Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

"Məvəddət" ayəsi

Әhməd, Təbərani və Hakim ibni Abbasdan rəvayət etmişlər ki, Məvəddət ayəsi Peyğəmbərə (s) nazil olan zaman müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Әqrəbalarından bizlər üçün dostluq və məhəbbətləri vacib olanlar kimlərdir? O həzrət cavab verdi:
«Onlar Әli, Fatimə və oğlanlarından ibarətdir»
Bəzzaz və Təbərani nəql edirlər: «İmam Həsən ibni Әli (ə) bir gün xütbə oxuyaraq belə buyurdu:
«Məni tanıyanlar tanıyır, tanımayanlar da bilsinlər ki, mən Məhəmməd (Peyğəmbər (s)) oğlu Həsənəm. Bilin ki, mən sizləri (Cənnətlə) mükafatlandıran və (Cəhənnəmlə) qorxudan şəxsin balasıyam. Mən o Әhli-beytin övladıyam ki, Allah onları sevməyi bütün müsəlmanlara vacib etmişdir. (Ey Peyğəmbər müsəlmanlara) söylə ki, mən sizlərdən (çəkdiyim zəhmətlərin müqabilində) əqrabalarımı sevməkdən başqa bir şey istəmirəm. Hər kim yaxşı əməl etsə, biz də o əməlin yaxşılığını artırarıq. Ayədə işarə olunan yaxşı əməldən məqsəd biz Әhli-beytin məhəbbət və dostluğudur.» [«Әl-ithafu bihubbil-əşraf» (Şəbravi Şafeyi, səh.17-18)].
Әbulhəsən Bəğəvi öz təfsirində ibni Abbasdan belə rəvayət edir: Allah-taala Məvəddət ayəsini nazil etdiyi zaman (müsəlmanlar) dedilər: «Ey Allahın Peyğəmbəri! Bu ayədə Allah tərəfindən bizlər üçün dostluq və məhəbbətləri vacib olan şəxslər kimlərdir?! Buyurdu:
«Onlar Әli, Fatimə və iki oğlanlarıdır.»
Sədi, ibni Malikdən o da ibni Abbasdan nəql edərək deyir:
«Hər kim bir yaxşı əməl edərsə, biz də onun o əməlinin yaxşılığını artırarıq» ayəsindəki «yaxşı əməl»dən məqsəd Məhəmmədin (s) övladlarını, Әhli-beyti (ə) sevməkdir. [«Әlfüsulul-muhimmə fi əhvalil əimmə» (İbni Səbbağ Maliki, səh.29.]
Әhli-beyti (ə) sevmək, onlara itaət etmək və yollarından çıxmamaq haqqında nəql olunan hədislərin hamısını bu kitabda yazmaq mümkün deyildir. Biz onların bəzilərini seçib siz əziz oxuculara təqdim etdik. Әlbəttə, onu da qeyd edək ki, yazdığımız hədislərin tarix və hədis kitablarında özünəməxsus yeri vardır.

Oxucuların bu barədə məlumatlarının artırılması və Әhli-beytə (ə) qarşı olan məhəbbətlərinin dərinləşməsi, həmçinin onların yolunda hərəkət etməyə təşviq olunmaları və şəfaətlərinə ümüdlərinin artırılaması üçün o müqəddəslərin haqqında söylənən hədis və rəvayətlərdən bir neçəsini nəql etmək istəyirik.
Təbərani «Möcəmul-ovsət» kitabında ibni Həcərdən nəql etmişdir: «Peyğəmbər (s) ömrünün axır anlarında söylədiyi sözlər bunlar idi:
«Məndən sonra Әhli-beytimi (hüquqlarını) riayət edin.» [Bu hədisi Süyuti «Ehyaul-məyyit» (səh.20), Təbərani «Әlovsət», Heysəmi «Məcməüz-zəvaid» (9-cu cild, səh.163), ibni Hacər «Səvaiqul-məhrəqə»də (səh.90) nəql etmişlər.]Təbərani «Möcəmul-ovsət» kitabında Cabir ibni Abdullah Әnsaridən, o da Peyğəmbərdən (s) belə nəql edir:
«Ey insanlar! Hər kim biz Әhli-beytlə düşmən ola, Allah-taala qiyamət günü onu yəhudi şəklində məhşur edər.» [Bu hədisi Süyuti «Ehyaül-məyyit» (səh.22), Heysəmi «Məcməüz-zəvaid»də (9-cu cild, səh.173) Təbəranidən nəql etmişlər.]
Müslim, Termezi və Nisai, Zeyd ibni Әrqəmdən Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər:
«(Ey müsəlmanlar!) Әhli-beytimin haqqında (düşünərkən) Allahı yaddan çıxarmayın.» [«Səhihi-Müslüm (4-cü cild, səh. 1873), «Fəzailüs-səhabə», (Әli (ə) fəzilətləri fəsli), Müsnədi Әhməd» (4-cü cild səh. 366), Ehyaul məyyit (səh. 11)]

Xətib Bəğdadi öz tarixində həzrət Әli (ə) vastəsilə Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
«Mənim şəfaətim ümmətimdən o şəxslərə yetişəcək ki, Әhli-beytimi seviblər.» [Bu hədis Xətib Bəğdadinin tarixində (2-ci cild, səh. 146) bir qədər geniş şəkildə nəql edilmişdir. Eləcə də Kənzül-ümmal (6-cı cild, səh. 217, 3800-cü hədis) və «Ehyaül-məyyit» kitabında (səh. 37) rəvayət etmişlər.]
Qeyd etdiyimiz hədislər Әhli-beytin (ə) dostluğu və onları sevərək yollarında hərəkət etməyin vacib olmasını izah edən bəzi nümunələr idi.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə