Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Doğru yolun (Siratul müstəqimin) mənası

Öyüd-Nəsihət-Rəvayət

Doğru yolun (Siratul müstəqimin) mənası

Bizi doğru yola yönəlt”[1]



İmam Sadiq (ə) buyurub: “İnsanlar sağa-sola azdılar, ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.”[2]



Quran Kərim buyurur:

“Həqiqətən mənim Rəbbim, sizin Rəbbinizdir. Elə isə Ona ibadət edin ki, doğru yol budur.” [3]

“Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur.”[4]



İmam Sadiq (ə) “sirat” sözünün mənası barədə buyurub: “O, Allahı tanımağın yoludur və iki növdür: dünyada sirat və axirətdə sirat. Dünya siratı, elə itaəti vacib olan imamdır. Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək.”[5]

İmam Sadiq (ə) buyurub: “Doğru yol (Siratul müstəqim) Əmir-əl-möminin Əlidir (ə).“[6]



Axirət siratı və onun üzərindən keçmək

Musa (ə) dualarının birində buyurur: “İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir?” Uca Allah buyurdu: “Siratdan ildırım sürətilə keçər.”[7]



Həzrət Məhəmməd (s) buyurub:

“Sizlərdən sirat üzərində ən sabit qədəm­liniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.”[8]

“Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən.”[9]

“Sirat tükdən nazik, qılıncdan itidir.”[10]



«Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmışdır»[11] ayəsi barədə İmam Sadiq (ə) buyurmuşdur: “Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.”[12]

İmam Sadiq (ə): “İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək.”[13]

Uca Allah bizləri sirat üzərindən ildırım sürətilə keçənlərdən qərar versin.



www.ahliman.info
________________

[1] Fatihə, ayə 6

[2] əl-Kafi, c.2, səh. 264 , hədis5

[3] Ali-İmran, ayə 51

[4] Ali-İmran, ayə 101

[5] Biharul-Ənvar, c.24, səh. 11 , hədis3

[6] Məaniyul-Əxbar, səh. 32 , hədis2

[7] Biharul-Ənvar, c.92, səh. 197 , hədis3

[8] Fəzailuş-Şiə, səh. 48 , hədis3

[9] Biharul-Ənvar, c.76, səh. 4 , hədis8

[10] Biharul-Ənvar, c.8, səh. 65 , hədis2

[11] Fəcr, ayə 14

[12] Səvabul-Əmal, səh. 321 , hədis2

[13] Əmali-Səduq, səh. 149 , hədis4

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə