Bz.er04292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət İbrətli söhbətlərlər

Öyüd-Nəsihət-Rəvayət

İbrətli söhbətlərlər

Kəramət sahibi olmuş müasir alimlərdən biri də Ayətullah ağa Rza Bəhaüddini olmuşdur. Bəhaüddini hazırkı əsrin adlı-sanlı ariflərindən idi.
Onun yaxın dostlarından biri deyir:
Bir gün ağa ilə birlikdə bir qəbristanlığa getdik. Ağa Bəhaüddini adəti üzrə həmişə qəbristanlığın girəcəyində qəbir əhlinə fatihə verərdi. Bu dəfə də qəbristan əhlinə bir fatihə oxudu, amma həmin gün fatihə oxuduqdan sonra qəbristanlığın içərisinə doğru addımlayıb bir qəbirin başında durdu. Bir qədər fikirləşdikdən sonra dedi:
Bir az burada əyləşək. Bir-neçə dəqiqə həmin qəbirin yanında oturduq, sonra qalxıb birlikdə qəbristanlıqdan çıxdıq.
Bir müddətdən sonra sual etdim ki, həmin qəbirin yanında oturmağınızın xüsusi bir səbəbimi vardı?
Dedi:
Qəbir sahibi çətin əzabda idi, dedim bəlkə orda oturmağımızla əzabı bir az azaldı.

 «Xalis incilər silsiləsindən»

İmam Sadiq (ə) buyurur: Camaat əgər Allah-təalanın mərifətinin fəzilətini tanısaydılar, dünya əhlinin əlində olan dünyəvi mətaha göz dikməzdilər. Nəinki göz dikməzdilər, hətta onların dünyası bunların üstünə ayaq basdıqları şeydən də əskik və kiçik olardı. Bu halda ilahi mərifət nemətinə çatar və behişt gülzarında Allah övliyaları ilə həmsöhbət olmaqdan ləzzət alan kəsin ləzzəti onun nəsibi olar.
Həqiqətən də Allah mərifəti hər vəhşətin munisi, hər tənhalığın rəfiqi, hər zülmətin nuru, hər zəifliyin gücü, hər dərdin şəfasıdır.

 «Camaatla yola getmək lazımdır»
 

Həzrət Ayətullah Bəhaüddininin yaxın dostlarından biri deyir:
Bəzi vaxtlar − axşamlar ağanın görüşünə gedib namazda ona iqtida etmək şərəfinə nail olurdum. Bu şərəfdən olduqca şad olurdum.
Günlərin birində axşam çağı qərara gəldim ki, camaat namazı qılmaq üçün Şeyxin hüseyniyyəsinə gedim.
Küçənin əvvəlində durub, taksi gözləyirdim. Birdən yanımdan bir maşın şütüyüb keçərək, çalanın içinə yığılmış palçıqlı suyu əbama sıçratdı. Çox narahat oldum və əsəbi halda maşının sürücüsünə dedim:
Korsan? Gözün hara baxır? O getdi və qəziyyə də burada bitdi. Bir neçə dəqiqədən sonra Ağanın hüzuruna getdim.
Namaz bitdikdən sonra, onun ətrafına toplaşdıq... Şeyx söhbətə başladı. Amma birdən söhbət əsnasında dedi:
İmam Zamanın (ə) çörəyini yeyən tələbə üçün çox ayıbdır ki, söyüş söyə. Tutaq ki, taksi sürücüsü səhv edib sizin paltarınızı çirkləndirib. Onda gərək cəsarət edib söyüş söyəsiniz? Gərək camaatla yola gedəsiniz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə