Bz.er12182017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Səfər Səfər ayının 1-ci günü

Səfər ayının 1-ci günü

1. Süffeyn müharibəsi
2. Əhli-beytin (ə)  əsirlər karvanının Şama daxil olması
3. Süffeyn müharibəsi
Hicri təqvimi ilə səfər ayının 1-də Süffeyn müharibəsi baş verdi. Hadisə belə başladı: təqvalılar mövlası həzrət Əli (ə) camaatın təzyiqi ilə  zülmə və ədalətsizlikdən, ələvi ədalətindən yoruub zahiri xiləfəliyi qəbul edib, camaata vəd verdikləri şəkildə hər bir xilaf və zülmə əl atdılar.  O səbəbdən özünün xəlifəliyinin ilk günlərində hökumətə səlahiyyəti olmayan Müaviyənin göstərişini tətbiq etdilər. O isə, tam mənada quldurcasına Əmirəlmömininin (ə) fərmanından boyun qaçırıb həzrətin hökumətini zəiflətmək və  dövlətin qanunları pozmağa çalışırdı. Ona görə də həzrət, cəməl fitnəsi sona çatdıqdan sonra özünü bu zalımın tüğyanına hazırladı.
Əmirəlmömininin (ə) və Müaviyənin orudusu Süffeyn adlı bir yerdə Rüqqə şəhərinin cənubunda, Fərat çayının kənarında üzləşdi. Sıraya düzüldülər. Təqvlılar mövlası həzrət Əlinin (ə) məktubları Müaviyənin daş qəlbinə təsir etmədikdə, hicri təqvimi ilə 38-ci il, səfər ayının əvvəlində döyüş qaçılmaz oldu. (Tətimmətül-muntəha, səh. 39)
Döyüş boyu ismət, kərəm və paklıq sülaləsindən cilvələr zühur edirdi. Müaviyyənin ordusu neçə dəfə suyu ələ keçirsələr də təqvalılar Mövlasının (ə) qoşunu onu yenə də geri aldılar. Xəbis Müaviyyə onu ələ keçirəndə həzrət Əlinin (ə) sudan istifadə etməsiə mane olurdu.  Amma islam qoşunun əlinə keçəndə ondan Müaviyyənin qoşnunun istifadə etməsinin qarşsını almırdı. Orada bir lütf də gerçəşləşdi. Belə ki, suyun xilas olması bir dəfə İmam Hüseynin (ə) əli ilə həyata keçdi. Şəhidlər Ağası da onların sudan istifadə etməinin qarşıını alımdı. Əlbəttə, kərəm və lütf sülaləsindən bunu gözləməmək olmazdı. Əhli-beytin (ə) zatı lütf və kərəmdən ibarətdir. Əhli-beyt (ə) düşmənlərinin zatı isə xəbislik və pislikdir.
Bu minvalla Muaviyyə qoşununda məğlubiyyət əlamətləri görünəndə Əmr ibn As hiyləyə əl atdı. Onun göstərişi ilə  Müaviyyənin qoşunu Quran səhifələrini nizələrin basınca sancdılar və fəryad etdlər ki, sizinlə bizim aramızda Quran hakim oslun. Onlar bu vasitə ilə mütləq ölümdən xilas olmaq istəyirdilər. Həzrət Əlinin (ə) qoşunu aldanıb döyüşü sona çatdırmağı və o həzrətin həkəmiyyəti olmasını istədilər. Həzrət , qoşunun döyüşü davam etdirməyi və qələbənin bir neçə addımında hasil olacağı ilə razışlaşdırmaq üçün anlatmağa çox çalışsa da nəticə vermədi. Nəhayət həzrəti hədələyib həkəmiyyəti qəblul etməyə vadar etdilər. Çoxlu israrlarla Əbu Musa Əş`ərini həzrətin qoşununun mühakimi təyin etdilər. Həzrət Əli (ə) son dərəcə məzlumcasına bu barədə buyurub: “Mən bu gündən öncə sizin Əmiriniz idim. Lakin bu gün fərmandan böyür qaçırdınız və məni mə`mur etdiniz. “
Həkəmiyyətdə də Əbu Musa, Əmr Asın hiyləsinə aldandı. Həzrət Əlini həkəmiyyəti qəbul etməyə məcbur edən şəxlər onu inkar etdilər, xəvaric qrupunu yaratdılar. (Tətimmətül-müntəha, s. 46)
2. Əhli-beytin (ə) əsirlər  karvanın şama daxil olması
Hicri təqvimi ilə 61-cı il, səfər ayının ilk günü Əhli-beytin (ə) əsirlər karvanı Şam şəhərinə daxil oldular. Şam şəhərinin əhalisi Müaviyənin mənfi təbliğatı nəticəsində Əhli-beytin (ə) ziddinə olaraq pak islama yad baxır, Müaviyənin islamına üz tutmuşdlar. Məl`un Yezid, Şam əhalisinə göstəriş vermişdi ki, Əhli-beytin (ə) Şama daxil olması münasibəti ilə şadlıq şənlik məclisi qursunlar. (Müntəhayül-ə`mal, s. 519)
Peyğəmbərin (s)  səhabələrindən olan Səhl ibn S`əd Sa`idi nəlq edir ki, Beytül-müqəddəsə hərəkət edən zaman yolüstü Şama çatdım. Şəhərə daxil olan zaman şəhəri bəzənmiş və şənliyə hazır gördüm. Qadınlar təbil və dəflərlə şənliyə tələsirdilər. Elə təsəvvür etdim ki, bu məntəqədə bayram var ki, mənim ondan xəbərim yoxdu. Axtarış və sorğulardan sonra anladım ki, təəssüf! Camaatın şənliyinin səbəbi qəlbləri dağlanmış Əhli-beytin (ə) Şama daxil olmasıdır.
Alçaq şamlılar, məl`un Yezidin göstərişini yerinə yetirmək də səhlənkarlıq etməmişdilər. Evlərin damlarına rəngarəng bayraqlar sancıb hər bir keçid də şərab məclisi qurmuşdular. Camaat dəstə-dəstə şəhərin darvazasına tərəf axışırdı ki, əsirlərin karvanına tamaşa etsinlər. (Müstədrəküs-səfinətül-bihar: c. 6, s. 294 )
Əhli-beyt şəhidlərinin (ə) müqəddəs başlarını Saat darvazasından içəri daxil etdilər. Ən öndə Bəni-haşimin qəməri həzrət  Abbasın (ə) nurlu başı idi. Başlar arasında Şəhidlər Ağasının (ə) pak başı dodaqlarında təbəssüm olduğu halda, əzəmətli, fövqəladə bir cah-cəlalla gözə dəyirdi.  Şərəfli saç-saqqalını külək sağa-sola tərəf tərpədirdi. (Müntəhayül-ə`mal, s. 594)
Səhl ibn Sə`d Sa`idi deyir:  “İmam Səccadın xidmətinə yetişdim salam və ədəblə özümü tanıtdım.  İmam mənə buyurdu:  “Bacararsansa, atamın başını aparan nizətutana pul ver ki, onu aramızdan aparsın, Peyğəmbər (s) həriminə tamaşa edənlərin sayı azalsın.” Səhl, sözün davamında deyir: Gedib ona dörd yüz dinar qızıl verdim və  ona dedim ki,  başları qadınların arasından çıxar. O da razılaşdı, onları qadınların arasında çıxartdı.” (Müntəhayül-ə`mal, s. 591)
Şamda ismət və paklıq Əhli-beyitinin (ə) başına gələnləri yazmaqda qələm acizdir. Elə bu bəsdir ki, Seyyidüs-Sacidin (ə) Alullahın (ə) Şamdakı böyük müsibətinə qatlaşdı, “kaş olmayaydıq və Şam şəhərin bu vəziyyətdə görməyəydik” deyə arzuladı. (Müntəhayül-ə`mal, s. 616)
(Əl-dəm`ətül-sakibə, c. 5, s. 105)
http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə