Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Mal-dövlət qazanıb yığmaq

Öyüd-Nəsihət-Rəvayət

Mal-dövlət qazanıb yığmaq

Az-çox da olsa, bəşərin hamısının dünya malına məhəbbəti vardır. Lakin, belə bir bəhs qarşıya çıxır ki, görəsən insanın dünya malına məhəbbəti fitri və təbiidir yoxsa, sonradan və arizidir? Bəziləri iddia edirlər ki, bu meyl insanda təbii olub, yaşayış fitrətində mövcuddur. Bəlkədə, heyvanlarda da təbii istəklərinə görə malik olmaq meylləri vardır.
Alimlərin nəzəriyyəsinə əsasən, insanda mal-dövlətə əlaqə və meyl, heç də müstəqil və təbii bir meyl deyildir. Bəlkədə, insanın sonradan həyatdakı ehtiyaclarını ödəməkdən ötrü, yemək, libas, və məskən övladı saxlamaq, cinsi meylləri doydurmaq və sair kimi şeylərə ehtiyac vaxtında meylli olur.
Heyvanlar, öz hədəflərinə görə ehtiyacları olduqları əşyalara malik olmağa çalışırlar. Onlarda malik olmağın ən aşikar surəti yemək, yuva, və vətəndir. Heyvanlarda malik olma meyli, çox vaxt aclığın təsiri, cinsi meyl və balasından müğayət olmağına görədir.
"Vilyam Ceyms", yaşayış mühitində malikiyyəti şəxsiyyətin çoxalması və ya psixoloji ruhiyyənin artımı kimi qiymətləndirir. Yazır: "Mən”, insanda təkcə ruh qüvvəsi deyildir. Bəlkədə, insanın libası, evi, miniyi, mülki və bankdakı hesablarının hamısına aid olur. Bütün bunların hamısı insanda, mehr qüvvəsinin yaranmasında rol oynayırlar.(Adiyat surəsi-7 )"
Doğrudur ki, mal-dövlətin məhbubiyyəti fitri deyildir, lakin, insanın həyatında fitri meyilləri doydurmaq, qüdrət və qüvvə ələ gətirməsində rolu olduğuna görə insanın çox istəklərinin təhəqqüq tapması vəşəxsiyyətinin formalaşmasında çox təsirlidir. Bütün bunlar, yavaş-yavaş mal-dövləti, insanların nəzərində əsas və sevimli bir amilə çevirir. Quran bu barədə buyurur:"İnsanın batini meyli və əlaqəsi mal-dövlətə qarşı çox şiddətlidir."(Vəsail Şiə .c.12.səh.19 )
İmam Sadiq( əleyhissalam) buyurur: "Halal yolla mal yığıb, abır-həyasını qoruyub, borcunu ödəyib, qohum-əqrabası ilə əlaqə yaratmaq istəməyən kəsdə xeyir olmaz!"(Mühəccətül-bəyza.c.3.səh.14 )
Mal-dövlət qazanmağın hədəfi
"Günlərin birində, İslam Peyğəmbəri ( səlləlləahu əleyhi və alehi və səlləm) öz əshabı ilə birlikdə oturmuşdu. Sübh tezdən əziyyətlə çalışan güclü bir cavanı görür. Həzrətin ətrafındakılar onun işləməsindən təəssüflənib deyirlər: Ey kaş! Bu güclü və qüvətli cavan öz gücünü Allah yolunda işlədəydi!İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Bu sözü deməyin! Əgər o cavan, öz zəhmətilə, özünü dilənçilik zillətindən qurtarıb insanlara əl açmamaqdan ötrü çalışırsa, bu əməllə Allah yoluna tərəf gedir. Əgəröz zəhmətilə zəif valideynləri və gücsüz uşaqlarının həyatını idarə edib, ehtiyaclarını yerinə yetirməkdən ötrüçalışırsa, yenə də Allah yolunda çalışır. Lakin, əgər çalışırsa ki, dünya malı cəm edib əhaliyə qarşı fəxirlənsin və malı ilə öyünsün, bu zaman fikri napak və çirkin olubŞeytan yolunda çalışır.(Vəsail Şiə .c.12.səh.9 )"
Bu hədisdən başa düşürük ki, insanın yaşayşını idarə edib əhaliyə əl açmamasından, öz abır-həyasını satmamaqdan ötrü çalışıb mal-dövlət qazanırsa, Allaha ibadət edən bəndə hökmündədir. Belə sərvət nəinki məzəmmət olunmur, bəlkə də, həyatda hər bir insanın mühüm vəzifəsidir. Məsum İmamlarımızın (əleyhimussalam) rəftar və əməlləri bu məsələnin sənədidir.İmam Sadiq (əleyhissalam) buyurur:
"Məhəmməd ibni Münkədər nəql edir: Güman etmirdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam) özündən sonra layqli birisini öz canişini təyin etsin.Günlərin birində, oğlu Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm. Qərara aldım ki, ona öyüd-nəsihət edəm. Lakin, o mənə öyüd-nəsihət verdi. Əshab ondan soruşdu: O, sənə nə öyüd-nəsihət verdi? Dedi: Günlərin birində evdən çıxıbMədinənin ətrafını gəzmək istədim. Hava çox isti idi. Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm ki, havanın o qızmarında iki xidmətçi ilə birlikdə möhkəm işləyirdilər.
Öz-özümə dedim: Sübhanəllah! Qureyşin qocalarından bu qızmar istidə, bu yaşında dünya malı ardıncadır! Ona öyüd-nəsihət verməliyəm. Yaxına gedib salam verdim. Salamımın cavabını verdi. Tər dənələri mübarək alnından sel kimi axırdı. Dedim: Allah sizi islah etsin! Qureyşin böyüklərindən, bu saatda dünya ardıncadır! Əgər ölüm mələyi bu anda gəlsə və siz bu halda olsanız, nə edəcəksiniz?!
Buyurdu: Əgər ölüm mələyi bu anda gəlsə və mən dəbu halda olsam, Allah-taalaya ibadətdə olmuş olaram. İşim və əməyimlə özümü və övladlarımı dolandırıram və onları dolandırmaqdan ötrü sənəəl açmıram. Həqiqətən, mənim qorxum ondandır ki, ölüm mələyi gələn halda, Allaha qarşı günah etmək halında olam! Ərz etdim: Doğru deyirsiniz. Allah sizi Öz mərhəmətində qərar versin! Mən istəyirdm ki, sizə öyüd-nəsihət verəm, amma siz mənə nəsihət verdiniz! "(Vəsail Şiə .c.12.səh.44 )
Bəli! İlahi rəhbərlər yaşayışlarını dolandırmaqdan vəehtiyac əllərini bəzi pis fitrətlərə açmamaqdan ötrü həmişə, işdə çalışıblar. Öz tərəfdarlarını həmişə tövsiyə ediblər ki. ehtiyac əllrini əhaliyə tərəf uzatmayıb, öz əllərinin zəhmətilə dolansınlar. İslam nöqteyi-nəzərində hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, döyüş cəbhəsində düşmənlə cihad edənlər kimidir!İmam Sadiq (əleyhissalam) yenə buyurur:
"Hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, Allah yolunda düşmənlə cihad edənlər kimidir!”(Vəsail Şiə .c.12.səh.27 )
Əksinə, hər kim öz arvad-uşaqlarını buraxıb, onların rifahından ötrü çalışmasa, Allahın rəhmətindən məhrumdurlar.
İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm)nəql olunur buyurur:"Allahın rəhmətindən məhrumdurlar! Allahın rəhmətindən məhrumdurlar. O kəslər ki, haqqı boyunlarında vacib olanların haqqını zay etsələr!"(Vəsail Şiə .c.12.səh.27 )

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə