Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Ən üstün zamanlar

Qurani-Məcid insanların diqqətini Qədr gecəsi, zil-hiccənin ilk on günü, “əyyamullah” kimi zamanlara yönəldir. İnsan bu misilsiz fürsətlərdən faydalanaraq böyük mükafat ləyaqəti əldə etməlidir.
Zil-hiccənin ilk on gecəsi
Qurani-Məciddə bildirildiyi kimi, zilhiccənin ilk on gecəsi xüsusi üstünlüyə malikdir. Təməttö ümrəsi və həcc bu günlərdə yerinə yetirilir. Bu on günün doqquzuncu günü Ərəfə günü, onuncu gecəsi Məşərdə dayanış günü, onuncu günü Qurban bayramı günüdür.
Zilhiccə ayında ümmətin salehləri və ləyaqətliləri fövqəladə təlaş göstərib vaxtlarını ibadət və bəndəliklə keçirirlər. Bu günlərin çox böyük üstünlüyü, fəzilət və bərəkəti var. Həzrət Peyğəmbər (s) buyurur: “Allah üçün bu günlərin xeyir əməl və ibadəti bütün başqa günlərin xeyir əməl və ibadətlərindən üstündür.”
“Əyyamullah” (“Allahın günləri”)
“Əyyamullah” dedikdə mömin ümmətə ilahi mərhəmət, fasiq cəmiyyətə qəzəb dövrü nəzərdə tutulur.
Əyyamullaha diqqət, bu dövrdə baş vermiş hadisələrdən ibrət götürmək çox bəyənilmişdir. Allah-təala ümmətlərin inkişaf və oyanışı üçün bu günləri mühüm saymışdır: “Həqiqətən, Musanı nişanələrimizlə göndərdik ki, öz qövmünü qaranlıqlardan işığa çıxarsın, onlara Allahın günlərini xatırlatsın...”
Deyilənlərdən əlavə, insanın günahdan uzaqlaşdığı, ibadətə başladığı, tövbə etdiyi, Allah dərgahına üz tutduğu vaxt rəvayətlərdə və ilahi qaynaqlarda ən üstün vaxtlardan sayılmışdır.





Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifdə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə