Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə


Xanım Fatimə (ə) barədə çoxlu sayda ayələr nazil olmuşdur və onlar müştərək şəkildə həm xanım Fatimə (ə), həm də Ali-Əba (ə) barəsindədir. O cümlədən, aşağıdakı ayələrə işarə edə bilərik:

 1) Kövsər surəsi:

انا اعطيناك الكوثر* فصل لربّك وانحر* انّ شانئك هو الابتر

Şiə və sünni təfsirçiləri bu surənin xanım Zəhra (ə) barəsində nazil olmasını söyləmişlər.
Əhli-sünnə təfsirçiləri:
1. Beyzavi, öz təfsirində “kövsər” sözünün təfsiri ilə bağlı. (1)
2. Şeyxzadə, Beyzavi təfsirinə yazdığı haşiyədə.
3. Şəhabuddin Beyzavinin təfsirinə yazdığı və “Ğayətul-qazi” adlandırdığı haşiyənin 3-cü səhifəsində.
4. Əbubəkr Həzrəmi “əl-Qovlul-fəsl” adlı kitabının 457-ci səhifəsində. Həmçinin, əhli-sünnə təfsirçilərinin əksəriyyəti “kövsər” surəsinin xanım Zəhranın (ə) şənində nazil olmasını etiraf etmişlər.
5. Fəxri Razi öz təfsirində yazır: “Kövsər” Peyğəmbərin (s) övladlarıdır. Ona görə ki, bu surə həzrəti övladı olmadığı üçün məzəmmət etdikləri zaman nazil olmuşdur. Onun mənası budur ki, Allah-taala həzrətə həmişə davam edəcək bir nəsil verəcəkdir. Görün Əhli-beytdən (ə) nə qədər kəslər öldürülmüşdür, lakin bununla belə aləm onların varlığı ilə doludur. Amma Bəni-Üməyyədən nəzərə çarpacaq kimsə qalmamışdır. (2)

2) Təthir ayəsi:

 اِنَّما يُريدُ اللَّه لِيُذْهِبَ عَنْكُم الرِّجسَ اَهلَ البَيت وَيُطَهِّرَكُمْ تَطْهِيراً

Ümmü Sələmə deyir: “Bu ayə nazil olduğu zaman, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırıb buyurdu: “Bunlar mənim Əhli-beytimdir.”” (3)
Təbəri Əbi Həmradan olan sənədi ilə belə nəql edir: “Mən Peyğəmbər (s) zamanında altı ay Mədinədə olmuş və həzrətin bu müddətdə dan yeri ağarandan Əli (ə) və Fatimənin (ə) evinə gələrək “namaz vaxtıdır, namaz!
 إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً  (4) – deyə buyurduğunu eşitmiş və görmüşəm.

3) Məvəddət ayəsi:


  قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً اِلَّا الْمَوَدَّةَ فِى الْقُربى

“(Ey mənim rəsulum!) de: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir muzd istəmirəm.”” (5)
Süyuti İbn Abbasdan belə rəvayət edir: “Bu ayə Peyğəmbərə (s) nazil olduqda, səhabələr dedilər: “Ey Allahın Rəsulu (s)! Məhəbbət göstərməyi bizə vacib edilən yaxınlarınız kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli, Fatimə və onun iki övladı!”” (6)  
İmam Sadiq (ə) Əbu Cəfər Əhvələ buyurdu:
“Bəsrə əhalisi bu ayə قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُربى barədə nə deyir? ”
Dedi: “Sizə fəda olum! Onlar deyirlər ki, “Bu ayə Allah Rəsulunun (s) qohumları barəsindədir.”
Həzrət buyurdu: “Yalan deyirlər! Yalnız biz Əhli-beyt  - Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) – “Kisa əhli” haqqında nazil olmuşdur!”” (7)

4) في بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ - ayəsi.

“(Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir.” (8)
Ənəs ibn Malik və Bureydə nəql edir: “Allahın Rəsulu (s) « في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ ... ayəsini oxuduğu zaman, bir şəxs ayağa qalxıb soruşdu: “Ey Allahın Rəsulu (s)! Bunlar hansı evlərdir?” Buyurdu: “Peyğəmbərlərin evləridir.”
Əbubəkr qabağa gəlib dedi: “Ey Allahın Rəsulu (s)! Əli (ə) və Fatimənin (ə) evi də bu evlərdəndirmi?”
Həzrət buyurdu: Bəli! Hətta onların ən yaxşısıdır!” (9)

5) « قل تعالوا ندع ابناءنا و ابناءكم و نسائنا و نسائكم و انفسنا و انفسكم ...»؛

Əbu Səiddən belə rəvayət edilmişdir: Bu ayə nazil olduğu zaman, Allahın Rəsulu (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) öz yanına çağırdı və dedi: “İlahi! Bunlar mənim əhli-beytimdir!” (10)

6) فتلقى آدم من ربه كلمات فتاب عليه انه هو التواب الرحيم (11)
İbn Abbasdan belə rəvayət olunur: Peyğəmbərdən (s) Adəmin (ə) Rəbbindən bəzi kəlmələr öyrənməsi və Allahın onun tövbəsini qəbul etməsi barədə soruşdum. Buyurdu: “Allahdan Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) haqqına xatir tövbəsini qəbul etməsini istədi və Allah da qəbul etdi.” (12)
7)

وَيُطْعِمُونَ الطَّعامَ عَلَى‏ حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً* إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُوراً

“Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik!” (13)
Bu ayənin nazilolma şəni barədə İbn Abbas deyir:
İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdi və Allahın Rəsulu (s) bir neçə adamla onlara baş çəkməyə gəldi. Onlar dedilər: Ey Əbəl-Həsən (ə)! İki övladın üçün nəzir et! Həzrət Əli (ə), Fatimə (ə) və onların kənizi Fizzə nəzir etdilər ki, əgər onların iki övladı sağalsa, üç gün oruc tutacaqlar. Onların hər ikisi sağaldı, lakin evlərində heç nə yox idi. Həzrət Əli (ə) üç peymanə (ölçü vahidi) arpa borc aldı və Fatimə (ə) onun bir peymanəsini un elədi və saylarına uyğun olaraq çörək bişirdi.  
Onlar çörəklərini qabaqlarına qoyub iftar eləmək istədikləri zaman, bir möhtac (fəqir) şəxs onların yanına gəlib dedi: Salam olsun sizə, ey Məhəmmədin (s) Əhli-beyti! Mən müsəlman miskinlərdən biriyəm! Mənə yemək verin! Allah da sizə cənnət yeməkləri versin! Onların hamısı öz yeməklərini ona verdilər və dillərinə sudan başqa, bir şey dəymədən gecəni səhərə çatdırdılar və sübh də yenə oruc tutdular. Əsr vaxtı çörəyi öz qabaqlarına qoydular ki, iftar eləsinlər, bu zaman onların yanına  bir yetim gəldi və hamılıqla çörəklərini ona verdilər. Üçüncü gün də bir əsir gəldi və onlar bu işi təkrar etdilər. Sübh olduqda, həzrət Əli (ə) İmam Həsənlə (ə) İmam Hüseynin (ə) əlindən tutaraq Allah Rəsulunun (s) yanına gətirdi. Həzrət onlara nəzər saldıqda – onlar aclığın şiddətindən titrəyirdilər – buyurdu: Sizin bu halınızı müşahidə etmək məni həddən artıq narahat edir. Həzrət ayağa qalxdı və onlarla yola düşdü. Fatimənin (ə) öz mehrabında olduğunu gördü. Onun beli qarnına yapışmış, gözlərinin altı qaralmışdı. Həzrət (s) bu halı görüb narahat oldu.
Cəbrail (ə) həzrət Rəsulun yanına nazil olub buyurdu: “Bunu götür, ey Məhəmməd (s)! Allah-taala sənə əhli-beytinlə bağlı təbrik edir. Sonra “Həl-Əta” surəsini Peyğəmbərə (s) oxudu.”(14)
Ayə üçün bu naziolma səbəb və şənini əhli-sünnə alimlərinin çoxu nəql etmişlər. (15)

İstifadə olnumuş ədəbiyyat:

1. “Ənvarut-tənzil və əsrarut-təvil”, səh. 1156.
2. “Kəbir” təfsiri, c. 30, “Kövsər” surəsinin təfsiri.
3. Hakim, “Mustədrək”, c. 3, səh. 158, hədis 4705; “əs-Sunənul-kubra”, c.7, səh. 63
4. Təbəri, “Tarix”, c. 11, səh. 589; İbn Əkasir, “Tarixu Diməşq”, c. 42, səh. 137.
5. “Şura” surəsi, ayə 23.
6. “Durrul-mənsur”, c. 6, səh. 7; Hakim, “Mustədrək”, c. 3, səh. 172; “Məcməuz-zəvaid”, c. 9, səh. 168; “Kəşşaf”, c. 4, səh. 219
7. “Kafi”, c. 8, səh. 79, hədis 66; “Qurbul-əsnad”, səh. 128.
8. “Nur” surəsi, ayə 36.
9. “Durrul-mənsur”, c. 6, səh. 203; “Ruhul-məani”, c. 18, səh. 174.
10. “Həmd” surəsi, ayə 6.
11. “Bəqərə” surəsi, ayə 37.
12. “Zəxairul-uqba”, səh. 24-25. (Xanım Fatimənin (ə) nəqlinə əsasən, Peyğəmbərin (s) qəlbinin şad olması.)
13. “İnsan” surəsi, ayə 8-9.
14. “əl-Qədir”, c. 3, səh. 161.

http://www.sibtayn.com/az

İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti

 

İmamın ölümündən öncəki vəsiyyəti insan həyatının bütün sahələrini ehtiva edir. 13 mühüm tövsiyə bunlardan ibarətdir:

1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.

2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.

3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.

4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.

5. Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddiniz Rəsulullahın (s) belə buyurduğunu eşitdim: “Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan üstündür."

6. Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!

7. Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (s) daim tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik.

8. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!

9. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.

10. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq.

11. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cihadı unutmayın!

12. Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız.

13. Yaxşılığa dəvət və pislikdən çəkindirməni təkr etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır.

Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü

 

Həzrəti Fatimeyi-Zəhra(s.ə)nın mübarək mövludu günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik

Həzrəti Məhəmməd (s) buyurur: Ey Fatimə! Hər kəs sənə salavat göndərsə ALLAH onu bağışlar və cənnətin harasında olsam belə onu mənimlə bərabər edər.

Xanım Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü Xanımlar bayramı kimi də qeyd edilir.

Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

«Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır.

Kövsər"surəsində həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik»(Kövsər ayə 1)

Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qurani-kərim bütün digər ilahi kitabları hifz  edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir.

Həzrəti Məhəmməd (s) kövsərinin  bir nümunəsi Zəhradır (s). İlahi vilayətin  davamı onun vasitəsi ilə gerçəkləşmiş,İmam Əli və xanım Fatimənin pak ailəsinin davamı olaraq  on bir imam dünyaya gəlmiş, onların bərəkət və rəhməti aləmlərə nur saçmışdır. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir.

Allah bütün xeyr və dəyərləri "kövsər"də yerləşdirmişdir. Kövsər çoxlu xeyr mənasını daşıyır. Bu ifadənin  başqa bir  mənası da sankı budur: Ey mənim Həbibim! Mənim nəyim vardısa sənə əta etdim, hədiyyə verdim və bağışladım, onların hamısı Fatimədədir.

Kövsər, yənin mənim(yaradanın) insana verməyə nə varim idisə, hamısını bir yerdə topladım və Fatiməin (s) timsalında təzahür etdirdim.

Allah belə bir Kövsəri qadın timsalında yaradıb,təzahür etdirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan  ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır.

Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi».

Xanım Zəhranın (ə) gizli şəkildə dəfn edilməsilə bağlı vəsiyyətindəki hədəfi nə idi?

Bismillahir Rəhmanir Rəhim

Xanım Zəhranın (ə) gizli şəkildə dəfn edilməsilə bağlı vəsiyyətindəki hədəfi nə idi?
Həzrət Zəhra (ə) həqiqətdə özünün bu addımı ilə tarix və gələcək nəsillərin nəzərində aşağıdakı kimi sualların yaranmasını istəmişdi:
Nə üçün Fatimənin (ə) qəbri gizlidir?
Nə üçün sonuncu peyğəmbərin (s) qızı gecə vaxtı və gizli şəkildə dəfn edildi?
Nə üçün həzrət Əli (ə) Əbubəkr və Ömərdən xəbərsiz ona meyit namazı qıldı?
Görəsən, Peyğəmbərin (s) canişini olan kəsin ona namaz qılmaq ləyaqəti yox idimi? və sair suallar.
Bəli, xanım Fatimə (ə) onu gecə dəfn etmək və ona zülm edən kəslərdən heç birinə xəbər verməmək barədə vəsiyyət etdi və bu, o xanımın məzlumluğu və ona zülm edilməsi, şəhid edilərək dünyadan getməsinin, ona zülm edən şəxslərdən əsla razı olmamasının, xəlifələrdən narazı halda vəfat etməsinin qeyd olunması barədə ən yaxşı sənəddir.

Bu iddianın isbatına dair şiə və sünni kitablarında çoxlu sayda hədislər, rəvayətlər nəql edilmişdir ki, onların bəzisinə işarə edirik:
1. Məhəmməd ibn İsmail Buxari yazır: “Fatimeyi-Zəhra (ə) Allahın Rəsulundan (s) sonra altı ay yaşadı. Dünyadan köçdüyü zaman, əri Əli onu gecə ikən dəfn etdi və Əbubəkrə xəbər vermədi”.
(“Səhih Buxari”, c. 4, səh. 1549, hədis 3998, “Kitabul-məğazi” başlığı)

2. İbn Quteybə Dinəvəri yazır: “Fatimə (ə) Əbubəkrdən atasının mirasını istədi, Əbubəkr onu verməyi qəbul etmədi. Xanım Zəhra and içdi ki, bundan sonra onunla danışmayacaq. Vəsiyyət etdi ki, gecə vaxtı dəfn edilsin ki, Əbubəkr onun dəfnində iştirak etməsin.”
(“Təvilu muxtələfil-hədis”, c. 1, səh. 300.”)

3. Əbdürrəzzaq Sənani yazır: “Peyğəmbərin (s) qızı Fatimə (ə) gecə vaxtı dəfn edildi ki, Əbubəkr ona namaz qılmasın, çünki onlar arasında müəyyən hadisələr baş vermişdi.”
Sözlərinin davamında da yazır: “Həsən ibn Məhəmməddən də bu rəvayətin bənzəri nəql edilmişdir. Bu fərqlə ki, həmin rəvayətdə Fatimənin (ə) özünün belə vəsiyyət etməsi qeyd edilmişdir.”
(“əl-Musənnəf”, c. 3, səh. 521.)

4. İbn Əbil-Hədid Cahizdən nəql edərək yazır: “Haqqını qəsb edən kəslərin əlindən Fatimənin (ə) narahatlıq və şikayəti o həddə çatdı ki, vəfat edərkən Əbubəkrin ona namaz qılmamasını vəsiyyət etdi.”
Başqa bir yerdə yazır: “Fatimənin (ə) ölümünün və dəfn edildiyi yerin gizli saxlanılması və Əbubəkrlə Ömərin ona namaz qılmaması ilə bağlı Seyid Mürtəzanın söylədiklərinin hamısını mən təsdiqləyib qəbul edirəm. Ona görə ki, bu məsələnin isbatı ilə bağlı olan rəvayətlər həddən artıq düzgün və çoxdur. Həmçinin, Fatimənin (ə) “iki şeyx”dən narahatlığı və qəzəbli olması mənim üçün digər sözlərdən daha mötəbərdir.”

(“Nəhcül-bəlağənin şərhi”, c. 16, səh. 157 və 170.)


Şiə hədisləri:
5. Şeyx Səduq xanım Zəhranın (ə) gecə ikən dəfn edilməsinin səbəbi haqda yazır: “Əli ibn Əbu Həmzə İmam Sadiqdən (ə) soruşdu: “Nə üçün Fatiməni (ə) gündüz deyil, gecə dəfn etdilər?”
Həzrət (ə) buyurdu: “Həzrət Fatimə (ə) vəsiyyət eləmişdi ki, onu gecə ikən dəfn etsinlər və Əbubəkrlə Ömər ona namaz qılmasınlar.””
(“İləluş-şəraye”, c. 1, səh. 185.)

Bu hədis və rəvayətləri, eyni zamanda əhli-sünnə böyüklərinin etirafını nəzərə almaqla məlum olur ki, xanım Zəhranın (ə) gecə ikən dəfn edilməsinin səbəbi onun vəsiyyət etməsi idi və o, özünə zülm edən şəxslərin onun cənazəsinə namaz qılmasını istəmirdi.
Nəticə:
Xanım Zəhra (ə) özünün bu əməli ilə bu xaredici ləkənin əbədi olaraq tarixin alnında qalmasını və Allah Rəsulunun (s) qızının Əbubəkr və Ömərdən narazı dünyadan getməsini bildirmək istəmişdir. Bunun özü xəlifələr tərəfindən xanım Zəhraya (ə) hədsiz dərəcədə zülm edilməsinin əbədi şahididir. Belə ki, əhli-sünnənin öz kitablarında apardığı çoxlu senzuralar da bu sualları həqiqət sorağında olanların zehnindən silə bilməz.
 
Cənnət qadınlarının ən üstünü və zamanın imamı
Əhli-sünnənin hədis mənbələrində xanım Zəhranın (ə) cənnət əhli olmasına, hətta aləmdəki bütün qadınlardan da üstünlüyünə dair çoxlu saydakı hədislərdə işarə edilmişdir. Nümunə olaraq onların bəzisini nəzərinizə çatdırırıq. “Səhih Buxari”də belə qeyd edilmişdir:
قال رسول الله (ص): فاطمه سیدة نساء أهل الجنة
Allahın Rəsulu (s) buyurmuşdur: “Fatimə (ə) cənnət qadınlarının ən üstünüdür.”
(“Səhih Buxari”, c. 2, səh. 301, “Mənaqibu qərabəti Rəsulillah” bölməsi.)

Başqa bir rəvayətdə də İbn Həcər Heysəmi “əs-Səvaiqul-muhriqə” kitabının 190-191-ci səhifələrində Əbubəkr və Ömərin dilindən xanım Fatimənin (ə) Peyğəmbərlə (s) söhbətinə işarə edərək belə yazır:
...أن النبی (ص) قال لها إن جبریل کان یعارضنی القرآن کل سنة مرة ، و أنه عارضنی العام مرتین و لا أراه إلا حضر أجلی و إنک أول أهل بیتی لحاقا بی فاتقی الله و أصبری فانه نعم السلف أنا لک
قال لها : یا فاطمه ألا ترضین أن تکونی سیدة نساء المؤمنین ...
Allahın Rəsulu (s) xanım Fatiməyə (ə) buyurdu: “Cəbrail hər il bir dəfə Quranı mənə oxuyurdu, lakin bu il iki dəfə onu mənə oxudu, sanki mənim əcəl və ölümüm yaxındır və qızım, sən mənə qovuşan ilk şəxslərdən olacaqsan.
Ey Fatimə! Sən imanlı qadınların ən üstünü olmağa razı deyilsənmi?!”
Süyuti “Durrul-mənsur” təfsirinin 2-ci cildi səhifə 42-də yazır: “Peyğəmbər (s) buyurdu:
“Dörd qadın var ki, öz zəmanəsinin ən üstünüdür: İmranın qızı Məryəm, Muzahimin qızı Asiyə, Xuvəylidin qızı Xədicə və Məhəmmədin (s) qızı Fatimə. Fatimə onların hamısından üstündür.”
Bizim əldə etmək istədiyimiz məsələ budur:
“Səhih Buxari”, c. 2, səh. 186-da Ayişənin sözləri belə qeyd edilmişdir:
أن فاطمه غضب علی ابی بکر و هجرته و لم تزل مهاجرته حتی توفیت ...
“Xanım Fatimə (ə) son anlarına qədər birinci xəlifəyə qəzəbli idi və həmin halda da dünyadan köçdü…”
Əlbəttə, bizim bəhsimiz “Səhih Buxari”, c 2, səh. 308-də qeyd olunduğu kimi, xanım Fatimənin (ə) Peyğəmbərin (s) ciyərparəsi olması və İbn Həcər Heysəminin “əs-Səvaiqul-muhriqə” kitabının 175-ci səhifəsində qeyd etdiyinə əsasən, onun qəzəbinin Allahın qəzəbi olması kimi mühüm məsələ haqqında deyil.
Bizim bu yazıdakı bəhsimiz ondan ibarətdir ki, Peyğəmbərdən (s) imamın təyin olunması, bütün müsəlmanların Peyğəmbər (s) canişininə beyət etməsi ilə bağlı nəql edilən çoxlu saydakı hədisləri nəzərə aldıqda, onların Peyğəmbərdən (s) nəql edilməsi inkarolunmazdır. Həmçinin, “Səhih Müslim”, c. 6, səh. 22-də Peyğəmbərdən (s) belə nəql edilir:
 من مات و لیس فی عنقه بیعة مات میتة جاهلیة
Peyğəmbər (s) buyurur: “Hər kim boynunda imamının beyəti olmadığı halda dünyasını dəyişsə, cahilanə şəkildə ölmüşdür”.
Eyni zamanda, Əhməd ibn Hənbəlin “Müsnəd” əsərində. 4-cü cild, səhifə 96-da Peyğəmbərin (s) belə buyurduğu nəql edilir:
من مات بغیر إمام مات میتة جاهلیة
“Hər kəs imamsız ölsə, cahilanə ölümlə ölmüşdür”.
Sual budur ki, xanım Zəhranın (ə) imamı kim idi?
O, kimlə beyət edərək dünyadan getmişdir?
Cənnət qadınlarının ən üstünü olan bir kəsin cahiliyyətdəki kimi ölməsi mümkündürmü?
Nə üçün o, birinci və ikinci xəlifəyə qəzəbli idi? Həmçinin digər suallar.
Bu suallrın cavablarını hər cür təəssübkeşlik və qərəzdən, şeytani məhəbbət və düşmənçilikdən uzaq olan təmiz vicdana müraciət etməklə əldə edin.

Əmirəl-möminin Əlinin (ə) evinə hücum
Xanım Zəhranın (ə) şəhadəti ilə bağlı əhli-sünnənin sənədləri
Xanım Fatimənin şəhadət günləridir. Bəlkə də, onun şəxsiyyətinin ilkin xüsusiyyəti Allah Rəsulunun (s) qızı olmasıdır. Müsəlmanlar qiyamətə qədər daima onun acılı, ağır müsibətini daima qəlblərində saxlayacaqlar. Tarixə müraciət edərək xanım Zəhra (ə) şəhadətinin sənədlərini şiə və əhli-sünnədən olan müsəlmanların rəvayətlərindən əldə etməyimiz daha yaxşı olar.

 
Peyğəmbərin (s) vəfatından və Səqifə macərasından (əlbəttə, burada onun barəsində danışmaq mövzudan xaricdir) sonra xəlifə üçün beyət almaq başlandı.
Bu, xanım Zəhranın (ə) şəhadət macərasının başlanğıcı idi. Şiə və əhli-sünnə sənədlərinə əsasən, Əmirəl-möminin Əli (ə) Əbubəkrə beyət etməkdən imtina etdikdə, Əbubəkr Ömər ibn Xəttabı həzrət Əlinin (ə) ardınca göndərib dedi: “Onu çox ciddi şəkildə (beyət almaq üçün) mənim yanıma gətir.” Əhli-sünnə alimi Bəlazurinin eyni ifadələri “Ənsabul-əşraf” kitabında belə qeyd edilmişdir:
«بعث ابوبکر عمر بن الخطاب الی علی (علیه السلام) حین قعد عن بیعته و قال ائتنی به بأعنف العنف ...(1)
Şiə alimi Əllamə Hilli “Nəhcül-həqq və kəşfus-sidq” kitabında aşkarcasına qeyd etmişdir ki, Əbubəkr Əmirəl-möminin Əli (ə) beyət etməkdən imtina edəcəyi təqdirdə, onunla döyüşmək əmrini vermişdi. (2) Əhli-sünnə alimi İbn Əbdu Rəbbih “əl-İqdul-fərid” kitabında Əmirəl-möminin Əli (ə) və İbn Abbasın beyət etməyəcəyi təqdirdə, Əbubəkrin hətta onların öldürülməsi əmri verməsini iqrar etmişdir:
ان ابیا (علی (علیه السلام) و العباس) فقا تلهما.» (3)

Evə hücum
Əhli-sünnə alimi Cövhəri “əs-Səqifətu vəl Fədək” əsərində bu məzmuna yaxın olan ifadələri aşkarcasına qeyd etmişdir:
 «و بلغ ابابکر و عمر انّ جماعة من الهاجرین والانصار فقد اجتمعوا مع علی بن ابی طالب فی منزل فاطمه بنت رسول الله فأتوا فی جماعته حتّی هجموا الدار...»
Siddiqeyi-Tahirənin ağlamaq səsini eşidib onlar da ağladıqları halda geri qayıtdılar və az qalmışdı ürəkləri yerindən çıxsın və ciyərləri parça-parça olsun.
Beləliklə, onlar Əmirəl-möminin Əlini (ə) evdən çölə çəkərək onu Əbubəkrin yanına apardılar və dedilər: “Beyət elə!”
Buyurdu: “Əgər beyət etməsəm, nə edəcəksiniz?”
Dedilər: “Ondan başqa, heç bir məbud olmayan Allaha and olsun ki, boynunu vuracağıq!”.
Əbubəkrlə Ömərə xəbər verdilər ki, mühacir və ənsardan olan bir dəstə Əli ibn Əni Taliblə (ə) birlikdə Allah Rəsulunun (s) qızı Fatimənin (ə) evinin qabağına toplaşıb. Onlar da bir dəstə ilə gəldilər və evə hücum etdilər….(4)
Xanım Zəhranın (ə) evinə hücum edilməsi hadisəsinin şərhi təfərrüatı ilə əhli-sünnə və şiə rəvayətlərində qeyd edilmişdir və xanım Zəhranın (ə) necə şəhadətə çatması məsələsinin xüsusiyyətlərini müəyyənləşdirmək üçün həmin rəvayətlərin daha dəqiq şəkildə araşdırılması lazımdır. Əhli-sünnə alimi İbn Quteybə “əl-İmamə vəs-siyasə” (tarixul-xuləfa adı ilə məşhurdur) əsərində Peyğəmbərin (s) qızının evinə edilən hücumu bütün təfsilatı ilə şərh etmişdir.
İbn Quteybənin şərhinə əsasən, hücum iki dəfə təkrarlanmışdır. O, birinci hücumu belə şərh edir: “Əbubəkr müəyyən bir qrupun ona beyət etməkdən imtina edərək həzrət Əli (ə) ilə olduğunu öyrəndi. Öməri onların yanına göndərdi. Ömər gəlib onları səslədi və onlar Əinin (ə) evində olduqları halda, çölə çıxmaqdan imtina etdilər.
Ömər odun toplatdırıb dedi: Ömərin canı onun ixtiyarında olan Allaha and olsun! Ya evdən çölə cıxın, ya da evi onun içindəkilərlə birlikdə yandıracağam!
Ona dedilər ki, ey Əba Həfs! Fatimə (ə) də evdədir.
Dedi: “Hətta Fatimə də olsa belə!”
Beləliklə, həmin qrup çölə çıxdı və Əmirəl-möminindən başqa, hamısı Əbubəkrlə beyət etdi.”
Bu sənədin dəqiq şəkildə araşdırılamsı üçün İbn Quteybənin ərəbcə mətnini qeyd edirik:
«ان ابابکر تفقد قوماً تخلّفوا عن بیعته عنه علی(علیه السلام) فبعث إلیهم عمر فجاء فناداهم و هم فی دار علی(علیه السلام) فأبوا عن تخرجوا فدعا بالحطب و قال: والذی نفس عمر بیده لتخرجن او لاحرقنها علی من فیها. فقیل له: یا اباحفص انّ فیها فاطمة. قال: و إن! فتخرجوا فبایعوا الاّ علیاً(علیه السلام).»(5)

İki dəfə hücum etdilər
Birinci hücum Əmirəl-möminindən (ə) başqa, digər şəxslərin Əbubəkrin yanına gedib onunla beyət etməsinə səbəb oldu. Həzrət Əli (ə) isə evdə qaldı. İbn Quteybə tarixi baxımdan ikinci hücumu müfəssəl şəkildə şərh edir və o, Əmirəl-mömininin (ə) Əbubəkrə beyətdən imtina etməsindən sonra baş verdi.
Ömər Əbubəkrin yanına gəlib dedi: “Sənə tabe olmayan bu kəsdən beyət almaq istəmirsənmi?”
Əbubəkr Qunfuza dedi: Get, Əlini yanıma gətir…
İkinci dəfə də Ömər dedi: “Sənə beyət etməkdən imtina edən kəsə möhlət vermə!”
Sonra Əbubəkr Qunfuza dedi: “Geri qayıt və ona de: “Allah Rəsulunun (s) xəlifəsi səni çağırır ki, onunla beyət edəsən.”
Sonra Ömər ayağa qalxıb bir dəstə ilə hərəkət etdi və xanım Zəhranın (ə) evinin qapısına çatdı. Qapını möhkəm döyməyə başladılar. Xanım Zəhra (ə) onların səsini eşidib həddən artıq uca səslə dedi: “Ey ata! Ey Allahın Rəsulu! Səndən sonra Xəttabın və Əbu Quhafənin oğlundan başımıza nələr gəldi!”
Həmin qrupdan bir qismi xanım Zəhranın (s) səsini və ağlamağını eşidib ağladıqları halda geri qayıtdı. Az qaldı ki onların qəlbləri yerindən çıxsın və ciyərləri parça-parça olsun. Lakin Ömər bir dəstə ilə orada qaldı.”
Onlar Əmirəl-möminini (ə) evədn çölə çəkdilər və onu Əbubəkrin yanına apardılar və ona dedilər: “Beyət elə! ”
Buyurdu: “Əgər beyət eləməsəm, nə edəcəksiniz?”
Dedilər: “Ondan başqa, heç bir məbud olmayan Allaha and olsun ki, boynunu vuracağıq!”
İkinci hücumla bağlı İbn Quteybənin ərəbcə mətni “Tarixul-xuləfa” kitabında eynilə belədir:
«... فأتی عمر ابابکر فقال له الا تاخذ هذا المتخلّف عنک بالبیعة؟ فقال ابوبکر لقنفذ اذهب فادع لی علیاً... فقال عمر الثانیة لا تمهل هذا متخلّف عنک بالبیعة. فقال ابوبکر لقنفذ: عُد إلیه فقل له خلیفة رسول الله یدعوک لتبایع ... ثمّ قام عمر فمتنی معه جماعة حتی اتوا باب فاطمه (سلام الله علیها) فدقّوا الباب فلما سمعت اصواتهم نادت باعلی صوت ها: یا ابت یا رسول الله ماذا لقینا بعدک من ابن الخطاب و ابن قحافة؟ فلماً مع القوم صوت ها و بکاء ها الضرفوا باکین و کادت قلوبهم تنصدع و اکبادهم تنفطر و بقی عمر و معه قوم: فاجرجوا علیاً(علیه السلام) فمضوا به الی ابی بکر فقال له: بایع. فقال (علیه السلام) إن لم افعله فمه؟ قالوا: إذاً والله الذی لا اله الاّ هو نضرب عنقک.»(6)
Əli Məhəmməd Fəthuddin Hənəfi onu Zeyd ibn Səlmin dilindən belə nəql edir: “Əli (ə) və tərəfdarları beyət etmədikləri zaman mən Ömərlə birlikdə Fatimənin (ə) evinin qapısına odun gətirənlərdən idim.”

Evin qapısına odun toplamaq
İbn Quteybənin “Şərhi-Məbsut”unda geniş şəkildə işarə edildiyi kimi, beyət almaq üçün mühacirlər qapının arxasına odun yığmaqla təhdid etdilər. Əhli-sünnə alimlərindən İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində Məsudidən nəql edərək belə yazır:
«قال المسعودی: و کان عروة بن الزبیر بعذرأ خاه عبدالله فی حصر بنی هاشم فی الشعب و جمعه الحطب یحرقهم و یقول: إنمّا اراد بذلک الا تنتش اکلمة و لا یختلف المسلمون و إن یدخلوا فی الطاعة فتکون الکلمة واحدة کما فعل عمر بن الخطاب ببنی هاشم لما تأخروا عن بیعة ابی بکر فإنّه أحضر الحطب لیحرق علیهم الدار»؛
Məsudi yazır: “Urvə ibn Zübeyr qardaşı Abdullahı qapıda Bəni-Haşimi mühasirə etmək və onun vasitəsilə odun toplayıb yandırmaqda üzürlü hesab etmiş və demişdir: O, bu işi təfriqə və parçalanmanın yaranmaması, həmçinin, müsəlmanalrın bir-biri ilə ixtilafa düşməməsi və eynilə, Ömər ibn Xəttabın Bəni-Haşim Əbubəkrlə beyət etmədiyi zaman etdiyi kimi, Bəni-Haşimin ona itaət etməsi üçün eləmişdir ki, nəticədə vəhdət yaratsınlar.” (7)
Əhli-sünnə aliminin söylədiklərinə əsasən, xanım Zəhranın (ə) evinin qapısına od vurmaq üçün odun toplanması tarixi bir hadisədir və bu məsələ Məsudinin nəqlinə əsasən, Ömər ibn Xəttabın göstərişilə həyata keçmirilmişdir.
Əlbəttə, bu mətləbə dəlil gətirmək, başqa sözlə ona haqq qazandırmağa çalışmaq məsələsi başqa məsələdir və onun qənaətbəxş olub-olmaması haqda da danışmaq olar. Lakin bu, ayrıca bir fürsəti tələb edir. Amma birinci xəlifənin belə bir addımı atmasını tarixi sənədlərdən əhli-sünnə alimlərinin etirafına əsasən, danılmaz şəkildə əldə etmək mümkündür.
Bu məzmunlu digər sənəd İbn Xeyzəranənin “Ğurər” kitabındakı bəyanıdır və Əli Məhəmməd Fəthuddin Hənəfi onu Zeyd ibn Səlmdən belə nəql etmişdir: “Əli və tərəfdarları beyət etmədikləri zaman mən Ömərlə birlikdə Fatimənin (ə) evinin qapısına odun gətirənlərdən idim.” (8)
Əmirəl-möminin Əlinin (ə) evinin qapısı arxasına odun yığılması məsələsi tarixi məsələdir və onun barəsində şübhəyə yer yoxdur. Digər şiə və sünni mənbələrində də qeyd edilmişdir, o cümlədən, Süleym ibn Qeys Hilalinin kitabı, “Əyyaşi təfsiri”nə və “Biharul-ənvar” və sair şiə kitablarına işarə etmək olar. Bu mövzuda olan əhli-sünnə sənədlərindən bəzisi belədir: İbn Quteybə, “əl-İmamə vəs-siyasə”, Bəlazuri, “Ənsabul-əşraf”, Məqatil ibn Ətiyyə, “Bağdad alimlərinin toplantısı”,  İbn Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi”, Ömər Rza Kohalə, “Əlamun-nisa”, Əbdürrəhman Əhməd əl-Bəkri, “Ömər ibn Xəttab” (9)
Nəticə:
İslam Peyğəmbərinin (s) qızının evinə hücum etmək və qapının arxasına odun yığmaq məsələsi əhli-sünnə və şiənin barəsində fikir birliyinə gəlmiş olduğu tarixi sənədlərdəndir.
Mənbələr:
1. Bəlazuri (vəfatı: h.q. 279-cu il), “Ənsabul-əşraf”, Darul-məarif, Qahirə, 1, səh. 587.
2. Əllamə Hilli (vəfatı: h.q. 726-cı il), “Nəhcül-həqq və kəşfus-sidq”, səh. 271.
3. İbn Əbdu Rəbbih (vəfatı: h.q. 328-ci il), “əl-İqdul-Fərid”; Əl-Məktəbətuş-şamilə, c. 2, səh. 73.
4. Cövhəri (vəfatı: h.q. 323-cü il), “əs-Səqifətu vəl-Fədək”, səh. 72.
5. İbn Quteybə (vəfatı: h.q. 276-cı il), “əl-İmamətu vəs-siyasə, əl-mərufu bihi Tarixul-xuləfa”, c. 1, səh. 30, Şərif Rəzi nəşriyyatı.
6. Həmin mənbə, beşinci say.
7. İbn Əbil-Hədid (vəfatı: h.q. 656-cı il), “Nəhcül-bəlağənin şərhi”, İsmailiyan müəssisəsinin çapı, c. 20, səh. 147.
8. Əli Məhəmməd Fəthuddin Hənəfi (vəfatı: h.q. 1371-ci il), “Fulkun-nicat”, səh. 121.
9. Seyid Əli Rza Qərəvi, Mehdi İmami, Mürtəza Kargər Məcid Huşənginin (Kazimi) qələmi ilə, “Be nəql əz defaiyyat”, Tubaye məhəbbət nəşriyyatı, 1387, səh. 21-37.


Əzəmətli Peyğəmbərin (s) vəfatından sonrakı günlər xanım Zəhranın (ə) dilindən
Sənin ölümünlə elə bir ip qırıldı ki, başqalarının ölümündə belə olmur və o, nübüvvət və asimani xəbər və mesajların nazil olması idi. Sənin müsibətin digər müsibət görənlərə təsəlli verəndir. Yəni, sənin ölümündən sonra, artıq ölümlərin əhəmiyyəti yoxdur. Digər tərəfdən, bu sənə görə ümumi əhaliyə baş verən bir müsibətdir və camaat əzadardır. Peyğəmbərin (s) vəfatı islami hökumət və İslam ümməti üçün çətin və qəlbi yandıran bir hadisə idi. Belə ki, Əmirəl-möminin Əli (ə) buyurur:
« بابی انت و امی یا رسول الله (ص) لقد انقطع بموتك ما لم ‏ینقطع بموت غیرك من النبوة والانباء و اخبارالسماء . خصصت ‏حتى صرت مسلیا عمن سواك و عممت ‏حتى صار الناس فیك سواء و لولا انك امرت بالصبر و نهیت عن الجزع، لانفدنا علیك ماءالشؤون . و لكان الداء مماطلا و الكمد محالفا و قلالك
“Atam-anam sənə fəda olsun, ey Allahın peyğəmbəri (s)! Sənin ölümünlə başqasının ölümü ilə kəsilməyən bir şey kəsilmişdir və o, nübüvvət və səmavi xəbərlərin (vəhyin) gətirilməsidir. Sənin müsibətin elə bir üstünlüyə malikdir ki, təsəlli verən hökmündədir, yəni sənin müsibətindən sonra, digər ölümlərin əhəmiyyəti yoxdur. Digər tərəfdən, bu, ümumi bir müsibətdir və camaatın hamısı sənə vəfatına görə əzadarlıq edir. Əgər dözümlü olmağa əmr etməyin və səbirsizlikdən çəkindirməyin olmasaydı, gözlərimizin suyu quruyana qədər ağlayardıq, bu dərd həmişəlik qəlbimizdə yer tutar və kədərimiz daimi olardı. Amma bütün bunlar sənin müsibətinin müqabilində azdır. Təəssüflər olsun ki, ölümü geri qaytarmaq və onu uzaqlaşdırmaq olmaz! (1)
Peyğəmbərin (s) müsibətinin şiddəti o qədər idi ki, həzrət Əli (ə) buyurur:
فضجت الدار الافنیة ؛
“Sanki evin qapısı və divarları da fəryad edirdi.” (2)

Peyğəmbərin (s) vəfatından sonra baş verənlər xanım Zəhranın (ə) dilindən
Bu yazılardakı məqsəd Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələri xanım Zəhranın (ə) dilindən nəql etməkdir. O, Peyğəmbərin (s) ciyərparəsi (9), İmam Əlinin (ə) sözü ilə desək, nübüvvət yadigarı (10) və digərlərinin də etirafına əsasən, qadınların ən xeyirlisi və peyğəmbərlərin ən yaxşısının qızı, sözündə doğru və əqlinin çoxluğunda hamıdan öndədir.
O, həm Məkkə, həm də Mədinə əhalisini görmüş, həm Peyğəmbərin (s) həyatına şahid olmuş, həm də Peyğəmbərlə (s) Əmirəl-möminin Əlinin (ə) kənarında nübüvvət dövrünün böyük-kiçik hadisələrini və Peyğəmbərin (s) vəfatından sonrakı qısa günlərin ağrılı-acılı hadisələrini diqqətlə müşahidə etmişdir. Bəli, o, Peyğəmbərin (s) vəfatından sonrakı təəssüfləndirici hadisələri gözəl şəkildə bəyan edə bilər. Burada onlardan bəzilərinə işarə edirik. Xanım Zəhra (ə) “Fədək” (14) xütbəsini ona baş çəkməyə gələn bir dəstə Mədinə qadınlarının (15) arasında söyləmiş və Peyğəmbərin (s) vəfatından sonrakı acı nəticələri bəyan etmişdir:
1. Camaat arasında zəiflik və süstlüyün yaranması
استومع وهنه « یا وهیه.‏» (16)
Xanım Zəhra (ə) ona baş çəkməyə gələn Mədinə qadınlarının hüzurunda həmin məsələni xatırlatmış və təəssüflə buyurmuşdur:
« فقبحا لفلول الحد واللعب بعد الجد و قرع الصفاة (17)؛
“Bu qədər təlaş və fəaliyyətdən sonra sizin kişilərinizin süstlüyü və onların oyun-oyuncağa çevrilməsi necə də pisdir!”.
2. Təfriqə və ixtilafın yaranması
«استنهر فتقه وانفتق رتقه (18)
Pərakəndəlik və təfriqə genişləndi və vəhdət parçalandı. “İstənhər” sözü “nəhərə” sözündəndir və genişlik və çoxluq mənasındadır. “Fətəqə” ayrılıq və parçalanmaq deməkdir. “İnfətəqə” sözü infitaq sözündəndir və yarılmaq, “rətəqə” isə bağlılıq və vəhdət deməkdir. Quranda da belə qeyd edilmişdir:
ان السموات والارض كانتا رتقا ففتقناهما (19)
“Məgər kafirlər göylərlə yer bir olduğu zaman bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi?”
3. Müsəlmanların ümid və arzularının ümidsizliyə çevrilməsi
Peyğəmbər (s) və o həzrətin gətirdiyi İslamın ali hikmətinə sevinən kəslər ilahi din və islami hökumət nemətindən faydalanırdılar. İndi Həzrətdən sonra baş verən hadisələri görərək məyus  olmuş və onların ümidi ümidsizliyə çevrilmişdi.
واكدت الامال‏.» (20)
4. Peyğəmbər (s) ailəsinə hörmətsizlik edilməsi
« اضیع الحریم و ازیلت الحرمة عند مماته(21)
Hələ Peyğəmbərin (s) mübarək cənazəsi torpağın üzərindədir. Səqifədə toplanmaqla (22) Peyğəmbər (s) xanədanının nəzərini bilmədən həzrətə canişin təyin edir və onun Əhli-beytinin haqqını tapdalayırlar. Həzrət Əli (ə) buyurduğu kimi:
 :" فوالله ما كان یلقى فى روعى، ولا یخطر ببالى ان العرب تزعج هذا الامر من بعده (ص) عن اهل بیته ولا انهم منحوه عنی من بعده" (23)
“Allaha and olsun ki, Allah Rəsulundan (s) sonra ərəbin xilafəti onun əhli-beytinin əlindən alacağı, yaxud məni ondan sonra hakimiyyəti öhdəmə götürməkdən saxlayacaqları nə zehnimdən keçmiş, nə də ağlıma gəlmişdi! Hətta onun ömrünün son anlarında o həzrət qələm-kağız istədikdə, ona hörmətsizlik etdilər və فانه یهجر (fə innəhu yəhcur (həqiqətən o, sayıqlayır)) dedilər”. (24)
Həzrətin (ə) vəfatından bir müddət keçməmiş, yeganə yadigarının evinə gəldilər və ona etmədikləri hörmətsizlik qalmadı. Belə ki, xanım Zəhra (ə) buyurdu:
 یا ابتاه یا رسول الله هكذا كان یفعل بحبیبتك وابنتك ... (25)
یا ابتاه یا رسول الله ماذا لقینا بعدك من ابن الخطاب وابن ابى قحافة (26)
“Ey ata! Ey Allahın Rəsulu (s)! Səndən sonra Xəttab və Əbu Quhafənin oğlundan mənim başıma nələr gəldi!” (27)
5. Nifaq və ikiüzlülüyün aşkar olması
« ظهر فیكم حسكة النفاق.‏» (28)
Xanım Zəhra (ə) xütbənin başqa yerində gözəl bir kinayə ilə nifaq salmağa toxunaraq buyurmuşdur:
« تشربون حسوا فى ارتغاء و تمشون لاهله و ولده فى الخمر والضراء و نصبر منكم على مثل حز المدى، و وخز السنان فى الحبشاء (29)
“Südə tədricən su qatdınız və su içmək bəhanəsi ilə südü içdiniz. Bu, nifaqa kinayədir, yəni zahirdə özünüzü başqa cür göstərdiniz, halbuki həqiqət bunun əksinədir. (30) Onun əhli-beytini məhv eləmək üçün ağac və təpələrin arxasında pusqu qurdunuz. Biz sizin bıçağın kəsməsi və qarına nizənin batması kimi, ağrılı və öldürücü olan bu rəftarınıza səbir edirik.”

6. Din və mənəviyyətin dəyərini itirməsi
« و سمل جلباب الدین.‏» (31)
Cəlbab insanın bədənini örtən çadra və ya əbadır. Xanım Zəhra (ə) dinlə bağlı cəlbab sözünü işlətmişdir, çünki çadra insanın bütün bədənini əhatə etdiyi kimi, din də insanın fərdi və ictimai olmaqla insan həyatını bütün sahələrini tamamilə əhatə edir. (32)
Başqa bir ifadədə belə buyurmuşdur:
«... اطفاء انوار الدین الجلى و اهمال سنن النبى الصفى (33)
“Dinin parlaq nurunu söndürmək və Allahın seçilmiş Peyğəmbərinin (s) sünnələrini dəyərdən salmaq və dəyişdirməyə çalışdınız.”
7. Camaatın laqeydliyə düçar olması
Xanım Zəhra (ə) Peyğəmbərə (s) can və malı ilə yardım edən ənsara xitab edərək buyurdu:
« یا معاشر الفتیة و اعضاء الملة، و حضنة الاسلام ما هذه الغمیزة فی حقی و السنة عن ظلامتى (34)
“Ey mərdlər dəstəsi! Ey millətin qolları və İslamın yardımçıları! Sizin mənim haqqımla bağlı zəiflik və süstlüyünüz, mənim yardım istəməyim barədə özünüzü bilməməzlik və laqeydliyə vurmağınız nə deməkdir? ”
8. Camaatın əhd-peymanı pozması
Xanım Zəhra (ə) buyurdu:
فانى حرتم بعد البیان و اسررتم بعد الاعلان و نكصتم بعد الاقدام (35)
“Nə üçün haqqın bəyanından sonra heyrətdədirlər və əqidəni aşkar etdikdən sonra məsələni ört-basdır edirlər. Nə üçün irəli addım atıb üz gətirdikdən sonra geri çəkilərək üz çevirirlər?” Xütbənin bu cümlələrində xanım Zəhra (ə) Qədir-Xum hadisəsinə işarə edir. Belə ki, Peyğəmbər (s) onu camaata bəyan edərək bildirmiş və onlar da Əli (ə) ilə beyət etmişdilər. Amma indi idə öz beyətlərini pozmuşdular.
9. Camaatın şeytani vəsvəsələrə düçar olması
« تستجیبون لهتاف الشیطان الغوى (36)
“Azdırıcı şeytana müsbət cavab verdilər.”
Xütbənin başqa yerində belə buyurmuşdur:
اطلع الشیطان راسه من مغزره هاتفا بكم فالفاكم لدعوته مستجیبین (37)
“Şeytan öz gizləndiyi yerdən başını çıxardı və sizi çağırdı. Gördü ki, onun batil dəvətinə müsbət cavab verirsiniz….
“Məğrəz” “gizlənmək yeri” deməkdir. Şeytan burada tısbağa və kirpiyə təşbih edilmişdir. Ona görə ki, onlar düşməni gördükdə başlarını öz çanaqlarına salıb gizlədirlər. Elə ki, ara sakitləşdi, başlarını oradan çıxardırlar. Peyğəmbər (s) nə qədər ki, sağ idi, şeytan başını öz çanağında gizlətmişdi və özünü göstərməyə cürət etmirdi. Lakin həzrətdən sonra başını çölə çıxardı və camaatı təhrik elədi. (38)
10. Yersiz və boş sözləri eşitməyə tələsmək
معاشرالناس المسرعة الى قیل الباطل المغضیة على الفعل القبیح الخاسر (39)
“Ey boş sözləri eşitməyə tələsən, çirkin və zərərverici əməlləri görməzdən gələn insan kütləsi!”
11. Fəsad mənbəyi olan nütfənin inkişaf etməsi
Xütbənin sonunda mühacir və ənsardan olan qadınlara xitab edərək buyurdu:
« اما لعمری لقد لقحت فنظرة ریثما تنتج ثم احتلبوا مل‏ء القعب دما عبیطا و ذعافا مبیدا
“Canıma and olsun ki, fəsadın nütfəsi bağlandı (fəsadın əsası qoyuldu). Fəsad xəstəliyinin İslamın bədənini nə zaman taqətdən salacağının intizarında olmaq lazımdır. Bundan sonra dəvələrin əmcəyindən süd yerinə qan sağılacaq və onun zəhəri sürətli şəkildə həlak edəndir.” (40)
12. Fürsətçilərin iş başına gəlməsi
Fədək xütbəsinin ifadələrində xanım Fatimə (ə) Peyğəmbərin (s) vəfatından sonra vəziyyətdən istifadə etmək fürsəti gözləyən qruplara işarə və onların xüsusiyyətlərini də bəyan etmişdir.

Mənbələr
1. Sübi-Saleh, “Nəhcül-bəlağə”, xütbə 253.
2. Həmin mənbə, xütbə 197.
3. Həmin mənbə, xütbə 192, 98-102-ci bəndlər.
4. Həmin mənbə, məktub 9.
5. Həmin mənbə, məktub 36.
6. “Nəhcül-həyat”, Fərhənge suxənane Fatimə ələyhas-səlam, səh. 138, hədis 59.
7. Hucurat surəsi, ayə 14.
8. “Nəhcül-bəlağə”, məktub 62.
9. “Biharul-ənvar”, c. 43, səh. 23, hədis 17.
10. “əl-İhticac” (Üsvə nəşriyyatı), c. 1, səh. 282.
14. Bu xütbə müxtəlif mənbələrdə qeyd edilmişdir. O cümlədən: “əl-İhticac” (Üsvə nəşriyyatı), c. 1; İbn Əbil-Hədid Mötəzili, “Nəşcül-bəlağənin şərhi, c. 16, səh. 211-dən sonra. Digər kitablarda da onun tərcümə və şərhi qeyd olunmuşdur: Həsənəli Müntəziri, Dərshayi əz xutbeye həzrəti Zəhra; İzzəddin Hüseyni Zəncani, Şərhe xutbeyi həzrəti Zəhra, iki cilddə; Əli Rəbbani Gulpayiqani, Qətreyi əz dərya.
15. Müraciət edin: “əl-İhticac”, c. 1; “Biharul-ənvar”, c. 43, səh. 158-dən sonra.
16. “əl-İhticac”, c. 1, səh. 270.
17. Həmin mənbə, səh. 287.
18. Həmin mənbə, səh. 270.
19. “Ənbiya” surəsi, ayə 30.
20. “əl-İhticac”, c. 1, səh. 270.
21. Həmin mənbə,
22. Səqifə barəsində müraciət edin: İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c. 2, səh. 20-60 və c. 6, səh. 5-50.
23. “Nəhcül-bəlağə”, məktub 62.
24. Şeyx Müfud, “əl-İrşad”, tərcümə: Rəsul Məhəllati, Nəşre Fərhənge İslami  ofisi, c. 1, səh. 250.
25. “Nəhcül-həyat”, fərhənge suxənane Fatimə səlamullahi ələyha, səh. 147.
26. Həmin mənbə, səh. 250.
27. “İmam Əli”, Əbdülfatih Əbdülməqsud (farsca tərcümə), c. 1, səh. 328.
28. “əl-İhticac”, c. 1, səh. 263-264.
29. Həmin mənbə, səh. 266.
30. Müraciət edin: “Qətreyi əz dərya”, Şərhe xutbeye həzrəte Zəhra, səh. 126.
31. “əl-İhticac”, c. 1, səh.
32. “Dərshayi əz xutbeye həzrəte Zəhra”, səh. 118.
33. “əl-İhticac”, c. 1, səh. 266.
34. Həmin mənbə, səh. 269.
35. Həmin mənbə, səh. 272.
36. Həmin mənbə, səh. 266.
37. Həmin mənbə, səh. 264.
38. “Dərshayi əz xutbeye həzrəte Zəhra”, səh. 120.
39. “əl-İhticac”, c. 1, səh. 278.
40. Həmin mənbə, səh. 290.


Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə nə buyurulmuşdur?
Xanım Fatimə (ə) barədə çoxlu sayda ayələr nazil olmuşdur və onlar müştərək şəkildə həm xanım Fatimə (ə), həm də Ali-Əba (ə) barəsindədir. O cümlədən, aşağıdakı ayələrə işarə edə bilərik:

 
1) Kövsər surəsi:
 انا اعطيناك الكوثر* فصل لربّك وانحر* انّ شانئك هو الابتر
Şiə və sünni təfsirçiləri bu surənin xanım Zəhra (ə) barəsində nazil olmasını söyləmişlər.
Əhli-sünnə təfsirçiləri:
1. Beyzavi, öz təfsirində “kövsər” sözünün təfsiri ilə bağlı. (1)
2. Şeyxzadə, Beyzavi təfsirinə yazdığı haşiyədə.
3. Şəhabuddin Beyzavinin təfsirinə yazdığı və “Ğayətul-qazi” adlandırdığı haşiyənin 3-cü səhifəsində.
4. Əbubəkr Həzrəmi “əl-Qovlul-fəsl” adlı kitabının 457-ci səhifəsində. Həmçinin, əhli-sünnə təfsirçilərinin əksəriyyəti “kövsər” surəsinin xanım Zəhranın (ə) şənində nazil olmasını etiraf etmişlər.
5. Fəxri Razi öz təfsirində yazır: “Kövsər” Peyğəmbərin (s) övladlarıdır. Ona görə ki, bu surə həzrəti övladı olmadığı üçün məzəmmət etdikləri zaman nazil olmuşdur. Onun mənası budur ki, Allah-taala həzrətə həmişə davam edəcək bir nəsil verəcəkdir. Görün Əhli-beytdən (ə) nə qədər kəslər öldürülmüşdür, lakin bununla belə aləm onların varlığı ilə doludur. Amma Bəni-Üməyyədən nəzərə çarpacaq kimsə qalmamışdır. (2)

2) Təthir ayəsi:
 اِنَّما يُريدُ اللَّه لِيُذْهِبَ عَنْكُم الرِّجسَ اَهلَ البَيت وَيُطَهِّرَكُمْ تَطْهِيراً
Ümmü Sələmə deyir: “Bu ayə nazil olduğu zaman, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırıb buyurdu: “Bunlar mənim Əhli-beytimdir.”” (3)
Təbəri Əbi Həmradan olan sənədi ilə belə nəql edir: “Mən Peyğəmbər (s) zamanında altı ay Mədinədə olmuş və həzrətin bu müddətdə dan yeri ağarandan Əli (ə) və Fatimənin (ə) evinə gələrək “namaz vaxtıdır, namaz!
 إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً  (4) – deyə buyurduğunu eşitmiş və görmüşəm.

3) Məvəddət ayəsi:
  قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً اِلَّا الْمَوَدَّةَ فِى الْقُربى‏
“(Ey mənim rəsulum!) de: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir muzd istəmirəm.”” (5)
Süyuti İbn Abbasdan belə rəvayət edir: “Bu ayə Peyğəmbərə (s) nazil olduqda, səhabələr dedilər: “Ey Allahın Rəsulu (s)! Məhəbbət göstərməyi bizə vacib edilən yaxınlarınız kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli, Fatimə və onun iki övladı!”” (6)  
İmam Sadiq (ə) Əbu Cəfər Əhvələ buyurdu:
“Bəsrə əhalisi bu ayə قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُربى barədə nə deyir? ”
Dedi: “Sizə fəda olum! Onlar deyirlər ki, “Bu ayə Allah Rəsulunun (s) qohumları barəsindədir.”
Həzrət buyurdu: “Yalan deyirlər! Yalnız biz Əhli-beyt  - Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) – “Kisa əhli” haqqında nazil olmuşdur!”” (7)

4) في بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ ayəsi. “(Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir.” (8)
Ənəs ibn Malik və Bureydə nəql edir: “Allahın Rəsulu (s) « في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ ... ayəsini oxuduğu zaman, bir şəxs ayağa qalxıb soruşdu: “Ey Allahın Rəsulu (s)! Bunlar hansı evlərdir?” Buyurdu: “Peyğəmbərlərin evləridir.”
Əbubəkr qabağa gəlib dedi: “Ey Allahın Rəsulu (s)! Əli (ə) və Fatimənin (ə) evi də bu evlərdəndirmi?”
Həzrət buyurdu: Bəli! Hətta onların ən yaxşısıdır!” (9)
5) « قل تعالوا ندع ابناءنا و ابناءكم و نسائنا و نسائكم و انفسنا و انفسكم ...»؛
Əbu Səiddən belə rəvayət edilmişdir: Bu ayə nazil olduğu zaman, Allahın Rəsulu (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) öz yanına çağırdı və dedi: “İlahi! Bunlar mənim əhli-beytimdir!” (10)

6) فتلقى آدم من ربه كلمات فتاب عليه انه هو التواب الرحيم (11)
İbn Abbasdan belə rəvayət olunur: Peyğəmbərdən (s) Adəmin (ə) Rəbbindən bəzi kəlmələr öyrənməsi və Allahın onun tövbəsini qəbul etməsi barədə soruşdum. Buyurdu: “Allahdan Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) haqqına xatir tövbəsini qəbul etməsini istədi və Allah da qəbul etdi.” (12)
7) وَيُطْعِمُونَ الطَّعامَ عَلَى‏ حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً* إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُوراً
“Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik!” (13)
Bu ayənin nazilolma şəni barədə İbn Abbas deyir:
İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdi və Allahın Rəsulu (s) bir neçə adamla onlara baş çəkməyə gəldi. Onlar dedilər: Ey Əbəl-Həsən (ə)! İki övladın üçün nəzir et! Həzrət Əli (ə), Fatimə (ə) və onların kənizi Fizzə nəzir etdilər ki, əgər onların iki övladı sağalsa, üç gün oruc tutacaqlar. Onların hər ikisi sağaldı, lakin evlərində heç nə yox idi. Həzrət Əli (ə) üç peymanə (ölçü vahidi) arpa borc aldı və Fatimə (ə) onun bir peymanəsini un elədi və saylarına uyğun olaraq çörək bişirdi.  
Onlar çörəklərini qabaqlarına qoyub iftar eləmək istədikləri zaman, bir möhtac (fəqir) şəxs onların yanına gəlib dedi: Salam olsun sizə, ey Məhəmmədin (s) Əhli-beyti! Mən müsəlman miskinlərdən biriyəm! Mənə yemək verin! Allah da sizə cənnət yeməkləri versin! Onların hamısı öz yeməklərini ona verdilər və dillərinə sudan başqa, bir şey dəymədən gecəni səhərə çatdırdılar və sübh də yenə oruc tutdular. Əsr vaxtı çörəyi öz qabaqlarına qoydular ki, iftar eləsinlər, bu zaman onların yanına  bir yetim gəldi və hamılıqla çörəklərini ona verdilər. Üçüncü gün də bir əsir gəldi və onlar bu işi təkrar etdilər. Sübh olduqda, həzrət Əli (ə) İmam Həsənlə (ə) İmam Hüseynin (ə) əlindən tutaraq Allah Rəsulunun (s) yanına gətirdi. Həzrət onlara nəzər saldıqda – onlar aclığın şiddətindən titrəyirdilər – buyurdu: Sizin bu halınızı müşahidə etmək məni həddən artıq narahat edir. Həzrət ayağa qalxdı və onlarla yola düşdü. Fatimənin (ə) öz mehrabında olduğunu gördü. Onun beli qarnına yapışmış, gözlərinin altı qaralmışdı. Həzrət (s) bu halı görüb narahat oldu.
Cəbrail (ə) həzrət Rəsulun yanına nazil olub buyurdu: “Bunu götür, ey Məhəmməd (s)! Allah-taala sənə əhli-beytinlə bağlı təbrik deyir. Sonra “Həl-Əta” surəsini Peyğəmbərə (s) oxudu.”(14)
Ayə üçün bu naziolma səbəb və şənini əhli-sünnə alimlərinin çoxu nəql etmişlər. (15)

1. “Ənvarut-tənzil və əsrarut-təvil”, səh. 1156.
2. “Kəbir” təfsiri, c. 30, “Kövsər” surəsinin təfsiri.
3. Hakim, “Mustədrək”, c. 3, səh. 158, hədis 4705; “əs-Sunənul-kubra”, c.7, səh. 63
4. Təbəri, “Tarix”, c. 11, səh. 589; İbn Əkasir, “Tarixu Diməşq”, c. 42, səh. 137.
5. “Şura” surəsi, ayə 23.
6. “Durrul-mənsur”, c. 6, səh. 7; Hakim, “Mustədrək”, c. 3, səh. 172; “Məcməuz-zəvaid”, c. 9, səh. 168; “Kəşşaf”, c. 4, səh. 219
7. “Kafi”, c. 8, səh. 79, hədis 66; “Qurbul-əsnad”, səh. 128.
8. “Nur” surəsi, ayə 36.
9. “Durrul-mənsur”, c. 6, səh. 203; “Ruhul-məani”, c. 18, səh. 174.
10. “Həmd” surəsi, ayə 6.
11. “Bəqərə” surəsi, ayə 37.
12. “Zəxairul-uqba”, səh. 24-25. (Xanım Fatimənin (ə) nəqlinə əsasən, Peyğəmbərin (s) qəlbinin şad olması.)
13. “İnsan” surəsi, ayə 8-9.
14. “əl-Qədir”, c. 3, səh. 161.
15. Adlarla bağlı ətraflı məlumat və izah üçün Rizvaninin, “Fəzailu Fatimətiz-Zəhra (ə)” kitabına müraciət edin.

Həzrəti Fatimeyi-Zəhranın((s.ə) Mədinə məscidindəki tarixi xütbəsi

Bu gün Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günüdür.

Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir.

Bu əzəmətli xanımın əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) vəfatından sonra baş verən hadisələrlə bağlı Mədinə məscidində müsəlmanlara üz tutub oxuduğu tarixi xütbəsini təqdim edirk:

"Şükürlər olsun o Allaha ki, bizə yer üzünün sonsuz nemətlərini bəxş etdi, həqiqətləri və mərifətləri üzə çıxardı və onları möhkəmlətdi. Şükürlər olsun o Yaradana ki, bəxş etdiyi bol nemətlər davamlı və sonsuz oldu, hamının ehtiyaclarını tam surətdə ödədi. Elə nemətlər bəxş etdi ki, saya-hesaba gəlmir, onların şükrü üçün tərifli söz tapılmır və davamlığını dərk etmək adi insan idrakının xaricindədir. Allah-təala bu nemətləri bəxş etməklə bəndələrini Ona şükr etməyə çağırdı. Və həmin nemətləri artırmaqla bəndələrini Yaradana dua və sitayiş etməklə onlara yiyələnməyə dəvət etdi.

O şərafətli xanım həmd və sənadan sonra (tərif və şükrdən) buyurdu:

"Şahidlik edirəm ki, bir olan, şəriki olmayan Allahdan başqa ibadət olunan (Allah) yoxdur. Bu elə bir kəlmədir ki, sədaqət və səmimiyyəti onun şərhi və izahı etmiş, onun dəlil-sübutunu bəşərin xasiyyətində, qəlbində əmanət qoymuş və onun mənasını, məfhumunu bəşərin fikir və düşüncəsində aydınlaşdırmışdır.

Şükrlər edirəm o Allaha ki, gözlər Onu görə bilmir, dillər tərifində aciz qalır və fikirlər, duyğular Onun varlığının yüksəkliyinə çatmaq iqtidarında deyil. şükrlər olsun o Allaha ki, bütün varlıqları bir-birinə bənzəməyən halda yaratdı.

Allah-təala Öz qüdrət əlilə hamıya varlıq xələti geydirdi – Öz iradəsi ilə onları yaratdı. Allah-təalanın bu varlıqları yaratmağa heç bir ehtiyacı yox idi, bu işdə heç bir faydanı da nəzərdə tutmurdu. Əksinə, bu yaranışdan bircə məqsədi var idi: öz hikmətini üzə çıxarmaq, sonsuz qüdrətini göstərmək və bəndələrini Ona itaət və ibadət yoluna dəvət etmək və bu dəvətini həmin əlamət və nişanların dəlil-sübutları işığında zəfərlə sona yetirmək...

Sonra isə Ona olan itaətin əvəzində bəndələrinə əcr və savab vermək və onlara günahlarına görə cəza göndərmək...

Şahidlik edirəm ki, atam Məhəmməd (s) Onun bəndəsi və peyğəmbəridir. Onu peyğəmbər təyin etməmişdən öncə seçdi və bu namizədliyə seçməzdən əvvəl adını qabaqkı peyğəmbərlərin ruhlarına və mələklərə bildirdi. Onu öz dəvətinin təbliğinə sövq etməzdən əvvəl bu vəzifəni yerinə yetirmək üçün seçdi. Bəli, bütün bunları etdi, özü də elə bir zamanda ki, camaat hələ qeyb dövründə gizlənmiş , vahimələr zülmətinin pərdəsi ilə əhatə olunmuş və gizlinliklər aləmində qalmışdı.

Bu seçki Allahın elminin bütün işlərin son nəticəsindən xəbər verir. Onun bütün zamanları əhatə edən hadisələri bilməsini, bütün zaman və məkanlara bələd olmasını göstərir.

Allah Məhəmmədi (s) seçdi ki, onun peyğəmbərliyi ilə Öz hikmət və qüdrətini tam olduğu kimi nümayiş etdirsin, hökmünü icra etsin və qəti iradəsinin nüfuzu artsın. Allahın seçilmiş peyğəmbəri (s) elə bir vaxtda peyğəmbərliyə çatdı və öz dəvətini yaymağa başladı ki, dünya əhlinin çoxu ayrı-ayrı dinlərin davamçıları kimi atəşgahlarda, məbədgahlarda günlərini bütlərə pərəstişdə keçirir və Allahı danırdılar.

Belə bir zamanda Uca və Qüdrətli Allah Öz nəfsinin bərəkəti və atam Məhəmmədin (s) varlığındakı nuru ilə bəşərin qaranlıq fikir dünyasına işıq saçdı, ürəklərin və ağılların üfüqlərindən şübhə buludlarını dağıtdı, uzaqgörənliklə xislətləri basmış ilham tozunu sildi. Və o – Məhəmməd (s) camaat arasında irəli çıxdı ki, onlara rəhbərlik etsin, azdıqları yoldan döndərsin, gözlərindəki pərdələri aradan qaldırsın, inadlarından döndərsin. Peyğəmbər (s) bunların əvəzində insanlara uzaqgörənlik və gözüaçıqlığı, həyatı dərk etməyi öyrətdi, onları möhkəm dinə dəvət etdi və doğru yola yönəltdi.

Əzab-əziyyət və işkəncə günləri, təklik və kimsəsizlik dövrü ötdü. Bütün bu acılar şirinliyə qovuşdu və qələbə-uğur zamanı yetişdi. İslam Allahın vəd etdiyi yerə qədəm basdı və İslam cəmiyyəti yarandı. Peyğəmbərin (s) fədakar səy və təlaşları əbədiyaşar uğurlar qazandı, əzəmətli zəfərlə nəticələndi. Dünya dinləri tarixində İlahinin ən ali, ən yüksək məqamı öz hədəfinə çatdı, bəşərin əbədi və əzəli məqsədinə yol açıldı. Məhəmmədin (s) peyğəmbərliyi özünün ən yüksək mərhələsinə çatdı, arzular aşıb-daşdı, dünyanın gözləri Məhəmmədin (s) Mədinəsinə, fəth olunmuş Məkkəyə və Allahın Kəbəsinə dikildi, vəd olunmuş zaman gəlib çatdı.) Nəhayət, Allah-təala onu lütfü və mərhəməti üzündən Öz rəhmət ocağına çəkərək bu fani dünyanın müsibət və əzablarından qurtardı. Beləliklə, Məhəmməd (s) pak mələklərin mübarək dəstələrinə qoşuldu, Bağışlayan Tanrının yanına yetişdi və orada əbədi rahatlıq tapdı.

Atamın ruhuna Allahın salavat və salamı, rəhmət və bərəkəti olsun! O, Allahın dünya xalqları içərisindən bəşəriyyət üçün seçdiyi peyğəmbəri (s) idi"...

Xütbənin bu yerində Fatiımənin (ə) həyəcanlı səsi titrədi, qəlbindən nalə və fəryad qopdu, Peyğəmbərin (s) - əziz atasının bu dünyadan köçməsinə görə ürəkdən acıdı, dərindən ah çəkdi. Sonra isə ürəkləri riqqətə gətirən bir tərzdə dedi:

"Əfsus! Ey Allahın bəndələri, ey İslam bayraqdarları, ey din və vəhy daşıyıcıları! Siz Allahın ən inanılmış bəndələrindən və Onun birliyini başqa xalqlara təbliğ edənlərdənsiniz. Baxın, düşünün və agah olun ki, Allahın o həqiqi rəhbəri indi də sizin aranızdadır. Ləyaqət və qabiliyyətdə heç kim onun tayı-bərabəri deyil. Bundan əvvəl də sizinlə razılaşdırılmış qərara əsasən peyğəmbərliyin böyük davamçısı olan kəs rəhbərliyə təyin olunmuşdur... Bəli, bu, Allahın kitabıdır, danışan kitabdır – Qurani-Sadiqdir, işıq saçan nurdur, yayılan şüadır. Onun bəyanı uzaqgörənliyi artıran, sirlər aşkarlayandır, zahiri əlamətləri parlaq və gözqamaşdırıcıdır...

Onun – bu müqəddəs kitabın ardıcılları dünya əhlinin həsədinə səbəb olmuşlar. Ona tabe olanları behiştə düşməyə yönəldir. Onun sözlərini eşidənlər bəlalardan xilas olur. Həmin Quran vasitəsilə Allahın nurani dəlil-sübutlarını, təsvir olunmuş fərmanları, aydın fikirləri dərk etmək mümkündür.

Allah-təala imanı dinsizlikdən qurtarmaq və mənəvi təmizlik üçün buyurdu. Namazı yersiz qürurdan, dikbaşlıqdan yaxa qurtarmaq üçün vacib saydı. Zəkatı ruhların paklığı və ruzini artırmaq üçün, orucluğu mənəvi təmizliyin sabitliyi üçün zəruri bildi. Həcci dinin əsaslarını möhkəmlətmək üçün, ədaləti səmimiliyi üçün, fərmanlara itaət etməyi İslam millətinin nizam-intizamı üçün, imamlıq və dini rəhbərliyi aramızda təfriqənin qarşısını almaq və əmin-amanlıq üçün, cihadı İslamın izzət və şərəfi və kafirlərin – düşmənlərin zilləti üçün, səbr və dözümü xeyirxah işlərə kömək üçün, İslamın qoyduğu qadağaları doğru yola dəvət üçün, ata-anaya yaxşılıq və hörməti Allahın qəzəbindən qorunmaq üçün, nəzir-niyaz verməyi əcəlin təxirə salınması və ömrün uzanması üçün, qisası qana hörmət üçün, niyyətə vəfanı insanlıq və haqqın əfvi üçün, çəkidə düzlüyü (alıcıları aldatmamağı) başqalarının haqqına xor baxmamaq üçün, mey içməyin qadağan edilməsini yaramazlıqdan uzaq olmaq üçün, töhmətdən uzaqlığı lənət qazanmamaq üçün, oğurluğu tərk etməyi namusu və mənliyi qorumaq üçün buyurmuşdur.

İlahi qarşısında paklığın, əsl tovhidin və tovhidin sağlığının qəbulu üçün çoxallahlığı (bütpərəstliyi) insanlara rəva bilmədi. (Odur ki, Allahın buyurduqlarına tam ləyaqətlə əməl edin, Onun mömin bəndəsi olun. Olmaya-olmaya, qeyri-müsəlman kimi öləsiniz). Şərif ayədə deyildiyi kimi, "Allahın buyurduqlarına, qadağan etdiklərinə itaət göstərin ki, Allahın bəndələri arasında bilici və alimlər yalnız Ondan qorxanlardır.”

Dan ulduzunun parlaq işığına, yeni doğan günəş şüalarına bənzəyən bu təkanverici sözlərdən sonra o böyük xanım xütbəsinin əsl mətləbinə keçərək dedi:

"Ay camaat, bilin və agah olun ki, mən Fatiməyəm. Atam Məhəmməddir (s). Bir daha deyirəm, bundan qabaq da demişəm və dediyim sözlər doğrudur. Nə edirəmsə, qayda-qanundan xaric deyil. Ona görə ki, sizə öz aranızdan bir Peyğəmbər (s) gəldi. O, sizin əzabınızdan inciyirdi, sizi tərbiyə etmək üçün bərk çalışırdı. Möminlərə qarşı çox mərhəmətli və mehriban idi.

Odur ki, əgər bunu nəzərə alsanız, anlayacaqsınız ki, o mənim atamdır, sizin arvadlarınızın atası deyil. Və mənim əmim oğlunun qardaşıdır. Sizin kişilərdən deyil. Necə bir iftixara səbəbdir!

O, öz peyğəmbərliyini "xəbərdarlığı” ilə bildirdi və öz yolunu müşriklərin uçurumundan aralı saldı. Onların başlarını vurdu, boğazlarından yapışıb sıxdı və hikmət dili ilə, moizələri ilə Allah yoluna dəvət etdi. Bütləri dağıtdı, başçılarının başlarını elə əzdi ki, çoxu dağıldı və arxalarını meydana çevirərək qaçdı.

Sübh gecənin pərdəsini yarıb çıxdı və haqqın parlaq siması üzündəki niqabı yerə atdı. Mütləq həqiqət və əsl haqq-ədalət göründü. Din başçısı sözə başladı və şeytansifət azğınların boğazları quruyub susdu. Yolun ortasından nifaq tikanları dağıldı, küfr və nifaq düyünləri açıldı. Və nəhayət, hamı o açıqürəkli, qarnıac dəstəyə qoşulub sədaqətlə dil açdı. Halbuki siz yanar çalanın qırağında fürsət axtaran adamyeyənlərin bir tikəsi idiniz. Hər yetən sizə bir təpik vururdu. Küçədəki gölməçələrdən çirkli su içir, ağacların yarpaqlarını yeyirdiniz. Alçaqlıq və yaramazlıq kölgəsi üstünüzü bürümüşdü. Qorxurdunuz ki, olmaya-olmaya sizi bir göz qırpımında bu adamlar arasından tapalar.

Bütün bunlardan sonra (bu zillət və xiffətlərin, yolazma və dinsizliklərin arxasından) Allah-təala Öz iradəsilə sizləri atam Məhəmmədin (s) əlilə xilas etdi və doğru yola yönəltdi. Halbuki onun özü insansifət yırtıcılarla, canavar xislətli ərəblərlə və dikbaş Kitab əhli(Yəhudilər və xristianlar nəzərdə tutulur. (Tərcüməçi) ) ilə çarpışırdı. Onlar hər dəfə savaş alovunu qızışdırdıqda (o İlahi nurlarını söndürmək məqsədilə) Allah-təalanın Özü həmin atəşi söndürürdü.

Haqsızlıq və günahların baş alıb getdiyi, məlun şeytanın hər an göründüyü, dinsiz əjdahaların dil çıxararaq alov püskürdüyü o çağlarda atam – Allahın Rəsulu (ə) dərhal öz əmisi oğlu Əlini (ə) o od püskürən əjdahalarla mübarizə üçün qabağa verdi. O da (əmisi oğlunun – qardaşının, rəhbərinin və müəlliminin əmri ilə) igidcəsinə irəli çıxır və bir göz qırpımında möhkəm yumruğu ilə əjdahanı əzib suyunu çıxarırdı. Özünün iti qılıncını həmin atəşi susdurmadan yerə qoymur, rahatlıq nə olduğunu bilmirdi. Axı o, haqq yolunda əzab-əziyyətlər görmüşdü, İlahi fərmanını yerinə yetirməkdə çox sınaqlardan çıxmışdı. O, Allahın Elçisinin (s) ən yaxın (hamıdan yaxın) qohumu, İlahini sevənlərin, övliyaların başçısı idi.

Daim çalışıb-əlləşərdi. Eyni zamanda hər işə qarışar, ciddi öyüd-nəsihətlər verərdi. Siz isə o qorxulu çağlarda öz eyş-işrətinizlə məşğul idiniz. Rahatca, heç nəyə fikir vermədən gününüzü zarafat və keyfdə keçirirdiniz. Gözlərinizi zilləyib, qulaqlarınızı şəkləmişdiniz ki, nə vaxt bizim başımıza bir bədbəxtlik gələcəkdir. O məsuliyyətli günlərdə mübarizədən yayınır və haqq-ədalət, namus və şərəf uğrunda döyüşdən qaçırdınız".