Bz.er11192018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Sadiq (ə) Məqalələr Həqiqi tərəfdarlarn sayı nə qədərdir ?!

Həqiqi tərəfdarlarn sayı nə qədərdir ?!

 

 

 

İmam Sadiq əleyhissəlamın səhabələrindən biri olan Südeyr Seyrofi deyir ki İmam Sadiq əleyhissəlamın yanına gedib dedim: “Nə üçün (sakit) oturmusunuz?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Südeyr məgər nə hadisə baş verib?!”

Dedim: “Dost şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm.”
- Səncə onlar neçə nəfər olar?
- Yüz min nəfər.
- Yüz min nəfər?
- Bəli bəlkə də iki yüz min.
- İki yüz min?
- Bəli bəlkə də dünyanın yarısı.”
Bu söhbətdən sonra İmam Sadiq (əleyhissəlam) Südeyrlə birlikdə Yənbə adlı bir yerə gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr, əgər bizim dost və tərəfdarlarımızın sayı bu keçi balaları qədər olsaydı biz sakit oturmazdıq.”
Bu hədisdən belə nəticəyə gəlirik ki İmam Sadiq əleyhissəlamın fikri qətiyyən belə olmuşdur ki təkcə hakimiyyətə gəlmək kifayət etmir nə qədər ki, hökumət camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur köhnə rejimi aradan götürüb yeni - əsl İslami rejimi qurmaq qeyri-mümkündür.

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə