Bz05192019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-qə`də Zi-qə`də ayının 1-ci günü

Zi-qə`də ayının 1-ci günü

1."Kiçik Bədr" döyüşü
2. Əş`əs ibn Qeysin ölümü
3. Həzrət Faitmeyi- Məsumənin (ə.s) təvəllüdü

Hicri təqvimi ilə dördüncü il, zi-qə`də ayının ilk günü kiçik “Bədr” döyüşü baş verdi.  Döyüş belə baş verdi: Əbu Süfyan Ühüd döyüşündə söz verdi ki, gələn il daha çox intiqam alacaq. Bu üzdən zi-qə`də ayının əvvəlində islamın əziz Peyğəmbəri (s) min üç yüz nəfər müsəlmanla islamın   kiyanı (məmləkəti) müdafiə etmək üçün Bədr məntəqəsinə varid oldu. ərəblərin ümumi illik ticarət bazarı başa çatdıqdan sonra islam ordusu, Bədr məntəqəsində kafir qoşununu gözləməkdə davam edirdi. Əbu Süfyan ilk öncə elam etmişdi ki, Məkkədən xaric olmaq fikrində deyil. Amma Məkkənin böyükləri gördülər ki,döyüşü tərk etmək onların geri çəkilməsi və qorxması kimi qələmə verilir. Ona görə də Əbu Süfyan öz abrını qorumaq üçün , lazımi avadanlıqla Bədrə tərəf yola çıxdı. Amma yolun yarısında, qıtlıq bəhanəsi ilə qayıtdı.
Müşrük qoşunlarının qayıtması o qədər əzizci olmuşdu ki, Səfvan Əbu Süfyana dedi: “ Biz, Ühüd döyüşündə əldə etdiyimiz o qədər iftixarlarmızı əldən verdik. Keçən il, belə bir döyüşün olacağına söz verməsəydin, bu gün belə sınmış vəziyyətdə başaşağı geri qayıtmazdıq.”
(Biharül-ənvar, c. 20, s. 183)
2. Əş`əs ibn Qeysin ölümü
Hicri təqvimi ilə 40-cı il, Əş`əs ibn Qeys Kondi cəhənnəmə vasil oldu. (Müstədrəkati- elmi-rical: c. 1, s. 688)
İmam Sadiq (ə) buyurub: “ Əş`əs ibn Qeys Əmirəlmöminin (ə) qətlində şərik idi. Qızı Cö`də İmam Müctəbanı (ə) zəhərlədi və oğlu da imam Hüseynin (ə) qətlində şərik idi.”
Əş`əs hicri təqvi ilə onuncu ildə öz qəbiləsindən olan bir qrupla birlikdə islam  gətirmişdi (islamı qəbul etmişdi). Peyğəmbərdən  (s) sonra mürtəd oldu. Əbu Bəkr onu tutub öz kor bacısını, evlənmək şərti ilə on verdi. O qadından Cö`də və Məhəmməd dünyaya gəldi. Cö`də İmam Həsənin (ə) qatili, Məhəmməd isə Kərbəlada Ömər ibn Sə`din qoşunu sıralarında idi.  Mülsüm ibn Əqilin ələ tutulmasında da böyük rolu olub.
3.  Həzrət Faitmeyi- Məsumənin (ə.s) təvəllüdü
Hicri təqvimi ilə 173-cü il, zi- qə`dənin əvvəlində həzrət Fatimeyi- Məsumə (ə.s) nurlu Mədinə şəhərində dünyaya göz açdı. (Təbəqati- ibn Səd:  c. 2, s. 51)
Onun uca atası İmam Musa ibn Cəfər (ə), əziz anasını adı isə Nəcmə (ə.s) - İmam Rzanın (ə) anası idi.  Onun mübarək adı Fatimə, ləqəbi isə Məsumə idi.
Həzrət Faitmeyi-Məsumə (ə.s) fəzl, elm və kamalda xassə və ammənin (hər kəsin) dilənə düşmüdü. Bu uca xanım ,qardaşı İmam Rzaya (ə) çox məhəbbət bəslədiyinə görə onu ziyarət etmək üçün Mədinədən çıxıb Mərvə tərəf hərəkət etdi. Amma Savəyə çatanda onun karvanı abbasi hökumətinin məmurları tərəfindən hücuma məruz qaldı. Onun nəticəsində də o xanım xəstələndi və yola davam edə bilmədi. Savə və Qum arasında (harada olduqları barədə) soruşdu. Dedilər:
- On fərsəxdir. Ona görə də göstəriş verdi ki, onu Quma aparsınlar.
O həzrət, Qumlular tərəfindən mislisiz qarşılanaraq şəhərə daxil oldu. Orada on yeddi gün qaldıqdan sonra canını Yaradana təslim etdi.
İmam Sadiq (ə)  buyurub: “ Mənim təbarımdan bir xanım Qumda dəfn olacaq. Hər kəs onu ziyarət etsə, cənnət ona vacibdir.”  (Səfinətül-bihar: c. 3, s. 936,  Fətəm maddəsi).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə