Bz04282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Qadının dəyəri və onun haqqı barədə məsumlar hansı tapşırıqları buyurmuşlar?

Öyüd-Nəsihət-Rəvayət

Qadının dəyəri və onun haqqı barədə məsumlar hansı tapşırıqları buyurmuşlar?

Qadın gül şaxəsi kimidir. Hədislərdən seçmələr:

1-Həzrət Peyğəmbər (s) buyurur: “Qadının üzərində ən böyük haqqı olan şəxs onun əri, kişisinin üzərində ən böyük haqqı olan şəxs isə onun anasıdır.” (Kənzül-Ümmal, hədis: 44771)

2-İmam Əli (ə) buyurur: “Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın (qüdrətli) pəhləvan kimi deyil, gül şaxəsi kimidir.” (Nəhcül-Bəlağə, 31-ci məktub.)

3-Peyğəmbər (s) buyurur: “Cəbaril (ə) daima mənə qadınlar barədə tapşırardı. Nəticədə, elə güman etdim ki, pozğunluğu sübut olunan haldan başqa, qadına təlaq vermək olmaz.” (Biharul-Ənvar, c. 103, səh: 253, hədis: 58)

4-İmam Əli (ə) buyurur: “Qadının qorunması onun daha şad, gözəlliyini daha davamlı edər.” (Ğurərul-Hikəm, hədis: 5820)

5-Peyğəmbər (s) buyurur: “Qadının əri üzərində olan haqqı budur ki, əri onun qarnın doyursun, bədənini geyindirsin və heç vaxt ona sifətini turşutmasın.” (Biharul-Ənvar, c. 103, səh: 253, hədis: 60)

6-İmam Kazim (ə) buyurur: “Qadının cihadı ərinə yaxşı qulluq etməsidir.” (Əl-Xisal, səh: 620, hədis: 10)

7-Peyğəmbər (s) buyurur: “Kişinin qadına dediyi “Mən sən sevirəm” sözü heç vaxt qadının qəlbindən silinməz.” “Əl-Kafi, c. 5, səh: 569, hədis: 59)

8-Peyğəmbər (s) buyurur: “Öz qadınının ağzına bir loğma uzadan kişi savab qazanar.” (Muhəccətül-Beyza, c. 3, səh: 70)

9-Peyğəmbər (s) buyurur: “Dünyanın ən yaxşı neməti ləyaqətli qadındır”. (Kənzül-Ümmal, hədis: 44451) /TutbTV internet kanalından.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə