Bz11172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Oruc

Oruc, obaşdandan ilk axşam saatlarınadək qidalanmadan çəkinməyə deyilir. Bu əməl insan orqanizminə, eləcə də onun psixoloji durumuna olduqca müsbət təsirlər göstərir. Quranda bu əməl haqqında bir neçə mərhələdə söhbət açılmışdır.
İlk mərhələdə oruc tutanlara böyük mükafat vəd edilir.
“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”

Növbəti mərhələdə oruc müsəlmanlara vacib edilmişdir.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz”519Oruc İslama qədərki dinlərdə müəyyən şəkildə (sükut orucu və s.) mövcud olmuşdur. Quran orucun tarixi haqqında iki ayədə söhbət açır. İlk dəfə orucu vacib edərkən buyurur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
Digər bir ayədə isə həzrət Məryəmin (ə) orucuna işarə vuraraq buyurur:
Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!"
Müqəddəs kitabda da yəhudi və xristianlara oruc tutmaq tövsiyə olunur və həzrət Musanın, eləcə də İsanın (ə) oruc tutması yad edilir. “Musa (ə), İliya və İsanın (ə) qırx gün oruc tutması möcüzəli şəkildə olmuşdur” . Həzrət İsa (ə) şagirdlərinə onun vəfatından sonra oruc tutmalarını tapşırardı . O həzrətin həvariləri lazım gəldikdə oruc tutardılar. Lakin bu onlara vacib olunmamışdıOrucun elmi sirləri, bəzi xəstəliklərin profilaktika və müalicəsindəki rolu haqqında bir çox həkimlər, elm adamları fikir söyləmiş, əsər yazmışlar. Əhli-beytdən gələn rəvayətlərdə də bu haqda söhbət açılmışdır ki, aşağıda diqqətinizə çatdırırıq.
1. Rəvayətlər.
Bir çox hədislərdə orucun faydaları, xüsusilə mənəvi faydası haqqında söhbət açılmışdır. Burada bir hədisi qeyd etməklə kifayətlənirik.
Peyğəmbər (s) buyurmuşdur: صوموا تصحوا “Oruc tutun ki, sağlam olasınız”
2. Oruc insanın iradəsini gücləndirir.
Bəzi həkimlər bu haqda yazırlar:
“Oruc cismani faydaları ilə yanaşı insanın ruhuna, psixikasına da müsbət təsir göstərir. Belə ki, onda emosionallıq, xeyirxahlıq, təmkin müşahidə olunur. Oruc tutan transsendental ruha, fövqəladə zəkaya malik olduğunu hiss edir”526 .
Bundan başqa oruc insana cinsi meyllərini cilovlamaqda da böyük dayaqdır. O, günahdan çəkinməyin ən uğurlu metodlarından biridir. Peyğəmbər (s) ailə qurmaqdan boyun qaçıran gənclərə müraciətlə buyurur:“Ey gənclər! Ev tədarükü olanlarınız ailə qursun. Buna gücü çatmayanlar isə oruc tutsun. Oruc onun üçün günahlara qarşı sipərdir”.
3. Orucun xəstəliklərə müsbət təsiri.
Bəzi həkimlər yazırlar:
“Günümüzdə artıq orucun bir çox xəstəliklərə müsbət təsiri sübuta yetirilmişdir. Bu xəstəliklərə aşağıdakıları misal göstərmək olar:
Həzm sistemi ilə bağlı xəstəliklər. Xüsusilə kəskin mədə iltihabı, piylənmə, ateroskleroz, qan təzyiqi, inaq, xroniki böyrək iltihabı, astma, etik və psixi anomaliya və s .
4. Orucun profilaktik faydaları.
Bəzi həkimlər yazırlar:
“Oruc insan yaşamının müxtəlif tərəflərini nizamlayan dövri ayindir. Burada insan ildə bir dəfə bu ayinə əməl etməyi zəruri hesab edir və bu onun ruhunda, orqanizmində dərin iz buraxır.
Oruc pəhriz rejimi, müalicə üsuludur. Çox güman ki, ondan ən çox yararlanan həzm sistemidir. Çünki qidalanma prossi qidanı udmaqla bitmir. Əslində bu qidalanmada ilkin mərhələdir. Qida udulduqda bütün orqanizm onu ən yaxşı şəkildə həzm etmək, sovurmaq üçün fəaliyyətə keçir. Buna görə də orqanizmdə ən işlək sistem həzm sistemidir. Digər orqanların istirahəti zəruri olduğu kimi həzm sistemi üçün də istirahət həyati əhəmiyyət daşıyır. Bu istirahətin bir ay sabit pəhriz rejimi çərçivəsində baş verməsi bir çox müsbət nəticələr verir. Bunlar aşağıdakılardır.
Orqanizmdə yığılıb qalmış artıq piylərin əriməsi (əks təqdirdə piylənmə xəstəliyi törədir).
Orqanizmdə mövcud olan zəhərli artıq maddələrin aradan getməsi.
Orqanizmdə mövcud hüceyrə və vəzilərə funksiyalarını ən yaxşı şəkildə həyata keçirmə fürsəti verir.
Böyrək və sidik kisəsinin nisbi istirahəti.
Arteriyalarda piy yığıntılarının azalması və aterosklerozun profilaktikası.
Aclıq oruc müddəti bitdikdən sonra orqanizmin reaksiyasına səbəb olur. Bu reaksiya özünü qidalanmaya meyl, gümrahlıq, aktivlik şəklində göstərir. Halbuki bundan öncə qidalanma yorucu vəziyyət almışdı. Oruc şəriətdə göstərildiyi qaydada həyata keçirilsə, ən yaxşı müalicə metoduna çevrilər. Hansı ki, bu gün Avropa alimləri müəyyən şəraitdə ac qalmağı müalicə üsulu kimi dəyərləndirirlər. Avstraliyalı həkim Barselius yazır:
“Aclığın müalicəvi funksiyası pereparatlardan istifadəni üstələyir”. Helba adlı digər həkim isə ona müraciət edən xəstələri bir neçə gün ac saxlayar, sonra yüngül qida məhsullarından istifadə etməyə icazə verərdi”.
Oruc funksiyasını itirmiş toxumalara yeni həyat bəxş edir. Elə buna görə də doktor Bachwitn “Oruc gəncliyi geri qaytara bilər” deyə bildirir.
YEKUN
Bir neçə məqama nəzər salaq.
Orucluq ayini və orucun vacib edilməsi peyğəmbərlərin (ə) bəşərə təqdim etdiyi ilahi hədiyyədir.
Orucun müalicəvi və profilaktik əhəmiyyəti tam aydındır. Bu elmi məslədir və ilahi dinlərdə də mövcud olmuşdur. O dönəmdə insanların orucun elmi hikmətini bilmədikləri halda icbari şəkildə tutmalarını nəzərə alsaq, bunun ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar. Əlbəttə, belə bir ehtimal da mövcuddur ki, qidalanma ilə bağlı pəhriz rejimi daim müalicəvi üsul kimi həyata keçirilmişdir. Oruc isə bu tibbi metodun təsdiqi kimi göstərilmişdir. Lakin bu ehtimal yanlışdır. Çünki ilahi dinlərə görə oruc sağlam insanlara vacibdir. Xəstələr isə bu hökmdən istisnadır. Halbuki pəhriz rejimi tibdə xəstələrə tətbiq olunur.

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə