Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə On ikinici İmamın (əc) peyğəmbərlərə bənzərliyi

On ikinici İmamın (əc) peyğəmbərlərə bənzərliyi

Kamaldan nəsibi olan bir kişinin rahatsızlıqlara düçar oduğunu eşitsəndə, əql adamı ona kömək etmək üçün ayağa qalxmağa, onu xilas etməyə çalışmağa  vadar edir. Bunu da edə bilməsən o xilas olunadək, onun üçün dua etməyə başlayacaqsan. Beləliklə ona qarşı sənin vücudunda şəfqət və paklıq yaranır.
İndi isə yuxarıdakı məsələyə diqqət edərək deyirik: " Bizim  Mövlamız həzrət Sahibul-zaman (əc) bütün kamal səhrədərini əhatə edib, ən üstün camal və calal məqamlarına yiyələnib. Bütün bunlarla yanaşı o zəlalət və azğınlıq əhlinin giriftarıdır.  O,  öz vətənindən, ailəsindən, evindən uzaq düşüb. Bu məsələnin nə demək olduğu, bəsirət əhli üçün tam aydındır.  Lakin müsibətinin böyüklüyü o həzrətin məqamının böyülüyü qədərdir. Elə bir şəxs ki, onun məqamını bəyan etməkdə dil aciz, düşüncə onun məqam qülləsinə yüksəlməkdə gücsüzdür. Bəlkə də bu sözlərin bir guşəsindən elə bir məsələ sənin üçün aydı olsun ki, O həzrətin zülal çeşməsini dadasan. Elə bu yerdə ona bu sözləri də əlavə edirilk:  Bil ki, onda bütün Peyğəmbər və imamların  kamalları var və o həzrət, onların məzhəridir.
Şeyx Əcəl Məhəmməd ibn Əl-Həsən Əl-Hürr Amili, "İsbatül-huda bil-nüsus vəl-möcizat" kitabında, "fəzl ibn Şazanın "İsbatür-rəc`ət"  səhih  birsənədə əsasən yazır:
İmam Sadiq (ə) buyurub:
(Hədsin mənası:)
"Düşmənlərə höccət olsun deyə bütün peyğəmbər və övsiyalırın möcüzələrini Allah-taala Qaimdə (əc)-zahir edəcək."
Əllamə Məcisli də "Biharül-ənvar" kitabında; Müfəzzəl ibn Ömər, İmam Əbu Əbdullahi-Sadiqdən nəql edir:
"O zaman, bizim Ağa- Qaim (əc), Allahın Evinə söykənib deyəcək:" Ey camaat, hər kəs Adəm və Şeys görmək istəyirsə mən, Adəm və Şeysəm. Hər kəs Nuh və övladı Samı görmək istəyirsə, bilin ki, mən həmin Nuh və Samam. Hər kəs Musa və Yuşəni görmək istəyirsə görün, mən həmin Musa və Yuşəyəm. Hər kəs İsa və Şəm`unu görmək istəyirsə mən həmin İsa və Şəm`unam. Hər kəs Məhəmmədi (s) və Əmirəl-möminini görmək istəyirsə bilin ki, mən həmin Məhəmməd və Əmirəl-mömininəm. Hər kəs Həsən və Hüsyeni görmək istəyirsə bilin ki mən həmin Həsən və Hüseynəm. Hər kəs Hüseynin zürriyyəsi olan İmamları görmək istəyirsə bilin ki mən həmin pak Əimməyəm. Dəvətimi qəbul edin və mənim yaxınlığıma toplanın. Nə deyiblərsə və nə deməyiblərsə sizə xəbər verimmi?"...

Davamı var.
Həzrətə (əc) məxsus salavatı dinlə►►
http://www.sibtayn.com/az/    

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə