Çr05012024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Huməzə" surəsi

"Huməzə" surəsi

.104.
əl-Huməzə (Qeybətçi) surəsi
(Məkkədə nazil olmuşdur, 9 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!
2.    O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3.    Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4.    Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5.    Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6.    O, Allahın yanar odudur.
7.    Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8.    O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9.    Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə