Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Əhli-beyt (ə) dostları üçün "dəfn gecəsi namazı"

Maraqli

Əhli-beyt (ə) dostları üçün "dəfn gecəsi namazı"

Mərhum Mühəddis, Hacı Molla Fəthəli Sultanabadidən nəql edir: Mənim adət və yolum belə idi ki, Əhli-beyt (ə) dostlarından hər kəs dünyadan getsəydi onun ölüm xəbərini eşidən zaman onun üçün dəfn gecəsində iki rükət namaz qılardım, onu tanısydım da, tanımasaydım da.

Mənim bu işimdən heç kim xəbərdar deyildi, o zamana kimi ki, dostlardan biri məni yolda görüb görüşdü və dedi: Dünən yuxu gördüm, filan şəxsi ki, bu günlərdə vəfat etmişdi. Öləndən sonra başına gələnləri ondan soruşdum və dedi: Mən çətinlikdə və bəlada idim, o zamanadək ki, filan şəxsin –sizin adınızı dedi- iki rükət namazı məni əzabdan xilas etdi. Allah onun atasını rəhmət etsin, bu ehsana görə ki, ondan mənə çatdı. Mərhum Hacı Molla Fəthəli dedi ki, bu zaman o məndən soruşdu ki, o namaz nə namazdı? Mən də ona özümün əmvat üçün davamlı etdiyim  adətimi ona dedim.

Mənbə: “Mənazilül-axirə”, Mühəddis Qumi, səh. 18

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə