Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Pak sülalə

Həzrət Əli Əkbər ələyhis-salam haqqında

 

  Hz.Əli-Əkbər(Hz imam Hüseynin oğlu),o mübarək insan imamın himayəsində böyümüş və Əhli Beyit məktəbinin layiqli davamçılardan olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur: "ata mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər" Əli Əkbərin (a.s.) həyatı. İslamı dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan kəslərdən biri də həzrət Əli Əkbərdir (ə).Əli Əkbər (ə) İmam Hüseynin (ə) övladlarındandır.İmam Hüseynin (ə) üç oğlunun adı Əli idi.Ərəblərdə belə bir qayda var ki bir neçə övladın adını eyni ad qoyurlar və onların araları bir-biri ilə böyük, orta və kiçik sözləri artırmaqla fərqləndirirlər. Həmçinin qız uşaqlarındada belə bir qayda vardır.Əkbər (böyük), Əvsət (orta), Əsğər (kiçik) oğlan uşaqları üçün və Kubra (böyük),Vusta (orta),Suğra (kiçik) də, qız uşaqlarının adrlaında işlədilən sözlərdir.(Misal üçün:Əli Əkbər, Əli Əvsət , Əli Əsğər və Fatimeyi-Kubra, Fatimeyi-Vusta və Fatimeyi-Suğra) Əli Əkbər (ə) İmam Hüseynin böyük oğlu olduğu üçün ona Əli Əkbər yəni böyük Əli deyilir.İkinci oğlu Əli Əvsət (İmam Zeynul-Abidindir (ə).Üçüncü oğlu isə Əli Əsğərdir ki 6 aylıq idi və Kərbəlada şəhid oldu.Bu yazımızı əsas Əli Əkbər barəsindədir. Əli Əkbərin (a.s.) təvəllüdü Tarixçilər arasında o həzrətin dəqiq anadan olmasının tarixi barəsində böyük ixtilaf mövcuddur.Bütün tarixçilər ən əsası o həzrətin kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə, çoxda, onun təvəllüdü və taxiriniə işarə etməmişlər.Belə ki tarixçilərin bəzisi o həzrətin yaşını 19, digərləri 20 və bəziləri də 38 olduğunu yazmışlar.Amma tarixi araşdırmalardan ələ gəlr ki o həzrət Şaban ayının 11 dünyaya gəlmişdir.Əllamə Əbdur-rəzzaq Musəvi Muqərrəm Ənisusuş-şiə və Hədaiqul-vərdiyyə kitablarıandan nəql etdiyinə əsasən yazır: Həzrt Əli Əkbər (ə) Şaban ayının 11, Üçüncü Xəlifənin vəfatından iki il qabaq anadan olmuşdur.Üçüncü Xəlifə isə hicrətin 31-ci ilində vəfat etdi. Sonra yazır: Böyük alimlərdən olan mərhum İbni idris Hilli Sərair kitabının ziyarət bölməsində belə yazır: Əli Əkbər (ə) Xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Əli Əkbərin (ə) nəsəbi O həzrətin nəsəbi ata tərəfindən hamıya məlimdur və izah etməyə ehtiyac yoxdur.Böyük babası peyğəmbr (s), babası həzrət Əli, atası isə İmam Hüsyndir (ə).Böyün nənəsi həzrət Xədicə, Nənəsi həzrət Fatimə (s), anası isə Əbi Mərvə ibni Urvə ibni Məsud Səqəfinin qızı Leyladır.Anasının anası isə Əbu-sufyan bni Səxr ibni hərb ibni Uməyyənin qızı Meymunədir ki əsil- nəcabətli bir xanımdır.Anasının babası Urvə ibni Məsuddur ki Qureyşin böyük şəxsiyyətlərindən sayılır.Qureyş tayfası onu özləri tərəfindən xüsusi numayəndə olararaq Hüdeybiyyə sülhinin müqaviləsini imazalamaqdan ötrü peyğəmbərin yanına göndərdirlər.Urvə hicrətin 9-cu ilində müsəlman oldu və öz qövmünü islam dininə dəvət etmək üçün yaşadığı məntəqəyə yollandı.Lakin öz tayfası onun azan verdiyi halda şəhid etdilər.Peyğəmbər onun şhadətindən xəbərdar olan kimi buyurdu:Öz qövmündə onun kimisi yox idi məgər Yasin sahibi kimi.Yəni o yasin sahibi (peyğəmbər-s- özü) kimi öz qövmünü tövhidə dəvət edirdi.Urvə ibni Məsud Əli Əkbərin ana tərəfdən olan babasıdır ki ən böyük şəxsiyyətlərdən hesab edilir.Hətta Məkkəd elə bir məqama gəlib çatmışdı ki peyğəmbər peyğəmbərliyə çatmamışdan əvvəl Qüreyş tayfası deyirdiki əgər Məkkədə peyğmbər məbus olacaqsa onun biri Urvə ibni Məsud Səqəfidir. Əli Əkbəri anasının kərbəlada olması barədə isə tarixçilərin çoxu açıq şəkildə bir şey yazmamışlar.Ona görə də bu məsələ bir az ixtilaflı məsələdir. Əli Əkbər (ə) ailəsi Əli Əkbərin (ə) evlilik məsələsi də tarixdə ixtilaflı məsələlərdən biridir.Yəni tarixçilər bu barədə də geniş yazmamışlar.Amma İmam Sadiqdən (ə) o həzrət üçün nəql olunan ziyarətnamədə Əli Əkbərin evli olması və hətta övladları aydın şəkildə qeyd olunmuşdur.İbni Qovləveyh Kamiluz-ziyarat kitabında İmam Sadiqdən (ə) Əli Əkbərin ziyarətnaməsinin bir hissəsində belə nəql edir: Allahın salavatı olsun sənə və sənin, digərlərindən seçilmiş və bütün pisiklərdən uzaq olan analarına əhlibeytinə,atalarına və övladlarına.İmam Sadiqdən nəql olunan ziyarətnaməyə əsasən demək olar ki Əli Əkbər (ə) övladı var idi.

Əli Əkbərin şəxsiyyəti.

1) Əli Əkbər (ə) Peyğəmbərə (s) ən çox oxşayan kəsdir Əli Əkbər (ə) hər cəhətdən peyğəmbərə oxşayırdı.Bu oxşarlıq bir həddə çatmışdı ki Kərbəlada meydana gedəndə qoşun elə hesab etdi ki peyğəmbər (s) özü meydana gəlir.

2) Əli Əkbər şəhadət məqamını arzu edir. İmam Hüseynin (ə) karvanı Məkkədən İraqa yollandığı vaxt, yolda İmam Hüseyn (ə) yuxuda qeybdən gələn bir səs eşitdi ki deyirdi:Bunlar şəhadətə tərəf yola düşmüşlər.İmam Hüseyn (ə) yuxudan ayıldıqdan sonra İnna lillahi və inna iləyhi raciun dedi.Əli Əkbər (ə) onun səbəbini soruşduqda İmam yuxusunu danışdı.Əli Əkbər (ə) soruşdu:Haqq bizimlə deyil? İmam buyurdu: Bizimlədir.Əli Əkbər (ə) buyurdu:Əgər belədirsə əsla ölümdən qorxumuz yox.

3) Əli Əkbər öz qanı ilə islamı dirçəltdi. Kərbəlada kəsilmiş qurbanların içində Əli Əkbərin də adı qeyd olunmuşdur.O da öz qanı və bütün varlığı ilə islamın dirçəlişi üçün qılınc çəkmiş və bütün müsəlmanların imamı olan imam Hüseyndən müdafiə etmişdir və nəhayət İmamın qarşısında şəhid olmuşdur.İmam Hüseynin (ə) vəfalə və qeyrtəli səhabələrindən sayılan Əli Əkbər (ə) kərbəlada qanını axıtmaqla islamın dirçəlişində mühüm rol oynadı.

4) Dünya Əli Əkbərdən sonra ən dəyərsiz bir şey. İmam Hüseyn (ə) Kərbəlada bütün şəhidlərin başı üstə gəldi və onlarla son məqamda vidalaşdı.Əli Əkbərin (ə) də başı üstə hazır oldu amma onun başı üstə hazır olduqdan sonra bir söz demişdir ki heç bir şəhidin başı üstə gələrkən o cümləni işlətməmişdir.İmam buyuyrdu:Səndən sonra kül bu dünyanın başına! Bu söz nəqədər də, Əli Əkbərin (ə) İmam Hüseyn (ə) üçün mühüm olduğunu göstərir. 5) Kərbəlada əhlibeytin himayəsində. Kərbəlada İmam hüseynin (ə) qardaşı Əbəlfəzlil- Əbbas və oğlu Əli Əkbər əhlibeytdən himayət edir və lazım gələndə suyun qarşısın alınmasına baxmayaraq, böyük şücaətlə gedib əhli-hərəmə su gətirirdilər.Həmçinin döyüş meydanında ona vuruşmaqla qələbə çala bilməyəcəyini görən qoşun pusqu qurub onu yaralayaraq şəhid etdilər.. Əli Əkbər (ə) Kərbəlada Aşura günü Yezidin qoşunu tərəfindən qətlə yetirilərək şəhid oldu.İmam Zeynul- Abidin (ə) pak cəsədləri dəfn edərkən Əli Əkbərin (ə) o pak cəsədini İmam Hüseynin ayaq tərəfində dəfn etdi.Hal-hazırda Əli Əkbərin mübarək qəbri Kərbəla şəhərində yerləşir. Nəql olunur ki, bir gün Əli Əkbər (ə), Mədinə valisini yanına gedib atası tərəfindən ona bir sözü çatdırdı. Mədinəni valisi Əli Əkbərdən (ə) soruşdu: Sənin adın nədir: Buyurdu: Əli. -Qardaşının adı nədir? - Əli. O şəxs əsəbləşdi və neçə dəfə "Əli, Əli, Əli" dedi. - Atan nə istəyir, bütün övladlarını Əli adlandır? Əli Əkbər (ə) bu sözü atasına çatıdırır. Həzrət buyurdu: Vallah! Allah mənə onlarla övlad versə, hamını Əli adlandırardım. Əgər onlarla qız versə, hamını Fatimə adlandırardım.

  Əli Əkbər haqqında deyirlər ki, o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından adamlar içində əziz Peyğəmbərə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı. Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır: İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!".... La İlahə illallah,Muhəmmədən Rəsulillah,Əliyən Vəlilullah,Rəsulan Rəsulillah!!!...

https://ok.ru/group/52340345077851/topic/62651563363163

“Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim"

 



Kərbəla deyəndə İmam Hüseyn (ə) aşiqi olan hər bir insanın qəlbi çox ağrıyır, çox yanır. Əslində bizi ağladan, qəlbimizi sızladan Kərbəla deyil, çünki Kərbəla adi bir şəhərdir. Bizi ağladan Kərbəla vaqiəsidir. Mən də istəyirəm ki, bu acizanə sözlərimlə, o hadisələrdən, xüsusən də əziz xanım, Kərbəla qəhrəmanı olan Zeynəbi-Kubra (ə)-dan danışım. Əziz peyğəmbərimizin əziz nəvəsi, Həzrəti Əli(ə) və Zəhrayi Mərziyyə (s.ə)-nın ətirli bağlarının nübarı, İmam Həsən və İmam Hüseyn (ə)-ın bütün bacılardan seçilən bacısı və nəhayət əziz Ruqəyyənin sevgili bibisi, əmməsi olan xanım Zeynəb (ə.s) bütün məhəbbətlərin ən üstününə layiq olan bir xanımdır. Elə bir xanım ki, 3 yaşlı Ruqəyyənin o balaca, yaralı qəlbində böyük yer tutmuşdu. Hamımız yaxşı bilirik ki, az yaşlı uşaqlar kimin ona məhəbbət, böyük sevgi bəslədiyini çox yaxşı bilirlər. Həzrəti Ruqəyyə də az yaşlı idi, elə-belə xanım deyildi, imam qızı idi. Onun o kiçik qəlbində böyük bir həyat, nitqində gözəl sözlər var idi. Həzrəti Zeynəb belə bir xanımın bibisi, Ruqəyyənin dilindən desək əmməsi idi. Həzrəti Zeynəbin göstərdiyi cəsarəti, dözümlüyü, Allaha məhəbbəti hər xanım göstərə bilməz. Yezid kimi bir məlunun, nitqinə heyran qaldığı Zəynəb sizcə necə ola bilər? O həzrət (ə)-dan danışmağa ləyaqətimiz olmasa da məlumatımız olan qədər söyləməliyik.

Xanım Zeynəb (ə) beş ilə yaxın Peyğəmbərlə bir zamanda yaşadı. Təsəvvür edin: beş il. Peyğəmbərin yanında beş il qalıb gözəl əxlaq, tərbiyyə, səbr qazanmamaq mümkün deyil. Çünki beş il az vaxt deyil. İlahi məhəbbətlə yaşayan Zeynəb elə uşaq vaxtından onu gözləyən dəhşətli hadisələri yuxuda görüb, babası Həzrəti Muhəmməd (s)-a söyləmişdi. O, bu yuxunu görəndə, Peyğəmbərin vəfatı yaxınlaşırdı. Xanım Zeynəb babasının yanına gəlib şirin dillə dedi: Ya Peyğəmbər, bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir - birinə yapışmış iki budağa üz tutdum, birdən onlar da sındı və mən yuxudan ayıldım. Peyğəmbər Zeynəbi dinləyəndən sonra ağlayaraq buyurdu : Əziz nəvəm, sənin ilk yanaşdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Biri - birinə yapışmış iki budaq qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaq.

Çox çəkmədi ki, Zeynəbin yuxusu bir-bir çin çıxdı. Bunların ən dəhşətlisi Kərbəla faciəsidir. Xanım Zeynəbin Kərbəla hadisələrindəki qəhrəmanlığına, göstərdiyi cəsarətinə, iffətinə nəzər salsaq görərik ki, həqiqətən Zeynəb Kərbəla qəhrəmanları sırasında öndə olanlardan biridir. Baxmayaraq ki, onun dağlı sinəsinə yeni dərd çökmüşdü, o xanım nəinki ruhdan düşürdü, əksinə, daha da dözümlülük, səbr nümayiş etdirirdi. Siz, ey bacılarım, Fatimeyi-Zəhradan (ə.s) sonra Zeynəbi-Kubra (s.ə)-dan başqasını özünüzə örnək saya bilərsinizmi ? Heç vaxt! Çünki xanım Zeynəb (ə.s) qədər iffətli, xanım Zeynəb qədər qeyrətli, xanım Zeynəb qədər Allahına, öz əhli - əyalına məhəbbət bəsləyən bir xanım tapa bilməzsiniz. Elə ona görə də, o əzizə xanımın tövsiyyələrini, dərslərini vaxt itirmədən öyrənmək lazımdır.

O əzizə xanım Kərbəlada dərd, qəm-qüssə içində idi. İmam Səccad (ə) buyurur: “Atam imam Hüseyn(ə) - in şəhid olan gününün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsində oturub şer oxuyurdu, şeri eşidib məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir, amma bibim Zeynəb bunu eşidən kimi, özünü saxlaya bilmədi, pərişan halda atamın yanına gəlib dedi: “Kaş ölüm gəlib mənim həyatımı alaydı”. İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: “Əziz bacım! Səy et ki, Şeytan səbrini əlindən almasın”.Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: “Əgər ovçu qəfəs quşunu rahat qoysaydı, yuvasında yatardı, indi də düşmən bizdən əl çəkməyəcək. ”Sonra bibim dilləndi: “Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən” deyib huşunu itirib, yerə yıxılır. İmam Hüseyn(ə) Zeynəbin üzünə su səpib, ayıldır və buyurur: “Ey bacım, təqvanı uca tut, səbrli ol! Bil ki, bütün göy yer sakinləri öləcəklər və Allah - Təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən, olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan, və ya mənim şəhadətimdə ucadan nalə və fəğan edəsən. İmam Səccad (ə) buyurur: “Atamın bu tövsiyyələrindən sonra bibim mənim yanımda oturdu. Bu tövsiyyələr bibimdə dərin təsir qoydu. Zeynəbin qamətini daha mətin, səbrini daha üstün, mərdliyini daha da qüvvətli etdi”. Bu səhnələrdən Xanım Zeynəbin qardaşına olan dərin məhəbbətini dərk etməmək mümkün deyil.

Xanım Zeynəb (ə.s) Kərbəlaya daxil olanda bilirdi ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə ona görə də qardaşından bir an belə ayrılmırdı. Kərbəla adından göründüyü kimi Zeynəbi-Kubraya Kərbəla oldu, yəni qəm və bəla.

Aşura gecəsi son gecə idi ki, İmamın mübarək vücudu Əhli-Beyt xeymələrinə nur saçırdı. İmam Hüseyn (ə) - dan sonra böyük ağır yük xanım Zeynəbin öhdəsinə düşürdü. O qardaşının tövsiyyələrinə yerli-yerində əməl edirdi. Hələ Xanım yolun əvvəlində idi. Qarşıda onu dəhşətli bəlalar gözləyirdi. Döyüş başlananda Əhli-beytdən meydana gedən ilk döyüşçü İmam Hüseyn (ə)-ın böyük oğlu Əli Əkbər idi. O şəhid olan vaxt döyüş meydanından səsi ucalır, atası ilə vidalaşırdı. Xanım Zeynəb qardaşının öz oğluna ağlamaq səsini eşidir, qəzəb və nifrət qəhəri boğazını sıxır, İmam Hüseyn (ə) -ın ağlar səsi canına od salırdı. Bax, belə bacı idi Zeynəb. Baxmayaraq ki, Xanım Kərbəlada öz övladlarını da şəhid vermişdi, yenə də dözür, səbr edirdi. Kərbəlada olan hər bir müsibətli səhnəyə tamaşa etmək Zeynəbin ürəyinə bir dağ qoyurdu. Bəlkə də övlad şəhadəti onun üçün Seyyidiş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. Çünki, Zeynəb özünü qardaşının yolunun fədaisi bilirdi. Sonra o xanım Əhli-beytin məzlumiyyəti və Yezidin alçaqlığı nəticəsində ən acı səhnənin şahidi oldu. Belə ki, İmam Hüseyn (ə) son anlarda Zeynəbi-Kubranın xeyməsinin yanına gəlir və deyir: ”Bacı, Əli Əsğəri mənə ver vidalaşım.” Zeynəb qardaşının altı aylıq südəmər oğlunu ona verir. Susuzluqdan halı pərişan olmuş o balaca körpənin halını təsəvvür edir-siniz ? Hansı ata belə bir faciəyə dözər ? Ata susuz körpəyə su istəyərkən məlunların oxu Əli Əsğərin boğazına saplanır. İmam Hüseyn (ə) uşağı Zeynəbə verir. İndi Zeynəb bu səhnəyə necə dözsün? Bəli, Zeynəb dözdü. Allaha görə, Əhli Beytə, namaza görə, bizə görə. Kərbəlada O xanım qulağı hərəm əhlinin əl atəş nalələrində, bir qulağı isə döyüş meydanında idi. Şəhriyar öz şerində belə deyir:

Kərbəla faciəsi bəzrin əkib başlandı

Ta qiyamət nə qopa, Zeynəbi Kubra başına

Qardaşının acı səhnəsinə tamaşa edən Zeynəb ürək yanğısı ilə fəryad edirdi: “Kaş göy yerə gələydi, kaş dağlar əzilib çölləri doldursaydı” deyir və qardaşının yanına gəlir.Qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını, baba-əcdadını səsləyir, yüz ah və nalə çəkirdi. Camaat şivən qoparıb ağlayırdı, Xanım Zeynəb (s.ə) onları sakitləşdirib bir xütbə oxudu ki, kufəlilərin yatmış vicdanı oyandı. Əzizə xanım elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi. Ravi belə deyir: “Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim. Xanım Zeynəb ibni Ziyadın sarayında öz gözəl nitqi ilə məclisdəki, camaatın gözləri qarşısında ibni Ziyadı rüsvay etdi. Ravi deyir: Zeynəbin kəsərli sözlərindən sınan məlun ibni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi, ibni Ziyadın ətrafındakılarından biri dilləndi: “Ey əmir, bu qadındır!” Zeynəbin dağlı qəlbindən gələn sözlər Kufə camaatına od vurdu. Ravi deyir: “And olsun Allaha o gün camaatı çox heyran və pərişan gördüm. Narahatlıqdan əllərini ağızlarına qoyub, təəssüflə ağlayırdılar. Öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşları ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: “Atam anam sizə qurban olsun! Sizin yaşlılarınız yaşlıların ən yaxşısı, çobanlarınız çobanların ən üstünü, qadınlarınız qadınların ən yaxşısıdır və nəsliniz nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstündürlər.”

Xanım Zeynəbin sözü qurtarmağa az qalmış İmam Səccad (ə) buyururdu: “Bibican sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim, öyrədilməmiş müdriksən! Ağlamaq və nalə şəkmək gedənləri qaytarmaz.” Gəlin xanım Zeynəb qəhrəmanlıqlarını, xanım Zeynəb şücaətini örnək alaq! Gəlin, bunu bir dərs kimi, xanım Zeynəbin “Kərbəla dərsləri” kimi oxuyub, öyrənib layiqincə əməl edib, xanımı özümüzdən razı salaq! Həzrəti Zəhra (s.ə) və Həzrəti Zeynəb (s.ə) hicabını, onlara layiq qoruyub saxlayaq. Saxlayaq ki, qiyamətdə o əzizə xanımların mübarək vücudlarının qarşısında üzü qara qalmayaq və mövlamız İmam Zaman (ə.s) ağanın zühurunu səbirsizliklə gözləyənlərdən, zühur gününü görənlərdən və ağanın köməkçilərindən olaq, inşaallah!

Kərbəla dərsinin müəlliməsı, yəni xanım Zeynəbə heç bir söz ola bilməz. Biz - xanım Zeynəb məktəbinin tələbələri isə gərək xanımın həqiqi ardıcıllarından olaq, o əzizə xanımın dərslərini heç usanmadan öyrənək, bizə olan tövsiyyələrini yerinə yetirək. Bu işin öhdəsindən necə gəldiyimizi o xanımın bizə verdiyi qiymətdən anlayacağıq. İnşaallah, bu qiymət müsbət olar !

Qəhrəman qadın-xanım Zeynəb (ə.s)

ATANIN ZİNƏTİ

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

 

SƏMAVİ AD

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa kezmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.

Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olması xəbərini Peyğəmbərə zatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrail nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki, Mən bu adı Lüvhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hürmət etsin. Çünki, o, Xədiceyi-Kubra kimidir.

Yə`ni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

 

PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. Çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu zətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ğrək dözə bilər. Elə bil müsibət, zətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üzün nümunə olsun.

 

DƏRDLİ YUXU

Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda gürüb babası Peyğəmbərə (s) süyləyir. Peyğəmbər (s) onu güzləyən bu hadisələri tə`bir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında büyümüş olan bu qız üzünü həmin hadisələrlə gürüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:

Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

«Ey Peyğəmbər (s), bu gecə yuxuda gürdüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü  dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa öz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.»

Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:

«Sənin ilk yapışdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.»

 

BİRİNCİ HADİSƏ

Çox kezmədi ki, Zeynəbin yuxusunun bir hissəsi zin zıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması hez vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.

 

ANASI FATİMƏ İLƏ GÖRÜŞ

Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir nezə il bəhrələndi.

Bir nezə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və zətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssğm edən halda da gürmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yə`qub, Yusif və imam Səccad (ə) kimi ən zox ağlayanların sırasında qeyd etmişlər.

Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini gürürdü. Bu mənfi hallar onun kizik qəlbini incidir, o isə səbr edib düzür və sanki daha büyük müsibətlərə hazırlaşırdı.

 

HAQQIN MÜDAFİƏSİ

Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə müvzusunda etdiyi zıxışda iştirak edirdi. O, anasının xğtbəsini dinləməklə yanaşı, zülm qarşısında necə müvqe tutmaq yolunu da üyrənirdi.

O, anasından üyrəndi ki, dğşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında üz süzləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.

 

SONUNCU GÖRÜŞ

Nəhayət, ana ilə son gürğş və vidalaşma zamanı zatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın güstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:

«Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. nüvbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu süzləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölümündə olan qəm və həsrət yanğısı hez vaxt sünməyəcək. Ana can! Bizim salamımızı babamız Məhəmməd Mustəfaya (s) zatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq».

Əli (ə) buyurur: «O zaman güydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.»

Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.

 

ANASINDAN SONRA

Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı «Əmaməyə» mənsub idi.

Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan zoxlu zətinlik və ruhi sıxıntılara dözüb təcrübə toplayır.

Zeynəb Həsən və Hüseyndən kizik olmasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə düzə bilmirdi. Necə ki, gürəcəyik o, ömrünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

 

ŞƏRİKLİ HƏYAT

Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şər`i vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən zıxmaq deməkdir.

Lakin Zeynəb izdivac etməklə boynunda olan büyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib düzməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.

Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elzi gündərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cə`fər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.

 

ZEYNƏBİN HƏYAT YOLDAŞI

Əbdullah, Cə`fərin üvladlarındandır. Cə`fər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə düyüşünün fədaisi və İslamın büyük şəhidlərindəndir. Cə`fəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cə`fərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alnını öpüb buyurdu: «Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cə`fərin gəlişi üçün?» Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.

Mutə düyüşündə Cə`fərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: «Allah Cə`fərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.» Buna gürə də ona Cə`fəri-Təyyar (uzan) deyiblər.

Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cə`fər üz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.

Əbdüllahın atası Cə`fərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.

Peyğəmbərdən sonra Əbdullah Həzrət Əlinin (ə) yanında rəşadət və fədakarlıqlar güstərmiş, Süffeyn düyüşündə isə düyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliazıqlıqda da məşhur idi.

Həzrət İbrahim (ə) və Həzrət İsmayil (ə)

Həzrət Nuhdan (ə) sonraki peyğəmbərlər onun qoyduğu yolla gedirdilər. Bu peyğəmbərlər yalnız Nuhun (ə) gətirdiyi şəriət hökmlərini təbiğ edir, bunlara heç nə artırmırdılar. Bu vəziyyət Həzrət İbrahim peyğəmbərin (ə) dövrünə kimi davam etdi. İbrahim (ə) ülul-əzm  peyğəmbərlərin ikincisidir (Nuhdan (ə) sonra)

Həzrət İbrahim (ə) çox qədim tarixə malik Babil torpağında doğuldu. O zaman Babildə Nəmrud adlı zalim bir padşah hökm sürürdü. Nəmrud elə azğınlaşmışdı ki, hətta özünü tanrı adlandırırdı. O, camaatdan tələb edirdi ki, Allaha deyil, ona sitayiş etsinlər. Nəmrud yoxsul camaata zülm edir, onları incidirdi.

Bir gecə Nəmrud yuxuda gördü ki, onun padşahlığını əlindən alıblar. O, öz yuxusunu yuxuyozanlara danışdı. Yuxuyozanlar Nəmruda dedilər: - Şah sağ olsun, yuxunun mənası budur ki, yaxın vaxtlarda bir nəfər oğlan səni taxtdan salacaq və məhv edəcək. Nəmrud bu sözlərdən qorxuya düşüb əmr verdi ki, bütün ölkədə yeni doğulan körpələri öldürsünlər. Qısa müddət ərzində yüz minlərlə günahsız körpə öldürüldü.

Bu zaman Həzrət İbrahim (ə) anası hamilə idi. O, gizlicə bir mağaraya gedib orada İbrahimi (ə) dünyaya gətirdi. Anası İbrahimi (ə) mağarada saxlayıb, hamının gözündən gizli şəkildə böyütməyə başladı.

İbrahim (ə) böyüyəndən sonra yenə şəhərə qayıtdı. Allah-taala İbrahimə (ə) peyğməbərlik verdi. İbrahim (ə) əvvəlcə gizli, sonra isə açıq şəkildə Allahın dinini təbliğ etməyə başladı.



İbrahimin (ə) əmisi Azər bütpərəst idi. Həzrət İbrahim (ə) tez-tez əmisi ilə mübahisə edirdi. Ona başa salmağa çalışırdı ki, bütlərə pərəstiş etmək mənasız işdir. Amma nə Azər, nə də başqa bütpərətlər İbrahimin (ə) sözlərini qəbul etmir, onu uşaq yerinə qoyub qovurdular.

Babil əhalisinin öz adət-ənənələri var idi. Məsələn, bayram günlərində sübh tezdən hamı şəhərdən çıxırdı. Camaat şəhər kənarında toplanıb, şənlik edir, axşam hərə öz evinə dönürdü.

Belə bayram günlərinin birində yenə şəhər tamamilə boşaldı. Bircə İbrahim (ə) şəhərdən çıxmadı. O, həmin gün fürsətdən istifadə edib bütlərin qoyulduğu yerə gəldi. Baltanı götürüb bütün bütləri sındırdı, yalnız bircə ən böyük bütü salamat saxladı. İbrahim (ə) axırda baltanın dəstəsinə ip keçirib onu böyük bütün boynundan asdı, özü isə evə qayıtdı. Adamlar bayramdan qaydanda gördülər ki, bütlərin birindən başqa hamısı sındırılıb. Onlar bütləri sındıran şəxsi axtarmağa başladılar. Bu zaman yadlarına düşdü ki, bayram zamanı şəhərdə yalnız İbrahim (ə) qalmışdı. Deməli, bütləri da elə o sındırıb.

Qəzəblənmiş insanlar İbrahimi (ə) tutub ona dedilər: - Sən bizim tanrılarımızı təhqir etmisən. Ona görə də səni cəzalandıracağıq!

Amma İbrahim (ə) onlara dedi:

Sizin bütlərinizi mən sındırmamışam. Məgər görmürsünüz ki, balta böyük bütün bütün boynundan asılıb? Bütləri sındıran da elə həmin böyük bütdür. Böyük büt çoxdan o biri bütləri öldürmək istəyirdi. Siz şəhərdən çıxan kimi o, baltanı götürüb qalan bütlərlə vuruşdu və onların hamısını öldürdü.

Bütpərətlər İbrahim (ə) cavab verdilər:

-Sən bizi aldatma!Bütlər necə bir-biri ilə döyüşə bilərlər? Axı onlar cansızdırlar!

Onda İbrahim (ə) söylədi:

- Əgər bu bütlər cansızdırlarsa, niyə onlara sitayiş edirsiniz? Ona görə, də bütlərdən əl çəkib, yeganə və diri Allaha pərəstiş etməlisiniz! Əgər bütlər özlərini qoruya bilmirlərsə, sizi necə təhlükələrdən qoruya bilərlər?!

İbrahimin (ə) bu sözlərindən sonra hamı başa düşdü ki, bütləri o sındırıb. Tez Nəmruda xəbər verdilər ki, bütləri sındıran adamı tutmuşuq. Özü də bu adam səni tanrı saymır, yalnız Allaha pərəstiş edir. Nəmrud əmr verdi:- Onu mənim hüzuruma gətirin. Mən özüm onu mühakimə edib cəzalandıracağam! İbrahimi (ə) Nəmrudun hüzuruna gətirdilər. Nəmrud İbrahimə (ə) dedi: - Sən nə ixtiyarla məni tanrı hesab etmirsən, başqa bir Allaha pərəstiş edirsən?!

İbrahim (ə) söylədi: - Sən Allah deyil, adi bir insansan. Sənin özünü Allah yaradıb. O, istədiyi zaman səni öldürəcək. Nəmrud qəzəblənib əmr etdi ki, böyük bir tonqal qalasınlar və İbrahimi (ə) həmin tonqalın içinə atsınlar. Tez odun toplayıb iri tonqal qaladılar. Alovun dilləri lap yüksəyə qalxmışdı. İbrahimi (ə) hündür bir evin damına qaldırıb oradan düz tonqalın içinə atdılar.

Hamı elə bildirdi ki, İbrahim (ə)  tonqalda yanıb məhv olacaq. Amma belə olmadı. Möcüzə baş verdi: Tonqal əvvəlki kimi yansa da, İbrahimə (ə) heç bir zərər yetirmədi. Allah-taala onu alovdan qoruyub salamat saxladı. Nəmrud qorxuya düşüb İbrahimi (ə) buraxdı. Amma ona tapşırdı ki, təcili surətdə ölkədən çıxıb getsin. Həzrət İbrahim (ə) öz ailəsi ilə birlikdə Vətənini tərk edib əvvəlcə Misir ölkəsinə getdi. Orada bir müddət qaldıqdan sonra Fələstinə gəlib yaşamağa başladı.

Özünü tanrı elan edən Nəmrudu isə tezliklə Allah cəzalandırdı. Allahın əmri ilə xırda bir ağcaqanad Nəmrudun bumundan içəri girdi və beynini dişləməyə başladı. Nəmrudun başında dözülməz ağrılar başladı. Heç bir müallicə fayda vermədi. Nəmrud ağrılara dözməyib öldü. Cah-cəlallı palşah bir ağcaqanadın qurbanı oldu.

Həzrət İbrahim (ə) peyğəmbərin həyat yoldaşının adı Sara idi. İbrahimə (ə) Sara mehriban yaşayırdılar. Onların bircə nigarançılığı övladlarının olmaması idi. Yaşları ötsə də, hələ oğul-qız sahibi olmamışdılar.

Bir gün Sara İbrahimə (ə) dedi: - Yaxşı olar ki, başqa bir qadınla da evlənəsən. Bəlkə o zaman Allah sənə övlad bəxş edər.

Həzrət İbrahim (ə)  bu məsləhətlə ralaşdı və Hacər adlı mömin bir qadınla evləndi. Tezliklə Hacərlə İbrahimin (ə) oğlu oldu. Uşağın adını İsmayıl (ə) qoydular. İbrahim (ə)  yuganə oğlu  İsmayıl (ə) çox sevindi. O, İsmayıldan (ə) ayrılmır, onu quğından yerə qoymurdu. İbrahimin (ə) bu hərəkətləri Saraya təsir edir. Axı, Saranın övladı yox idi. Buna görə də o, İsmayıla (ə) və onun anası Hacərə həsəd aparmağa başladı. Nəhayət, bir gün Sara İbrahim (ə) dedi ki, Hacəri də, İsmayılı (ə) da evdən uzaqlaşdırsın.

Həzrət İbrahim (ə) ailədə qanqaralıq düşməsin deyə, Hacərə tapşırı  ki, körpə İsmayılı (ə) da götürüb səfərə hazırlaşsın. Onlar üçlükdə yola çıxdılar. Xeyli yol gətdikdən sonra Ərəbistan torpağına çatdılar. İndiki Məkkə şəhərinin yaxınlığına yetişəndə İbrahim (ə) hacərlə İsmayılı (ə) orada qoyub özü geri döndü. Hacər körpə oğlu ilə səhrada tək qaldı. O zaman hələ Məkkə şəhəri salınmamışdı. Həmin yerlər susuz səhra idi. Orada heç kim yaşamırdı. İbrahim (ə) gedəndən sonra Hacərlə İsmayıl (ə) bir müddət səhrada qaldılar. İbrahimin (ə) onlar üçün qoyduğu su qurtardı. Balaca İsmayıl (ə) susuzluqdan çığırıb ağlamağa başladı. Həcər səhrada o yan-bu yana qaçırdı ki, bəlkə azacıq su tapa bilsin. Birdən gördü ki, möcüzə baş verdi: İsmayılın (ə) ayağı altındakı torpaq yarıldı və yerdən bulaq çıxdı. Hacər həmin bulağın suyundan İsmayıla (ə)  içirdi, sonra özü də içdi. O, bulağa «Zəmzəm» adını verdi. Çox-çox sonlarla Zəmzəm bulağının yerində quyu qazdılar. Həmin quyu indi də durur. Məkkəyə ziyarətə ziyarətə gedən hacflar Zəmzəm quyusunun suyundan içirlər.

Hacərlə İsmayıl (ə) Zəmzəm bulağının yanında ev qurub yaşamağa başladılar. Tezliklə başqa qəbilələr də orada köç saldı. Həzrət İbrahim (ə)  tez-tez gəlib İsmayıla (ə) baş çəkirdi.

İsmayıl (ə) böyüyüb yaraşıqlı bir oğlan oldu. Atası onu çox sevirdi. Bu vaxt Allah-taala İbrahim peyğəmbəri (ə) sınağa çəkmək istədi. Allah-taala yoxlamaq istədi ki, görəsən İbrahim (ə) Allahı çox sevir, yoxsa İsmayılı (ə)?

Bir gecə İbrahim peyğəmbər (ə) yətmışdı. Allah yuxuda ona əmr etdi ki, İsmayıl (ə) Allah yolunda qurban kəssin. Həzrət İbrahim (ə) üç dəfə eyni yuxunu gördü,  yuxunun doğruluğuna  inandı.

Səhər o, İsmayılı (ə) da özü ilə götürüb Məkkədən çıxdı. Ata-oğul birlikdə şəhər kənarındakı Mina dağına yollandılar. İbrahim (ə) hələ öz məqsədini oğluna açıb deməmişdi.

Mina dağına çatanda İbrahim (ə) İsmayıla (ə) söylədi: «Oğlum, yuxuda Allah mənə əmr edib ki,  səni qurban kəsim. Ona görə də bu gün səni buraya gətirmişəm».

İsmayıl (ə) atasına ədəblə belə cavab verdi: «Ata sən peyğəmbərsən. Nə etmək lazım olduğnu yaxşı bilirsən. Mən heç vaxt Allahın əmrindən və sənin sözündən çıxmaram. Allah sənə nə əmr edibsə, onu yerinə yetir. «Mən Allah ylunda  hər bəlaya, hətta ölümə də səbrlə dözərəm».

Bu zaman Allah-taala Cəbrail (ə) mələyi iri bir qoçla İbrahimin (ə) yanına yolladı. Cəbrail (ə) İbrahimə (ə) dedi: «Ey İbrahim! Allah sənin sədaqətini yoxlamaq istəyirdi. Sən sübut etdin ki, doğma oğlunu belə Allaha qurban verməyə hazırsan! Bu bir imtəhan idi. Allah istəmir ki, İsmayıl (ə) ölsün. Gətirdiyim bu qoçu İsmayılın (ə) əvəzində Allaha qurban kəs!

İbrahim (ə) oğlunu yerdən qaldırdı. Sonra da Allah yolunda qoçu qurban kəsdi. Bu hadisə indi qeyd etdiyimiz Qurban bayramı gününə təsadüf edir. İndi də hacılar Qurban bayramında Məkkədə həzrət İbrahimin (ə) hərəkətlərini  təkrar edir, Allah yolunda qurbanlar kəsirlər.

İsmayıl (ə) böyüdükdən sonra da İbrahim (ə) tez-tez gəlib ona baş çəkirdi. Müsəlmanların ən müqəddəs yeri sayılan Məkkədəki Kəbə evini İbrahimlə (ə) İsmayıl (ə) inşa etmişdi. Kəbəni tikərkən İsmayıl (ə) atasına kömək edir, daş daşıyır, divar hörürdü.

Allah-taala İsmayıla (ə) peyğəmbərlik  vermişdi. O, Ərəbistan torpağında fəaliyyət göstərir və camaatı İbrahimin (ə) tapşırıqlarına əməl etməyə çağırırdı.

Həzrət İsmayılın çoxlu öladları var idi. Onun nəsili min illər boyunca davam etdi. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) də  İsmayılın (ə) nəslindən doğuldu. Beləliklə, Həzrət İsmayıl (ə)  İslam Peyğəmbərinin (ə) ulu babasıdır.

Həzrəti Zeynəb (s.ə)

Onlar hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə), və Hüseyn (ə). Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt (ə) davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı. Zeynəb (ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.Bu beş il fürsət idi ki, Həzrət Zeynəb (ə) Peyğəmbərin (s) mübarək vücudundan səbr və dözüm hədisini yazsın.
Zeynəb (ə), onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin (ə) yetişdirməsi və Zəhranın (ə) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq: Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb (ə) onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi: «Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.»Peyğəmbər (s) Zeynəbin (ə) yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: «Sənin ilk yapışdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.» Çox keçmədi ki, Zeynəbin (ə) yuxusu çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb (ə) Zəhra (ə) kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi. Zeynəb (ə) bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt (ə) haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

İllər ötür, hər bir dəyəri diqqətində tutan Zeynəb (ə) izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt (ə) dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın (ə) əri olmaq şərəfinə nail olur. Əbdüllah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir.

Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin (ə) təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı. Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: «Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.»Kufəlilər nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb (ə) isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə (ə) çox ağırdır. O, babası Peyğəmbərin (s) ölümü və anası Fatimənin (ə) şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi.  Amma, indi o, bu  ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi.

İmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin (ə) Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. Çünki, ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət (ə) olmuşdur. Bu xalq Əlinin (ə) təbiri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu edir.Zeynəb (ə) qardaşı Müctəbanın (ə) imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.Zeynəb (ə) bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyər qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!

Həzrət Zeynəb (ə) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin (ə) təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır.


Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər (s) Əhli-beytindən (ə) danışmır, onları müdafiə edə bilmirdi. Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında etiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb imam Hüseyndən (ə) onun üçün beyət almasını əmr etdi. Hüseynin (ə) buna etirazı isə məntiqli və gözlənilən idi.

Hicrət! etiraz İmam Hüseynin (ə) doğma şəhərindən hicrətə səbəb oldu. Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin (s) ali məqsədlərini qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti (ə) və yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin (s) zəhmətinin nəticələrini qorumaq üçün başladı. Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir.«Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər (s) ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılığa dəvət edib pislikdən çəkindirəm, babam Peyğəmbər (s) və atam Əli ibni Əbi Talibin (ə) yolu ilə gedəm.» Zeynəb (ə) imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyni (ə) ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.

Zeynəb (ə) Mədinədən Kərbəlaya qədər imam Hüseynin (ə) yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseynlə (ə) birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn (ə) kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəbə (ə) ol-duqca asan etmişdi.O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər (s) canişini, onun və zamanın bütün insanlarının imamıdır. Zeynəb (ə) karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.

İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.Zeynəb (ə) Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da ayrılmır. Aşura gecəsi son gecədir ki, İmamın (ə) mübarək vücudu Əhli-beyt (ə) xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseynin (ə) məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (ə) İmamın (ə) vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdür. Tarix göstərir ki, Zeynəb (ə) zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. İmamın (ə)  məsləhətləri onun lətif və möhkəm ruhunda  elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb (ə) var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın. Hüseyn (ə) şəhadətə çatdı.

İndi imamət, qardaşının yadigarı imam Səccad (ə)-a çatmışdır. Hüseyn (ə) hərəminin qadın və uşaqlarının başçısı olan Zeynəb (ə), heyrətamiz tədbir və müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır. Zeynəb, o İmamın (ə) icazəsi olmadan bir iş görmür. İndi onun məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın (ə) canını qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən, Zeynəbi-Kubra (ə) ən azı üç yerdə imam Səccadın (ə) canını xilas etmək üçün çalışıb, canfəşanlıq etmişdir.

Xanım Zeynəbin (ə) Yezidin sarayında və İmam Səccadın (ə) Şam məscidindəki təsirli və ifşa edici çıxışları Müaviyənin Əhli-beyt (ə) əleyhinə olan 40 illik zəhərli təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa edildi.Onların çirkinlikləri aşkar olundu. Şam camaatı özlərinə gəlib, uzun illər islam və Peyğəmbərin (s) canişini adı ilə onlara hakimlik edən Müaviyə və Yezidin qan içən bir vəzifəpərəst olduqlarını başa düşdülər. Bu səbəbdən Yezid Əhli-beytin (ə) Şamda qalmağını özünə və hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər (s) səhabələrindən olan Nöman ibni Bəşiri yanına çağırdı. Nöman səfər boyunca Allahın Peyğəmbərinin (s) xanədanı ilə mehriban davranır və imkan qədərincə onların istəklərini yerinə yetirirdi. Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb (ə) günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz (ə) bir illik həyat Zeynəb (ə) üçün çətin oldu. Həmin Zeynəb (ə) ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin (ə) şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin (ə) uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyndən (ə) sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı.