Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Günahdan qaçmağın yolu

Öyüd-Nəsihət-Rəvayət

Günahdan qaçmağın yolu

 

Günahın küfrlə nəticələnməsi barədə danış-dıq. Bəs günaha batmamaq üçün nə etmək lazımdır? Nə edək ki, imanımız güclənsin və küfr təhlükəsindən amanda qalaq? Peyğəmbərlərin övliyaların mə`sum imamların əxlaq alimlərinin ən mühüm vəzifələrindən biri bu suallara cavab verməkdir.
İnsan istək və iradə cəhətdən azad olan bir mövcuddur. Xeyir yolunu o özü seçməlidir. Hər bir əməl insanın iradəsi ilə həyata keçir. Əlbəttə ki, istək və iradənin də dərəcələri var. İnsan birdən-birə övliyaların yolunu getmək istəsə, bu iş onun üçün üzücü olar. Günah girdabına yuvarlanmış insanın övliyaların dözdüyü ibadət çətinlik-lərinə dözməsi olduqca çətindir. Adət olunmuş günahdan çəkinmək üçün böyük səbr və dözümə ehtiyac var.
Əxlaq alimləri günahdan xilas olmaq istəyən insanlara daha asan üsullar göstərirlər. İlk addımda ən asan işlərdən başlamaq lazımdır. İnsan birdən-birə ağır çəkili daş qaldıra bilməz. Amma yüngül daşlarla məşq etməklə hətta dünya çempionu adını qazanmaq olar. Bu işdə məşqçiyə ehtiyac olduğu kimi mə`nəvi tərbiyədə də əxlaq müəlliminə ehtiyac var. Əxlaq müəllimi insanın əlindən tutub onu addım–addım qabağa aparır. O, insanı tədricən günahdan çəkindirir.
Demək, günahı tərk edib və imana yaxınlaşmaq üçün ağır proqramlardan çəkinmək lazımdır. Bu proqramların hazırlanmasında ən e`tibarlı mənbə peyğəmbər və övliya göstərişləridir. İnsan bu göstərişləri nəzərə alarsa adət etdiyi günahlardan daha asan xilas ola bilər. Bə`zi əməli göstərişlərə nəzər salaq:
1. Günaha təhrik edən mühit və şəraitdən çəkinmək
İnsan günahdan uzaq olmaq üçün günaha şərait yaradan mühitdən uzaq olmalıdır. Əgər bir yolda təhlükə gözlənilirsə bu yoldan kənarlaşmaq lazımdır. Bə`zən magistral yollarda sürücünü qarşıdakı təhlükədən xəbərdar edən lövhələr asılır. Tufanlı günlərdə mütəxəssislər dənizə çıxmamağı məsləhət görür insanı günaha batıra biləcək şəraitlər də bu sayaq qorxuludur və insan günah ehtimalı olan mühitdən qaçmalıdır. Çünki belə mühitlərdə tüğyan etmiş qəzəb və şəhvəti cilovlamaq çətin olur. Ən yaxşısı günah mühitinə düşməməkdir.
Ümumiyyətlə, günah mühitinə yaxınlaşmamaq ümumi dini göstərişlərdən biridir. Günah doğuran səhnələrdən, musiqilərdən, sözlərdən, baxışlardan çəkinən insanın günaha batma ehtimalı çox azdır.
2. Qarınqululuqdan uzaqlıq
Adətən, insanı günaha batıran heyvani istəklərə itaətdir. Ən güclü heyvani istəklərdən biri çox yeməkdir. Günahdan uzaq olmaq istəyənlər öz yeməklərinə nəzarət etməlidirlər. Allah-təalanın orucdan ötrü verdiyi əmri təsadüfi deyil. İlin on bir ayını yeməkdə azad olan insan özünün yeməyə olan meylini cilovlamalıdır. “Bəqərə” surəsinin 183-cü ayəsində oxuyuruq: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Olsun ki, təqvalı olasınız.” Orucluq ayından başqa vaxtlarda da az yemək olduqca faydalıdır. Sözsüz ki, söhbət zəifliyə səbəb olacaq qədər az yeməkdən getmir.
3. Pis dostlardan uzaqlaşmaq
İmanı qorumaqda ən əsas iş pis dostlardan uzaqlaşmaqdır. Xüsusi ilə gənclər çox asanlıqla dostun tə`siri altına düşüb, onun xasiyyətini götürürlər. Valideyn və tərbiyəçi özlərinin himayəsi altında olan cavanlara yaxşı dost seçməyi tövsiyə etməlidirlər. İnsan dostun tə`siri ilə həm behişt, həm də cəhənnəmə gedə bilər. Əgər öz müsbət xüsusiyyətlərimiz haqqında yaxşıca düşünsək, bu xüsusiyyətləri kimdən qazandığımızı yada sala bilərik. İnsanı namaza, məscidə sövq edən də dostdur, əyri yola çəkən də. Yaxşı dost səni məscidə də`vət edən zaman sənin bəhanələrinə baxmadan israr edir. Onun tə`siri altında saleh əməl səndə xasiyyətə çevrilir. Əksinə, pis dost insanda pis adətlər, çirkin xasiyyətlər doğurur. Aparılan sorğular göstərir ki, narkotik maddələrə qurşanmış gənclərin əksəriyyəti bu yola pis dostun təhriki ilə düşmüşlər. Əvvəlcədən yaxşı dost seçmək, eləcə də pis dostdan uzaqlaşmaq çətin deyil amma dostun tə`siri altında pis vərdişlər qazandıqdan sonra bu dostdan asanlıqla ayrılmaq olmur. İnsan dosta öyrəşir və ondan asanlıqla ayrıla bilmir. Dostun danışıq tərzinə, yerişinə, geyiminə və digər xüsusiyyətlərinə adət edən şəxs onun tə`sirindən çıxmaqda çətinlik çəkir. Dostun danışdığı xüsusi lətifələrdən ləzzət alan insan çox vaxt hiss etmir ki, bu lətifələr onu günaha çəkir. Pis dostun verdiyi kitabların, audio və video kasetlərin tə`siri altında azğınlığa düçar olanlar az deyil.
Diqqətli olun! Dost seçərkən onun xüsusiyyət-lərini diqqətlə nəzərdən keçirin. Unutmayın ki, pis dost sizi cəhənnəmə apara bilər. Görün dostun tə`siri altında cəhənnəmə düşənlər nə deyir: “Vay olsun mənə! Ey kaş filan kəsi özümə dost tutmayaydım”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə