Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri 10 qeyri-müsəlman mütəfəkkirlərinin İmam Hüseyn (ə)-la bağlı möhtəşəm sözləri

Şiə məqalələri

10 qeyri-müsəlman mütəfəkkirlərinin İmam Hüseyn (ə)-la bağlı möhtəşəm sözləri

İmam Hüseyn (ə) qəhrəmanlığı və faciəsi dünyanın bir çox dövlət xadimlərinin və mütəffəkirlərinin diqqətini cəlb edib.
İslaminSesi Shiaworld-a istinadən sizə bu möhtəşəm fikirləri təqdim edir.

Edvard Qibbon: 1737- 1794. Tanınmış ingilis tarixşisi

"Uzaq əsrlərdə və ictimai fikrin o fonunda İmam Hüseynin o faciəli ölümü ən soyuq qəlbli insanların da empati duyğusunu oyandırır" (Roma imperiyasının çöküşü və dağılması" London. 1911. 5-ci cild. Səh: 391-392.)


Tomas Karlayl: 1795- 1881. Britaniyalı filosof, publisist, tarixçi və filosof.

"Hüseyn və onun silahdaşları Allaha böyük bir inancla sübut etdilər ki, silahların çoxluğu vicdan və mənəviyyat qarşısında heç bir rol oynaya bilməz. Məni döyüşçülərinin azlığına baxmayaraq Hüseynin şər üzərindəki şücaəti heyrətlərə salır"


Viktor Hüqo: 1802-1805. Fransız yazar və filosof.

"Hüseyn inqilabının prinsipləri öz əzilmişlərinin haqqını əldə etmək istəyən hər bir üsyançıya tanışdır"


Çarlz Dikkens:1812-1870. İngilis yazar və dramaturq.

"Əgər Hüseyn öz şəxsi maraqları və zənginliyi uğrunda mübarizə aparırdısa nə üçün o Kərbəlaya öz ailəsi, bacıları və körpə balası ilə yollandı? Ağıl bu suala yalnız bir cavab tapıb verə bilər: O belə bir riskə İslam xatirinə getdi." (" İmam Hüseyn və onun dostlar" səh: 52)

Edvard Qranvil Braun: 1862-1926. Britaniyalı yazar və şərqşünas

"Görəsən elə bir qəlb varmı ki, Kərbəla faciəsini eşidib ağlamasın?!.. Hətta qeyri- müsəlman da orada ölən əzabkeşlərin paklığına şübhə edə bilməz"


Mahatma Qandi: 1869-1940. Hindistanlı dövlət xadimi.

"Mən Hind xalqına yeni ideayalar gətirməmişəm. "Azadlıq və Ölüm" şüarı mənim Kərbəla qəhrəmanını - İmam Hüseyni öyrənməymdən qaynaqlanıb. Elə bu şüarı da mən hindlilərə bəxş etdim. Əgər biz hind xalqını xilas etmək istəyiriksə, Hüseyn ibn Əli kimi hərəkət etməyi bacarmalıyıq." (" Xalqın idarəçisi Hüseyn"səh.30)


Georq Lukas: 1885- 1971. Macarıstanlı filosof

"Hüseynin prinsipləri azadlıq xarakteri daşıyırdı və öz xalqını həyatda xoşbəxt etməyə yönəlmişdi. Müxalif hökumətə müqavimət göstərmək isə qüvvə və qətiyyət tələb edirdi. Hüseyn də buna qadir idi."

Freya Madelin Stark: 1893- 1993. Britaniyalı səyahətçi və yazar.

"İslam dünyasında şiələr İmam Hüseynin xatirəsini əziz tutar və Məhərrəm ayının ilk 10 gününü onu ağlamaqla keçirərlər. O haradakı öz düşərgəsini qurub, necə düşmənlər onu mühasirəyə alıblar, onu suya yaxın buraxmayıblar: Bütün detallar o qədər canlıdır ki, sanki hadisənin üstündən 1257 il keçməyib. Kim həmin şəhəri ziyarət edir, hətta onun tarixini belə bilmədən inanın həqiqətən çox xeyirli olar. Bu tarix boyunca baş vermiş bir neçə hekayədən biridir ki, mən onları göz yaşlarımı saxlaya bilmədən oxuya bilmirəm"


Antuan Baro: 1943. Livanlı xristian yazar.

"Bəşəriyyətin tarixinin və müasir, nə də keçmişində elə bir döyüş yoxdur ki, insanda Kərbəlada Hüseynin əzabkeşliyi və döyüşkənliyi qədər heyrətdə buraxsın."(Xristian ideologiyasında Hüseyn)

Roberto Bolano Avalos: 1953-2003.Çilili şair və yazar

"Hüseynin Yezid tərəfindən öldürülməsi böyük siyasi səhv idi ki, bu da bəni Üməyyanın izsiz-soraqsız məhvinə səbəb oldu."

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə