Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət “Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə!”

Öyüd-Nəsihət-Rəvayət

“Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə!”

Həzrət İmam Əli (ə) buyurub: “Peyğəmbərin (s) gülüşü təbəssüm idi.“[1]

Həzrət İmam Baqir (ə) buyurub: “Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə.”[2]



Həzrət İmam Sadiq (ə) buyurub:

“Qəhqəhə çəkmək şeytandandır.”[3]

“Möminin gülüşü təbəssümdür.” [4]

“Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.” [5]



Həzrət Məhəmməd Peyğəmbər buyurub:

“Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər.” [6]

“Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız.” [7]



Merac hədisində deyilir: “Allah-taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm.” [8]

İmam Əli (ə) buyurub: “Çox gülənin zəhmi aradan gedər.”[9]

İmam Əskəri (ə) buyurub: “Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.” [10]



www.ahliman.info

[1] Əmali-Tusi, səh. 552, hədis1156

[2] əl-Kafi, c.2, səh. 664, hədis13

[3] əl-Kafi, c.2,səh. 662, hədis10

[4] əl-Kafi, c.2, səh. 662, hədis5

[5] əl-Kafi, c.2, səh. 206, hədis1

[6] Məani-Əxbar, səh. 335, hədis1

[7] Nurus-Səqəleyn, c.1, səh. 249, hədis261

[8] İrşadul-Qulub, səh. 200

[9] Tuhəful-Uqul, səh. 96

[10] Biharul-Ənvar, c.76,səh.59, hədis10

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə