Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat Mühəddis Nuri Təbrisi və onun bədnam kitabı

"Surə"lər haqqında qısa məlumat

Mühəddis Nuri Təbrisi və onun bədnam kitabı

Şiənin Əxbari qolunun ifratçı nümayəndələrindən olmuş Hüseyn Nuri Təbrisi (1838-1902) «Fəsl əl-xitab fi təhrif kitabi-Rəbb əl-ərbab» adlı kitab yazaraq Qurani-kərimin Peyğəmbərdən sonra təhrifə məruz qaldığını, onun bəzi hissələrinin çıxarıldığını iddia etmişdir. Əslində isə onun istinad etdiyi rəvayətlərin böyük əksəriyyətinin təhriflə əlaqəsi yoxdur, gətirdiyi bəzi əsassız dəlilləri görəndə isə adamda onun alim olduğuna ciddi şübhə yaranır.
Bəzi vəhhabilər bilmir, ya da bilərəkdən deyirlər ki, Nuri bədnam kitabını məhz Şiə hədislərinə istinadla yazmışdır. Ehsan İlahizəhir özünün “Şiə və Quran” kitabında Nurinin əsas dəlilləri olan Əhli-sünnə rəvayətlərini görməzdən gələrək yalnız Şiə rəvayətlərini qeyd etmişdir. Halbuki onun ayrı-ayrı fəsillərdə təqdim etdiyi 12 dəlilinin 7-i Əhli-sünnə rəvayətlərinə, 2-i Şiə rəvayətlərinə, qalanı isə müştərək rəvayətlərə əsaslanır. Bunu uyğun dəlillərə qısa nəzərdən də anlamaq olar:
Birinci dəlil: Keçmiş ümmətlərin Tövrat və İncil kitabları təhrif olunduğu üçün bu ümmətin Quran kitabının da təhrif olunmasının labüdlüyü;
İkinci dəlil: Quranın kitab halına salındığı zaman baş verənlərin normalda təhriflə nəticələnməsi;
Üçüncü dəlil: “Oxunuşun (tilavətin) nəsxi” düşüncəsinin rəddi və bunun təhrif olması;
Dördüncü dəlil: İmam Əlidə mövcud Quranla fərqlənən Quran kitabının olması;
Beşinci dəlil: Abdullah ibn Məsudun mötəbər müshəfində mövcud Qurana nisbətən əlavələrin olması;
Altıncı dəlil: Übəy ibn Kəbin mötəbər müshəfində mövcud Qurana nisbətən əlavələrin olması;
Yeddinci dəlil: Osman ibn Əffan ikinci dəfə Quranı toplayanda bəzi söz və ayələri düşürməsi;
Səkkizinci dəlil: Qeyri-şiələrin rəvayətlərindən əlavə, Quranın azalmasına dəlalət edən Şiə rəvayətlərinin də çoxluğu;
Doqquzuncu dəlil: Keçmiş müqəddəs kitablarda vəsi və canişinlərin adlarının qeyd olunduğuna görə, onların Quranda da qeyd olunmasının vacibliyi;
Onuncu dəlil: Quranın hərf və sözlərinə dair qiraətçilərin fikir ayrılığı;
On birinci dəlil: Quranda ümumi şəkildə azalmaya dəlalət hədislərin çoxluğu;
On ikinci dəlil: Quranda konkret yerlərdə azalmaya dəlalət hədislərin çoxluğu və bəzi şübhələrə cavablar.
Bu baxımdan, iddia edə bilərik ki, Nuri şiə olsa da, onun Quranın təhrifinə dair əsaslandığı əksər dəlillər qeyri-şiə mənbələrində yer almış rəvayət və ya tarixi materiallardır. Onun bu əməlini Əllamə Əsgəri daha dəqiq xarakterizə etmişdir: “Şeyx Nuri ən etibarlı Əhli-sünnə kitablarına əsaslanmış və bu yarışmada Əhli-beyt məktəbinin Xəlifələr məktəbindən geri qalmamasını istəmişdir. Lakin Əhli-beyt məktəbində oxşar dəlillər tapa bilmədiyinə görə azğın ğalilərin rəvayətlərini, sənədsiz dualardan cümlələr, Xəlifələr məktəbindən keçmiş hədislər və müəllifləri tanınmayan kitablardan rəvayətlər toplayaraq Əhli-beyt məktəbinə aid etmişdir”. (Əsgəri M. “Əl-Quran əl-kərim və rivayat əl-mədrəsəteyn”, c. 3, fəsil: 1. www.ahlulbait.gigfa.com)
Mühəddis Nuri bu bədnam və uğursuz kitabını yazdıqdan sonra Nəcəf, Samirra və digər şəhərlərdə kütləvi etirazlar baş vermiş, bəzi yerlərdə matəm elan olunmuş, alimlər onu tövbəyə çağırmış, kitabın çap və nəşrini qadağan etmiş, əleyhinə təbliğat aparmışlar. Bundan əlavə, günümüzədək ona və bəlli “kəşfinə” qarşı çoxlu məqalə və kitablar yazılmış, dissertasiya və elmi işlər müdafiə olunmuş, Qurana, təfsirə və ya Şiə etiqadlarına dair təxminən bütün əsərlərdə fikirləri rədd edilmiş, əleyhinə dəlillər göstərilmişdir. Onların hamısı haqda məlumatımız olmasa da, məhz bu məqsədlə ərəb və fars dillərində yazılmış monoqrafiyalardan aşağıdakıların adlarını çəkə bilərik:
“Ala ər-Rəhim fi ər-rəddi əla təhrif əl-Quran” – Əbdürrəhim Xiyabani Təbrizi
“Defa əz hərime Quran” – Məhəmmədcavad Fazil Lənkərani
“Ədəme təhrife Quran” – Həsən Tahiri Xürrəmabadi
“Əfsaneye təhrife Quran” – Əhməd Məhdəvi Fəxr
“Əl-Burhan əla ədəmi təhrif əl-Quran” – Mirzə Mehdi Bürucerdi
“Əl-Burhan əla ədəmi təhrif əl-Quran” – Mürtəza Rəzəvi
“Əl-Höccə əla Fəsl əl-xitab” – Əbdürrəhman Məhəmmədi
“Əl-Quran əl-kərim fi rivayət əl-mədrəsəteyn” – Mürtəza Əsgəri
“Əl-Quran məsun min ət-təhrif” – Lütfullah Safi
“Ət-Təhqiq fi nəfy ət-təhrif” – Əli Milani
“Fəsl əl-xitab fi ədəm ət-təhrif” - Həsən Həsənzadə Amuli
“Həqaiq hammə həulə əl-Quran əl-kərim” – Cəfər Mürtəza Amili
“Hifz əl-kitab əş-şərif” – Məhəmmədhüseyn Şəhristani
“Kəşf əl-irtiyab fi ədəmi təhrif əl-kitab” – Müərrəb Tehrani
“Səlamət əl-Quran min ət-təhrif” – Fətullah Nəccarzadeqan
“Siyanə əl-Quran min ət-təhrif” – Məhəmmədhadi Mərifət
“Siyanə əl-Quran min ət-təhrif” – Kamal Heydəri
“Tənzih ət-tənzil” – Əlirza Xosrovani
“Ukzubə təhrif əl-Quran” – Rəsul Cəfərian və s.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə