Çr05082024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Mənasını bilmədən Quran oxumağın nə xeyri var?

Maraqli

Mənasını bilmədən Quran oxumağın nə xeyri var?

 Bir kişi mənasını bilmədən Quran oxuyur. Kiçik qızı ondan soruşur:

- Nə faydası var ki, Quran oxuyursan, mənasını başa düşmürsən? Atası deyir:

-Bir səbət götür dənizin suyu ilə doldur gətir. Qızı deyir:

- Suyun səbətdə qalması mümkünsüzdür. Atası deyir:

- Bir sınaqdan keçir, qızım! Qızcığaz, içində kömür saxlamaq üçün istifadə olunan səbəti götürüb suya tərəf gedir. Səbəti suya vurub çıxardır və sürətlə atasına tərəf qaçır. Lakin bütün sular yerə dağılır, səbətdə su qalmır. Atasına deyir:

- Heç bir faydası yoxdur. Atası deyir:

- Bir dəfə də sına, mənim balaca qızım! Qız ikinci dəfə də sınayır,amma heç bir şey alınmır. Üçüncü, dördüncü dəfə də sınayır, heç bir nəticə vermir. Nəhayət yorulub atasına deyir:

- Mümkünsüzdür. Atası deyir:

- Əvvəlcə səbət necə idi? Elə bu an qızcığaz atasının nə demək istədiyini başa düşür. Atasına deyir:

- Bəli ata! Əvvəlcə kömürün qalıqları səbəti çirkin etmişdi, səbət qaralmışdı,indi isə səbət təmizlənib. Atası deyir: - Quranın, bizim qəlbimiz üçün ən az faydası budur!

Dünya və onun işləri bizim qəlbimizi çirklədir, Quran oxumaq isə, dərya suyu kimi onu təmizləyir, mənasını başa düşməsən də...

Mütərcimdən: Bu kiçik hekayədə təkcə Quranın bir faydasına işarə olunub. Əlbəttə ki, bu, “Quranı başa düşmək üçün heç bir səy göstərmək lazım deyil” anlamına gəlməməlidir. Hər müsəlman imkan daxilində Quranın mənasını əldə etmək üçün çalışmalıdır.

sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə