Bz.er09162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 9-cu günü

Zi-hiccə ayının 9-cu günü

1. Ərəfə günü
2. Həzrət Müslüm ibn Əqilin şəhadəti
3. “Səddül-əbvab”  hadisəsi
1. Ərəfə günü
Bu günün adına bayram deməsələr də, zi-hiccə ayının 9-cu günü,  islamın böyük bayramlarından hesab olunur. Bu gün,  Allha –taala, Öz bəndələrini ibadət və itaətə çağırıb özünün səxavət süfrəsini bəndələri üçün açmışdır. Şeytan bu gün, rüsvay, həqirət olnumuş və qəzəbli olur.   Böyük həcc mərasimində ərəfə gününün zöhr vaxtından başlayaraq ərəfat səhrasına durub qürubadək mə`şərül-harama tərəf gedirlər, zəvvarlar özlərini həccin digər əməllərini yerinə yetirmək üçün hazırlayır.
Rəvayətdə belə yazılır ki, həzrət Zeynülabdin (ə) ərəfə günündə bir dilənçini gördü. Dilənçi, camaatdan kömək istəyirdi. O zaman, İmam (ə) buyurdu:
“Vay olsun sənə! Bu gün, Allahdan qeyrisindən kömək diləyərlər?! Halbuki ərəfə günü Allahın rəhməti, ana bətnində olan uşaqlara da şamil olur.  (Məfatihül-cinan: Ərəfə gününün əməlləri)
2. Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Hicri təqvimi 60-cı il, zi-hiccə ayının 9-cu günü, İmam Hüseynin (ə) Kufə şəhərində olan nümayəndəsi və onu kömək edib mənzilində yerləşdirən cənab Hani ibn Ürvə şəhadətə çatdlılar. (Əl-İrşad: c.2, s. 66 – Biharül-ənvar: c. 44, s. 363)
Müslüm ibn Əqil dövrünün təqvalı və seçilmiş şəxsiyyəti hesab olunurdu. İmam Hüseynin (ə) göstərişi ilə Kufə camaatının nə qədər sədaqətli olmasını təyin edib İmam xəbər çatdırmaq üçün bu şəhərə gəlmişdi. Çünki Kufə camaatı minlərlə məktub yazıb İmam Hüseyni (ə) dəvət etmişdilər. Onlar öncə həzrət Müslümü (ə) istiqanlı qarşıladılar. Übeydullah Kufə şəhərinə hakim təyin olunanda onun yalan vədlərinə uyub qorxu və cahillik üzündən İmam Hüseynin (ə) müdafiə edən şəxsdən əl çəkdilər. Həzrət Müslüm (ə), ibn Ziyadın əlaltılar tərəfindən tutulub nəhayət son dərəcə qərib və məzlumcasına şəhadətə çatdı.
Düşmənlərin, ney dəstələrini yandırıbı dam üzərindən həzrət Müslümün (ə) üstünə atmaları onun məzlumluğunu anlamaq üçün kifayətdir. İbn Ziyad, həzrət Müslümü görəndə Əmirəlmöminə (ə), İmam Hüseynə (ə) və Əqilə, nalayiq sözlər deməyə başladı. Darül-imarənin (qəsrin) üstündə O dəyərli şəxsin başını susuz halda, bədənində ayırıb bədənini qəsrin üstündən yerə atdılar. Şəhadətə çatıddan sonra onun Mübarək ayağına ip salıb, bədənini Kufə bazarında sürükləyirdilər. Sonra onun mübarək bədənini dara çəkib mübarək başını Dəməşqə yolladılar. Onun pak bədəninin dəfn olunması haqqında iki nəzər söylənilib:
Bir nəzərə görə Haninin qəbiləsindən bir qrup gəlib o ikisinin pak bədənlərini dəfn ediblər. Başqa bir nəzərə görə Meysəm Təmmarın zövcəsi bir neçə nəfərlə - o cümlədən Hani ibn Ürvənin zövcəsi bir neçə köməyi - o cümlədən Hani ibn ibn Ürvənin zövcəsi ilə gecə yarısı gəlib onların bədənini Peyğəmbər (s) Kufədə, Məscidi-ə`zəmin yaxınlığına aparıb dəfn etdilər. (Əl-İrşad: c.2, s. 66 – Biharül-ənvar: c. 44, s. 363).
Hani ibn Ürvənin şəhadəti
Cənab Hani Peyğəmbərin (s) səhabələrindən, xas şiə və Əmirəlmöminin (ə) ürəkdən sevənlərdən sayılırdı. Süffeyn,  Cəməl və Nəhrəvan döyüşlərində o həzrətin xidmətində idi.
O, müzhic tayfasının böyüyü və öz qəbiləsi arasında çox nüfuza sahib idi. Kufəlilər öz əhd-peymanını sındırıb öz vəfasızlıqlarını Əhli-beyt (ə) və Müslüm ibn ibn Əqilə sübut etdikdən sonra cənab Hani o həzrət sığınacaq verdi.  Ondan sonra xəbis Məhəmməd ibn Əş`əs, onu və bir qrup şiəni həbs etdi.
Müslüm ibn Əqilnin (ə) şəhadətindən sonra Haninin baş-burnun sındırıb məlun ibn Ziyad göstəriş verdi ki, onun başını qoyun bazarda bədənindən ayırdılar.  Onu, ayağına ip bağlayıb, Müslüm ibn Əqilin (ə) bədəni ilə birlikdə yerdə sürükləyib sonra dara çəkdilər. (Məraqidi-məarif: c. 2, s. 318 – Müntəxəbül-təvarix: s. 294-295)
3. “Səddül-əbvab” günü
Zi-hiccə ayının doqquzu, islamın əziz peyğəmbərin (s) göstərişi ilə, bütün səhabələrin evinin qapıları Peyğəmbər məscidinə bağlandı. Xüsui ilahi göstərişlə Əmirəlmöminin (ə) qapısı isə bağlanmadı. (Təvaziül-məqasid: s. 30)
Səhabələrdən bir qrupu ərz etdilər: “Ya Rəsuləllah (s)!  Nə üçün bütün qapılar bağlandı, Əlinin (ə) qapısından baqşa?”
Həzrət cavab verdi: “Mən, Rəbbin vəhyinə tabeyəm.”
Başqa bir rəvayətdə yazılıb ki, həzrət bir xütbə əsanasında buyurdu:
“Ey camaat! Allah-taala Musa və Haruna əmr etdi ki, elə evlər tiksinlər ki, o evlərə cənabətlilər beytutə etməsinlər, oraya qadınlar daxil olmasınlar. Harun və onun övladarından başqa. Əli ibn Əbu Talibin (ə) məqamı, mənim yanımda Harunun Musanın yanında daşıdığı məqamı kimidir. Elə isə heç bir cünub qadın üçün mənim məscidimə daxil olmaq halal deyil.” Sonra Peyğəmbər (s) qalxıb buyurdu: “ Bir qrup çöldə olduqlar ilə razı deyil ki, Əli ibn Əbu Talib (ə) hər zaman və hər halda məsciddə olsun.  And olsun Allaha! Onları mən çölə çıxarmadım və Əlini (ə) məsciddə mən sakin etmədim . Mənə görə onun məqamı Harunun Musaya (ə) görə daşıdığı məqam kimidir.” Sonra Əlinin (ə) fəzilətləri əsnasında buyurdu:  “ Hər kəs, bu mövzudan narahat olsa, oraya getsin.”  Bunu buyurarkən Şama tərəf işarə etdi.
“İləlüş-şərae”, c. 1, s. 262. – “Təzkürətül-xəvas: s. 46)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə