Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Allah dünyanı yumurtaya yerləşdirə bilərmi?

Maraqli

Allah dünyanı yumurtaya yerləşdirə bilərmi?

İmam Sadiq ələyhis-səlamın görkəmli və ayıq şagirdlərindən biri də Hişam ibn Həkəmdir. Bir gün Allahı inkar edənlərdən biri olan Əbdullah Dəysani ilə rastlaşır və Dəysani ondan soruşur:
- Sənin Allahın varmı?
Hişam: - Bəli.
Əbdullah: - Sənin Allahın qüdrətlidirmi?
Hişam: - Bəli, həm qüdrətli və həm də hər şeyə müsəllətdir (hər şey Onun əlindədir).
Əbdullah: - Sənin Allahın bütün dünyanı bir yumurtaya elə sığdıra bilərmi ki, dünya kiçilməsin və yumurta böyüməsin?
Hişam: - Bu sualın cavabı üçün mənə möhlət ver.
Əbdullah: - Sənə bir il möhlət verirəm.
Hişam miniyə süvar olub həzrət İmam Sadiq ələyhis-səlamın hüzuruna gəldi və ərz etdi:
- Ey Allahın Rəsulunun övladı, Əbdullah Dəysani yanıma gəlib sual soruşdu məndən ki, onun cavabı üçün Allah və sizdən başqa bir söykənəcəyim yoxdur.
İmam: O nə soruşdu?
Hişam dedi: Allahın buna qüdrəti varmı ki, dünyanı o ölçüsü ilə yumurtanın içində elə yerləşdirsin ki, dünya kiçilməsin və yumurta da böyüməsin?
İmam: Sənin neçə hiss üzvün var?
Hişam: Beş hiss üzvüm var. (Görmək, dadmaq, eşitmək, iyləmək və sürtünmək) İmam: Bu hiss üzvlərindən hansı daha kiçikdir?
Hişam: Görmək üzvü İmam: Görmək üzvünün (gözün mərcəyi) ölçüsü nə qədərdir?
Hişam: Bir noxud yaxud ondan da kiçik.
İmam: Ey Hişam! Önünə və başının üstünə bax, mənə de ki, nə görürsən?
Hişam baxıb dedi: Səmanı, yeri, evləri, sarayları, çölləri, dağları, çayları görürəm.
İmam: O ölçüdə gördüklərini sənin göz mərcəyində yerləşdirməyə qadir olan Allah, bütün dünyanı yumurtanın içində yerləşdirə bilər, yumurta böyümdən və dünya kiçilmədən. Bu zaman Hişam əyildi, İmamın əl-ayağını öpdü və dedi: Bu cavab mənim üçün bəsdir. Hişam öz evinə qayıtdı, o günün sabahı Əbdullah Hişamın yanına gəlib dedi: Mən salam ərz etmək üçün gəlmişəm, o sualın cavabını almaq üçün deyil. Hişam dedi: Əgər o sualın cavabını almaq üçün gəlmisənsə budur cavab (İmamın cavabını onun üçün bəyan edir.)
Əbdullah, sullarını soruşmaq üçün şəxsən İmam Sadiq ələyhis-salamın hüzuruna getmək qərarına gəldi. İmam Sadiq ələyhis-səlamın evinə yollandı. İçəri keçmək icazəsi istədi, ona icazə verildi. O, həzrətin hüzuran çatıb əyləşdi və dedi: Ey Cəfər ibn Məhəmməd! Məni Məbuda yönəlt.
İmam: Adın nədir?
Əbdullah isə çölə çıxıb adını demədi. Dostları ona dedilər:
-Nə üçün adını söyləmədin? O cavab verdi:
 -Ona görə adımı söyləmədim ki, adımı (o adın mənası “Allah qulu” deməkdir) məndə soruşacaqdı ki, kimin qulusan? Əbdullahın dostları dedilər: İmamın yanına qayıt və de: Məni Allaha yönəlt və adımı soruşma...
Davamı var

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə