Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) həyatı Həqiqətlər Əhli-beyt (ə) üfüqündən doğur

Həqiqətlər Əhli-beyt (ə) üfüqündən doğur

Əhli-beyt (ə) iman baxımından ən üstün mərhələdə, əxlaq baxımından ən yüksək dərəcədə, təlaş baxımından ən uca məqamda qərar tutur.
Bu həqiqətlər Əhli-beyti (ə) elə bir dərəcəyə çatdırmışdır ki, onlar ilahi ad və sifətlərin, izzət sahibinə məxsus əxlaqın doğuş nöqtəsi olmuşlar.
İmam Hadi (ə) Əhli-beyt (ə) haqqında bəzi həqiqətləri belə yada salır: “Salam olsun sizə, ey Peyğəmbər əhli-beyti (ə), risalət məkanı, mələklərin gəl-get nöqtəsi, mərhəmət mədəni, elm xəzinəsi, səbrin zirvəsi, böyüklüyün kökü, ümmətlərin həqiqi rəhbərləri, nemət sahibləri, salehlərin yardımı, siyasi xadim, şəhərlərin möhkəm sütunları, iman qapıları, mehriban Allahın əmanətçiləri, pak şəcərə, peyğəmbərlərin elçiləri, aləmlərin Rəbbinin seçdiyi ailə! Salam olsun sizə, hidayət imamları, qaranlıq gecənin çıraqları, təqva nişanələri, düşüncə sahibləri, kamil əql daşıyıcıları, insanların sığınacağı, peyğəmbər varisləri, ən üstün nümunələr, yaxşılığa dəvət edənlər, dünya və axirət əhlinə Allahın dəlilləri! Salam olsun sizə Allahla tanışlıq məhəlli, haqqın bərəkət məskənləri, peyğəmbər canişinləri, Allah rəsulunun övladları, Allahın hikmət xəzinələri, ilahi sirri hifz edənlər, Quran daşıyıcıları, Allaha doğru dəvət edənlər!”


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə