Şn12132025

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Həzrət Xədicə (əleyha salam)-ın vəfatı

Peyğəmbərin (səlləllahu əleyhi və alih) ilk həyat yoldaşının adı Xədicədir. O həyatda olduğu müddət ərzində Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) başqa bir xanımla nikah bağlamayıb. Onun islamı qəbul edərək iman gətirməsi və Peyğəmbərə xidməti sayılası qədər deyil. O həzrətin fəzilətində bunu demək kifayətdir: o, Fatimeyi-Zəhra (əleyha salam)-ın əziz anasıdır. Peyğəmbərin övladlarının hamısı məhz onunla bağlıdır.

Həzrət Xədicə vəfat edən zaman Peyğəmbərə vəsiyyət etdi. Peyğəmbərin uğrunda bu qədər fədakarlıq və canfəşanlığı, bütün mal-dövlətini onun məramı yolunda xərcləməsinə baxmayaraq dedi: “Ya Rəsuləllah! Məni bağışlayın, çünki, sizə lazımınca xidmət edə bilmədim.”

Peyğəmbər buyurdu: “Haşa və kəlla! Mən səndən heç bir təqsir görmədim. Mənim uğrumda sonadək çalışdın. Mənim evimdə çoxlu əzab-əziyyətlərə düçar olub sinə gərdin, var-dövlətini Allah yolunda bağışladın.”

Sonra Xədicə dedi: “Ya Rəsuləllah! (Fatimeyi Zəhraya işarə edərək) - bu qızı sənə vəsiyyət edirəm. O, məndən sonra yetim və qəribdir. Qüreyş qadınlarından biri ona əzab-əziyyət verməsin. Bir kəs onu vurmasın, üstünə qışqırmasın, xoşagəlməz hadisə görməsin.”

Həzrət Xədicə Əbu Talibin rehlətindən 45 gün keçən zaman - həmin ildə Ramazan ayının 10-cu günü (besətin onuncu ilində) 65 yaşında ikən dünyadan getdi. (1)

–––––––––––––––––

1. “Təqvimuş-şiə”, səh. 227.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə