Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət İman və saleh əməl

Öyüd-Nəsihət-Rəvayət

İman və saleh əməl

Necə olur ki, saleh əməllər imanı gücləndirir? Sədəqə vermək, namaz qılmaq, məzluma arxa durmaqla iman necə artır? Saleh əməl adlandırı-lan bütün işlərin əsas dəyəri xüsusi ruha malik olmasıdır. Saleh əməl zamanı diqqət Allaha yönəlir demək saleh əməlin ruhu Allaha diqqətdir və bu diqqət səbəbindən iman güclənir.
Maddi dünyada yaşadığımızdan mə`nəvi məsələlər haqqında danışarkən maddi məfhum-lardan istifadə etməli oluruq. Məsələn, “əliyy” sözünün anlaşılması üçün “böyük” kələməsindən istifadə edirik. Hansı ki, “əliyy” maddi yox, mə`nəvi böyüklükdür. Allah haqqında “əliyy” desək də, təsəvvürümüzdə maddi böyüklük canlanır. Təkamül yolu haqqında danışarkən də mə`nəvi hərəkətləri maddi ölçülərlə təsvir etmək məcburiyyətində qalırıq. “Bəqərə” surəsinin 257-ci ayəsində oxuyuruq: “Allah mö`minlərin vəlisidir. Onları qaranlıqdan işığa çıxa-rır. Kafirlərin dostu isə tağutdur və onları işıqdan qaranlığa sürükləyir”. Allah-təala insanlara nurdan olan bir aləm təsvir edir. Bə`zi insanlar zülmət dünyadan həmin nur aləminə yol tapar, bə`ziləri isə nur aləmindən zülmət aləminə düşərlər. Zülmət dünyasından nur dünyasına qədəm qoyan insan qaranlıq gecədə işıq görən insan kimidir. O, bu işığı gördükdə ümidi artır və həmin işığa doğru hərəkətə başlayır. İnsan bu işığa yaxınlaşdıqca o böyüyür. Nəhayət insan işığın mənbəyinə çatır.
İşığın hərəkətinə nəzər salsaq görərik ki, işıq öz mənbəyindən uzaqlaşdıqca kiçilib nöqtəyə çevrilir. Nur dünyasına qədəm qoyan insan əvvəlcə bu nöqtəni görür. Nöqtəyə yaxınlaşdıqca o, böyüyür və güclənir. Fəzanın geniş bir hissəsini işıqlandıran günəşi təsəvvür edin. Yerlə günəş arasındakı məsafə 144 milyon km-dir. Günəş on qat artıq məsafəni işıqlandırsa da, hansısa bir nöqtədə bu işıq tükənir. İndi işığı bitib–tükənməyən bir işıq mənbəyi təsəvvür edin. Qur`ani-kərimdə Allah-təala belə sonsuz nur mənbəyi kimi tanıtdırılır: “Allah göylərin və yerin nurudur”. Biz Allahın müqəddəs zatından şüalanan nura doğru hərəkət edərək kamala çatmalıyıq. Arxamızda isə zülmət dəryası dayanıb. Bu dəryaya düşmüş kafirlər nə qədər çırpınsalar da zülmətdən qurtula bilmirlər. Zülmət dalğaları onları qoynuna alıb daha da dərinliyə aparır. “Nur” surəsinin 40-cı ayəsində oxuyuruq: “(Kafirlərin əməlləri) Dalğalı dəryanın qaranlıqlarına bənzər ki, bir dalğa onu bürüdükdə üsütündən bir dalğa da gələr, onun üsütündə də bir bulud durar. Bu qaranlıqların bə`zisi bə`zisinin üstündədir. Əlini bayıra çıxaran onu görməz. Allahın işıq vermədiyi kəsə işıq yoxdur”. Amma Allahın zülmətdən nura çıxardığı mö`min bu nurda irəli gedə bilər. Bu nur sonsuzdur və mö`min üçün dayanacaq yoxdur. İnsan heç zaman bu nurun mənbəsinə çata bilmir. Amma bilməliyik ki, bu nur dünyada hiss etdiyimiz nur deyil. Təkamül yolunun başlanğıcındakı nur nöqtəsi imanın ilk mərtəbəyinə, nur mənbəsi isə Allah-təalaya işarədir. Allah bu yolda insana yardımçıdır. İnsan qəlbinə imanın ilk mərtəbəsi daxil olanda artıq o, hidayət olunur: “Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini hidayət edər”. Bəli, Allah ölü qəlbi iman nuru ilə dirildir. Kafir isə ətrafına zülmətdən çəpər çəkdiyindən belə bir diqqətdən məhrum olur. “Ən`am” surəsinin 122-ci ayəsində oxuyuruq: “Ölü ikən diriltdiyimiz və insanlar arasında gəzə bil-məsi üçün işıq verdiyimiz şəxs qaranlıqda qalıb oradan çıxa bilməyən şəxslə birdirmi?”
Nur aləmi ilə zülmət aləmi qarşı-qarşıyadır. Nəfs istəkləri və şeytana tabe olan insan nurdan uzaqlaşıb zülmətə qərq olur. Zülmətdən çıxmaq üçün insana iman gərəkdir. Allah o insanların hidayətini öhdəyə alır ki, onlar iman gətirsinlər. Küfr isə insanı zülmətə qərq edib Allahdan uzaqlaşdırır.
Nur aləmində irəli getmək üçün saleh əməl lazımdır. Saleh əməl iman ruhu üfürülmüş əməldir və o, imandan doğur. Bu ruh gücləndikcə saleh əməl də güclənir və insanın nuru artır. “Fatir” surəsinin 10-cu ayəsində oxuyuruq: “Pak söz ona doğru yüksələr, saleh əməl isə onu (insanı) ucaldar”. Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: “Bu ayə əməlin imana tə`sirini aydınlaşdırır və mə`lum olur ki, saleh əməl imanı gücləndirir...” İnsanı Allaha tərəf ucaldan və onu təkamülə sövq edən əslində insanı hərəkətə gətirən iradədir. Ayədə zikr olunan pak söz (“kəlmeyi təyyibə”) “la ilahə illəllah”, yə`ni tövhid kəlmələridir. Tövhidə iman insanı Allaha yaxınlaşdırır. Nə üçün saleh əməl imanı gücləndirir? Çünki saleh əməlin cövhəri iman-dandır. Bu cövhər Allaha diqqətdən ibarətdir. Əlbəttə ki, bu diqqətin dərəcələri var. Diqqətin yuxarı dərəcəsində insan Allahdan başqa heç nəyə diqqət yetirmir. Mə`sum imamların (ə) namazla-rında belə bir diqqət vardı. Onlar namaz zamanı yalnız Allahı düşünərdilər. Belə saleh əməl insanı bir anda çox yüksəklərə qaldıra bilər. Namaz ən xeyirli əməldir. Bəli, əgər iki rək`ət həqiqi namaz qıla bilsək, ilahi ucalıqları seyr edə bilərik.

Günah imanın düşmənidir


Saleh əməl imanı gücləndirdiyi kimi, günah da öz növbəsində imanı puça çıxarır. İnsan üzünü Allahdan döndərən kimi doğru yoldan çıxır. Hər bir günah insanı imandan bir addım uzaqlaşdırıb küfrə yaxınlaşdırır. Adət şəklini almış günah insanı cəhənnəmə sürükləyir. İnsanı belə bir zəlalətdən yalnız həqiqi tövbə xilas edə bilər. İnsan birdən–birə kafir olmur. Onun tədricən batdığı günahlar küfr üçün şərait yaradır. Tövbə surəsinin 77-ci ayəsində oxuyuruq: “Allaha verdikləri və`dəyə xilaf çıxdıqlarına və yalan danışdıqları-na görə Allah da onların qəlbinə Ona qovuşacaqları günə qədər nifaq saldı”. Digər bir ayədə buyurulur: “Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha da pis oldu”. Bəli, günahın nəticəsi küfürdür. Günah üstündən günaha yol verən insan nəinki Allahdan üz döndərir, hətta ona qarşı qiyam qaldırır. Süquta uğramaq astanasında olan insan üçün iki rək`ət namaz qılmaq dağ tək ağır gəlir. Saatlarla mə`nasız söhbətlərə, kinofilmlərə həvəslə vaxt sərf edən insan namaz üçün iki dəqiqə vaxt ayıra bilmir. “Bəqərə” surəsinin 45-ci ayəsində oxuyu-ruq: “Doğrudan da bu iş (namaz) Allaha itaət edənlərdən başqa hamıya ağır gələr”. Bu hal insanın yol verdiyi günahlardan yaranır. Bir çox mö`minlər məhz günah səbəbindən imanını əldən verir. Zahirən imanlı görünən bir çox günahkarlar Allaha üz tutmağa güc tapmırlar. Bəli, elə insanlar var ki, gündə min dəfə ətrafındakılara boyun əydiyi halda bir dəfə Allaha boyun əyməyi özünə sığışdırmır. Bütün bu hallar günahdan doğur. Elə bilməyək ki, insan üçün ən alçaq mərtəbə Allah adını eşidərkən qəzəblənməkdir. Bundan da alçaq mərtəbə var. Bə`zi insanlar o qədər alçalır ki, hətta Allahı “simvolik bir məfhum” hesab etməkdən belə çəkinmir. Allahı inkar etdiyi halda Qur`anın gözəlliyindən dəm vuranlar da var. Bu ziddiyyətli fikirləri doğuran həmin insanların yol verdikləri günahlardır. İnsan günaha batdıqca onun qəlbini qaranlıq bürüyür, nəhayət elə bir an çatır ki, qəlbdə iman nurundan zərrə qədər də olsun nişanə qalmır. Belə zülmətə düşmüş insa-nın həqiqəti görməsi qeyri-insani-mümkündür.
Pərvərdigara, qəlbimizi iman nuru ilə işıqlandır və bizə günah qaranlığından nicat ver.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə