Çr05012024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Maun" surəsi

"Maun" surəsi

.107.
əl-Maun (Zəkat) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
2.    O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
3.    Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
4.    Vay halına o namaz qılanların ki,
5.    Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
6.    Onlar (namazlarında) riyakarlıq edər,
7.    Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə