Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət İnsan, yaranışın əsası

Öyüd-Nəsihət-Rəvayət

İnsan, yaranışın əsası

İslami nöqteyi-nəzərdən, insan, yaranışın əsl mehvəri olub bütün mövcudatlar onun xidmətindədirlər. Quran, İlahi nemətləri sayır və onları insan üçün yarandığına işarə edir, buyurur:
"Yer üzündə nə varsa , hamısını sizin üçün yaradan Odur! (Allahdır)"(Bəqərə surəsi- 29)Yenə də başqa yerdə buyurur:
"(Ey insanlar!) Məgər Allahın yerdə və göydə olanları sizə ram etdiyini, aşkar və gizli nemətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü? "(Loğman surəsi -20
)Yenə buyurur:
"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən (torpaqdan) yaradıb orada sakin etdi."(Hud surəsi-61  ) Yenə də başqa yerdə buyurur:
"Onlara (əlinizin altında olanlara)Allahın sizə verdiyi maldan verin!"(Yunis surəsi -7-8 )
Ayənin ləhnindən məlum olur ki, mal, əslində Allaha məxsusdur. Bəs onun bağışlanması sizin üçün çətin olmamalıdır.Zikr olunan ayələrdən məlum olur ki, insan, yaranışda əsldir.Allah hər şeyi hətta, mal-dövləti də ondan ötrü yaratmışdır. İslam dininin nizamnaməsindən biri də iqtisadi sistemdir. Bu sistem ümumi olub, bəşərin maddi ehtiyaclarını, yemək, geyim, məskən, müdafiə sisitemi, mədəni yayım, sağlamlıq, bəzi ruhi ehtiyacların ödənilməsi və insanın gözəllik tələblərini təmin etməkdən ötrü qərara alınmışdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə