Çr05082024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət HƏR BƏNDƏDƏ DÖRD XÜSUSİYYƏT OLSA...

Öyüd-Nəsihət-Rəvayət

HƏR BƏNDƏDƏ DÖRD XÜSUSİYYƏT OLSA...

 

Ey Əhməd, kaş aclığın və sükutun nə qədər şirin və təsirli olduğunu biləydin
Allah-təala İslam Peyğəmbərinə (s) xitabən buyurur: “Ya Əhməd, and olsun izzət və cəlalıma, hər bəndədə dörd xüsusiyyət olsa, onu behiştə daxil edərəm: dilini zəruri və faydalı olmayan bəyanlardan qorusun; qəlbini vəsvəsələrdən hifz etsin və şeytani şübhələrə yol verməsin; bütün əməl və işlərini gördüyümü unutmasın; gözünün nurlu olmasında aclığı səbəb bilsin.”

Hədisin davamında Allah-təala Öz peyğəmbərinə buyurur: “Ey Əhməd, kaş aclığın və sükutun nə qədər şirin və təsirli olduğunu biləydin.” Həzrət ərz etdi: “Pərvərdigara, aclıq və sükutun təsiri nədir?” Allah-təala həzrətin cavabında həmin təsirləri bu ardıcıllıqla sadalayır:

1. Hikmət (aclıq və sükut hikmətin və həqiqətlərlə tanışlığın müqəddiməsidir);
2. Qəlbin qorunması (aclıq və sükut nəticəsində qəlbin bütün ixtiyarı insanın öz əlində olur.);
3. Mənə (Allaha) doğru yaxınlaşma (bəndə aclıq və sükut vasitəsi ilə öz məbuduna yaxınlaşa bilər);
4. Ardıcıl hüzn və kədər (sükut əsərlərindən olan hüzn bəyənilmiş bir haldır);
5. Xalqdan ehtiyacsızlıq;
6. Haqq danışıq (xalqın var-dövlətində gözü olmayan insan kimsədən qorxub-çəkinmədən haqqı deyə bilir);
7. Gedişatdan arxayınlıq (qane insan üçün varlıq və ya kasıb olmağın fərqi yoxdur. Dolanışıq problemləri onu düşündürmür)

Sonra Allah-təala buyurur: “Ey Əhməd, bilirsənmi bəndəm mənə nə vaxt yaxınlaşır?” Həzrət ərz edir: “Bilmirəm.” Allah-təala buyurur: “Bəndəm ac və səcdədə olduğu halda mənə yaxın olur.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə