Çr05012024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Kafirun" surəsi

"Kafirun" surəsi

.109.
əl-Kafirun (Kafirlər) surəsi
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.    (Ya Peyğəmbər! Sənə -bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək -deyən müşriklərə) de: “Ey kafirlər!
2.    Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3.    Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4.    Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5.    Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6.    Sizin öz dininiz var, mənim də öz dinim (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə