Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Dörd quş

Dörd quş
Nəmrud yenidən İbrahimlə mübahisə etmək qərarına gəldi.
Ona demək istəyirdi ki, mən dirildib, öldürürəm. Amma, sənin Rəbbinin belə işə qüdrəti çatmır. Yalnız sən onun barəsində belə düşünürsən. Yenidən İbrahimi (ə) zindandan çıxarıb, Nəmrudun yanına gətirdilər. Nəmrud İbrahimə dedi:
-Sən demədinmi ki, Rəbbin dirildir və öldürür? Elə isə onu mənə göstər!
İbrahim (ə) səmaya üz tutub dedi:
-Mənim Rəbbim istədiyi hər bir işə qadirdir.
O, əllərini göyə qaldırıb dedi:
-İlahi ölüləri necə diriltdiyini mənə göstər!
Allah buyurdu:
-Ey İbrahim, yoxsa imanın yoxdurmu?
İbrahim (ə) dedi:
-Niyə? Mən iman gətirmişəm. Amma, ürəyimin rahat və arxayın olmasını istəyirəm.
Allah ona vəhy etdi ki, dörd quş tutub, onları öldürsün. Sonra isə onların ətlərini bölüb, dörd dağın zirvəsinə qoysun. İbrahim (ə) bıçağı götürüb, dörd quşun başını kəsdi. Onların ətlərini dörd dağın başına qoydu.
Allahdan başqa heç kim ölmüş quşları yenidən həyata qaytara bilməz. İnsana, heyvana, bitkilərə yaşayış və həyat bəxş edən Allahdan başqa heç kəs buna qadir deyil.
İbrahim (ə) dağların arasında dayanıb, ucadan dedi:
-Ey ölmüş quşlar! Allahın əmri ilə mənim yanıma gəlin!
Bu zaman qəribə bir hadisə baş verdi. Quşların başı onların bədənlərinə, qanadları əvvəlki yerlərinə qayıtdı. Onlar dirildilər. Ürəkləri döyünməyə başladı. Qanad çalıb, uçmağa başladılar. Sonra isə İbrahimin (ə) ayağının yanında yerə qondular. İbrahim (ə) yaradan və qüdrətli Allaha səcdə etdi. Amma, Nəmrud yenidən küfr etdi. O fərman verdi ki, İbrahimi (ə) yenidən zindana salsınlar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə