Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Günaha mane olan - Təqva

Maraqli

Günaha mane olan - Təqva

Günahdan uzaq gəzək

Öz təcrübi həyatımızla bağlı bir məsələni deyirəm ki, inşaallah daha çox canlanma, daha yaxşı irəliləmə olsun. O məsələ budur ki, Allaha yaxınlaşmaq üçün əsas məsələ günahları tərk etməkdir. Müstəhəblər, nafilələr, təvəssüllər, dualar və digər məsələlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah və yanlış əməllərinə mane olsun. Bu, təqva tələb edir. Təqva və pəhrizkarlıq insanın qazanmalı olduğu ən mühüm, ən birinci şeydir. Günaha mane olan da odur.

Dua və diqqətin maneələri

Günah icazə vermir ki, insan özünü, hətta ilahi məğfirətin sahilinə çatdırsın, ondan istifadə etsin. Günah qoymur ki, biz dua və diqqət əhval-ruhiyyəsi tapaq. Günah qoymur ki, biz özümüzə yenidən baxış keçirmək, özümüzü yenidən tərbiyə etmək fikrinə düşək. Çalışaq günahdan uzaq olaq. Bu, məsələnin birinci şərtidir.
Əlbəttə, günahlar müxtəlifdir. Müxtəlif fərdi və ictimai günahlar var. Əl, göz, dil və digər vasitələrlə meydana gələn günahlar. Ola bilər ki, müsəlman fərdlər üçün günah gizli qalmasın. Nəyin günah olduğunu bilirlər. Dua oxuyan, müstəhəb əməllər həyata keçirən, şəri vəzifəsini icra edən, amma bunlarla yanaşı günahdan çəkinməyən şəxs sanki soyuqladığı halda qızdırmalı vəziyyətdə həm soyuqdəymə dərmanı qəbul edir, həm də soyuqdəymə üçün ziyanlı yeməklər yeyir. Bu halda təbii ki, o dərmanların xeyri olmayacaq. Əgər xəstə adam ona ziyan olan yeməyi yesə, ona ziyan olan əməli etsə, qəbul etdiyi pereparatlar təsirsiz olacaq.

Rəhmət və məğfirətdən istifadə zəmini

Rəhmət, məğfirət və ilahi mənəvi feyzdən istifadə üçün zəmin yaratmaq lazımdır və bu, günahı tərk etməklə mümkündür. Ona görə də siz Kümeyl duasında görürsünüz ki, Əmirəlmöminin (ə) deyir: "İlahi, dualarımın qarşısını alan günahlarımı bağışla!" Günahlar duanın qəbul olunmasına mane olur. Əbu Həmzə duasında oxuyursunuz: "İlahi! Mənimlə günahlarım arasında fasilə yarat". Vəzifələrimi həyata keçirməyimə mane olan, özümü sənə yaxınlaşdıra bilməyimə səbəb olan günahlarımı bağışla. Əsas məsələ günahı tərk etməkdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə