Çr05082024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Qadınların hüquqlarına dair Qurani-Kərimdə 11 nöqtə

 

Quran bizlərə qadınların bəzi haqlarını tanıdır ki, onlara işarə edək...

Quran bizlərə həm kişilərdən və həm də qadınlardan örnəklər təqdim edir. Belə ki, buyurur: "Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi". ("Məryəm" 41). Quran başqa yerdə isə Asyanı nümunə kimi təqdim edir və buyurur: "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o, demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar". ("Təhrim" 11).

Həqiqətdə qadınla kişi iki ulduzdurlar ki, öz orbitləri ətrafında fırlanırlar. "Nə Günəş (öz təbii hərəkət sistemində bu) Aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz". ("Yasin" 40).

Quran bizlərə qadınların bəzi haqlarını tanıdır ki, onlara işarə edək.

1. Həyat. Quran buyurur: "Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman. «Hansı günaha görə öldürüldülər?»(Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?»- deyə soruşular)". ("Təkvir" 8-9). Yəni, hətta kafirin qızını belə heç kəsin həyatına son qoymağa haqqı yoxdur.

2. Təhsil. Dinimizin nəzərinə görə, qadınlar da kişilər kimi təhsil almalıdır.

3. Abır. Qadınla kişinin abırı mühüm məsələdir. Ancaq Allah Təala qadınların hesabını ayrıca çəkir və buyurur: "Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır". ("Nur" 23).

4. Nəzarət. Qurani-Kərim buyurur: "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər". ("Tövbə" 71).

5. Tarixdə əziz tutulmuşdur. "(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal". ("Məryəm" 16).

6. Nümunə olmaq. Fironun həyat yoldaşı kimi. Quran buyurur: "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»". ("Təhrim" 11).

7. Şəxsiyyət. Heç kəs qadını məsxərə etməməlidir. "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın". ("Hucurat" 11).

8. Məskən. Quran buyurur: "Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın". ("Təlaq" 6).

9. Azadlıq. Quran buyurur ki, əgər həyat yoldaşınla yola gedə bilmirsənsə, onun təlaqını ver. "(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric'i) təlaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir)". ("Bəqərə" 229).

10. Xərcini vermək. Quran buyurur: "(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin". ("Təlaq" 7).

11. Mehriyyə. "Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir)". ("Nisa" 4).
Allah Təala müsəlman ümmətini Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm etsin.

Quran xətminin duası

Əllahummə nəvvir qulubəna binuril Quran. Və kəffir ənnə səyyiatina biizzətil Quran. Vəşfi mərzana biayətil Quran. Və səllim əhyana bihurmətil Quran. Əllahumməcəlil Quranə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.

Yazının tərtində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

Quran oxumağın dəyəri

Qur`an:
«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir».
«Bu Qur᾽an elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tə᾽rifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir».
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir».

Quran oxumaq haqqında 40 hədis






1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”

2-İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”

4-İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.” (“Xisal”, 2-ci cild, səh. 30, hədis: 42)

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”

6-İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranın mətninə və yazısına baxmaq ibadətdir.”

8-İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”

11-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məscidlər Qurana görə bərpa edilmişdir.”

13-İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”

15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”

16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.” (Cameus-səğir”, 1-ci cild, səh. 14)

18-İmam Əli (ə) buyurmuşdur: “Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”

20-İmam Səccad (ə) buyurmuşdur: “Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”

21-İmam Sadiq (ə) buyurmuşdur: “Quranı əzbərdən bilən şəxs ona əməl etsə, axirətdə Allahın xəbər gətirən və yaxşı rəftar edən mələkləri ilə dost olar.”

22-İmam Sadiq (ə) buyurmuşdur: “Quran oxuyan şəxs ehtiyacsız olar, əks təqdirdə (Quan oxumasa) heç bir şey onu qane etməz.”

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quran hamilləri (hafizləri) behişt əhlinin nümayəndələri və başçılarıdır.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Zehnin və bədəninin zəif olmasına baxmayaraq zəhmət çəkib Quranı əzbərləyən şəxsin savabı çoxdur.”

25-İmam Səccad (ə) buyurmuşdur: “Quran ayələri xəzinədir, hər vaxt o xəzinənin ağzını acdınsa, bil ki, ona nəzər etməyin savabı vardır.”

26-İmam Sadiq (ə) buyurmuşdur: “Dünya əhli səmadakı ulduzlara baxdıqları kimi, səma əhli də müsəlman bir şəxsin Quran oxuduğu evə baxarlar.”

27-İmam Sadiq (ə) buyurmuşdur: “Mən evdə Quranın olmasını sevirəm, çünki Allah onun vasitəsilə şeytanları (evdən) uzaq edir.”

28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mələklər mənim ümmətimdən olan qeyri-ərəb bir şəxsin düzgün oxumadığı Quranı səhih ərəblə (oxunmuş kimi) yuxarı apararlar.”

29-İmam Sadiq (ə) buyurmuşdur: “Möminə layiqdir ki, ya Quranı öyrənsin, ya da onu öyrənmək üçün zəhmət çəksin.”

30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evlərinizi Quran oxumaqla işıqlandırın, yəhudilər və məsihilər kimi qəbiristana çevirməyin (onlar yalnız kilsələrdə Tövrat və İncili oxuyub, ibadət edirlər); çünki Quran oxumaq xeyir-bərəkət gətirir və ev əhalisinin çoxlu ruzi əldə etməsinə səbəb olur.”

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranın digər sözlərə olan fəzilət və üstünlüyü Allahın sair varlıqlara olan fəzilət və üstünlüyü kimidir. Quran hər bir şeydən – Allahdan başqa – üstündür. Buna əsasən, hər kəs Qurana ehtiram göstərsə, sanki Allaha ehtiram göstərmişdir; hər kəs də Qurana ehtiram göstərməsə, sanki Allaha ehtiramsızlıq etmişdir.”

32-İmam Sadiq (ə) buyurmuşdur: “Quranı əzbərləyib, ona əməl edənlərin məqamları asimanın ən böyük mələklərinə bərabərdir.”

33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimin yüksək məqama nail olan şəxsləri Quranı həml (hifz) edənlər və gecə (ibadət üçün) oyaq qalanlardır.”

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, Allahın kitabından bir ayə oxumaq ərşin altından tutmuş, yerin altına qədər olanlardan yaxşıdır.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “...Axirətin bəlası Quran oxuyan şəxsdən götürülər.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala üç səsi çox sevir: 1-Quran tilavət edən şəxsin səsini. 2-Xoruzun səsini. 3-Sübh vaxtı günahlarının bağışlanmasını diləyən şəxsin səsini.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: “Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır... Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.”

38-İmam Əli (ə) buyurmuşdur: “Qurandan bir ayə eşidən şəxs üçün (bunu eşitmək Yəməndə yerləşən) “Şir” dağının ağırlığı qədər qızılı olmasından yaxşıdır.”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşılarınız Quranı öyrənib, başqalarına öyrədənlərdir.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç şeyə baxmaq ibadətdir: 1-Ata-ananın üzünə. 2-Dənizə. 3-Qurani-kərimə.”


legend.az

"Fatihə" sursəi haqqında

FАTİHӘ - BАŞLАYАN, АÇАN (Məkkədə nazil olub).
Suаllаr: 1.“Fаtihә” nә dеmәkdir, bu surә nә üçün “Fаtihәtul-kitаb” аdlаndırılmışdır? 2. Bu surәyә nә üçün “hәmd” dеyirlәr? 3. “Rәhmаn” vә “Rәhim” nә dеmәkdir? 4. Surәnin mәqsәdi nәdir? 5. Аllаh-tәаlа bu surәni özü ilә bәndәlәri аrаsındа nеcә bölmüşdür?