Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İmam Səccadın (ə) Kərbəladan şəhadətə qədər həyatı

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:

1. İmam Səccadın (ə) xəstəliyi.

2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu.

3. Onun Əhli-Beyt (ə) əsirlərinin arasında olması.

4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr.

5. İmamın şəhadəti.

1. İmamın xəstəliyi

Bəzi tarixçilər bu fikirdədirlər ki, İmam Zeynəlabidin (ə) qanlı Kərbəla hadisəsində 24 yaşında idi. Bəziləri isə 22 yaş deyirlər. Muhəmməd ibni Səyid kitabında yazır: “Əli ibni Hüseyn (ə) Kərbəla hadisəsində İmam Hüseynlə (ə) bir yerdə idi. Onun 23 yaşı var idi. Onun övladı İmam Baqir (ə) Kərbəla hadisəsindən İmamın şəhadətinə qədər atası ilə bir yerdə olmuşdur. 3 və ya 4 yaşı var idi. İmam Səccad (ə) xəstəliyinə görə cihadda iştirak edə bilmədi. Allah onu insanları hidayət etməsi üçün qorudu. Peyğəmbərin (s) Həzrət Fatimədən (s.ə) olan nəsli İmam Hüseyn (ə) vasitəsilə İmam Səccada (ə) çatmışdı”.

Şeyx Müfid bu haqda yazır: “O zaman ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içir, Şimr (lən) İmam Səccadı (ə) öldürmək üçün hücum edir. İmam Səccad (ə) xəstə yatağında idi. Həmid ibni Müslim ona müdafiə etdi və Şimrin hücumunu dəf etdi. Ömər ibni Səd xəstə olmağına baxmayaraq, onu Əhli-Beytlə (ə) bərabər Kufəyə aparır”.

İmam Səccad (ə) Kərbəlada yalnız məhdud bir müddətdə xəstə olmuşdu. Sağalandan sonra 35 il müddətində müsəlmanlara imamlıq edir. Bəziləri onun daima xəstə olduğunu söyləyirdilər, bu məsələ insanların zehnində o qədər uzun müddət qaldı ki, dördüncü İmama (ə) və onun fədakarlıqlarına qarşı diqqətsizlik edirdilər.

2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu

İmam Hüseynin (ə) və onun tərəfdaşlarının şəhadəti Bəni-Uməyyə hökuməti üçün viranedici xarakter daşıyırdı. Bu xəlifəliyin dini olmasını sual altına alırdı. Bu şəhidlərin fədakarlıqlarının unudulmaması üçün İmam Səccad (ə) həm şəhidlərə göz yaşı tökür, həm də atasının hədəfini davam etdirirdi. Cavidan Aşura hadisəsi o qədər qəmgin və ürəkürpədici idi ki, onun müşahidə edənlər ölənə qədər bu hadisəni yaddan çıxartmadılar.

İmam (ə) o zaman ki, su içmək istəyərdi, gözü suya dəyəndə ağlamağa başlayardı. Həzrətin ağlamağının səbəbini soruşanda buyurardı: “Necə ağlamayım? O zaman ki, yezidlilər suyu vəhşi heyvanlara açıq buraxmışdılar, ancaq atamın üzünə bağlamışdılar. Onu susuz şəhid etdilər”.

İmam Səccad (ə) öz xütbələri ilə insanların bu məsələdə yollarını azmasına imkan vermədi və 14 əsr keçməsinə baxmayaraq, bu hadisə hələ də canlı və cavidandır.

3.Onun Əhli-Beyt (ə) əsilərinin arasında olması

Aşura hadisəsindən sonra İmam Səccad (ə) Əhli-Beyt (ə) ilə Kufəyə hərəkət etdi. Əsirlərin dəqiq sayı haqqında məlumat yoxdur. Bəziləri qadınların sayının 64 nəfərdən 84 nəfərə qədər olduğunu və oğlan uşaqların sayının 12-dən 14-ə qədər olduğunu yazırlar. Onları 40 dəvə ilə aparırdılar. Hamısını zəncirə vurmuşdular. Bu karvanın tək kişisi İmam Səccad (ə) idi. Düşmən onlara qarşı çox sərt rəftar edirdi. Tarixçilərin yazdığına görə İmam Səccadı (ə) palansız dəvənin üzərinə otuzdurmuşdular. Həzrətin mübarək əllərini boynundan asmış, ayaqlarının hər ikisini dəvənin qarnına bağlamışdılar. Bəzi tarixçilər karvanın Kufəyə daxil olma tarixini Məhərrəm ayının 12-si olduğunu və bəziləri də 16 və 17-si olduğunu yazırlar.

4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr

İmam Səccad (ə) Kufədə olan zaman iki dəfə xütbə demişdi. Birinci xütbəni carçıların Kufə xalqını əsirlərə baxmağa dəvət etdiyi zaman etmişdi. Kufənin kənarında əsirlər üçün xeymə qurmuşdular. İmam Səccad (ə) xeymədən bayıra çıxdı və insanlara işarə etdi ki, sakit olsunlar. İmam Səccad (ə) çıxışını Allaha sitayiş etməklə başladı. Peyğəmbərə (s) salavat göndərdi və buyurdu: “Ey insanlar! Kim ki, məni tanıyırsa, tanıyır və tanımırsa, mən - Hüseynin (ə) oğlu Əliyəm (ə). O Hüseynin (ə) ki, Fərat sahilində günahı olmadan və haqsız olaraq, müqəddəs başını bədəninidən ayırdılar. Mən o ağanın oğluyam ki, hərəminə hörmətsizlik edildi, rahatlığı aradan aparıldı. Malı qarət edildi və ailəsi əsir oldu. Mən o insanın oğluyam ki, (düşmənlər onu mühasirəyə aldılar, halbuki o, tək idi və yardımına tələsən kimsə yox idi) şəhid etdilər. Əlbəttə, bu cür şəhadət bizim iftixarımızdır. Ey insanlar! Sizi Allaha and verirəm, Həzrətə yazdığınız məktublar yadınızdadırmı? Onunla əhd və peyman bağlamışdınız, onunla beyət etmişdiniz? Siz onunla döyüşə girdiniz və ona yardım etməkdən əl çəkdiniz. Vay olsun sizə! Axirətiniz üçün tədarük gördüyünüz şey necə çirkindir və Peyğəmbərin (s) üzünə necə baxacaqsınız?”.

İmamın (ə) çıxışı bu yerə çatanda kufəlilər ağlamağa başladılar. Yatmış vicdanları oyandı. Onlar bir-birini danlamağa başladı.

İmam Səccad (ə) davam edərək, buyurur: “Allah mənim nəsihətimi qəbul edən hər kəsi bağışlasın. Allah və Peyğəmbərə (s) xatir hər nə desəm, əməl etsin. Çünki Peyğəmbəri-Əkrəmin (s) yolu bizim üçün nümunədir”. İmamın (ə) sözləri sona çatmamış kufəlilər bir səslə dedilər: “Ey Rəsulun (s) övladı! Biz sənin əmrinə qulaq asırıq və sənə vəfadarıq. Bundan sonra əmrinin quluyuq. Hər kimlə desən, vuruşarıq. Hər kimlə desən sülh bağlayarıq. Biz sənin və özümüzün haqqını düşməndən alarıq”. İmam (ə) kufəlilərə buyurdu: “Sizə heç vaxt etimad bəsləməyəcəm. Ey xəyanətkarlar! Ey şəhvət əsirləri! Atama etdiyiniz xəyanəti mənə də etmək istəyirsiniz? Xeyr, Allaha and olsun ki, hələ də vurduğunuz yaradan qan axır. Ürəyim ata və qardaş dağı ilə yanır. Müsibətin acı dadı hələ də getməyib. Mənim qəmim təskinedici deyil. Siz kufəlilərdən istəyirəm ki, nə bizimlə olun və nə bizim əleyhimizə”.

İmam Səccad (ə) bu sözləri ilə onların vəfasızlığını və etibarsız olduqlarını üzlərinə vurdu və həsrət atəşini qəlblərinə saldı. Sonra buyurdu: “Əgər Hüseyn (ə) öldürülübsə, elə də qəribə deyildir. Onun da atası ondan qabaq bu kəramət və dəyərlərlə şəhid edilmişdi. Ey kufəlilər! O şeyi ki, İmam Hüseynə (ə) rəva bildiniz, şad olmayın. Bu, böyük hadisə idi. Canım ona fəda olsun ki, Fərat çayının kənarında şəhid oldu. Cəhənnəm atəşi o insanların cəzasıdır ki, onu şəhid etdilər”.

 

Ubeydullah ibni Ziyadın məclisindəki xütbəsi

İmam Səccadın (ə) Kərbəla əsirləri içərisindəki hüzuru nəzərə çarpan idi. Əsirlər karvanı Ubeydullahın məclisinə daxil olanda burada Ubeydullahın nəzərini cəlb edən şəxs İmam Səccad (ə) oldu. Çünki o, belə təsəvvür edirdi ki, Kərbəlada bir kişi belə sağ qalmamışdır. Onların hamısını qətlə yetirdiyini düşünürdü. Buna görə sorgu-sual edir və İmam Hüseynin (ə) nəslindən kiminsə sağ qalmasına şahid olmaq istəmədiyini bildirirdi. Karvan məclisə daxil olanda Ubeydullah üzünü İmam Səccada (ə) tutub, deyir: “Adın nədir?” İmam buyurdu: “Əli ibni Hüseyn (ə)”. Ubeydullah dedi: “Məgər Allah Əli ibni Hüseyni (ə) Kərbəlada öldürmədimi?” İmam (ə) bir anlıq susur. Ubeydullah (lən) deyir: “Niyə susursan?” İmam (ə) buyurur: “Allah ölüm zamanı canları alar. Heç bir insan Allahın izni olmadan ölmür”. Ubeydullah bu sözlərdən o qədər əsəbləşir ki, əmr edir, onu da şəhid etsinlər. Ancaq Həzrət Zeynəb (s.ə) fəryad çəkir: “Ey ibni Ziyad! Bu qədər qanımızı tökmüsən, sənin üçün kifayət deyilmi? Allaha and olsun ki, əgər onu öldürmək istəyirsənsə, məni də onunla bir yerdə öldür”. Zeynəbi-Kubranın (s.ə) sözləri ona təsir etdi və İmaını (ə) öldürməkdən əl çəkdi.

Əsirlər karvanı lənətlik Yezidin məclisinə daxil olur, İmam (ə) Yezidi görəndə buyurur: “Ey Yezid! Allaha and olsun ki, əgər Allahın Rəsulu (s) bizi bu halda müşahidə etsəydi, səninlə nə edərdi?” Şam əhalisi Yezidi Peyğəmbərin (s) xəlifəsi hesab edirdilər. İmamın (ə) bu sözlərindən sonra özlərindən soruşdular ki, məgər bu insanların Peyğəmbərlə (ə) rabitələri varmı? Bununla Yezid rüsvay oldu. Əmr edir ki, İmamın (ə) əl və ayaqlarında olan zəncirləri açsınlar.

İmam (ə) irəli gəlib, Yezidə (lən) buyurdu: “Belə düşünməyin ki, siz bizi xar edəsiniz və biz sizi dəyərləndirək. Siz bizə əziyyət verərsiniz və biz də sizə əziyyət verməkdən əl çəkərik. Allah bilir ki, biz sizi sevmirik, əgər siz də bizi sevmirsinizsə, sizi məzəmmət etmərik”. Yezid dedi: “Düz deyirsən, ancaq sənin atan və cəddin əmir olmaq istəyirdilər. Allaha həmd olsun ki, onları öldürdü və qanlarını tökdü. Atan qohumluğa riayət etmədi. Bizim haqqımızı görməməzliyə vurdular. Mənim səltənətliyimə görə mənimlə döyüşə qalxdı və axırı da gördüyün kimi oldu. İmam (ə) buyurdu: “Ey Müaviyə ilə Hindin oğlu! Dünyaya gəlməmişdən qabaq peyğəmbərlik və hökumət mənim atama və nəslimə aid idi. Bədr, Ühud döyüşlərində Peyğəmbərin (s) bayrağı atamın əlində olurdu. Ancaq sənin atan, atasının və cəddinin bayrağını gəzdirirdi. Ey Yezid! Əgər bilsəydin ki, nə

etmisən, atamın, qardaşımın, əmim oğlunun və ailəmin başına nə gətirmisən, dağlara qaçardın. Çınqıllıqda gizlənər və fəryad çəkərdin”. Sonra Yeziddən istədi ki, minbərə çıxsın. Yezid (lən) əvvəl icazə vermir. Ancaq sonra razı olur və Həzrət (ə) minbərə çıxır. İmamın (ə) xütbəsindən sonra hamı ağlayır və Yezid (lən) rüsvay olur. Yezid də onun bu yanğılı çıxışı qarşısında heç nə deyə bilmir. Üzr istəyir və bütün bu olanların günahını Ubeydullah ibn Ziyadın (lən) üzərinə atır. Sonra İmamdan (ə) nə istədiyini soruşur və İmam da əsirlərin azad edilməsini, şəhidlərin basdırılmasını və Mədinə şəhərinə getməyi istəyir. Şamda bir müddət qalandan sonra İmam (ə) və ailəsi Mədinəyə qayıdır.

5. İmamın şəhadəti

İmam 35 il müsəlmanlara rəhbərlik edir. Xilafətin növbəti qəsbkarı olan Vəlid ibni Əbdulməlik (lən), İmamı 95-ci hicri ilində Məhərrəm ayının 25-də zəhərləyir və şəhadətə yetirir. Həzrət İmam Səccadı (ə) Bəqi qəbiristanlığında, əmisi İmam Həsən Müctəbanın (ə) qəbrinin yanında torpağa tapşırırlar.

 

İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi

Quran ilə Əhli-beyt (ə) arasında həmişə sıx rabitə olmuşdur. İmam Səccad (ə) bu rabitəni qoca şamlı kişi üçün çox açıq və aydın şəkildə bəyan etmişdir.
Bu qoca şamlı kişi gəlmişdi ki, Allah rizası və behişt şövqünə görə “dindən xaric olanlara” görə nifrətini Belə düşünürdü ki, bu əməl Quran oxumağın savabından daha çoxdur. (Tebyan)
İmam Hüseynin (ə) mübarək kəsilmiş mübarək başını görür və deyir: “Allaha şükür ki, sizi öldürüb, həlak edib, şəhərləri sizin şərinizdən qoruyub və əmirəl-mömini (Yezidi) sizə hakim edibdir”.
İmam Səccad (ə) buyurdu: “Ey qoca kişi! Quran oxumusan?”.
Qoca dedi: “Bəli”.
İmam Səccad (ə) buyurdu: “Bu ayəni tanıyırsanmı ki, deyir: “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23)?”.
Kişi dedi: “Bəli, mən bu ayəni oxumuşam”.
İmam (ə) buyurdu: “Peyğəmbərin (s) qohumları bizik. Bəni-İsrayil surəsində oxumusan ki, deyir ki, qohumların haqqını əda edin?“Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver”. (“İsra” 26).
Qoca dedi: “Oxumuşam”.
İmam (ə) buyurdu: “Peyğəmbərin (s) qohumları bizik, ey qoca! Bu ayəni oxumusan? “Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır”. (“Ənfal” 41).
Kişi dedi: “Bu ayəni də oxumuşam”.
İmam (ə) buyurdu: “Bu ayədə gələn qurba bizlərik. Bəs bu ayəni oxumusan ki, buyurur: “Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə)Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33)”.
Kişi dedi: “Bu ayəni də oxumuşam”.
İmam (ə) buyurdu: “Ey qoca! Biz həmin Əhli-beytik (ə) ki, Allah təthir ayəsini bizə aid qərar vermişdir”.
Qoca dediyi sözlərdən artıq peşman olmuşdu. İmam Səccad (ə) buyurdu: “Allaha and olsun ki, biz həmin nəsilik”. Qoca kişi ağlayıb tövbə etdi və dedi: “Allahım, biz Ali-Muhəmməd (ə) düşmənlərindən – istər cindən olsun, istər insdən – bezarıq”.
Bu xəbər lənətlik Yezidin qulağına gedib çatır və əmr edir ki, həmin qoca şamlını öldürsünlər.
Bəli, Peyğəmbər (s) bizlərə təkcə Quranı deyil, həm də itrəti yadigar qoyub getmişdir. Bu dəyərli xəzinələr heç bir zaman bir-birindən ayrılmazdır. Biri olmadan o birisinin faydası olmaz.

İmam Səccadın(ə) şəhadət günü

Məhərrəm ayının 12-i Hz.İmam Səccadın(ə) şəhadət günüdür.

Bu münasibətlə başda İmam Zaman(ə.f) olmaqla, bütün Əhli-Beyt(ə) aşiqlərinə təsliyyət diləyirik
Dördürcü imam İmam Səccad (ə)  hicrətin 38-ci ilində dünyaya gəlmişdir.Atası  Hüseyn ibn Əli(ə),a nası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynül-Abidin və Səccaddır.

Uşaqlıq illərini Mədinədə  keçirmiş, təxminən 2 il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə 10 il əmisi Imam Həsənin (ə) İmamət dövründə yaşamışdır. Hicrətin 50-ci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan atası İmam Hüseyn (ə) ilə 10 il bərabər olmuşdur.

Hicrətin 61-ci ilinin məhərrəm ayında Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin 94-cü ya da 95-ci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

Atasının qiyamına qoşulan İmam Səccadın (ə) həmin zaman təqribən 22-23 yaşı var idi. İmam Səccadın hər iki qardaşı - 25 yaşlı Əli Əkbər və altı aylıq Əli Əsğər də - Kərbəlada şəhid oldu. Həzrət Zeynul-abidin (ə) Peyğəmbər nəslinin və imamlar sülaləsinin davamçısı olduğuna görə Allah Təala həmin müddətdə ona şiddətli xəstəlik göndərir ki, döyüşlərdə iştirak ona vacib olmasın və onun canı amanda qalsın. Beləki, İmam Hüseyn (ə) şəhid olandan sonra Yezidin qoşunu Əhli-Beytin (ə) xeymələrinə hücum etdi. Şimr İmam Səccadı (ə) xəstə yatağında şəhid etmək istədiyi zaman yaxınlıqda olan insanlar ona tənə vurdular ki, xəstəni öldürməzlər və Şimri bu fikirdən çəkindirdilər.

İmam Səccad zamanının 6 əməvi xəlifəsi dövründə yaşamışdır

Yezid ibn Müaviyə (61-64 h.q);
Abdullah ibn Zübeyr (61-73 h.q);
Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);
Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);
Əbdülməlik ibn Mərvan (65-86 h.q);
Vəlid ibn Əbdülməlik (86-96 h.q).

İmam Səccadın (ə) dövründə Əməvilərə qarşı əsasən dörd məhşur qiyam baş vermişdi. Onlardan ikisini Kufə, birini Məkkə, birini də Mədinə əhli etmişdi.

Kərbəla hadisəsindən çox keçməmişdi ki, 5000 minlik şiə ordusu İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi. Bu qiyam tarixə "Təvvabin" ("Tövbə etmişlər") adı ilə düşüb. Təvvabin hərəkatının məqsədi yalnız və yalnız intiqam idi. Xəlifənin ordusu ilə döyüşən qiyamçılar məğlub oldu. Sağ qalmışlar isə Kufəyə dönüb Muxtar Qiyamına qoşuldular.

Yezidin xilafətinə qarşı çıxan Zübeyrin oğlu Abdullah Məkkə əhalisini Yezidə qarşı qaldıraraq hicri 61-ci ildə Məkkə hakimiyyətini öz əlinə keçirdi. O, özünü xəlifə elan etdikdən sonra Əməvilərin siyasətindən narazı bölgələri öz dövlətinə birləşdirdi. Beləliklə Şamda Yezid xilafət edirdi, Məkkədə isə Abdullah. Hətta Əməvilərdən İmam Hüseynin (ə) intiqamının alınmasına ümid edən Kufə əhalisi Abdullah ibni Zübeyrə qoşuldu. Ancaq onun da Əhli-Beytə (ə) düşmən olduğunu, Əməvilərdən fərqlənmədiyini görən kufəlilər ondan üz çevirib Muxtarın başına toplaşdı. Xəlfə Əbdülməlikin dövründə Şam qoşunu Məkkəyə hücum etdi və Abdullahın 12 illik hakimiyyətinə son qoydu.

Hicri 66-cı ildə  Muxtar adlı bir şəxsin başçılığı ilə kufəlilər İmam Hüseynin (ə) qatillərindən intiqam almaq məqsədilə yenidən qiyam etdilər. Onlar Peyğəmbər (ə) övladlarının qatillərini yaxalayəb amansızcasına qətlə yetirdilər. Haqq məqsədi batil vasitələrlə həyata keçirdiyinə görə Muxtar İmam Səccad (ə) tərəfindən məzəmmət olunmuşdu. Muxtar İraqın böyük hissəsini tutub Kufənin hakimi oldu. Abdullah ibn Zubeyr Muxtara qarşı qoşun göndərdi və hicri 67-ci ildə Muxtarın qoşunu məğlub oldu.

Amansızcasına yatırılan qiyamlardan biri isə Mədinə əhlinin üsyanı idi. Bu faciə tarixə Hirrə faciəsi kimi düşüb. Yezidin xilafəti zamanı hicri 62 ya 63-cü ildə Mədinə valisi bir neçə şəhər böyüklərini gənc xəlifənin görüşünə göndərdi ki, Yezid onları ələ ala bilsin, çünki Mədinə əhli Kərbəla hadisəsindən böyük hiddətə gəlmişdi. Ancaq düşüncəsiz Yezid onların yanında açıq aşkar içki içir və digər şəriətə zidd əməllər edirdi. Bundan dəhşətə gələn mədinəlilər şəhərlərinə döndükdə əhalini qiyama səslədilər. Beləliklə də şəhər valisi və Əməvi nəslinin nümayəndələri Mədinədən qovuldular. Xəbər Yezidə yetişdikdə o, qiyamçıları cəzalandlrmaq üçün böyük bir qoşun göndərdi. Peyğəmbər (s) nəslinin nümayəndələri, səhabə və tabeinlərin yaşadığı bu şəhər üç gün müddətində soyqırıma məruz qaldı. İmam Səccad (ə) bu işə qarışmadığıdan onun və yaxınlarının canı amanda qaldı.

İmam Səccadın (ə) İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, uzaqgörən, ədib (ədəbiyyatla məşğul olan), istedadlı və alim kimi qələmə vermişlər. "Əl-Fəxri" kitabının müəllifi deyir: "Əbdülməlik ağıllı, düşüncəli alim, fəzilətli ədib, istedadlı, çox zülmkar, çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur".
Əbdülməlik hakimiyyətə  gəlməzdən əvvəl Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı. O, zahidlik, ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki, ona "məscidin göyərçini" ləqəbini vermişdilər. Deyirlər ki, Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: "Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur". Əbdülməlik  Qurandan ayrıldı, qüdrətə yetişməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı xatirələrlə yad edirlər.

Süyuti və İbn Əsir yazırlar: "İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur.

İmam Səccad (ə) olduqca ağır mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi və moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir, zaman keçdikcə unudulmuş, yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam təlimləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki, İmam Səccad (ə) çox hikmətli yolla moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi məsələləri çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və xəlifənin əleyhinə olduğuna baxmayaraq, xilafətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda "İmamət" məsələsinin həqiqətini açıqlayırdı.

İmam Səccadın (ə) təbliğ və mübarizə metodlarından biri də fikir və məqsədlərinin çoxunu dua və minacat şəklində camaata çatdırmaq idi. İmam Səccadın (ə) dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır.
Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Bu dualarda əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altmış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi "Səhifeyi-Səccadiyyə"nin bir nüsxəsini özünün həməsri olan, "Təntavi" təfsirinin müəllifi və İsgəndəriyyə müftisinə hədiyyə göndərir. İsgəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: "Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm".

Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu bir çox dillərdə dəfələrlə nəşr edilmiş,ərəb və fars dillərində misilsiz şərhlər yazılmışdır.

Ömrünün sonuna qədər İmam Səccad (ə) Mədinədə yaşadı. Hicri 94 ya 95-ci ildə (təqribən miladi 715-ci il) 57 yaşında ikən Mədinə valisi Hişamın əmri ilə İmam (ə) zəhərləndirilərək şəhadətə yetirildi. Həzrət (ə) Bəqi qəbirstanlığında əmisi İmam Həsənin (ə) yanında dəfn olundu.
Qeyd edək ki,Mədinədəki "Bəqi" qəristanlığında yerləşən dörd İmamın məzarı üzərində ucaldılan məqbərə keçən əsrin əvvəllərində(təxmini-1925 ci il)vəhhabi şeyxlərinin göstərişləri ilə dağıdılmışdır və bu günədək mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.

İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT

 

İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Həzrət Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə daşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra lənətlik Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərləndirilərək, şəhadətə qovuşmuşdur. Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.

İmam Səccad (ə) ilə müasir olmuş xəlifələr



İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Həzrət Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə daşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra lənətlik Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərləndirilərək, şəhadətə qovuşmuşdur. Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.

İmam Səccad (ə) ilə müasir olmuş xəlifələr

İmam Səccad (ə) öz imamət dövründə aşağıdakı xəlifələrlə müasir olmuşdur:
1-lənətlik Yezid ibn Müaviyə (61-64 hicri qəməri) 3
2-Abdullah ibn Zübeyr (61-73 h.q) 4
3-Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı)
4-Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı)
5-Əbdülməlik ibn Mərvan (65-86 h.q)
6-Vəlid ibn Əbdülməlik (86-96 h.q)

İMAM SƏCCADIN KƏRBƏLADA XƏSTƏLİYİ - İLAHİ BİR MƏSLƏHƏT İDİ


Təəssüflə qeyd etməliyik ki, xəbərsiz camaatın əksəriyyəti dördüncü imamı həmişə xəstə kimi yad edir və bununla da camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş bir şəxs kimi canlanır. Halbuki əslində heç də belə olmamışdır. Çünki dördüncü imam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il sağlam durumda fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, (5) müqəddəs vücudu Yezidin mənfur nökərləri tərəfindən qətlə yetirilmək təhlükəsindən amanda qalaraq, imamət xətti davam etmişdir. Əgər İmam Səccad (ə) Allahın məsləhəti ilə Kərbəla vaqeəsi zamanı xəstələnib çox zəifləmiş duruma düşməsəydi, cihadda iştirak edəcəkdi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də imamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn əl-Cuzi yazır: “Əli ibn Hüseyn(ə) (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.”6

Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də döyüşdə iştirak edə bilməmişdir.”7 Məhəmməd ibn Səd həmçinin qeyd edir ki, lənətlik Şimr İmam Hüseyni (ə) qətlə yetirdikdən sonra imam Səccadın (ə) üstünə gəldi. O, xəstələnib yataqda yatmış idi. Şimr dedi: “Bunu öldürün.” Onun yanındakılardan biri dedi: “Subhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: “Bu xəstədir, onunla işiniz olmasın.”

Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Subhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir gəncdir, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları onu öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırdılar. O, öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın

Qeyd olunduğu kimi dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Təbii ki, Həzrətin düşmən qarşısında heç bir ruhiyyə zəifliyi və gücsüzlüyündən söhbət belə gedə bilməz.
İmam Səccad (ə) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət edirdi. İmamın (ə) Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki, əsirləri Kufəyə gətirdikdən sonra lənətlik Übeydullah ibn Ziyadın məclisində onunla imam Səccad (ə) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən imam Səccad (ə) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?

KƏRBƏLA İNQİLABININ CARÇISI


Qeyd etdiyimiz kimi İmam Səccad (ə) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseynin (ə) qanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə lənətlik Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və ümmətin fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi istibdadının Müaviyyənin dövründən etibarən Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccadın (ə) və eləcə də digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat İmam Hüseynin (ə), Peyğəmbər (s) və Əhli-beytin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

Kərbəla hadisəsi ilə bağlı İmam Səccaddan (ə) bir hekayə

İmam (ə) (Kərbəla hadisəsinə görə hüzünlü olduğu üçün) məclisə getməkdən boyun qaçırırdı.
İmam Zeynul-Abidin (ə) Kərbəla hadisəsindən sonra ömrünün sonuna kimi həmin hadisələri xatırlayaraq ağladı, hətta göz yaşları o həzrətin yeməyinə qarışardı. Hər bir hadisəni bəhanə edib Kərbəlanı xatırlayır və xatırladardı. Amma yazacağım hekayə çox ağırdır və yalnız dərk əhli və qəlbi Əhli-beyt (ə) sevgisilə dolu olan insan onu başa düşə bilər. Necə ki, Müfəzzəl deyir ki, İmam Sadiq (ə) bu sözü çox buyurardı: “Bizim sözlərimiz o qədər çətin və ağırdır ki, müqərrəb mələklər, mürsəl peyğəmbərlər, ya Allah qəlbini imanla sınaqdan çıxarmış möminlərdən başqa heç kim ona təhəmmül edə bilməz”. (“Əl-kafi”, c.1, səh. 401)
Mərhum Əllamə Mircahani yazır:
Hədisdə gəlmişdir ki, Kərbəla hadisəsindən sonra Mədinə şəhərində şiələrdən biri izdivac məclisi təşkil etmişdi və həzrət Zeynül-Abidindən (ə) xahiş etdilər ki, məclisdə iştirak edərək, məclisi zinətləndirsin. Lakin İmam (ə) (Kərbəla hadisəsinə görə hüzünlü olduğu üçün) məclisə getməkdən boyun qaçırırdı. Çox isrardan sonra İmam (ə) onlara buyurdu ki, əgər məclisdə atam Seyyidüş-şühədanın (ə) müsibətindən mərsiyə oxumaq üçün rövzəxan gətirsəniz, sizin dəvətinizi qəbul edərəm. İmamın (ə) şərti qəbul edildikdən sonra İmam (ə) məclisdə iştirak etdi. Məclis başladıqdan sonra mərsiyyə oxundu, İmam (ə) və digər qonaqlar İmam Hüseynin (ə) müsibətlərinə çox ağladılar. Məclis qurtardıqdan sonra qonaqlar evlərinə yollandılar. Bu zaman məclisin sahibi görür ki, İmam Səccad (ə) qapının ağzında dayanıb və qonaqların ayaqları qarşısında onların ayaqqabılarını cütləyir.

Qaynaq: Hamid Fədəvi Ərdistani, “Əl-buka lil-Huseyn (ə)”, səh. 430.