Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Allah-Taala qadını ağladan kişini səhvini anlayanadək peşiman edər...

Öyüd-Nəsihət-Rəvayət

Allah-Taala qadını ağladan kişini səhvini anlayanadək peşiman edər...

 

Peyğəmbər (s)-dan qadınları incidən kişilərə müraciət:

1-"Qadınları ağlatmayın. Bunu bilin ki, Allah-Taala qadını ağladan kişini səhvini anlayanadək peşiman edər. Getdiyi hər qapı uğursuz olar. Qadının gözündən axdığı hər damcı yaşa görə o kişi əzablar çəkər."

2-"Ən gözəl dünya neməti, insanın sahib ola biləcəyi nemətlərin ən xeyirlisi: Zikr dil, şükür edən ürək və insanın iman istiqamətində (müsəlmanca) yaşamasına köməkçi olan qadındır." Hz.Muhemmed (s)

3-Başqa bir rəvayətdə oxuyuruq: “Sizin ən yaxşınız ailəsi üçün yaxşı olandır. Mən öz ailəm üçün sizin hamınızdan üstünəm. Böyük insanlar qadınları girami tutur, rəzil insanlar onları əskik sayır.” Dini bir rəvayətdə deyilir: Qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir: “Bilin ki, Allah və peyğəmbər zövcəsinə zərər-ziyan yetirəndən üz çevirmişdir.”

4-Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İman baxımından xalqın ən kamili onların ən xoş xasiyyətlisi və zövcəsinə ən mehriban olanıdır.” Peyğəmbər (s) müsəlmanlara son vəsiyyətində üç şeyi xatırlatmışdır: namaz, əl altında olanlarla xoş rəftar, qadınların yanında Allahdan qorxub onlarla gözəl rəftar etmək.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə