Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva HƏZRƏT İBRAHİM VƏ ONUN ALLAHA ETIMADI

İman-Təqva

HƏZRƏT İBRAHİM VƏ ONUN ALLAHA ETIMADI

Yadların inadkarlığının əksinə olaraq, Allahın rifah və asayişi ona təvəkkül edənlərə nəsib olur
Allaha etimad və təvəkküldən bir an qəflətdə qalmayan və bəşəriyyət üçün nümunə olan həzrət İbrahim (ə) əzəmətli tonqala atıldığı vaxt yalnız Allaha etimad etdi. Qurani-kərimdə buyurulur: “Onlara deyildi: “Əgər bacarırsınızsa, onu yandırın və öz tanrılarınıza yardım göstərin.” (“Ənbiya”, 68.)
Mərhum Təbərsi yazır: Camaat odun toplamağa başladı. Hətta xəstələr o birilərinə vəsiyyət edirdilər ki, onların pulundan bir miqdar sərf edib, İbrahimin yandırılmısı üçün odun alsınlar. Bəziləri arvadlarının zəhmət haqqına odun alır və bu yolla öz tanrılarını razı salmaq istəyirdilər. Nəhayət, tonqal hazır oldu və onun alovu göyə ucaldı. Tonqal o qədər dəhşətli idi ki, ona yaxınlaşmaq mümkünsüz idi. İbrahimi tonqala atmaq istəyənlər çarəsiz qalıb, mancanaqdan istifadə etdilər. İbrahimi mancanağa qoyub, əzəmətli alovun qoynuna atdılar.
İmam Sadiq (ə) buyurur: “İbrahimi mancanağa qoyub oda atmaq istədikləri vaxt Cəbrail ona yaxınlaşdı və salam verib dedi: “Bir istəyin varmı? İbrahim onun cavabında dedi: “İstəyim sənə aid deyil.”
Cəbrail dedi: “Allahdan öz ehtiyacını istə” İbrahim dedi: “Onun mənim halımdan xəbərdar olması yetər.” (“Məcməül-bəyan”, c. 4, s. 56.) İbrahim dəhşətli odun içərisinə atıldı. Amma həmin od Allahın əmri ilə İbrahim üçün soyudu. Qurani-kərimdə oxuyuruq: “Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)” – deyə buyurduq” (“Ənbiya”, 69.) Bəli, Allahı özünə arxa seçənlərə Allah da öz yardımını göstərir və onları çətinlikdən xilas edir. Biganələrin inadkarlığının əksinə olaraq, Allahın rifah və asayişi ona təvəkkül edənlərə nəsib olur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə