ailəsinə nazil olur. Yəni nübüvvət (peyğəmbərlik) məndən onlara keçmişdir.” İmam Cavad (ə) buyurdu: “Bu da qeyri-mümkündür! Ona görə ki, Peyğəmbərin öz peyğəmbərliyində şəkk etməsi mümkün olası iş deyildi. Çünki Allah buyurmuşdur: “Allah mələklərdən də Peyğəmbər seçər, insanlardan da...” (Deməli, Allahın Öz seçimi ilə artıq Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz peyğəmbərliyində şəkk etməsinə heç bir lüzum qalmır). Yəhya dedi: “Rəvayət edilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Əgər (yer üzünə) bəla gəlsəydi, Ömərdən başqa heç kəs canını qurtara bilməzdi.” İmam Cavad (ə) buyurdu: “Bu da qeyri-mümkündür! Çünki Allah-taala Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur ki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib] bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. Deməli, nə qədər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) camaatın arasındadır və nə qədər ki, müsəlmanlar Allahdan bağışlanmalarını diləyirlərsə, Allah onlara əzab verməz.”
Alimlərin nəzərində İmam Cavadın (ə) şəxsiyyəti İmam Cavadın (ə) söhbətləri, elmi mübahisələri, böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini, istər şiə olsun, istərsə də sünni, heyran qoymuş, onlar İmamın (ə) şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: “O, elm, təqva, zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi.”
İbn Həcər Heytəmi yazır: “O, yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi.”
Şəbəlnəci deyir: “Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi.”
Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavadı (ə) bu cür yad etmişlər: “Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm, hikmət, ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki, o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi.”
Əlinin (ə) ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavadı (ə) camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: “Onlar alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə, bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Əskəri (ə)), Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (ə)), Məhəmməd ibn Əli (İmam Cavad (ə)), Əli ibn Musa (İmam Rza (ə)), Musa ibn Cəfər (İmam Kazim (ə)), Cəfər ibn Məhəmməd (İmam Sadiq (ə)), Məhəmməd ibn Əli (İmam Baqir (ə)), Əli ibn Hüseyn (İmam Səccad (ə)), Hüseyn ibn Əli (İmam Hüseyn (ə)) və Əli ibn Əbutalib (Həzrət Əli (ə)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır.”
[redaktə / تحریر] Hiylə əsasında qurulmuş nikah
İmam Riza əleyhissəlamın həyatından bəhs edərkən qeyd etdik ki, Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də, İmam Riza əleyhissəlama güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən, hakimiyyəti Abbasilərdən alıb Ələvilərə verəcəyi ehtimalından çox narahat olduqlarından, ona qarşı çıxmağa başlayırlar. Ancaq İmam Riza (ə) Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Riza əleyhissəlama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki, camaat onun bu cinayətindən xəbər tutmasın. O, öz cinayətinin üstünü örtmək məqsədilə əzadarlıq edib özünü narahat qələmə verirdi. Ancaq bu qədər səylərə baxmayaraq, nəhayət bütün Ələvilərə məlum olur ki, İmamın (ə) qatili məhz Məmunun özüdür. Onlar bu hadisədən çox narahat olaraq qəzəblənirlər. Hakimiyyətini bir daha təhlükə qarşısında görən Məmun bu dəfə yeni bir hiyləyə əl atır. İmam Cavad (ə) ilə dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki, öz qızını o Həzrətə ərə verməklə İmam Riza əleyhissəlama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi İmam Cavad (ə) ilə olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o, hicrətin iki yüz dördüncü ili, yəni, İmam Riza əleyhissəlamın şəhadətindən düz bir il sonra İmam Cavadı (ə) Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasındakı elmi mübahisə məclisində (əlbəttə, bu məclis o Həzrətin Bağdada gəlməsindən bir neçə il sonra olmuşdur) öz qızı Ümmul-Fəzli o Həzrətə nişanlayır.
[redaktə / تحریر] Məmunun məqsədi
Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Bir az diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik:
1. Öz qızını İmamın evinə göndərməklə o Həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. (Məmunun qızı üzərinə düşən “xəbərçilik” vəzifəsini layiqincəsinə yerinə yetirirdi. Tarix də buna şahiddir.)
2. Bu nikah Məmunun xam fikrincə, guya İmam Cavadı (ə) onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o Həzrəti eyş-işrətə, kef-əyləncəyə cəlb edəcək, beləliklə, İmam Cavadın (ə) müqəddəsliyi aradan gedər və Məmun də, o Həzrətin ismət və İmamət məqamını camaatın gözündə aşağı salaraq onu xar edər.
3. Bu nikahla Məmun Ələvilərin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alar və onlarda özünə qarşı məhəbbət yaradar.
4. Məmunun dördüncü məqsədi avam camaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: “Mən qızımı ona görə (İmam) Cavada (ə) ərə verdim ki, qoy qızımın ondan uşağı olsun və mən Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) Əlinin (ə) nəslindən olan bir uşağın babası olum. Ancaq xoşbəxtlikdən Məmunun bu hiyləsi baş tutmur. Çünki onun qızının heç vaxt uşağı olmur. İmam Cavadın (ə) isə bütün uşaqları başqa arvaddan olmuşdur.
Bunlar Məmunun bu nikahdan güddüyü məqsədlər olmuşdur. İndi gəlin görək, nəyə görə İmam Cavad (ə) bu nikaha razılıq verir?
İmam Cavad (ə) heç bir şəkk-şübhə olmadan Məmunun bu kimi işlərdən güddüyü əsl məqsədindən xəbərdar olduğu halda, digər tərəfdən də, o Həzrət, əziz atası İmam Riza əleyhissəlamı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda, belə başa düşürük ki, o Həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir. Çünki bu nikah İmam Cavadın (ə) məsləhəti ilə deyil, yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir. Belə də düşünmək olar ki, İmamın sarayla əlaqədə olmasında məqsədi, o Həzrətin Mötəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmamın (ə) dostlarının və eləcə də, şiə başçılarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eynilə Əli ibn Yəqtinin şiələrin mənafeyini qorumaq məqsədilə Harun ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavadın (ə) dostlarından olan Hüseyn Məkkari deyir: “Bir gün Bağdadda İmam Cavadın (ə) hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam (ə) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: “Hüseyn, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) şəhərində (Mədinədə) bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır.”
Buna görə də, İmam Cavad (ə) Bağdadda qalmayıb həyat yoldaşı Ümmul-Fəzllə birlikdə Mədinəyə qayıdır və hicrətin iki yüz iyirminci ilinə qədər orada yaşamışdır.
[redaktə / تحریر] Vəkillik əlaqə vasitəsi kimi
İmam Cavad (ə) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O Həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmamın (ə) nümayəndələri bir çox şəhərlərdə, o cümlədən, Əhvaz, Həmədan, Sistan, Bost, Rey, Bəsrə, Vasit, Bağdad və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad (ə) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş, Nuh ibn Dərrac isə bir müddət Bağdadın, sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin, Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavada (ə) xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.
İmam Cavadın (ə) yaşının az olmasından danışarkən qeyd etmişdik ki, Əli ibn Əsbat o Həzrətlə görüşü zamanı İmamın simasını yaxşı yadda saxlayıb Misirə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə, diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki, o Həzrətin Misirdə də, şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd ibn Məhəmməd ibn Əşəs, Əhməd ibn Səhl, Hüseyn ibn Əli Misri və İsmayıl ibn Musa əl-Kazim kimi Kufə hədisçilərinin Misirə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur.Mərhum Kuleyni qeyd edir ki, İmam Cavad (ə) Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki, maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavadın (ə) dostlarından olan həmin şəhər valisi İmamın (ə) bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır, üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir.
[redaktə / تحریر] İmam Cavadın (ə) elmi məktəbi
Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuş, buna görə də, İmam Sadiqin (ə) şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavaddan (ə) başlayaraq İmam Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli,“İmam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm,Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən,özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavaddan (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi “Məalimül-itrətit-tahir” adlı kitabında, eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit,Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavaddan (ə) çoxlu hədislər rəvayət etmişlər.
[redaktə / تحریر] İmam Cavadın (ə) şəhadəti
Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”
Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.
az.wikipedia.org

Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, İmamlardan qabaq da, digər mömin ins