Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s)

Həzrət Məhəmməd (s)

Həzrət Muhəmmədin (s) Allah qatında ən dəyərli xüsusiyyəti nə idi?


  Dünyada qəlbləri kin tutmamış, həqiqət və ədalət təşnəsi olan bir çox insan Həzrət Muhəmmədin (s) mövlud sevincini yaşayır. Həzrət Muhəmməd (s) haqqında dünyanın bir çox mütəfəkkirləri öz fikirilərini, düşüncələrini paylaşmışlar. Almaniyanın böyük ictimai xadimi Otto Bismark Həzrət Muhəmməd (s) haqqında öz müsbət fikirlərini bölüşərkən, Rəsulullahın qüdrəti (s) və idarəçiliyi haqqında fikirlər söyləmişdi. “İnsanlıq sənin kimi seçilmiş qüdrəti bir dəfə görmüş, bundan sonra isə görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyirəm”.
Əsərlərində bir çox ictimai məsələlərə yer verən irlandiyalı yazar Bernard Şou, Həzrət Muhəmmədi (s) tam fərqli cəhəti ilə vəsf edir. “İnsanlıq probleminin üst-üstə yığılaraq həlledilməz bir hal aldığı günümüzdə Həzrət Məhəmmədə (s) son zamankından daha çox möhtacıq. Əgər o, içimizdə olsaydı, bütün bu problemləri çox rahatlıqla həll edərdi” – deyə, Rəsulallahı (s) ictimai problemlərin ən gözəl şəkildə həllini bacaran bir insan kimi xarakterizə edir.
Beynəlxalq Hüquq Konqresinin banisi Şebol isə Həzrət Muhəmmədi (ə) mükəmməl qanunlar gətirmiş bir şəxs kimi təqdim edərək deyir ki, Həzrət Məhəmmədin (s) insan olması etibarilə, bütün bəşəriyyət şübhəsiz fəxr edər: “O Zat, on üç əsr əvvəl elə qanunlar və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra onun qiymətinə və həqiqətinə yetişsək ən məsud, ən səadətli nəsillər olarıq”.
Bu mütəfəkkirlərin heç biri yanılmır və hər biri özü-özlüyündə həqiqətin bir tərəfini görür. Bəs görəsən Həzrət Muhəmmədin (ə) əsl üstün cəhəti nə idi? Başqa sözlə desək, Allah Təala Həzrət Muhəmmədi (s) hansı xüsusiyyəti ilə vəsf edib? Bu sualın cavabını tapmaq üçün təbii ki, Quranı-Kərimə müraciət etmək lazımdır. Allah öz Rəsulunu nə mükəmməl idarəçiliynə görə, nə yaxşı nitqinə görə, nə də digər xüsusiyyətlərinə görə tərif etmədi. “Qələm” surəsinin 4-cü ayəsində Allah Rəsulundakı ən üstün xüsusiyyəti cəmiyyətə tanıdıraraq bildirdi ki, Onun gözündə Həzrət Muhəmmədi (s) ən dəyərli edən xüsusiyyət – onun əxalaqının gözəl olmasıdır. “Həqiqətən, sən böyük bir əxlaqa maliksən” (“Qələm” 4).
Allah Təala bizləri o Həzrətin (s) həqiqi davamçılarından qərar versin.

Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi?

Həzrət Peyğəmbər (s) anadan olduqdan 7 gün sonra babası Əbdülmüttəlib bir qoyun kəsib, ehsan verir. Bütün Queryşin iştirak etdiyi qonaqlıqda o, nəvəsinin adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, ərəblər arasında Muhəmməd adı çox az işlədildiyi halda, nəyə görə uşağın adını Muhəmməd qoydun? Cavab olaraq bildirir ki, onun göydə və yerdə təriflənməsini istədiyim üçün belə ad qoydum.
Həzrət Peyğəmbərin (s) şairi olmuş Həssam ibn Sabit bu haqda deyir: “Allah Öz adından Peyğəmbəri (s) üçün bir ad seçdi: Allah Özü Mahmud idi, onu da Muhəmməd adlandırdı”. Hər iki sözün kökü də, mənası da eynidir. Sözsüz ki, Peyğəmbərin Muhəmməd (s) adlandırilmasında İlahi ilhamın təsiri olmuşdur. Bəzi tarixçilərin verdiyi statistik məlumata görə, o vaxtacan cəmi on alti nəfər Muhəmməd adlandırılıbmiş. Bir addan nə qədər az olsa, onun haqqında səhvə yol vermək bir o qədər azalar. Əvvəlki səmavi kitablarda Həzrət Peyğəmbər (s) haqqında məlumat verildiyini nəzərə alsaq, həmin əlamətin Peyğəmbərlə üst-üstə düşməsində hər hansı bir yanlışlıq, uyğunsuzluq olmamalı idi. Əlamətlərdən biri də o Həzrətin (s) adı olmuşdur. Buna görə də bu addan o qədər az olmalı idi ki, Peyğəmbəri-Əkrəm (s) dəqiqliklə taninmalıydı.

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Qurani-Kərimin Həzrət İsa (ə) haqqında bəyan etdiyi 5 xüsusiyyət

slam dininin Həzrət İsaya (ə) baxışı dəyərli və əxlaqi bir baxışdır. İslamın Həzrət İsaya (ə) verdiyi dəyəri xrsitian dini ona vermir. Mərhum Əllamə Kaşəful-ğita deyir: Əgər biz Quranı-Kərimin Həzrət İsa (ə) və şərəfli anası Həzrət Məryəm (s) haqqındakı təriflərini bəyan etməsəydik, bəşər heç bir zaman bu insanların əzəmətini dərk edə bilməzdi. Əgər İncilə müraciət etməli olsaydıq, o zaman qələm Həzrət İsanı (ə) təsvir etməkdən xəcalət çəkərdi”.

Halbuki, Quran bu əziz insanlar haqqında buyurur: “(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən – Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda)peyğəmbər edib. Və məni – harada olsam – bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb. (“Məryəm” 30-31).

Həzrət İsanın (ə) Quranda bəyan olunan üstün sifətləri:

1. Zülmdən uzaq və valideyninə hörmət edəndir. “Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. (“Məryəm” 32).

2. Allahpərəstliyə dəvət edəndir. “(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!”. (“Məryəm” 36). Həzrət İsanın (ə) Allah bəndəliyi barəsində buyurduğu hədisdə oxuyuruq: “Xoş olsun o kəslərin halına ki, gecəni ibadətlə keçirirlər. Onlar o kəslərdir ki, qalıcı nuru irs aparıblar.

3. Həqiqətləri bəyan edəndir. “İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allahdan qorxun və mənə itaət edin”. (“Zuxruf” 63).

4. Dünya və axirətdə abırlı olandır. “(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır»”. (Ali-İmran 45).

5. Salehlərdəndir. «İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir». (“Ali-İmran 46). Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər”.(“Ənam 85).

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

ŞƏFAƏT

Şafelərin (şəfaət edənlərin, 14 mə”sum (əleyhimussalam) şəfaəti Qiyamətdədir. Onlar Allah yanında möhtərəm olduqlarından, qüdrətlidirlər. Yıxılmış zəifi qaldırar, cəhənnəm odundan çıxararlar. Bə᾽zən də cənnət əhlinin dərəcəsini qaldırar, onları Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmmədlə yaxınlıqdan faydalandırırlar. Bəli, hamı şəfaətə möhtacdır.

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

“Biharül-ənvar”da nəql olunur ki, Əbu İymən Həzrət Baqir (əleyhissalam)-a ərz etdi: Yəbnə Rəsulillah, siz xalqı öz şəfaətinizlə məğrur edirsiniz. İmamın çehrəsində bir anlıq qəzəb göründü. Buyurdu: Qiyamətdə bütün əvvəlkilər və sonrakılar, hətta peyğəmbərlər də belə, Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) şəfaətinə möhtacdırlar. Yoxsa haram tikə yeməklə məğrur olmusan, elə bilirsən şəfaətə ehtiyacın yoxdur?!

BÖYÜK ŞƏFAƏT MÜHƏMMƏD VƏ ALİ-MÜHƏMMƏDİNDİR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)

Əsl şəfaət 14 mə᾽sum (əleyhimussalam)-a aiddir. Amma mərtəbəcə aşağı şəfilər də vardır. Məsələn, bə᾽ziləri həqiqi alimlərin bərəkətindən Behiştə gedər. Mö᾽minlərin şəfa verəcəyi barədə buyurulub: “Hər bir mö᾽min yüz nəfərə şəfaət edər.” Bu ləyaqəti onlar Mühəmməd və Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yolunun davamçılığından qazanmışlar. Peyğəmbər övladlarından da şəfaətçilər vardır. Eləcə də, məscid və Qur᾽an!

HƏR YERDƏ ŞƏFAƏT OLUNAR

Əlbəttə, əsas şəfaət Qiyamətdədir. Lakin dəlillər var ki, bərzəxdə, hətta bu dünyada da şəfaət olunur. Məsələn, bəla gəldikdə İmam Zaman (əleyhissalam)-ın şəfaəti ilə kənar olar. Bir şəxs bərzəxdə əzabda olduğu vaxt atası, övladı, dostu dünyada Əhli-beyt (əleyhimussalam)-la rabitə yarada bilsə və onları vasitə qərar verə bilsə, Allah-Taala onların bərəkətinə o şəxsi bağışlayar. Ölüm zamanı, ölümdən əvvəl şəfaət tapılmasına aid hadisələr mə”lumdur. Seyyid Həmirinin hekayəti çox kitablarda yazılmışdır.

Huneyn və Taif döyüşləri

Məkkənin fəthindən sonra şəhər əhli dəstə-dəstə İslamı qəbul edirdi. İslamı yenicə qəbul edənlər Peyğəmbərə bey’ət edirdilər. Həzrət bir müddət Məkkədə qalıb şəhərin işlərini nizama saldı. Şəhərdə əmin-amanlıq bərqərar olduqdan sonra öz qalib ordusu ilə Mədinəyə döndü. Məkkənin İslamı yeni qəbul etmiş əhalisindən iki min nəfəri də İslam ordusuna qatıldı. Beləcə, İslam ordusu daha da əzəmətləndi. Bu qüdrəti müşahidə edən Əbu-Bəkr dedi: «Biz bu qədər döyüşçü ilə heç vaxt məğlub olmayacağıq». Amma onlar bilmirdilər ki, döyüşçülərin çoxluğu bir o qədər də mühüm deyil. Ən əsası Allaha təvəkkül və Allahdan yardım istənilməsidir. Axı Ühüd döyüşündə müsəlmanlar çoxsaylı olmalarına baxmayaraq, meydandan qaçdılar. Əbu-Bəkrdə qaçanların arasında idi. Bəni-Haşimdən yalnız doqquz nəfər və başqa qəbilədən bir nəfər Peyğəmbərin ətrafında qalmışdı. Yalnız Allahın kiçik dəstəyə yardımından sonra qaçanlar geri dönüb düşmənə yenidən həmlə etdilər və qalib gəldilər. Bu barədə Allah-təala Qur’ani-Kərimdə buyurur: «Allah sizə bir çox yerlərdə, eləcə də, Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı. Gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız». Hadisə belə baş verdi: Həzrət Peyğəmbər Məkkədən Mədinəyə dönmək qərarına gəldiyi vaxt müsəlmanlığı qəbul etməmiş Həvazən və Səqif qəbilələri əl-ələ verib müsəlmanlara qarşı çıxmaq fikrinə düşdülər.Bu iki qəbilənin döyüşçüləri Malik ibn Əvfin komandanlığı altında Məkkədən Mədinəyə qayıdası Peyğəmbər qoşununa hücum etmək üçün Hüneyn məntəqəsində pusquda dayandılar. Onların sayı müsəlmanların sayından çox idi.İslam qoşununun Xalid ibn Vəlidin başçılığı altında öndə gedən hissəsi pusquya düşdü. Gecə yarıdan keçdiyindən və hava tam qaranlıq olduğundan düşmənin qəfil hücumu onları çaşdırdı və geri çəkilərkən aralarında təfriqə yarandı. Əbu-Süfyan və onun əlaltıları kimi İslamı yeni qəbul edənlər qorxuya düşüb qaçmağa başladılar. Bəni-Haşimdən yalnız doqquz nəfər Peyğəmbərin ətrafında qaldı. Həzrət Əli (ə) Peyğəmbərin qarşısında dayanıb düşmənlə vuruşaraq onları həzrətə yaxınlaşmağa qoymurdu. Şeyx Müfid yazır ki, bəni-Haşimdən olan digər adamlar Əliyə (ə) arxayın olaraq Peyğəmbərin (ə) ətrafında qalmışdılar. Əlinin (ə) əzmlə döyüşməsi sayəsində qaçanlar da geriyə dönmək qərarına gəldilər.Həzrət Peyğəmbər (s) uca səsə malik olan əmisi Abbas ibn Əbdül-Müttəlibə buyurdu: «Mühacir və ənsarı bir yerə toplanmağa də’vət et, təfriqə və pərakəndəliyin qarşısını al». Abbas uca səslə müsəlmanları sakitliyə və bir yerə toplanmağa çağırdı və əlavə etdi ki, həzrət Peyğəmbər (s) sağdır. Onun bu çağırışından sonra qaçanlar yavaş-yavaş geri dönməyə başladılar. Hava getdikcə işıqlanırdı. Bir yerə toplanmış müsəlmanlar düşmənin üzərinə qəti hücuma keçdilər. Həzrət Əli (ə) düşmənlərin qəbilə rəisi və bayraqdarını qılıncdan keçirdi. Bundan sonra düşmən sıralarına pərakəndəlik düşdü. Qaçanları müsəlmanlar tə’qib edirdilər. Bir sözlə, düşmənin bir hissəsi öldürüldü, digər hissəsi əsir alındı.Hüneyn döyüşü başa çatdıqdan sonra müsəlmanlar Taifə üz tutdular. Çünki Səqif qəbiləsi Taifdə məskunlaşmışdı və Peyğəmbərin (s) həmin məntəqəyə göndərdiyi Əbu-Süfyan ibn Haris orada müvəffəq ola bilməmişdi. Ona görə də həzrət özü Taifə getdi və oranı mühasirəyə aldı. Taifin mühasirəsi iyirmi gündən çox çəkdi.Həzrət Peyğəmbər (s) Taif ətrafındakı bütlərin sındırılmasını Əliyə (ə) tapşırdı. Həzrət Əli (ə) həzrət Peyğəmbərin bu əmrini yerinə yetirərkən Xəs’əm qəbiləsinin cəngavərlərindən olan Şəhabı öz qılıncı ilə ikiyə böldü. Beləcə, bütün bütlər məhv edildi. Həmin tayfanın başqa bir qəhrəmanı Nafe ibn Qilan həzrətin (s) qılıncına tuş gəldi. Bir dəstə qılınc qorxusundan İslamı qəbul etdi, digər bir dəstə isə qaçıb gizləndi. Həzrət Əli (ə) qələbə bayrağı ilə Peyğəmbərin hüzuruna qayıtdı. Bu döyüş də müsəlmanların qələbəsi ilə başa çatdı.Taif döyüşü müsəlmanların ərəblərlə son daxili döyüşü sayılır. Çünki,bu döyüşdən sonra Ərəbistan daxilində Peyğəmbərə qarşı çıxmağa kimsədə cür’ət qalmadı. Bütün Ərəbistan yarımadası həzrət Peyğəmbərin (s) hakimiyyəti altına keçdi. Qarşıda digər ölkələrdə İslamın yayılması vəzifəsi dururdu. Belə bir qərarın müqəddiməsi həzrət Peyğəmbərin (s) iştirak etdiyi son, Təbuk döyüşü oldu. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) bu döyüşdə iştirak etmədi.Həzrət Əlinin (ə) Peyğəmbər dövründəki hərbi xidmətlərindən danışdıq. Həzrətin xidmətləri sayəsində İslam bayrağı göyə ucaldı və müsəlmanlar əksər döyüşlərdən qalib çıxdılar. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Əgər Əlinin (ə) qılıncı olmasaydı, İslam möhkəmlənməzdi».