Şn10202018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr Sən necə orucsan ...

Sən necə orucsan ...

 Bir gün oruc tutmuş bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər bir yeməli şey təklif edir. Qadın deyir: Ey Allahın peyğəmbəri, orucam. Peyğəmbər (s) ona deyir ki, yox sən oruc deyilsən, götür iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr edir. Qadın bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da öz fikrində oruc idi, amma bizim oruclarımız kimi zahiri oruc! Peyğəmbər ona belə buyurdu: «Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş və ya bacının ətini yeyirdin? (yəni onun qeybətini etdin). Ət yediyini sənə göstərimmi? Qus!»  Qadın birdən qusdu və ağzından bir tikə ət düşdü. İnsanın oruc tutaraq qeybət etməsinin mənası budur ki, o, cismində olan ağzını halal yeməkdən uzaqlaşdıraraq ruhunun ağzını haram yeməyə açır.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

Ramazanın hər gününündə oxunması tövsiyə olunan "İftitah" duası üçün üçün kliklə

Ramazanın hər günündə oxunması tövsiyə olunan "Səhər" duasını üçün kliklə

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə