Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar ALLAHI TANIYIRIQMI?!

Ədəbi yazılar

ALLAHI TANIYIRIQMI?!

["Mən Həqiqətən Allaham! Məni danmayın. Məni anmaq üçün namaz qılın!" Taha,14]

Doğru bir Allah təsəvvürünə sahib olmadan, səhih qulluq etmək, iman edib təslim olmaq mümkün deyil. İlk əvvəl iman etdiyini tanımalısan. Şəhadət verib, şahid olduğun Varlığı dərk etməlisən. Axı sən şahidsən. Məxluqat içində seçilmiş bir şahid. Sən bu dünyaya yalnız şahid olmağa gəldin, sahib olmağa deyil. Şahid olduqlarını, şahidiyəm dediklərini layiqiylə tanıyırsanmı? "Əşədu ən" [Mən Şahidəm] deyirsən.Şəhadət gətirirsən. Şahid olduğunu etiraf edirsən. Nə qədər doğru sözlüsən? Dediklərinə özün inanırsanmı? Sən həqiqətəndəmi ŞAHİDSƏN?!

Allaha inana bilərsən, Onun var olduğunu da söyləyə bilərsən. Dil ilə söyləmək dilin borcudur, ağılla dərk etmək ağlın, əməllə həyata keçirmək bədənin borcudur.
Unutma, müşrik dediklərin də tanıyırdı Onu, var olduğunu bilir, varlığından xəbərdar olduqlarını etiraf edirdilər. Amma müşrik təsəvvürü Onun uzaqda olduğunu zənn edir, Ona yaxınlaşmaq üçün vasitə axtarırdı. Sən necə "Onun şah damarından yaxın" olduğunu bilirsənmi? Sən Onu tanıyırsanmı?

Səmi olduğunu dərk edirsənsə, deməli, səni hər zaman və hər yerdə eşitdiyini də bilirsən. Qəlbindəki gizli niyyətdən, dilinə gətirməyə cəsarət etmədiyin arzundan xəbərdardı. Alimdir. O, hər şeyi bilir. Həm də sənin bilmədiyini, dərk etmədiyini, hikmətini aydınlaşdırmadığın hər şeyi. Sən Onu "Alim" kimi tanısan bütün həyat imtahanlarının sənin üçün bir yüksəliş, bir məktəb olduğunu anlayar, olanlara üsyan etmədən təslim olarsan. Onu Rəzzaq kimi tanısan ruzinin qazanmadığını, sənə verildiyini dərk edərsən.
Hafizdir. İbrahimi atəşdən qoruduğu kimi İbrahim olmaq istəyənləri də qoruyar. Sən hələ də yanırsansa deməli İbrahimi tanımırsan, tanısaydın ibrət alardın və yanmaq üçün getdiyin atəş sənə "sərin və salamat" olardı. Ğafurdu. Bağışlamağı bacarır, tövbə qapısının "açarı" sənin əfv olunmaq istəyindi. Niyyətindən xəbərdar olan "Səmi"dir. Günaha dönməmək şərti ilə səni əfv edər. Yetər ki, sən istə.

O Əhəddir. Təkdir, Ondan başqa ibadətə layiq məbud yoxdur. İbadət etmək təslimiyyətin başqa bir adıdır. Nasirdi. Onun yolunda sən quruda bir gəmi düzəlt. Səni qorumaq üçün dənizi ayaqlarına qədər gətirsin. Yetər ki, sən Onu tanı.
Tanı, sonra iman et. Yalnız tanıyanlar mömin olmaq haqqını qazanırlar. Elə olmasaydı varlığını etiraf edən müşriklərə Onun varlığından xəbərdar olduqları üçün mömin deyərdilər.

İnanmaq: inanmaq yalnız dilin söyləməsi ilə ola bilməz. Bunu ilk əvvəl ağıl dərk etməlidi. Ağıl iman etməlidir. Səhih ağlın imanı şübhəni özünə yaxın qoymaz. İman etmək şükür etməkdir, iman etmək təslim olmaqdı, iman həddi bilməkdi, iman sədaqətdir, iman axirəti düşünməkdir, iman sevgidir.
Sən Onun Vədud olduğunu bilirsənmi? Səni sevərək yaratdığını necə? Sevərək yaratdığında bir qüsur ola bilərmi? O, səni sevdi. Sən heç yox ikən, heç bir şey deyilkən, xatırlanmağa layiq bir varlıq olmadığın zamanda səni sevdi. Sevdi və səni var etdi. Sən səni var edəni sevdinmi? Sən heç bir şey deyilkən O səni sevdi. O hər şey ikən sən Onu sevdinmi?

Allah Özünü sənə tanıtmaq üçün ilk əvvəl sənin Onu dərk etməyini istəyir. Dərk etdiklərini təkrar etməyin üçün "De" deyir.
"De: Allah birdir. Allah möhtac deyildir! O, nə doğmuş. Nə də doğulmuşdur! Onun heç bir tayı, bərabəri də yoxdur!" O Hayydır, Qəyyumdur, yatmaz, mürgüləməz....

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə