Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Bərzəx

Bərzəxin lüğət mənası “pərdə” deməkdir-yəni, iki şeyin arasında dayanıb, onların qovuşmasına mane olan pərdə.
Məsələn, şor və şirin sular hərəkətdə olsalar da Allah onların arasında maneə qərar vermişdir ki, heç biri digərini aradan aparmasın. (54-cü surə, 19-cu ayə)
Adi mənada bu maneəyə bərzəx deyilir. Əslində isə Bərzəx Allah-Taalanın dünya və axirət arasında yaratdığı aləmdir-dünya və axirət işləri arasındakı bir aləm!
Nemət və cəzalarda orta hədd
Bərzəxdə bu dünyanın zəruriyyətlərindən olan başağrı və dişağrı kimi dərdlər yoxdur. Maddi olmayan (mücərrəd) bərzəx aləmi axirət kimi də deyil-yəni, burada günahkarlar üçün mütləq zülmət və itaət əhli üçün mütləq nur yoxdur. İmamdan Bərzəxin vaxtı barədə sual olunanda buyurub: “Ölüm saatından başlamış qəbirdən ayağa qaldırılanadək.”
Qurani-Məciddə buyurulur: “...Qiyamətədək Bərzəxdir.” (“Möminun” surəsi)
Misali aləm və misali bədən
Olduğumuz aləmə oxşadığına görə Bərzəxə misali aləm də deyirlər. Bu oxşarlıq zahiri formaya görədir, maddilik və digər xüsusiyyətlərə görə isə fərqlidirlər. Ölümdən sonra elə bir aləmə daxil oluruq ki, bu dünya ona nisbətən ana bətnini xatırladır.
Bərzəxdə bədən də misali bədəndir, yəni formaca bu dünyadakı bədənin eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir. Və ona mane olası onun qarşısını alacaq bir şey yoxdur. Qərar tuduğu nöqtədə hər şeyi görür və onun üçün divarın bu tərəfi, o tərəfi yoxdur. İmam Sadiq (əleyhissalam) buyurur: “Misali bədəni görsəniz, elə həmin dünyəvi bədəndir, deyərsiniz. Əgər vəfat etmiş adamı yuxuda görsəniz, həmin dünyəvi bədəndə müşahidə edərsiniz, hansı ki, onun maddi cismi qəbirdədir. Siz gördüyünüzsə misali bədəndir. Bərzəx bədəninin bu günkü gözlərimiz şəklində gözləri var, amma bu gözlərin piyi, eləcə də göz ağrısı onda yoxdur.”
Bu gözlər Qiyamət gününədək görür, özü də yaxşı görür və dünyadakı gözlər kimi zəifləyib eynəyə möhtac olmur.
Aynaya bənzərik
Hikmət sahibləri və mütəkəllimlər iki şərt daxilində bərzəx bədənini güzgüdə əks olunan surətə bənzədiblər: birincisi, o, güzgüdə yox, öz zatı əsasında dayanır; ikincisi isə onun dərki, şüuru vardır.
Onun oxşarı yuxudakı şəxsdir ki, bir göz qırpımında uzun məsafələri ötüb Məkkəyə, Məşhədə gedir. O aləmdə növbənöv yeməli, içməli, nuş ediləsi nemətlər və gözəl surətlər, nəğmələr vardır ki, dünya sakinlərində o vücudlara taqət yoxdur. Ruhlar həmin misali bədənlərlə bütün sadalanmışlardan bəhrələnir və ruzi yeyirlər. (3-cü surə, 169-cu ayə)
Bütün nemətlər birində toplanıb
Əlbəttə, o aləmin bütün nemətləri maddi yox, lətifdir. Rəvayətlərdə buyurulmuşdur ki, vahid bir şey möminin istəyi ilə müxtəlif növlərə çevrilə bilər. Məsələn, bir meyvə sənin istəyinlə başqa meyvə olar.
Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət olunmuşdur ki, (Həmzə (əleyhissalam)-ın şəhadətindən sonra) buyurdu: “Seyyidüş-şühəda əmim Həmzəni gördüm ki, qarşısında cənnət meyvələrindən bir tabaq var idi. O meyvələrdən meyl edirdi, onun istəyi ilə birdən nar üzümə döndü, üzümdən yedi, yenidən üzüm xurmaya çevrildi.”
Bəli, lətif olduğundan, bir şey başqasına çevrilir.
Təsir günü
Bərzəx aləminin bu fani dünyadan üstünlüklərindən biri orada təsir gücünün böyüklüyüdür. Ali hikmətdə hamıya deyiləsi olmayan bir həqiqət vardır ki, bu həqiqətə yalnız işarə edib, ötürük. (Dərk edən və dərk olunan lətif, qeyri-maddi olduqca idrak da güclənir).
Dünyadakı meyvələr, şirnilər onlardan aldığımız ləzzət bərzəx aləminin meyvə, şirni, ləzzətlərinin bir damlasıdır. Deyilənlərin əsli isə bərzəxdədir. Əgər hurül-eynin surətindən bir qədər açılarsa, gözlər qamaşar. Əgər huri bu dünyada görünsə, nuru günəşi kölgədə saxlayar. Bəli, mütləq cəmal oradadır. Rəbbimiz Quranda buyurur: “Biz yerdə olanları ona zinət qərar verdik. Bir zinət ki, imtahan üçündür.” (18-ci surə, 6-cı ayə)
Bəli, kiçik böyükdən, uşaq aqildən seçilsin, bu oyuncağa kimin sevindiyi bilinsin. Bütün bunlara aldanmayan şəxsləri həqiqi ləzzət, gerçək cəmal, doğru səadət gözləyir.
Qəbir sahibinin dəvəti
Beləcə, bərzəx aləmində təsir gücü, təsir qüvvəsi bu dünyadakı təsirlərə müqayisə olunası deyil. Bəzən bu dünya sakinlərinin qarşısına mövzumuzla əlaqəli nümunələr çıxır ki, başqaları üçün ibrət olsun.
Mərhum Nəraqi “Xəzain”də, inanılmış səhabəsindən belə nəql edir: “Mən gənclik ikən, İsfahanda Novruz bayramı münasibətilə atam və dostlarımla gəl-get edirdik. Çərşənbə axşamı dostlardan biri ilə görüşə getdik. Onun mənzili qəbirstanın yaxınlığında olurdu. Azca dincəlmək və dünyasını dəyişənləri ziyarət etmək üçün yolüstü qəbirstanlığa döndük. Oturduğumuz yerdə dostlardan biri zarafata üzünü bir qəbirə tutub dedi: “Ey qəbir sahibi, Novruz bayramıdır”? Qəfildən bir səs ucaldı: “Gələn çərşənbə axşamı hamınız mənə qonağsınız.” Dəhşətə gəldik. Fikirləşdik ki, yəqin gələn çərşənbə axşamınadək ölüm bizi haqlayacaq. İşlərimiz sahmanlayıb, vəsiyyətimizi etsək də ölümdən bir xəbər çıxmadı.
Deyilən gün bir az günortadan ötmüş toplaşıb, fikirləşdik ki, həmin qəbirin üstünə gedək. Bəlkə heç məqsəd bizim ölümümüz deyilmiş. Qəbirə yetişəndə aramızdan bir nəfər dilləndi: “Ey qəbir sahibi, öz Vədənə əməl et”! Bir səs ucalıd ki: “Buyurun”! (bəzən ibrət xatirinə Allah bərzəxin görünməsi üçün gözlərdən pərdələri götürər). Gözlərimizin önü dəyişdi. Məlakuti (bəsirət) gözlərimiz açıldı. Son həddə təravətli, səfalı bir bağ göründü. Bu bağda nəhrələrdən saf sular axırdı. Ağaclarda bütün fəsillərə məxsus, növbənöv meyvələr vardı. Bu ağaclarda xoşsəsli, növbənöv quşlar oxuyurdu. Son həddə zinətli bir imarət bu bağın ortasında idi. İmarətə daxil olduq. Nəhayət həddə gözəl bir şəxs əyləşmişdi. Bizi görüb ayağa qalxdı, üzr istədi. Dünyada görüb təsəvvür etmədiyimiz nemətləri orada müşahidə etdik.
Əskik satmaq çəkinmək və namazı əvvəl vaxtında qılmaq
Məqsədim diqqətinizi bu deyilənlərə yönəltməkdir: “Yediklərimiz o qədər ləzzətli idi ki, heç vaxt belə ləzzətlər dadmamışdıq. Nə qədər yeyirdiksədə, doymurduq. Növbənöv şirnilər, meyvələr, müxtəlif dadlı, cürbəcür yeməklər gətirirdilər. Bir saat ötəndən sonra qalxdıq ki, görək sonrası nə olacaq. Həmin şəxs bizi bağın kənarınadək müşayət etdi. Atam ondan soruşdu: “Siz kimsiniz ki, Allah-Taala bu geniş dəstgahı sizə inayət edib, bütün aləmi qonaq edə bilərsiniz? Bura haradır”? O buyurdu: “Mən sizin həmvətəninizəm. Filan məhəllənin qəssabı idim. Bu məqama çatmağımın iki səbəbi vardır: 1-ci odur ki, alverimdə heç vaxt əskik, yüngül satmamışam. Digəri budur ki, ömür boyu namazlarımı əvvəl vaxtında qılmışam. Əti tərəziyə qoyanda azançının “Allahu əkbər” sədası ucalan kimi işimi saxlayıb, məscidə namaza getmişəm. Öləndən sonra bu məqamı mənə verdilər. Ötən həftə istədiyinizi yerinə yetirməyə icazəm olmadı. Bu həftə üçün izn aldım. Sonra öz ömrümüzün müddəti barədə suallar verib, cavab aldıq. “Sən 90 il yaşayacaqsan” dediyi adam hələdə sağdur. Mənə dediyi müddətdən hələ ki, 10 il qalır. Nəhayət, xudahafizləşdik, bizi yola saldı. Geri dönmək istəyəndə özümüzü həmin qəbirin yanında gördük.”
Bərzəx aləmində ləzzətin davamı
O aləmin xüsusiyyətlərindən biri ləzzətlərin davamlı olmasıdır. Bu dünyada isə əbədi şey yoxdur. Gözəllik ötəri, ağzına qoyduğun təamın ləzzəti müvəqqətr, izdivac da eləcə.! Meyvələrin, xörəklərin də davamı yoxdur, qısa müddətdə xarab olub aradan gedir. Ümumiyyətlə, dünya davam yeri deyil. Bərzəx aləmi isə maddilikdən, tərkibdən uzaq olduğu üçün davamlıdır. Dediklərimin sübutu üçün öz zamanının çox böyük alimi, mərcəyi-təqlidi Əllamə Şeyx Mehdi Nəraqinin “Müstənədüş-şiə” kitabından bir qəziyyə də nəql edirəm. Həqiqətləri ümumi kütlələr hekayələr əsasında daha asan qavradığından bu gerçək qəziyyələrdən nəql olunur.
Buğda odlu əba
“Darüs-səlam” kitabının sonunda Şeyx Məhmud Əraqi mərhum Nəraqidən nəql edir ki, o cənab buyurur: Nəcəfdə olduğum zaman möhkəm bir qıtlıq baş verdi. Bütün uşaqlarım ac olduğu bir halda evdən bayıra çıxdım. (uşaqlar aclıqdan nalə çəkirdilər). Əmvatın ziyarəti üçün Vadiyüs-səlama getdim. Bir cənazə gətirdilər, mənə də “bizimlə gəl” dedilər və əlavə etdilər: “Bu cənazəni ruhlara qovuşdurmağa hazırıq.” Onu geniş bağa daxil edib, ali bir qəsrdə yerləşdirdilər. Burada bütün yaşayış ləvazimatı vardı. Onların ardınca qəsrə daxil olanda qızıl taxtda oturmuş bir cavan gördüm. O məni görüb adımla çağırdı, salam verdim, yanında yer verdi, hörmət göstərdi. Sonra dedi: “Mən gördüyün həmin cənazənin sahibiyəm (adını, şəhərin adını dedi). Gördüyün cəmiyyət məlaiklər idi ki, məni öz şəhərimdən bu bərzəx Behiştinə gətirdilər.” Bu sözləri eşidib, sakitləşdim, bağı seyr etdim. Bu bağdan kənarda da qəsrlər vardı. O qəsrlərdə atam, anam və bəzi tanışları gördüm. Məni də”vət etdilər, təamlarından yedim. Ləzzətin nəhayət həddində ikən yadıma ailəm düşdü ki, indi acdırlar, qəmkin oldum. Atam soruşdu ki, Mehdi, sənə nə oldu? Dedim ki, uşaqlarım acdırlar. “Bu buğda anbarıdır götür” dedi atam. Əbamı buoda ilə doldurdum. Bir də gördüm əbam buğda ilə dolu halda Vadiyüs-səlamda, əvvəlki yerimdə oturmuşam. Evə gəldim. Əyalım “bu buğdanı haradan gətirdin”? deyə sual verdi. Demədim. Bir müddət həmin buğdadan istifadə etdik, buğda qurtarmırdı.
Qısası, mərhumun əyalı çox israr edir və o bu məsələni açır. Növbəti dəfə qadın buğda üçün gedəndə, buğdadan əsər-əlamət qalmadığını görür. Bu qəziyyənin oxşarları “Darxs-səlam” kitabında zikr olunub. İstəyənlər müraciət edə bilərlər.
Ölülərin naləsini heyvanlar eşidir
Bərzəx aləminin nemətləri kimi, əzabları, bəlaları da davamlıdır. Allaha pənah aparaq. Əgər bərzəx əzabına düçar olmuş bir şəxsin naləsi qulağımıza çatsa, dünya bəlaları nəzərimizdə heç olar.
Rəsullullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Beətdən (risalətə çatmazdan) əvvəl qoyun otardığım zaman bəzən qoyunların heyrətli bir hala gəldiyini müşahidə edirdim. Amma qurd gözə dəymirdi. Vəhy nazil olduqdan sonra Cəbraildən bunun səbəbini soruşdum. Dedi ki, bərzəx aləmində (bərzəx Cəhənnəmində) ölülərin naləsi ucalanda cin və insandan fərqli olaraq, heyvanlar bu sədanı eşidər və narahat olarlar.”
Qatlinin naləsi
Səduqun (r) “Səvabul-əal” kitabında nəql olunub ki, İmam Hüseyn (əleyhissalam)-ın qardaşlarından birini qətlə yetirmiş misilsiz gözəl surətli bir cavanın surəti Kərbəla hadisələrindən sonra qır tək qaralmış, zifləmişdi (ravidən nəql olub). Onun vəziyyətini qonşularından soruşanda, dedilər: Kərbəla səfərindən qayıdandan sonra gecələr o qədər nalə çəkir ki, bizi də yuxudan oyadır. Yanına gedib, əhvalını özündən soruşdum. Dedi: “Öldürdüyüm haşimi gənc hər gecə gəlir, məni atəşə tərəf çəkir. O qədər nalə çəkirəm ki, yuxudan oyanıram.” Bu nalələr və üzüqaralıq sonrakı əzabın bu dünyada görünən mində bir zərrəsidir.
Əttarın möcüsəi və verdiyi borcu istəyən yəhudi
Bərzəx əzabının bu dünyada zuhuru üçün çox əsaslar vardır ki, onları xatırlamaq uzun çəkər. Təkcə “Darüs-səlam”da zikr edilmiş bir qəziyyəni nəql edirik. Zahid alim Seyyid Haşim Bəhrani buyurmuşdur: “Nəcəfdə bir əttar (ətir satan tacir) vardı. Hər gün günorta namazından sonra dükanında camaata moizə edərdi və məclisi heç vaxt boş olmazdı. Bir hind şahzadəsi bu şəxsin yanında içində nəfis gövhərlər və qiymətli cəvahirlər olan sadıqçanı əmanət qoyur. Geri qayıdıb əmanətini geri götürmək istəyəndə, əttar əmanət qoyulduğunu inkar edir. Hər yerdən əli üzülən hindu Həzrət Əmirəl-möminin (əleyhissalam)-ın pak qəbrindən yardım istəyib, dedi: “Ya Əli, mən sənin qəbrinin yanında qalmaq üçün vətənimi, rahatlığımı tərk edib, olanımı əttara əmanət verdim. İndi o inkar edir, mənimsə nə başqa bir şeyim, nə də şahidim var. Səndən başqa dadıma yetəcək bir kimsə yoxdur.”
Axşam yuxuda Həzrət Əli (əleyhissalam) buyurdu ki, sübh şəhər darvazasında çıx, gördüyün birinci adamdan əmanətini istə. Yuxudan oyanan kimi şəhərdən çıxdı. Gördüyü ilk adam ailəsinin ehtiyacı üçün dalındakı şələni satmaq istəyən qoca abid oldu. Hindu ondan bir şey istəməyə utandı və pak məzara qayıtdı. İkinic kecə də həmin yuxunu və sübh həmin şəxsi gördü, amma yenə də bir söz demədi. Üçüncü dəfə də eyni yuxunu görüb, səhəri həmin abidlə rastlaşdı.
Bu dəfə vəziyyətini ona danışıb, əmanətini istədi. O şərif şəxs bir az fikirləşib, sabah günortadan sonra əttarın dükanına gəl, əmanətini çatdırım-dedi.
Səhəri gün camaat əttarın dükanına yığışdığı vaxtda abid kişi gəlib, buyurdu: Bu gün moizə etməyi məni öhdəmə qoy.
Əttar qəbul etdi. Abid buyurdu: Ey camaat, mən filankəsin oğlu filankəsəm. Xalqın haqqından bərk qorxanam. Allahın yardımı ilə qəlbimdə dünya malına məhəbbət yoxdur. Qənaət, üzlət əhliyəm. Amma bütün bu təriflərə baxmayaraq, başıma çox acı bir hadisə gəlib ki, sizə danışmaq istəyirəm. Sizin ilahi əzabın şiddəti, cəhənnəm odunun yandırması ilə qorxutmaq, cəza gününün bəzi xəbərlərini sizə çatdırmaq istəyirəm. Bir gün mən borc almağa məcbur oldum. Bir yəhudidən 10 qran aldım və 20 günə qaytarmağa şərtləşdik-yəni gündə yarım qran. On gün yarım qran qaytarandan sonra yəhudini görə bilmədim. Sonra yuxuda Qiyamətin başlandığını gördüm. Məni və sair adamları hesab üçün ayırdılar. İlahi fəzldən, mən cənnət əhlindən olub, cənnətə tərəf hərəkət etdim. Sirata çatanda Cəhənnəmin nərəsini eşitdim. Borclu qaldığım yəhudinin Cəhənnəmdən alov şöləsi tək ayrılıb yolumu kəsdiyini gördüm. “Mənim 5 qranımı ver, get”! dedi. Ağlayaraq dedim: “Mən səni axtardım ki, borcunu qaytaram.” Nə qədər dedimsə buraxmadı. “Onda qoy bir barmağımı bədəninə toxundurum.” Razı oldum. Bədənimə tohunan barmağının dağlayıcı hərarətindən yuxudan oyandım və sinəmdə onun barmağının yarasını gördüm. Bəli, ində də yaralıyam və etdiyim dərmanlar heç bir fayda vermir.”
Bunu deyib, qoca abid sinəsini açdı, yaranı görən adamların naləsi qalxdı. Əttar ilahi əzabın çətinliyindən qorxuya düşdü. həmin hindunu evinə aparıb, əmanətini qaytardı və üzr istədi.



Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


Nəzərinizs  

0 #1 irəli: BərzəxAysel 2012-10-04 09:45
Çox xoşuma gəldi Allah hamıya kömək olsun

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə