Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 10-cu günü

Rəbiül-əvvəl ayının 10-cu günü

1. Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
2. İslamın əziz Peyğəmbərinin (s) böyük babası Əbdülmütəllibin vəfatı
3. Malik ibn Ənəsin ölümü

Read More 1. Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Belə bir gündə islamın əziz Peyğəmbəri (s) 25-yaşında, yəni besətdən 15 il öncə Qüreyşin böyük xanımı həzrət Xədicə binti Xuvəylid ilə izdivac etdi. (Tarixi-Təbəri, c. 4, s. 522 –Biharrül-ənvar, c. 45 s. 378)
Rəvayət və hədislərdən belə məlum olur ki, həzrət Xədiceyi-Kubra (ə) atadan qalan mal-mülkdən başqa onun çoxlu sərvət və əmlakı var idi. O ağıl və nüfuzda da üstünlüyə malik idi. Əqəbə ibn Əbi Məit, ibn Əbi Şəhab, Əbu Cəhl, Əbu Süfyan kimi çox sərvətə sahib olan şəxslərin hər biri ayrıca Əbu Süfyanın elçiliyinə gəlmişdilər. Lakin o, qəbul etməyib nəhayət Peyğəmbərlə (s) evlənməyi qəbul etdi. Bu izdivac xüsusi tərz və mərasimlə həyata keçdi.
Bəli! O, illər öncə o həzrətin peyğəmbərliyə çatmasını gözləyirdi. O, həmişə kitab əhlindən onun peyğəmbərliyinin əlamətləri haqqında soruşurdu. Peyğəmbər (s) 40 yaşında peyğəmbərliyə təyin olunanda o, islam dininə qoşulan ilk qadın oldu. Peyğəmbər (s) də ona çox sevgi bəsləyirdi.
- Xədicədən yaxşısı mənə qismət olmadı-
Aişə deyir: “Çox az olurdu ki, Peyğəmbər (s) evdən çölə çıxanda Xədicəni yaxşılıqla xatırlamasın. O qədər ki, bir gün həsəd odu məndə şölələndi və dedim: “Ey Allahın Rəsulu! Nə vaxtadək Xədicəni xatırlayacaqsan?! O, qoca arvaddan artıq deyildi. Allah ondan yaxşısın sənə mərhəmət edib.”
Bu zaman Allahın Rəsulu (s) bərk qəzəbləndi və buyurdu: “ And olsun Allaha! Xədicədən yaxşısı mənə qismət olmayıb! Camaatın kafir olduğu zamanda o, mənə  iman gətirdi. Camaat məni təkzib etdiyi zaman o, mənim peyğəmbərliyimi təsdiq edib. Camaat məni özündən uzaqlaşdıranda o, öz malını mənim ixtiyarımda qoydu. Allah-taala mənə Xədicədən övladlar ruzi verdi və sənin səni isə sonsuz etdi.” (Rəyahinüş-şəriə, c. 2 s. 211)
Həzrət Xədicə (ə.s) 24 il Peyğəmbərlə (s) ömür sürdü. Bu müddət ərzində o həzrətin kədərinə şərik oldu. O böyük xanım, özünün böyük sərvətini islam dinini təbliği və inkişafı üçün Peyğəməbərin (s) ixtiyarında qoyub bu səmavi dinin irəliləməsində böyük rol oynadı.
Allah-taala ona iki oğlan - Qasım və Əbdüllah, dörd qız – Fatimə (ə.s), Ümm-Gülsüm, Zeynəb və Rüqəyyəni əta etdi. (Məcmueye-zendeqaneyi çahardəh mə`sum (ə), s. 222)
Həzrət Xədicənin fəziləti üçün bu kifayət edir ki, o, islamın böyük xanımı – cənnət xanımlarını Seyyidəsi həzrət Siddiqeyi-Tahirə Fatimeyi-Zəhran (ə.s), məsumların (ə) böyük nənəsinin anasıdır.
2. İslamın əziz Peyğəmbərinin (s) böyük babası Əbdülmütəllibin vəfatı
Əbu Haris Əbdülmütəllib ibn Haşim ibn Əbd Mənaf təkcə Qüreyş qəbiləsinin böyüyü deyil, ərəbin böyüklərindən hesab olunurdu. O, uca məqamlı, bəyənilmiş sifətlərə, tərifli rəftara sahib idi. Qüreyş onun böyüklüyünü qəbul edir, onun varlığı ilə fəxr edirdilər. Ona görə də ona aşağıdakı ləqəbləri vermişdilər:
Seyyidül-Bətha, Saqiyi-haciyan və Hafiriz-zəmzəm
Xülasə odur ki, camaata hər bir problem və quraqlıqda ona müraciət edirdilər.
-Bir nəzrin əhvəlatı
Əbdülmütəllib nəzr etdi ki, Allah-taala ona oğlan əta etsə, onlardan birini cəddi İbrahim  (ə) kimi qurbanlıq etsin.  Allah-taala onun istəyini verdikdən sonra o, öz nəzrini yerinə yetirmək istəyirdi. Ona görə də oğlanları arasında püşk atdı. Püşk, onlar arasında Abdullah – Rəsulullahın (s) atasının adına düşdü. Əbdülmütəllib öz nəzrini yerinə yetirmək istədikdə,  ana tərəfdən yaxınları ona mane oldular. Nəhayət böyüklərdən birini göstərişi ilə onun yerinə o zamanın bir nəfər diyəsi miqdarı olan yüz dəvə qurbanlıq kəsdilər.
Peyğəmbər (s) kiçik yaşda olarkən Əbülmütəllib, həmişə ona nəvaziş göstərir və onu ətrafdakılara da tapşırardı. Hətta onun ölümü  ilə nəticələnən xəstəliyə tutulanda həzrət Əbu Talibi (ə) yanına çağırıb ona buyurdu: “ Məhəmmədi (s) canü dildən qoru. Bu kiçik, ata-ana məhəbbəti görməyib təəccüblü gələcəyi var. Onu uşaqlıq dövründə qorumaq və ona zərər dəyməməsi məsuliyyəti sənə düşür. (Müntəhayül-amal, s. 24)
Nəhayət həzrət Əbdülmütəllib rəbiül-əvvəlin 10-cu günü – amül-fildən səkkiz il sonra – islamın əziz Peyğəmbərin (s) səkkizdən  artıq yaşı olmadığı bir zamanda əzəmətli Məkkə şəhərində gözünü dünyaya yumduy. (Vəqayeül-əyyam, s. 223)
3. Malik ibn Ənəsin ölümü
Hicri təqvimi ilə 179-cu il, rəbiül-əvvəl ayının 10-cu günü Malik ibn Ənəs – əhli-sünnənin  dörd məzhəbindən biri olan “maliki” firqəsinin başçısı, öldü və Bəqidə dəfn olundu. (Rəvzatül-cənnat, c.  7, s. 224).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə