Çr.ax04302024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Ən xeyirlilər

 Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi «Mənaqib» kitabının 17-ci bölümündə, sizin böyük müfəssirlərinizdən olan Hakim Əbül Qasım Ubeydullah bin Əbdullahil əl-Həskani «Şəvahidut-tənzil fi qavaidil-təfsil» və Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayətut-Talib», Sibt ibin Cuvzi «Təzkirətul-xuvasul-uməti fi mərifətil-əimməti» kitabında, Munzir bin Məhəmməd bin Munzir, məxsusən Hakim rəvayət etmişlər ki, (sizin böyük alimlərinizdən olan) Hakim Əbu Əbdullah Hafiz, mərfu bir sənədlə bizə xəbər verdi ki, Əmirəl-möminin Əli ibn Əbu Talibin (kərimullah vəchihu) katibi Yezid bin Şərahil o həzrətin belə buyurduğunu eşdiyini nəql edir: «Xatəmul-ənbiya (s) vəfat anında, mübarək kürəyi köksümün üzərində ikən, buyurdu: «Ya Əli! Allah-təalanın; «İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir» buyurduğunu eşitmədinmi? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda,  غراً محجلين (üzü ağ olanların rəhbəri) deyə çağrılacaqsınız».

 

Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə