Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Məhərrəm ayının 12-ci günü

1. Kərbəla şəhidlərinin dəfni
2. Kərbəla əsirlərinin Kufəyə daxil olması
3. İmam Səccadın (ə) şəhadəti

1. Kərbəla şəhidlərinin dəfni
Hicri təqvimi ilə 61-ci ildə məhərrəmin on ikinci günü Bəni-Əsəd qəbiləsindən bir qismi imam Hüseyn (ə) və onun əshabının pak bədənini dəfn etmək üçün  Kərbəlaya gəldilər. Bədənlər başsız və çoxunun qılınc zərbəlri nəticəsində parça-parça olduğu üçün tanınması mümkün deyildi. Bəni-Əsəd bu mənzərinin önündə heyrətləndi. Bu zaman imam Səccad (ə)  ilahi bir möcüzə ilə oraya təşrif gətirib bədənlərin kimliyini bir-bir onlar tanıtdı. O həzrət (ə) uca atasının pak cəsədini şiddətlə ağladığı halda özü dəfn etdi. Sonra qəbrin üzərində bu sözləri yazdı: “Bu məzar,susuz və qərib halda qətlə yetirilən Hüseyn ibn Əli ibn Əbu Talibindir.”
2.  Kərbəla əsirlərinin Kufəyə daxil olması
Hicri təqvimi ilə 61-ci il, məhərrəm ayının on ikinci günü, sübh vaxtı Əhli-beytin (ə) əsirləri Kufə daxil oldular. Şəhidlərin müqəddəs başlarını məhmilin önündə tərpədib hərəkət etdirirdilər. O karvanı şəhərin bütün küçə və bazarlarında dolandırdılar. Rəvayətçi, bu hadisənin bir bölümü haqqında belə deyir: “Gödüm ki, Kufə camaatı məhmildə ac halda oturan kiçiklərə çörək və xurma verirdilər. O zaman həzrət Ümm Gülsüm bu mənzərəni müşahidə etidikdə fəryad etdi: “Ey Kufə camaatı! Bizim sülaləyə sədəqə haramdır.” Çörək və xurmanı uşaqların əlindən alıb qaytarırdı. Kişi və qadınların şivən səsi ucalmışdı ki, həzrət Ümm Gülsüm yenə də buyurdu: “Ey Kufə camaatı! Kişiləriniz bizi öldürür, qadınlarınız isə bizə ağlayır? Allah, qiyamət günü bizimlə sizin aranızda hökm edəcək.” Bu  zaman həzrət Zeynəb (ə.s) həzrət Fatimeyi-Suğra (ə.s) həzrət Ümm Gülsüm və imam Zeynəlabidin (ə) hər biri ayrıca çıxışlarla onlara xitab etdilər. Bu çıxışlarda Əhli-beytin (ə) fəzilətlərinə əlavə olaraq, imam Hüseyn (ə) və onun əshabının məzlumluğu, Kufəlilərin vəfasızlığı və beyətsındırması xatırlanaraq , Yezidin hökuməti ifşa olunub.  
3. İmam Səccadın (ə) şəhadəti
Bir rəvayətə əsasən imam Səccadın (ə) şəhadəti hicri təqvimi ilə məhərrəm ayının on ikinci gününə təsadüf edir. Həzrət Zeynəlabidin (ə) şiə tarixinin məzlum və qapalı dövründə yaşadı. Ona görə də camaat arasında aktivlik göstərə bilmiridi. Belə bir vəziyyətin hökm sürməsinə baxmayaraq, mümkün olan hər bir halda islam dininin hökm və məsələlərini xalqa çatıdırırdı. O cümlədən, ən mühüm etiqadi, əxlaqi, ictimai və s. məsələlərin bir çoxunu dua şəklində şiələr üçün açıqlayırdı. O böyük şəxsiyyətin imamlıq dövrü 34 il sürdü. Nəhayət Əbdülməlikin oğlu tərəfindən zəhərlənib şəhadətə çatdı. Onun pak cənazəsi Bəqi məzarlığında dəfn olundu.
sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə