Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

HƏDİSLƏR VƏ RƏVAYƏTLƏR

Imam Riza (ə), Əhməd Bəzəntiyə hansı əxlaqdan uzaq olmağa tapşırdı?

Bəzənti belə deyir: Həzrət bu əhvalatı danışaraq, yanıldığımı mənə anlatdı. Ondan sonra mənəviyyatımda öz niyyət və əməlim haqqnda düşünməməyi qərara aldım."
– İmam Rzanın (ə) Әhməd Bəzənti adlı səhabəsi var idi. O, dövrünün tanınmış alimlərindən idi.

Əhməd Bəzənti, öz suallarını İmam Rzaya məktublarla göndərib cavabını aldıqdan sonra Həzrətin (ə) İmamlığına etiqad bəsləmişdi. Bir gün Bəzənti Həzrətə dedi: -Vaxtınız olanda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm.

İmam (ə) da, onun istəyini qəbul etdi. Hətta öz miniyini də, onun üçün göndərdi. O gün gecə yarısınadək öz suallarını İmama (ə) ərz edib cavabını aldı və onun problemləri İmamın (ə) görüşündə həll oldu.

Yatmaq zamanı çatanda İmam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənim şəxsi yatağımı gətirib böyük məqama malik olan qonaq üçün hazırla ki, istirahət etsin».

İmamın sözləri Bəzəntinin ürəyini dağ kimi yüksəltdi və o öz-özünə dedi: Dünyada İmamdan (ə) sonra mən hamıdan yaxşıyam. İmam (ə) öz miniyini mənim üçün göndərir, yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir.

Bəzənti öz xəyallarında idi ki, birdən İmam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Səsəət, Әlinin (ə) dəyərli səhabələrinən idi. O, xəstələndikdə həzrət ona yoluxmaq üçün onun yanına gedib saatlarla ona nəvaziş göstərdi və (ona göstərdiyi diqqətdən) məğrur olmasın deyə ona buyurardı:

“Әziz dost! İmam mənə məhəbbət göstərdi deyə əsla qürurlanma! Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm”.

Bəzənti belə deyir: Həzrət bu əhvalatı danışaraq, yanıldığımı mənə anlatdı. Ondan sonra mənəviyyatımda öz niyyət və əməlim haqqnda düşünməməyi qərara aldım.

 

“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”?

İmamlarımızın (ə) hər biri elm xəzinəsidir və əgər onlardan öyrəndiklərimizə əməl etsək, dünya və axirətdə səadətə çatarıq.

Hüseyn ibni Abdullah nəql edir: “Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: “Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.
İmam (ə) cavabında yazır: “Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de:
بِسمِ اللَّهِ الرَّحمنِ الرَّحیمِ، لا حَولَ وَ لا قُوَّةَ إِلّا بِاللَّهِ العَلیِّ العَظیمِ.
(“Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”).
İsmayil ibni Səhl nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.

İmam (ə) buyurur: “Qədr” surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla”.
Hüseyn ibni Səyid nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin.
İmam (ə) buyurdu: Bu cür de: اللَّهُمَّ إنِّی أسأَلُكَ بِوَجهِكَ الكَریمِ وَ اسمِكَ العَظیمِ وَ بِعِزَّتِكَ الَّتی لا تُرَامُ وَ بِقُدرَتِك‏ الَّتی لا یَمتَنِعُ مِنها شی‏ءٌ

Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir”.
İmam (ə) öz əl yazısı ilə mənə bir yazı verir ki, mətni belə idi: “De:
یا مَن عَلا فَقَهَرَ وَ بَطَنَ فَخَبَرَ یا مَن مَلَكَ فَقَدَرَ وَ یا مَن یُحیِی المَوتى وَ هوَ عَلى كُلِّ شَی‏ءٍ قَدیرٌ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

Ondan sonra Allahdan nə istəyirsənsə, de.
Sonra de: یا لا إِله إِلَّا اللَّهُ اِرحَمنِی بِحَقِّ لا إِله إِلَّا اللَّهُ اِرحَمنِی”.
Musa ibni Ömər belə nəql edir ki, İmam Rzaya (ə) məktub yazdım və xahış etdim ki, Allaha dua etsin və iki kənizimdən olacaq uşaqlarım oğlan olsun.
İmam (ə) mənim üçün yazdı: “Allah Təalanın istəyi ilə dua edəcəyəm. Mehriban və bağışlayan olan Allahın adı ilə. Allah Öz rəhməti ilə bizi və səni dünya və axirətdə ən yaxşı salamatçılıqda saxlasın! Bütün işlər Allahın əlindədir. Allahın istəyi ilə sənin bir oğlun və bir qızın dünyaya gələcəkdir. Oğlanın adını Muhəmməd qoy, qızının adını Fatimə. İnşəallah mübarək olar!”.

İmam (ə) buyurduğu kimi, mənim bir qızım və bir oğlum dünyaya gəldi”.
Bəkir ibni Saleh nəql edir: “İmam Rzaya (ə) belə bir məktub yazdım: “Mən beş ildir ki, övlad sahibi olmaqdan çəkinirəm, çünki həyat yoldaşım razı deyildir. Deyir ki, malın azlığına görə onları böyütmək çətindir. Sizin nəzəriniz necədir?”.

İmam (ə) cavabında yazdı: “Övlad istə, çünki Allah Təala onların ruzisini verəndir”

Əxlaqi hədislər

1. “İbadət çoxlu oruc və namaz deyil, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.” ( Mizanul – hikmət, 1-ci cild, 145-ci hədis )

2. “Sükut hikmət qapılarından olan bir qapıdır.” ( Mizanul – hikmət, 1-ci cild, 146-ci hədis )

3. “Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir. ( Mizanul – hikmət, 1-ci cild, 147-ci hədis )

4. “Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.” ( Mizanul – hikmət, 1-ci cild, 148-ci hədis )


5. “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.” ( Mizanul – hikmət, 1-ci cild, 149-ci hədis )

6. “Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.” ( Mizanul – hikmət, 1-ci cild, 150-ci hədis )


7. “Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, o silah nədir? Buyurdu: Dua!” (500 hədis kitabından, 410-cu hədis. müəllif: Əli Həmədani)

8. “Hər gün özü ilə hesablaşmayan, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.” (500 hədis kitabından, 431-ci hədis. müəllif: Əli Həmədani)

9. “Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.” (500 hədis kitabından, 470-ci hədis. müəllif: Əli Həmədani)

10. “Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”(500 hədis kitabından, 471-ci hədis. müəllif: Əli Həmədani)

11. “Bir qurtum su ilә оlsа dа bеlә, silеyi-rәhm еt. Әn yахşı silеyi-rәhm qоhumlаrı incitmәmәkdir.”
“Tuhәfül-üqul”, sәh. 469.

12. “Cәhәnnәm оdundаn Аllаhа pәnаh аpаrаn, аmmа dünyаnın şirinliklәrini tәrk еtmәyәn şәхs özünü әlә sаlır.”
“Mizаnul-hikmәt”, c. 2, sәh. 170.

13. “Хоş о şәхsin hаlınа ki, ibаdәti vә duаsı (Аllаhа görә) iхlаslа оlа. Qәlbini gördüyü şеyә mәşğul еtmәyә. Еşitdiklәri оnu Аllаhın zikrindәn sахlаmаyа vә bаğışlаdığı şеyә görә qәmgin оlmаyа.”
“Üsuli-kаfi”, c. 3, sәh. 26.

14. “Аllаh-tәаlа buyurur: “Bәndәlәrim mәnә itаәt еdәndә rаzı оlurаm vә rаzı оlduğum zаmаn bәrәkәt vеrirәm ki, mәnim bәrәkәtim sоnsuzdur.”
“Üsuli-kаfi”, c. 2, sәh. 75.

15. “Bәni-İsrаildә 10 il sükut еtmәyәni аbid sаymırdılаr.”
“Üsuli-kаfi”, c. 2, sәh. 503.

14 Məsum (ə) haqqında hədislər


-“Аllаh bizim əmrimizi dirildәnә rәhmәt еtsin!”
Sоruşdulаr: “Sizin әmrinizi nеcә diriltmәk оlаr?” Buyurdu: “Bizim еlmlәrimizi öyrәnib bаşqаlаrınа öyrәtmәklә.”
“Vәsаilüş-şiә”, c. 27, sәh. 141.