Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Mal-dövlətin haqqı

Öyüd-Nəsihət-Rəvayət

Mal-dövlətin haqqı

 

وَأمّا حَقُّ المَالِ، فَأَنْ لا تَأْخُذَهُ إلاّ مِنْ حِلِّهِ، ولا تُنْفِقَهُ إلاّ فِي حِلِّهِ، وَلا تُحَرِّفْهُ عَنْ مَوَاضِعِهِ، ولا تَصْرِفَهُ عَنْ حَقَائِقِهِ، ولا تَجْعَلْهُ إذا كَانَ مِنَ اللَّهِ إلاّ إلَيهِ وَسَبَباً إلَى اللَّهِ. ولا تُؤثِرَ بهِ عَلَى نفْسِكَ مَنْ لَعَلَّهُ لا يَحْمَدُكَ، وَبالْحَرِيِّ أَنْ لا يُحْسنَ خِلافَتَهُ فِي تَرِكَتِكَ ولا يَعْمَلُ فِيهِ بطَاعَةِ ربكَ فَتَكُونَ مُعِينًا لَهُ عَلَى ذلِكَ أَو بمَا أَحْدَثَ فِي مَالِكَ أَحْسَنَ نَظَرًا لِنَفْسِهِ، فَيَعْمَلَ بطَاعَةِ رَبهِ فَيَذْهَبَ بالْغَنِيمَةِ وتَبُوءَ بالإثمِ وَالْحَسْرَةِ وَالنَّدَامَةِ مَعَ التَّبعَةِ وَلا قُوَّةَ إلا باللهِ.
"Sənin boynunda mal-dövlətin haqqı budur ki, onu yalnız, halal yolla ələ gətirib, halal yolda sərf edəsən. Onu yersiz sərf edib yerini dəyişmə və Allah tərəfindən sənə verilmiş malı yalnız, Allahyolunda və bu yolda vəsilə sayılan şeydən ötrü sərf et.Sənə təşəkkür etməyəni özünə üstün qərar vermə. Bu yolda, Allaha itaəti tərk etmə, belə ki, başqalarına və varisinə kömək üçün özündən bir irs qalsın. O, bundan da yaxşısını səndən gözləyir. Qoy onu, Allaha itaət yolunda sərf etsin. Qəniməti o aparır , günah yükü və peşimançılıq isə sənin boynunda qalır. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! "
İmam Səccad (əleyhissala)-ın bu bəhsdə buyurduğu mövzular aşağıdakılarda xülasə olunur:
1. Mal-dövlt ələ gətirmək və xərc etmək hansı yollarla olmalıdır.
2. Mal-dövlətin özünə görə yeri və məhəlli vardır ki, ordan ayrılmamalıdır. Həmçinin, mal-dövlətbəzənyalnız, xüsusi yerlərdə sərf olunmalıdır.
3. Allah tərəfindən verildiyinə görə Allah yolunda da sərf olunmalıdır.
4. Mal-dövlətdən, yaxşı və ağılla istifadə olunmalıdır. Yoxsa, varisin əlinə düşərək, maldan dünya və axirəti üçün yaxşı istifadə edəcək. Bu vaxt bəhrə ona, zərər və ziyan isə malı qazananın boynuna düşəcək.
Mal sözünün lüğətdə mənası
İnsanın malik oduğu hər bir şey maldır. "Qamus" və "Əqrəbul-Məvarid" adlı lüğət kitablarında yazır: Mal, malik olunan hər bir şeyə deyilir. Həmçinin, köçərilərin yanındaheyvanlara da "mal"deyilir.
"Rağib" lüğət ustası yazır: Mala o cəhətdən mal deyirlər ki, həmişə meyl edən və aradan gedəndir. (Bu dəstədən o dəstəyə meyl edir) Bu barədə məsəl var deyərlər: Mal, zinakar qadın kimi bir şeydir bir gün əttarın, bir gün də qəzet satanın evindədir. Quran buyurur: "Mal və övlad dünyanın zinətidir.”(Kəhf surəsi-46 )
Mülkiyyətin növləri
Mülkiyyət iki növdür: Həqiqi mülkiyyət və etibari mülkiyyət. Həqiqi mülkiyyət, bir mövcudun başqa bir möcuda yaranışda malik olmasıdır. Məsələn, səbəb və məlul. Nümunə üçün nəfsin, zehni surətlərə hakim olmasını qeyd etmək olar. Nəfs, hər vaxt bir gülü təsəvvür etmək istəsə, o anda gül şəkili zehnə gəlir. Əgər diqqətini azaltsa, gül zehindən gedər. Allah-taala, bütün mövcudatlarınhəqiqi malikidir. Quran buyurur:
"Göylərdə və yerdə nə varsa, Hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə ) ehtiva etmişdir."(Nisa surəsi-126 )
Həqiqi malikiyyət, malikdən başqasına intiqal olunmağa qabil deyildir. Çünki, təkvini əhatə, nəql və intiqal oluna bilməz. Etibari mülkiyyət isə bir mövcudun başqa bir mövcuda elə malikliyidir ki, o şeydən istifadə etsin və onda başqalarının istifadəsinin qarşısını ala bilsin. Məsələn, insanın öz mal-dövlətinə olan malikiyyəti. Belə malikiyyət insanların bir-biriləri ilə əlaqələrindən yaranır. Ona görə etibari deyilir ki, maliklə mülk arasında həqiqi və təkvini bağlılıq yoxdur. Həmin səbəbdən etibari malikiyyət, nəql və intiqal oluna bilər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə